Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6028/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə” ilk iddiasına; cavabdehin iddiaçıya qarşı “daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və daşınmaz əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və s. tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatında İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə” ilk iddiasına; cavabdehin iddiaçıya qarşı “daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və daşınmaz əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və s. tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti əsasında mülki iş (İş № 2(103)-6028/2020) daxil olmuşdur (sədrlik edən: hakim Məmməd Məmmədov. Həmin işə baxılan zaman müəyyən edilmişdir ki, Məhkəmənin icraatında İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbi barədə iddiasına; cavabdehlərin iddiaçıya qarşı “miras paylarının müəyyən edilməsi” tələbi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən iş (İş № 2(103)-3445/2020) vardır (sədrlik edən: hakim İlham Kərimli) və həmin işin icraatı hazırki işə görə dayandırılmışdır. Qeyd edilən həmi iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardaddan görünür ki, həmin işin icraatı məhz hazırki mülki işə görə dayandırlmışdır. Odur ki, Məhkəmə, eyni tərəflərin eyni predmet barədə tələbləri üzrə olan bu işlərin məhkəmənin icraatında olmasını müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsinin məqsədəmüvafiq olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: 2(103)-6028/2020 və 2(103)-3445/2020 №-li mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6028/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6028/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver