Məhkəmə qərarları › İş №2(103)-6023/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6023/2023

01.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6023/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialına qarşı mülki iş üzrə (Açar sözlər: əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialının nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1214/2023 nömrəli, 25 iyul 2023cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İşin hallarından müəyyən edilir ki, xx.xx.2001-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Beydulla oğlu "xxxx" şirkətində mexanik vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli, HR/1063 nömrəli “Əmək müqaviləsinin xitam verilməsi barədə” əmrindən görünür ki, X17 böyük mexaniki İddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ) əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialına qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək ”Salyan Oyl Limited” Şirkətinin işdən kənarlaşdırılmasına dair xx.xx.2023-ci il tarixli HR/1058 №-li əmrinin, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən “əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2023-ci il tarixli 1063 HR/№-li əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, əvvəlki işə -”Salyan Oyl Limited” Şirkətində X17 böyük mexaniki vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 60 manat məbləğin cavabdeh ”Salyan Oyl Limited” Şirkətindən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1994-cü il tarixdə “Salyanneft” Neftçıxarma İdarəsinə 1 №-li neft və qaz çıxarma sexinin mexaniki emalatxanasına təmirçi-çilingər peşəsinə işə qəbul edilmiş, bir müddətdən sonra işəgötürən onun ali təhsili mühəndis-mexanik olduğunu nəzərə alaraq həmin idarənin neftin hazırlanması və vurulması sexinə mexanik vəzifəsinə keçirmiş, xx.xx.1999-cu ildən “Salyanneft” Neftçıxarma İdarəsi ləğv edilərək onun bazası əsasında hazırkı ”Salyan OİL” LTD yaradılmış və 2005-ci ildən hazırkı dövrə kimi orada böyük mexanik vəzifəsində işləmişdir. Cavabdeh müəssisədə, bir iş yerində fasiləsiz olaraq 29 il çalışmışdır. Hazırda isə cavabdeh müəssisə onu əmək vəzifələrini kobud surətdə pozmaqla, faktiki olaraq onu oğurluqda və şirkətə külli miqdarda ziyan vurmaqda ittiham edərək qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş “əmək müqaviləsinə xitam vermə haqqında” xx.xx.2023-cü il tarixli 3 səhifədən ibarət əmrin geniş məzmunundan görünür ki, müəssisənin təhlükəsizlik şöbəsinin əməkdaşları xx.xx.2023-ci il tarixdə “növbəti dəfə reyd” keçirdərkən müəssisənin elektrik şəbəkəsindən qidalanmaqla ərazisindən keçərək kənar qonşu ərazidə yerləşən istixanaya gizli olaraq yeraltı elektrik xəttin çəkilməsi faktını aşkar etmiş, bu faktla bağlı araşdırmalara başlanılmış, daha sonra isə xx.xx.2023-cü il tarixdə artıq eyni üsulla guya həmin istixanaya qaz xəttinin verilməsi faktı da aşkar edilmiş və elə həmin tarixdə daxili təhqiqat aparılması üçün şirkətin 10 nəfərdən ibarət komissiyası yaradılmış, komissiya daxili təhqiqat araşdırması dövründə neftin hazırlanması və vurulması sexinin rəisini, eləcə də həmin sexin böyük mexaniki olaraq iddiaçını “işin obyektiv araşdırılması məqsədi adı ilə” müvəqqəti olaraq işdən kənarlaşdırılmasını şirkət rəhbərliyinə tövsiyə etmiş və cavabdeh ”Salyan OİL” LTD-nin 02 mart 2023-cü il tarixli, 1058 №-li əmrinə əsasən o işdən kənarlaşdırılmışdır. İşəgötürən tərəfindən aparılan araşdırma dövründə həm gizli elektrik xətti ilə, həm də qaz xətti ilə bağlı ondan yazılı izahatlar alınmış, bu izahatlarda o öz əmək funksiyalarına vicdanla yanaşdığını, əmək funksiyalarının nədən ibarət olduğunu, işin konkret halı ilə bağlı rəhbərliyin göstərişinə əsasən ərazidə vaxtı ilə təhlükəsizlik kameralarının quraşdırılması məqsədilə yeraltı (kabelin izolyasiyasını qoruyan) şlanqların çəkilməsi faktını onların bir daha yadına salmış, əməlində heç bir əmək intizamı və işəgötürənə heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Ən əsası isə işəgötürəndən onların “hesab etdiyi təbii qazın və elektrik enerjisinin oğurluq, talama və işəgötürənə küllü miqdarda (270 000 kub.metr təbii qaz itkisi) ziyan faktının araşdırılması” ilə bağlı Hüquq mühafizə orqanlarına müraciət edilməsini təkid etmiş və onda olan məlumata əsasən cavabdeh ”Salyan OİL” LTD-nin rəhbərliyi ərazi üzrə Salyan Rayon Prokurorluğuna və Rayon Polis Şöbəsinə müraciətləri olmuşdur. Lakin hazırkı günə kimi sözügedən orqanlar faktla bağlı heç bir qanun pozuntusunu aşkar etməmişdirlər. Göründüyü kimi, cavabdeh şirkət yanlış olaraq öz daxili ehtimal və fərziyyələrinə əsaslanaraq onu işçi olaraq “oğurluq, talama və işəgötürənə küllü miqdarda ziyan vurmaqda” ittiham etmiş, öz qanunsuz əmri ilə ilkin olaraq onu xx.xx.2023cü il tarixdən işdən kənarlaşdırmış, bir müddətdən sonra isə işçi olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi qərarına gələrək Həmkarlar ittifaqına müraciət etmişdir. Həmkarlar ittifaqı komitəsi isə onun iştirakı olmadan “öz növbəsində məsələni özünün çağırdığı büro üzvləri ilə müvafiq qaydada müzakirə edərək daxili araşdırma apararaq tərəfindən həqiqətən də yol verilmiş nizam-intizam və hətta qanun pozuntularını əsas götürərək bundan sonra işçi olaraq ”Salyan OİL” LTD-də qalıb işinin davam etdirilməsinə yolverilməməsini özünün xx.xx.2023-cü il tarixli 49 saylı protokoldan çıxarış ilə təsdiq etmiş,” daha sonra cavabdeh müəssisə növbəti qanunsuzluğa yol verərək tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, işəgötürən bu əmək müqaviləsinə xitam verilməsində hər hansı bir qərəz və ittihamedici formada (iddiada qeyd olunduğu kimi) heç bir qanunsuz və əsassız prosessual hərəkətlərə yol verməmişdir. İşin faktiki hallarına və törədilmiş intizam xətasının xüsusiyyətinə və obyektiv əsaslarına müvafiq olaraq işçi ilə onun əmək müqaviləsinə qanunvericiliyin tələblərinə tam uyğun olaraq xitam verilmişdir. Qanunsuz olaraq gizli formada elektrik xətti vasitəsilə elektrik verilən şəxsə aid olan istixana və orada olan ev, digər qanunsuz olaraq gizli formada qaz xətti verilmiş istixana ilə eyni istixana deyildir (tamamilə ayrı-ayrı obyekt və istixanalardır). İddiaçı elə iddianın başlanğıcında artıq şirkətə (işəgötürənə) böhtan atmağa cəhd etməyə başlayır və məhkəməyə də düzgün məlumat vermir ki, guya həm elektrik, həm də qaz xətti eyni istixanaya verilmişdir. İddianın digər, guya işəgötürənin Əmək Məcəlləsinin 80 maddəsinin (Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar-1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınnmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edilməməsinə gəlincə məlum edirik ki, bu iddia da tam əsassızdır. Belə ki, işəgötürən tərəfindən müvafiq qanunvericiliyə əməl edilməklə X13 Komitəsinin Rəyasət Heyətinə onlara intizam cəzası verilməsinə münasibət bildirilməsi ilə bağlı müvafiq müraciət ünvanlanmışdır. HİK Rəyasət Heyəti tam müstəqil bir təşkilat olduğundan həmkarların üzvü büroya məcbur edə bilməz ki, onun və ya digərləri haqda olan məsələyə onların iştirakı ilə baxılmalıdır. Baxmayaraq ki, HİK -nə iddiaçının heç bir müraciəti daxil olmayıb bu barədə. Çünki digər iki şəxs haqqında da eyni sənədlər təqdim edildiyindən onlar Büro üzvlərinə onların səhlənkarlığı olduğunu və birinin 44 günlük vətən müharibəsində iştirakı və digərinin də ailəsində ağır xəstə olduğunu bildirərək onlara az ağır intizam cəzası verilməsi məqsədilə müraciət etmişlər. Amma iddiaçı ümumiyyətlə hər bir şeyə etiraz edərək (HİK-nə gedin nə edirsiniz edin deməklə) intizam cəzasının yüngülləşdirilməsi ilə əlaqədar nə işəgötürənə, nə də ki HlK-nə heç bir müraciət etmək arzusunda olmamışdır. Bir qayda olaraq HİK-i və onun Bürosu həmkarlar üzvü olan şəxs haqqında məsələyə onun iştirakı olmadan (bu məsələdə işəgötürən tərəfindən təqdim olunmuş sübutlar və sənədlərdə hansısa çatışmazlıqlar olduğu təqdirdə işçinin iştirakı Büronun tələbi ilə mümkün ola bilərdi) işəgötürən tərəfindən təqdim olunmuş məktuba əlavə olunmuş sübut nümunələri əsasında da baxa bilmək səlahiyyətinə malikdir. Əlavə olaraq bildiririk ki, işəgötürənin təqdimatına baxılarkən, məsələsinə baxılan şəxsin HİK büro iclasında iştirakının məcburiliyi haqda Əmək Məcəlləsinin müvafiq (80.2) maddəsinin tələblərində hər hansı bir düzünə göstəriş yoxdur. Daha bir iddia tələbi ilə iddiaçı Əmək Məcəlləsinin 62.1 maddəsini əsas gətirərək iddia edir ki, işəgötürən, ziyan vurulması və cinayət və ya inzibati əməlin törədilməsi şübhələri ilə müvafiq hüquq mühafizə orqanlarına müraciət etdiyindən, həmin maddənin və Cinayət Prosessual Məcəllənin 90, 91-ci maddələri və İnzibati Xətalar Məcəlləsinin 99.4 maddəsinin tələbləri əsasında əmək müqaviləsinə xitam verməli idi. Görünür ki, iddiaçı elə orada Əmək Məcəlləsinin 62.4 maddəsinin tələblərini unutmuşdur. Əvvəla ibtidai istintaqın aparılması və ona cinayət və inzibati qaydada müvafiq cəza verilib verilməməsi yuxarıda adı çəkilən qurumların səlahiyyətlərinə aiddir. İşəgötürən isə iddiaçıya bu sadalanan inzibati və ya cinayət əməlinin nəticəsinə görə deyil, bilavasitə onunla bağlanmış “əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozması” səbəbindən ona intizam cəzası vermişdir. Onu da məlumat üçün bildiririk ki, həmin qanunsuz əməlin daxili təhqiqat vasitəsi ilə yekunlaşmasından əlavə, həm də burada dövlətə vurulan (bu layihə üzrə dövlətin (SOCAR) 50% Payı olduğu üçün) ziyanla da əlaqəli olduğunu əsas götürərək vəzifələri olaraq həm də hüquq mühafizə orqanlarına məlumat verilmişdir. İlkin məlumatdan və bu əməlin araşdırılması ilə əlaqədar hazırda Salyan r-n Polis Şöbəsində “cinayətin tərkib əlamətlərinin mövcudluğuna şübhələr olduğundan “cinayət işi başlanması ilə bağlı” Salyan rayon Prokurorluğunun müvafiq qərar-göstərişi mövcuddur. Amma bu əsaslar, yəni əməldə inzibati və ya cinayət olması faktının araşdırılması və nəticəsindən asılı olmayaraq hansı formada yekunlaşması, işəgötürəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62 maddəsinin 4-cü bəndi (İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər) vasitəsilə ona verilən hüquqlardan mərhum etmir. Burada da hesab edirik ki, işəgötürən haqlı və əsaslı olaraq daxili araşdırmaların dürüstlüyünə və obyektivliyinə tam əsaslanmaqla bu Məcəllənin 11 maddəsinin b) bəndinin verdiyi səlahiyyətlərdən istifadə edərək, iddiaçıya Əmək Məcəlləsinin 186.2 ç) bəndini rəhbər tutaraq intizam cəzası tətbiq etməklə, onu həmin Məcəllənin 70.ç maddəsi ilə işdən azad etmişdir. İddiaçının guya ona qarşı hansısa bir qərəzli münasibət və ya saxta sənədlərin olması və ya onların nələrdən ibarət olması haqqında heç bir əsaslı dəlil-sübutu yoxdur və ola da bilməz o mənada ki, bütün araşdırma prosesi qərəzsiz, ədalətli, tam və şəffaf formada həyata keçirilmişdir (komissiyada olan şirkətin məsul şəxsləri və bilavasitə həmin sahədə çalışan tabe işçilər nədən bu şəxs haqqında qərəzli olmalı idilər ki?). İddiaçının başqa bir, yəni özünün bildirdiyi kimi guya Əmrin müvafiq qaydada tərtib olunmasına riayət edilməməsi iddiasına gəlincə isə, açığı tam anlaşılmaz bir iddia olduğundan buna cavab belə verilməsi mənasızdır. Çünki işəgötürən tərəfindən tərtib olunmuş əmr, Əmək Məcəlləsinin 84 maddəsinin 1-ci hissəndə nəzərdə tutulmuş (2.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər) bütün tələblərə tam və dolğun formada əməl edilməklə imzalamışdır. Əmrin tərtib olunması, təsviri hissəsi və qərar hissəsi düzgün və tam formada tərtib olunmuşdur. Göründüyü kimi iddiada qeyd olunan yuxarıda qeyd məsələlər kimi, iddiaçının digər əsassız arqumentlərinin də heç birinin hüquqi əsasları mövcud deyildir. Cavabdeh olaraq iddiaya etiraz edirik və hesab edirik ki, sübutlar və qanuni əsaslar olmadığından həmin iddia rədd edilməlidir və bu iddianın rədd edilməsinə aid olan əsasları və müvafiq təsdiqedici sənədləri obyektiv qərar qəbul edilməsi məqsədi ilə (akt, protokollar, müvafiq işçilərin müxtəlif izahatları və məlumatları, həmçinin əməlin törədildiyi yerdə aparılmış video və foto çəkilişləri və sair) məhkəməyə təqdim edilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1214/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 68, 70, 84.1, 84.2, 292, 296, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1, 35.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işdən kənarlaşdırılmasını cavabdehin ona qarşı qərəzli münasibəti nəticəsində qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, AR ƏM-nin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, işəgötürənə (cavabdehə) yalnız müvafiq səlahiyyətli orqanın (təhqiqat və istintaq orqanın cinayət işi üzrə şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə və ya inzibati xəta haqqında iş üzrə akt) qərarının mövcud olduğu təqdirdə, işçini işdən kənar etmək səlahiyyəti verməsi ilə uzlaşdırır. Bildiyimiz kimi bununla bağlı “AR ƏM-nin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-cü il tarixli Qərarı da mövcuddur. Məhkəmənin gedişində AR KMP-nin sözügedən qərarının mövcudluğunu bir daha məhkəmənin diqqətinə çatdırmış və məhkəməyə təqdim etmişik. Lakin işə baxan məhkəmə işin bu halını təhqiq etməmiş, eləcədə qətnamədə sübutlar siyahısında da qeyd etməmişdir. Digər tərəfdən məhkəmənin yanlış nəticəyə gəlməsi cavabdehin əsaslandığı - Daxili araşdırma qrupunun materiallarının araşdırılmaması ilə bağlıdır. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçını işdən kənar etməklə, araşdırmaların gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququnu və nəticələri ilə tanış etmək hüququnu heçə endirmişdir. İşə baxan məhkəmə iddiaçının təkid etməsinə baxmayaraq bu halı aradan qaldırmalı olmalı halda etməmiş, cavabdehin əsaslandığı- Daxili araşdırma qrupunun materiallarının araşdırılmasını aparmadan məhkəmə qətnaməsində ona istinad etmişdir. Bundan başqa qətnamədə iddiaçıya qarşı izahat vermiş işçilərin izahatlarının təhrif edilməsi, cavabdehin adminstrativ üstünlüyə malik olması ilə bağlıdır. Belə ki, KMP qərarında qeyd edildiyi kimi Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə mülki münasibətlərdən fərqlənir. Bu baxımdan, işçilərin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Beləliklə, cavabdeh özünün adminstrativ üstünlüyündən sui-istifadə edərək, özünün yaratdığı daxili araşdırma qrupunun nəticəsinə əsaslanmış, onun həmin resurslardan hətta həmkarları komitəsinin mövqeyinə də təsir etməsi açıq-aşkar görünür. Belə ki, HİK-nin iclas protokolunda olan çıxarışda məlum olur ki, işəgötürən məlum hadisə ilə bağlı sex (sahə) rəisini, onun müavinini və mexanik olaraq iddiaçı ilə əmək münasibətlərinə son qoymaqda israr edərək HİK müraciət etmiş, HİK razılıq bildirmiş, lakin bu protokolda kiçik bir qeyd ilə yadda qalmışdır (yəni sex rəisi və onun müavininə münasibətdə). Sonda da, cavabdehin baş vermiş “el.enerjisi və təbii qazın talanmasında” yalnız iddiaçını təqsirli bilərək onunla əmək münasibətlərinə birtərəfli qaydada son qoymuşdur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı AR Konstitusiya Məhkəməsinin Plenumu özünün xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası MM-nin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. İddiaçı məsələ ilə bağlı hüquq-mühafizə orqanının araşdırmanın nəticəsi olaraq cinayət işinin rədd edilməsi Qərarının mövcudluğuna əsaslanır. Cavabdeh isə ilkin olaraq məsələnin hüquqmühafizə orqanının araşdırılaraq onların yekun nəticəsinə uyğun qərarına verəcəyini bildirsə də, sonradan bu fikrindən daşınaraq özünün yaradığı Daxili təhqiqat qrupunun gəldiyi nəticəni əsas götürmüşdür. İşdən azad etmə əmrini düzgün maddi norma ilə əsaslandırmaması; Əmrdə xitam ilə əlaqədar işçiyə son haqq-hesabın hesablanıb işçiyə ödənilməsinə dair məlumatın göstərilməməsi; Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi düzgün göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsini nəzərdə tutur. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı Qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarına əsasən HİK sənədi qərar formasında deyil, protokoldan çıxarış formasında olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri 4 səhifədən ibarət olmaqla sanki ittiham aktını özündə əks etdirir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçının guya məhkəmə iclaslarının səthi aparılması və ya sübutların araşdırılmaması və ya elə orada guya iddia və ona edilmiş etirazın qətnaməyə köçürülməsi iddiaçının nə qədər haqsız və qərəzli olduğundan artıq xəbər verir. Nəzərinizə çatdırırıq ki, birinci instansiya məhkəmə prosesində faktiki təqdim olunan sübutlar və digər təsdiqedici faktlar tərəfimizdən Məhkəməyə təqdim edilmiş və bunlar məhkəmə prosesində də öz təsdiqini tapmışdır. Lakin qarşı tərəf heç bir mötəbər və ya hansısa adi sübut təqdim etməmiş və bu apellyasiya şikayətində də olduğu kimi iddianı əsaslandırmayan boş mənasız söz yığnaqlarından istifadə etmişdir. Ədalət məhkəməsi isə mötəbər sübutlara və faktlara dəlillərə əsaslanır ki burada da hesab edirik ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə tam və hüquqi cəhətdən ədalətli bir qərardır. Birinci onu məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya mərhələsində bütün sübut nümunələrini tərtib olunmuş akt-protokol bu prosesə bilavasitə aid olan işçilərin izahatları-hadisə haqda yerindəcə çəklilişlərin texniki vasitələri və sair məhkəməyə təqdim edilmişdir. Törədilmiş əməl Neft vurma sexinə aid olan obyektlərdə baş vermişdir ki, bu da danılmaz həqiqətdir. Burada sex rəisi, sex rəisinin müavini və baş mexaniksiz bu qanunsuz kabel və boru çəkilişləri mümkün ola biliməzdi. Ələlxüsus İddiaçı əsas vəzifə təlimatına uyğun olaraq o bu işlərə bilavasitə cavabdeh və məsul şəxs olubdur. Belə olan halda onun dediyi “mənə göstərişi sex rəisi verib”-bu məsələ tam qaranlıq olan bir məsələdir, əgər bu göstərişi sex rəisi veribsə bəs sən, baş mexanik bilmirsən ki, hər hansı bir tikinti quraşdırma və bu tipli işlərin görülməsi üçün həmin tikinti əsasən də təhlükə mənbəyi olan yer qazıntısı üçün sənin əlində buna səlahiyyət verən baş menecer və ya sahə rəisi tərəfindən təsdiq edilmiş layihə smeta sənədləri olmalıdır? Bunlar olmadan və hətta çəkiliş üçün orada fəhlə vəzifəsində çalışanlara da əlavə pul və ya qonaqlıq verilməsi vəzifə səlahiyyətlərini və əmək müqaviləsi üzrə öz öhdəliyini kobud formada pozmaq deyil, bəs nədir? Hesab etsək ki, həmin qanunsuz qaz xətti çəkilişi aparılan zaman orada hər hansı bir cərəyan xətti və ya yeraltı qaz xəttinə toxunuş olub sürtünmədən partlayış olsa idi, bunun nəticəsinin nə qədər acınacaqlı olması bəllidir. Məsələ burasındadır ki, Əli Beyduiayevin həmin xətlərdən bilavasitə xəbəri var və bu işin icraçısı da özüdür. Həmin qanunsuz çəkilişlər 2021-ci ilin may avqust aylarına təsadüf etmişdir. İndi şikayətçinin dediyindən belə çıxır ki həmin müddətdə o bu tapşırığı sex rəisindən alıbdır. Amma sex rəisi öz izahatında bunu təkzib edir və o 2020-ci il Vətən müharibəsinin fəal iştirakçısı olduğundan və müharibədən sonra da 5 ay əlavə olaraq orduda qaldığından, onun qayıdışı yay aylarının əvvəlinə düşmüşdür ki, o da həmin dövr kontuziya və müharibə dəhşətindən müxtəlif cür reabilitasiyalara getdiyindən məntiqi olaraq İddiaçı bu boşluqdan istifadə edib və bu işləri həyata keçirmişdir.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

12. Maddə 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

13. Maddə 62.2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

14. Maddə 62.3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

15. Maddə 62.4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

16. Maddə 62.5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

17. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur

18. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda...

19. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

20. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər. 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

21. Maddə 84.1. əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

22. Maddə 84.2. bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

23. Maddə 292. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

24. Maddə 296. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1214/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında olan xx.xx.2001-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Beydulla oğlu "xxxx" şirkətində mexanik vəzifəsinə qəbul edilmişdir.

35. İş materiallarına əlavə edilmiş "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, HR 1058 saylı “İşçinin işdən kənar edilməsi haqqında” əmrindən görünür ki, Əli X5 Oyl Əməliyyat şirkətinə məxsus NYM sexindən elektrik talama hadisəsində şübhəli bilinən və bu faktla bağlı müvafiq istintaq orqanına şikayət ərizəsi ilə müraciət edilərək Prokurorluqda araşdırma aparıldığından, Azərbaycan Respublikası Əmək məcəlləsinin 72 maddəsinin c) və f) bəndinin tələblərinin kobud surətdə pozduqlarından, ilkin ehtimallara görə bu işdə cavabdeh və məsul şəxslər olan X17 böyük mexaniki İddiaçı Beydulla oğlu və əvəllər həmin NVM sahənin rəisi işləmiş, hazırda informasiya hesabat şöbəsinin rəis müavini X1 təhqiqat və Prokurorluq Orqanında aparılan araşdırmalar yekunlaşana və müvafiq qərar qəbul edilənədək işdən kənar edilməsi və onlara işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməməsi bildirilir. Bu işlə əlaqədar prokurorluqda aparılan icraat prosesinin gedişi ilə bağlı məsələlər və prosesə köməklik göstərilməsi (iş ilə bağlı müvafiq sənədlər təqdim edilməsi və sair) H.Dünyamalıyevə (Hüquq məsələləri üzrə Baş menecerinin müavini) və Gülgün Eminbəyli (İR şöbəsinin rəisi) həvalə edilsin. Daxili təhqiqat və Prokurorluq araşdırmaları bitdiyi və müvafiq qərar qəbul edilən vaxt və istintaqın gəldiyi nəticələrə uyğun olaraq məsələyə münasibət bildirilməsi üçün Saylan Oyl Limited ƏŞ HİKna müraciət edilsin. Bu əmr xx.xx.2023-cü ildən qüvvəyə minir və əmrə nəzarəti öz üzərimdə saxlayıram.

36. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli, HR/1063 nömrəli “Əmək müqaviləsinin xitam verilməsi barədə” əmrindən görünür ki, X17 böyük mexaniki İddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ) əsasən xitam verilsin. Əmrin icrası İnsan Resursları üzrə X14, ona nəzarət isə Hüquq meneceri Hafiz Dünyamalıyevə həvalə edilsin. İşçi ilə son haqqhesabların aparılması Maliyyə Departamentinə tapşırılsın.

37. İş materiallarına olan Salyan Oyl İTD Şirkətinin HİK-nin İclasının 17 mart 2023-cü il tarixli, 49 nömrəli protokulundan görünür ki, X12 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, X8 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və X16 Büro üzvlərinin həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmirik.Büro üzvlərinin Baş Menecer Hörmətli Ramil Əsgərovdan aşağıdakı məsələlərlə bağlı xahişinə əsasən X4 34 ildir bu şirkətdə çalışdığını və onun həyat yoldaşının ürək xəstəsi (açıq ürək əməliyyatı) olmağını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini, X9 Müharibə veteranı olmasını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini xahiş edirik.

38. İş materiallarına əlavə edilmiş xx.xx.2023 cü tarixli, İ/23 saylı əmrindən görünür ki, Komissiya sədri Vahid İmanov və Komissiya üzvləri Elşən Tağızadə, Hüseynağa Ağalarov, Kamran Manafov, Fuad Balayev, Elşən Cəfərov, Hüseyn Həsənov tərkibində X22 şirkətinin Kirovdağ sahəsində qanunsuz işıq qoşulması (oğurluq) hallarının qarşısının alınması ilə əlaqədar araşdırma aparmaq üçün komissiya təşkil edilsin.

39. İş materiallarında olan xx.xx.2023 cü il tarixli aktdan görünür ki, X22 şirkətinin Kirovdağ sahəsində mövcud olan qaz təhcizatı xəttinə qoşulmuş qanunsuz qaz xətləri, xx.xx.2023-cü il tarixində ləğv edildikdən sonra sutkalıq qaz sərfiyyatı təqribi olaraq 1500 metr/kub azalmışdır. Yəni sutka ərzində təxmini olaraq 1500 metr/kub qaz itkisi baş vermişdir. İstilik xanaların mövsümü işləməsini nəzərə alsaq, 6 ay ərzində təqribən 270.000 metr/kub qaz itkisi baş vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsində yoxlama apararkən traktorla qazıntı zamanı UDO-3m peçindən yaxınlığındakı istixana istiqamətində çəkilmiş və basdırılmış təxminən 75 m kauçuk boru komissiya tərəfindən aşkarlandı. Qoşulu olmasa da, bu qanunsuz qoşulma yaxın günlərdə ayrılmasını komissiya müyyən etdi.

40. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsinin inzibati binasının anbarlar olan hissəsində tapılan şübhəli kauçuk şlankı aşkarlamaq üçün komissiya şəklində pol söküldü və qoşulu olmasa da (təzə ayrılıb) yalnız açarı İddiaçı olan otaqda sonu aşkarlandı. Komissiyanın rəyinə görə təzə ayrılması nəticəsinə gəlindi. video çəkilişlər var.

41. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan Oyl şirkətinin əmtəə operatoru Səmədov İsrailin izahatından görünür ki, sözü gedən qanunsuz qaz qoşqusundan xəbəri yoxdur amma bu işlə məşğul olan müdiriyyət özüdür və keçən il qışda labaatoriya binasında Əlinin iş otağında oğurluq gedən qaz xəttini tapdıq, rəhbərimiz Vüqar Balayevə məlumat verdik. Bu işin üstü açılsa da yenə xətt kəsilmədi.

42. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılmadığı müəyyən edilmişdir. Belə ki, göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan iddia tələbinin əmrin etibarsız hesab edilərək ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, iddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və.s. hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələblər də əsassızdır.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1214/2023 nömrəli, 25 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar