Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6020/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Ərizəçi Binə qəsəbə Bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə “həyətyanı torpaq sahəsinə sahiblik və istifadədə olma faktının tanınması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1431/2021 saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik 56 ünvanda olan 8 sot torpaq sahəsinin sahiblik və istifadəsində olma faktının tanımasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05.06.2020-ci il tarixli texniki pasportuna çıxarışa əsasən, ünvan 3 saylı mənzil mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur (səh.7), Binə bələdiyyəsinin Xəzər rayon məhkəməsinə ünvanladığı 29.03.2021-ci il tarixli, 32 saylı məktubuna əsasən, Ərizəçi ünvan 3 ünvanında uzun müddət istifadə etdiyi 0,08 ha torpaq sahəsinə görə Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır (səh.30). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1431/2021 saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.6, 308-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Qanunverici daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən edilməsini qeyd edərkən məhz əvvəllər mülkiyyət hüququ üzrə mövcudluğu (ilkin qeydi) müəyyən edilmiş əmlakdan istifadə etmək faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. İş üzrə təqdim edilmiş sənədlərdən isə sözügedən torpaq sahəsinin əvvəllər mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən edilmir. Həmçinin, Binə qəsəbəsinin bədəliyyəsinin nümayəndəsi X1 məhkəmədə verdiyi izahatında da, həmin torpaq sahəsinin Binə bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmişdir. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə, sərəncam və sahiblik etmək faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə bildiirmişdir ki, Yaşadığı mənzilə mülkiyyət hüququnun əldə olunmasına baxmayaraq torpaq sahəsinə bugünkü günə kimi mülkiyyət hüququnu əldə edə bilməmişdir. Səbəb də odur ki, torpaq sahəsinə həmin vaxtları sənəd verilmirdi. Baxmayaraq qeyd olunan torpaq sahəsi 1971— ci ildən istifadəsindədir. Məhkəmə prosesində iştirak edən Binə qəsəbə bələdiyyəsinin nümayəndəsi izahatında yuxarıda qeyd olunan torpaq sahəsinin onun istifadəsində olmağını, vergi ödəyəcisi olduğunu bildirməklə torpağın istifadəsinə verilməsinə etirazı olmadığnı bildirdi.Bununla yanaşı məhkəmə prosesində iştirak edən vəkili həmin torpaq sahəsinin fərdi yaşayış evləri tikilməsi üçün nəzərdə tutulmasını,hal-hazırda həmin torpaq üzərində fərdi yaşayış evinin tikilməsini və uzun müddət istifadəsində olmağını qeyd etsə də l-ci İnstansiya məhkəməsi bunları nəzərə almamışdır. 1-ci İnstansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12.04.2019-cu il tarixli 3 saylı qərarına 7 bəndinə istinad etməklə ərizəmi rədd etmişdir.Lakin həmin Plenumda məhkəmələrə tövsiyə olunurki mülkiyyət hüquqi üzrə daşınmaz əmlaka sahiblik ondan istifadə və onun üzərində sərəncam vermək faktının müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və.s aydınlıq gətirməli daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmdığı müəyyənləşdirilməlidir. 1-ci İnstansiya məhkəməsi qeyd olunan tövsiyəni aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. Bununla Mülki Prosesual Məcəlləsinin tələblərini pozmuşdur . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 305-308, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki ərizə üzrə torpağ üzərində hüquqların tanınması müvafiq bələdiyyə və icra hakimiyyətində (səlahiyyətlərinə aid hissədə) qeydiyyat poseduları vasitəsilə aparılmalı olan məsələdir. Digər dəlillərin isə ümumiyyətlə məhkəmə araşdırması predmetinə aid olmadığından qiymət verilməsinə də zərurət yoxdur. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1431/2021 saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6020/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6020/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver