Məhkəmə qərarları › İş №2(103)-6023/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6023/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6023/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(003)- 7566/2016 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli qətnaməsinə əsasən Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının, İddiaçı3, İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Bekı şəhər Xəzər rayon icra şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2016-cı il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.5-ci maddəsinə əsasən tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızı ərizə ilə müraciət edərək icra sənədinin təzələnərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(003)- 7566/2016 nömrəli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2016cı il tarixli 2(003)-7566/2016 nömrəli qətnaməsi üzrə icra sənədinin təkrarən icra edilməsi üçün göndərilməsi barədə tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının ərizəsi təmin edilməmişdir. İddiaçı3 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(003)- 7566/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(003)-7566/2016 nömrəli qərardadı ləğv edilməli, tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına olan xx.xx.2018-ci il tarixli aktdan aydın olunur ki, 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra sənədi üzrə tələbkarlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində yerləşən 33 saylı evə köçürülmüşlər. İş materiallarında olan “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan məlum olur ki, icra sənədi tam icra olunduğundan 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qətnamə qəbul edildikdən və qanuni qüvvəsini aldıqdan sonra onlar evə köçsələr də, hazırda borclu tələbkarın həmin evdə yaşamasına yenidən maneçilik törətmişdir. Belə ki, giriş açarı dəyişərək onların evdə yaşamalarına maneəçilik yaradır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qərardadını onunla əsaslandırmışdır ki, tələbkarların köçürülməsi barədə akt tərtib edildikdən sonra, icra sənədi üzrə icraata xitam verildiyindən və həmin qərar məhkəmə qaydasında mübahisələndirilmədiyindən icra sənədinin təkrarən icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilməsi barədə ərizə təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin Qanunun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Göründüyü kimi, tələbkarlar 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra sənədi üzrə tələbkarlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində yerləşən 33 saylı evə köçürülmüş və bu əsasla xx.xx.2018-ci il tarixli qərarla icra sənədi tam icra olunduğundan 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilsə də hazırda tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızı borclu tərəfindən həmin ünvanda yaşamalarına yenidən maneəçilik törədildiyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan ərizəni rədd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halı araşdırmalı və tələbkarların həmin ünvanda yaşamasına borclu tərəfindən maneəçilik törədilməsi halı müəyyən olunduğu halda icra sənədi üzrə icraatın təzələnərək yenidən icraya yönəldilməsi məsələsini müzakirə etməlidir. Ona görə də kollegiya hesab edir ki, qeyd olunan halı aradan qaldırılması üçün qərardad ləğv edilməli, ərizəni yenidən müzakirə edərək qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(003)-7566/2016 nömrəli qərardadı ləğv edilməli, tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(003)- 7566/2016 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar