Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6026/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadından borclu (cavabdeh) Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Amil Əmirov məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı icra sənədinin X3 şamil olunması barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. Tələb borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən tərəfindən icra tədbirləri xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Tərəfindən görülən icra tədbirləri zamanı Cavabdeh məxsus olan bağ sahəsinin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və həmin şəxsin adına xx.xx.2024 cü il tarixli ********** saylı çıxarışın mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, göründüyü kimi, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi icra vərəqəsi icraata daxil olmamışdan əvvəl yenisi ilə əvəz edilmişdir. Bu səbəbdən icra sənədinin icrasında qeyri müəyyənlik yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Ş.Qədirova, iş № 2(008)-723/2023) ərizə rədd edilmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu sayılsa da, hüquqi baxımdan qətnaməni icra edə bilmir. Digər tərəfdən, torpaq sahəsini G.Qasımovaya satsa da, G.Qasımova icra sənədi üzrə borclu qismində çıxış edən şəxs deyil. Bu mənada məhkəmə yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirməli idi. Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni rədd edərkən MPM-nin 230-cu maddəsinə istinad etmiş və qeyd etmişdir ki, izah verilməsi xahiş olunan məhkəmə qətnaməsində qeyri-müəyyənlik yoxdur, qətnamə açıq-aydın şəkildə nəzərdə tutulmuşdur. Hər hansı anlaşılmaz məsələ olmadığından məhkəmə qətnəməsinin izahına ehtiyac duymamışdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (230.3). Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (230.4). Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər (230.5). Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmuş, ərizə rədd edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu (cavabdeh) Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6026/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6026/2024
16.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver