Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6029/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Birləşdirilmiş hər iki iddia üzrə İddiaçı, onun nümayəndəsi X22, digər nümayəndəsi və vəkili X34, Birləşdirilmiş birinci iddia üzrə üçüncü şəxs (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) X23 nümayəndəsi və vəkili X18 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5889/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birləşdirilmiş birinci iddia tələbi üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X6 icarəyə verilmişdir. 1998-ci ildə atası sözügedən bağı Əbülfəz adlı şəxsə satmaq istəmiş, lakin o və qardaşı X24 notarial təsdiqli razılıq vermədiklərinə görə alqı-satqı baş tutmamış, şəxsən özü bağın satılması üçün verilmiş pulu bağı almaq istəyən şəxsə - Əbülfəzə geri qaytarmışdır. Həmin müddətdən sonra bağa gedib-gəlmiş və istifadə etmişlər. xx xxxxxx 2001-ci ildə atası X8 vəfat etmişdir. Atasının vəfatından sonra 3 saylı “ASAN xidmət” X20na müraciət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsələrin sırasında o, qardaşı X25 və bacısı - X13 olmuşdur. Bacısı və qardaşı mirasdan onun xeyrinə notarial qaydada imtina etmişlər. Digər bacıları Zenfira, Elmira və qardaşı Ramiz vərəsələrin dairəsinə daxil olmamışdır. 3 saylı “ASAN xidmət” X20nun notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli, 443 saylı məktubla bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağa dair çıxarış verilməsi xahiş olunmuşdur. O və ailəsi qeyd olunan bağa mütəmadi getmişlər, istifadə etmişlər. Qardaşı Ramiz bağın özünə aid olduğuna dair zamanzaman onlarla mübahisə etmişdir. 2018-ci ilin may ayında o və ailəsi bağa gedəndə bağın hasarının söküldüyünü görmüşlər. Bununla bağlı Bakı şəhəri, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət etmiş və cavabında bağa kimin daxil olmasının araşdırıldığı və həmin bağ sahəsinə dair X23 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış alındığı və çıxarışın surətinin bölməyə təqdim edildiyi bildirilmişdir. Həmin çıxarışın surəti onlara təqdim edilmişdir . Üçüncü şəxs X32 bacısı Zemfiranın oğludur. Bacısı isə notarius tərəfindən vərəsə kimi mirasın qəbulu müddətini ötürdüyündən, vərəsələrin dairəsinə daxil olmamışdır. Bunu 3 saylı “ASAN xidmət” X20 bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirilmişdir ki, X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X5 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən digər şəxslərin adına keçirilmiş və rəsmiləşdirilmişdir. Bağın satılmasına o və qardaşı Ramiz heç vaxt razılıq verməmişdirlər və bağ sahəsi atası tərəfindən satılmamışdır. Qeyd edilənlərə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsinə dair verilmiş Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən Bakı şəhəri 32 saylı Notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-91 və 4Ə-92 reyestr nömrələri ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5889/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə iddia tələbi təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı iddia tələbinin məzmununa uyğun əsaslandırılmaqla apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iddia tələbi üzrə İddiaçı cavabdeh X14, X28 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bağın icarəyə verilməsi haqqında xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və həmin torpaq sahəsindən cavabdeh X23 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X6 icarəyə verilmişdir. 1998-ci il tarixdə atası sözü gedən bağı Zülfü adlı şəxsə satmaq istəmiş, lakin o və qardaşı X24 notarial təsdiqli razılıq vermədiklərinə görə alqı-satqı baş tutmamış, şəxsən özü bağın satılması üçün verilmiş pulu bağı almaq istəyən şəxsə - Zülfüyə geri qaytarmışdır. Həmin müddətdən sonra bağa gedib-gəlmiş və istifadə etmişdir. xx xxxxxx 2001-ci ildə atası X8 vəfat etmişdir. Atasının vəfatından sonra 3 saylı “Asan Xidmət” X20na müraciət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsələrin sırasında o, qardaşı X25 və bacısı X13 olmuşdur. Bacısı və qardaşı mirasdan onun xeyrinə notarial qaydada imtina etmişlər. Digər bacıları Zenfira, Elmira və qardaşı Ramiz vərəsələrin dairəsinə daxil olmamışlar. 3 saylı “Asan xidmət” X20nun notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli, 443 saylı məktubla bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağa dair çıxarış verilməsi xahiş olunmuşdur. O, və ailəsi qeyd olunan bağa mütəmadi getmiş və istifadə etmişlər. Qardaşı Ramiz bağın ona aid olduğuna dair zaman-zaman onlarla mübahisə etmişdir. 2018-ci ilin may ayında o, və ailəsi bağa gedəndə bağın hasarının söküldüyünü görmüşlər. Bununla bağlı Bakı şəhəri Sabunçu rayon RPİ-nin 42-ci Polis Bölməsinə müraciət etmiş və cavabında bağa kimin daxil olmasının araşdırıldığı və həmin bağ sahəsinə dair X23 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış alındığı və çıxarışın sürətinin bölməyə təqdim edildiyi bildirilmişdir. Həmin çıxarışın surəti onlara təqdim edilmişdir. X32 bacısı Zenfiranın oğludur. Bacısı Zenfira isə notarius tərəfindən vərəsə kimi mirasın qəbulu müddətini ötürdüyündən vərəsələrin dairəsinə daxil olmamışdır. Bunu 3 saylı “Asan xidmət” X20 bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X5 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən digər şəxslərin adına keçirilmiş və rəsmiləşdirilmişdir. Bağın satılmasına o və qardaşı Ramiz heç vaxt razılıq verməmişlər və bağ sahəsi atası tərəfindən satılmamışdır. Qeyd edilənlərə əsasən Bağın İcarəyə verilməsi haqqında xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X14, X28 və üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı iddia tələbinin məzmununa uyğun əsaslandırılmaqla apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 14064/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs X28 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş, onunla əlaqəli olan İddiaçı cavabdeh X14 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işlə bir icraatda baxılması üçün biləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş hər iki iddia üzrə İddiaçı, onun nümayəndəsi X33 və digər nümayəndəsi və vəkili X42 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş birinci iddia üzrə üçüncü şəxs (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) X23 nümayəndəsi və vəkili X29pellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş birləşdirilmiş birinci iddia üzrə cavabdeh X26 və birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə üçüncü şəxs) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5889/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəm kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq və birləşdirilmiş birinci iddia tələbi üzrə nəticənin birləşdirilmiş ikinci iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə aslı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdirilmiş birinci iddia tələbi, daha sonra isə birləşdirilmiş ikinci iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birləşdirilmiş birinci iddia tələbi üzrə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən Bakı şəhəri 32 saylı Notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-91 və 4Ə-92 reyestr nömrələri ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunan iddia tələbi üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, keçmiş X27 ilə bağlanılmış 2537 nömrəli müqavilə ilə X6 icarəyə verilmiş Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X5 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında digər şəxslərin adlarına keçirilmiş və rəsmiləşdirilmişdir. İş materiallarında olan 3 saylı “ASAN xidmət” X20 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, X5 xx xxxxxx 2001-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, göstərilən xüsusatlarda cinayət tərkibi və inzibati xəta tərkibi olmadığı, mülki xarakterli məsələ olduğu müəyyən edilmişdir. İş materiallarında olan X13 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X13 atası X4 miras qalmış ona düşən miras əmlak payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan X25 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X25 atası X4 miras qalmış əmlakdan ona düşən payını qəbul etməmiş, etmir və həmin mirasla bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X26 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizədən görünür ki, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ evi yarasız olduğu üçün sökülmüşdür.Ona görə də həmin evin qeydiyyatının ləğv edilib yalnız torpaq sahəsinə çıxarış, plan-sxem və texniki pasportun verilməsini xaiş etmişdir. İş materiallarında olan AN-İ № ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X3 ərazisində yerləşən 665A nömrəli bağ sahəsinin ona məxsus olan 0.12 ha hissəsini X2. İş materiallarında olan AN-İ № ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X3 ərazisində yerləşən 665 nömrəli bağ sahəsinin ona məxsus olan 0.12 ha hissəsini X2. İş materiallarında olan Bağın icarəyə verilməsi haqqında 2537 nömrəli, xx.xx.1998-ci il tarixli müqavilənin surətindən görünür ki, Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsinin ona məxsus olan 0.12 ha hissəsi X14 icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş X9 və İstismarı Birliyinin X15 ünvanladfığı məktubun surətindən görünür ki, X11 atası X5 adında olan Nardaran ərazisindəki 665 nömrəli bağ sahəsi xx.xx.1998-ci ildə onun və ailə üzvlərinin rəsmi ərizələri əsasında X10 və X12 adına keçirilmişdir. İş materiallarında olan X13 tərəfindən yazılmış ərizənin surətindən görünür ki, X13 atasının adına 665 nömrəli bağ sahəsi var. Həmin bağ sahəsinin 0.12 ha hissəsinin X10, 0.12 ha hisəssinin X12 adına sənədləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan X5 ərizəsinin surətindən görünür ki, X8 öz adına olan 665 nömrəli bağ sahəsinin ev yerləşən 0.12 ha hissəsini ailəvi dostu X10, qalan 0.12.ha hissəsinin X12 adına sənədləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan 2537 nömrəli, xx.xx.1987-ci il tarixdə verilmiş müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi 10 il müddətinə X6 icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ sahəsi tam mülkiyyət hüququ üzrə X23 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi olan 665 nömrəli bağ sahəsi üzərindəki tikililərə keçmiş X9 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1998-ci il tarixli müqavilə əsasında X14 icarəyə verilmişdir.Həmin müqavilə əsasında Nardaran ərazisində yerləşən 665 nömrəli bağ evi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi və ümumi sahəsi 48.3 kv.m olan bağ evi xx.xx.2017-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Daha sonra 665 nömrəli bağ evi yararsız olması səbəbindən söküldüyü üçün X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ evinin qeydiyyatı ləğv edilərək, xx.xx.2018-ci ildə 665 nömrəli bağ sahəsi ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ sahəsi Abşeron rayonu 2 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 2V-3 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci ildə X10 adına dövlət reyestrində qeydiyyata alınmışdır.Daha sonra Bakı şəhəri 32 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-91 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 665 nömrəli bağ sahəsi 4Ə-91 nömrəli alqı-satqı müqaviləsinə əsasən 665 A nömrəli bağ sahəsi 665 nömrəli bağ sahəsi kimi (0.24 ha) xx.xx.2018-ci ildə X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi Bakı şəhəri 32 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixdə 4Ə-91 və 4ə-92 saylı reyestr nömrələri ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən X23 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış çıxarışla rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 674648 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, keçmiş X9 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış 2537 nömrəli, xx.xx.1987-ci il tarixli müqaviləyə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi 10 il müddətinə X6 icarəyə verilmişdir. Daha sonra xx xxxxx 1998-ci ildə X8 istifadəsində olan 665 nömrəli bağ sahəsinin ev yerləşən 0.12 ha hissəsini ailəvi dostu X10, qalan 0.12.ha hissəsinin X12 adına sənədləşdirilməsinə razılıq vermiş və bu razılıq əsasında qeyd olunan bağ sahəsi X9 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1998-ci il tarixli müqavilə əsasında X14 icarəyə verilmişdir. Həmin müqavilə əsasında Nardaran ərazisində yerləşən 665 nömrəli bağ evi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi və ümumi sahəsi 48.3 kv.m olan bağ evi xx.xx.2017-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 665 nömrəli bağ evi yararsız olması səbəbindən söküldüyü üçün X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ evinin qeydiyyatı ləğv edilərək, xx.xx.2018-ci ildə 665 nömrəli bağ sahəsi ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ sahəsi Abşeron rayonu 2 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 2V-3 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci ildə X10 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 32 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-91 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 665 nömrəli bağ sahəsi 4Ə-91 nömrəli alqı-satqı müqaviləsinə əsasən 665 A nömrəli bağ sahəsi 665 nömrəli bağ sahəsi kimi (0.24 ha) xx.xx.2018-ci ildə X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi iddiaçının atası X5 istifadəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsi hələ onun sağlığında sonuncunun razılığı ilə digər şəxslərin istifadəsin verilmişdir. Yəni X8 xx.xx.2001-ci il tarixdə vəfat edərkən mübahisəli bağ sahəsi onun mülkiyyətində və ya istifadəsin olmamışdır. Bununla əlaqədar həmin bağ sahəsi miras kütləsinə daxil olmadığından qeyd olunan daşınmaz əmlakın vərəsəlik qaydasında İddiaçı tərəfindən qəbul edilməsi mümkün deyildir. Bundan başqa etibarsız hesab edilməsi iddia edilən hər iki-xx.xx.2018-ci il tarixli 4Ə-91 nömrəli və 4Ə-92 nömrəli alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin azad iradə ifadəsi nəticəsində, müqavilə şərtləri ilə və hüquqi nəticələri ilə razılaşdırılmış şəkildə yazılı formada bağlanılmışdır. Mübahisələndirilən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsinə dair Seriya RX ******* saylı Çıxarışın da hüquqi əsasını həmin alqı-satqı müqavilələri təşkil etdiyindən daşınmaz əmlakın dövlət reyestr qeydiyyatı əsaslı və qanuni şəkildə aparılmışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 4Ə-91 nömrəli və 4Ə-92 nömrəli müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq, bağlanıldığından, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsinə dair Seriya RX ******* saylı Çıxarış həmin müqavilələrin əsasında verildiyindən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsi hazırda başqa bir şəxsin-X23 mülkiyyətində olduğundan və hal-hazırda İddiaçı qeyd etdiyi kimi onun mərhum atası X5 mülkiyyətində və istifadəsində olmadığından, beləliklə miras kütləsinə aid olmadığı üçün qanun üzrə vərəsəliyin predmeti olmadığından xx.xx.2018-ci il tarixli 4Ə-91 nömrəli və 4Ə-92 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsinə dair Seriya RX ******* saylı Çıxarışın etibarısz hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Birləşdirilmiş ikinci iddia tələbi üzrə; İddiaçı cavabdeh X14, X28 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bağın icarəyə verilməsi haqqında xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və həmin torpaq sahəsindən cavabdeh X23 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunan iddia tələbi üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 2537 saylı, xx xxxxxx 1987-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsi X6 xx xxxxxx 1997-ci il tarixədək icarəyə verilmişdir. Müqavilədə ondan başqa Aslanova Zeynəb, Aslanova Esmira və Quliyeva Cavahir ailə üzvləri kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X24 ifadə verərək göstərdi ki, 1998-ci ildə atası ona bildirmişdir ki, onlara məxsus olan bağı satmaq istəyir. O, atasının bu sözünə etirazını bildirmişdir. Sonradan dayısı ona bildimişdir ki, atası bağı Zülfü adlı şəxsə satmışdır. O, bağa gedərək Zülfü ilə görüşüb bildirmişdir ki, bağın satılmasına o razı deyil. Pulunu geri alıb bağı qaytarsın. Səhəri gün o, atası və Zülfü bir yerdə görüşmüşlər, Zülfü demişdir ki pulu qaytarın bağı təhvil verim. Sonra o, bağı sənədləşdirmək üçün sənədlər toplamağa başlamışdır. Lakin bir sıra problemlər səbəbindən bağı adına keçirə bilməmişdir. Bir neçə müddətdən sonra o, bilmişdir ki, qardaşı ölmüş bacının adından sənəd düzəldib. O, bununla bağlı bağlar idarəsinə müraciət etmiş, orada şöbə müdiri ondan forma 2 arayış istəmiş, o, sənədləri toplayıb ona vermiş, ona bildirilmişdir ki, narahat olmayın heç kəs bağı sata bilməz. Sonradan müəyyən oldu ki, bağ sahəsi bacısı oğlu Rəşadın adına sənədləşdirilib. O, insult keçirdiyindən sənədləşmə işlərindən xəbəri olmayıb. Buna razılıq verməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi X6 icarəyə verilmiş, müqavilədə ondan başqa ailə üzvləri kimi Aslanova Zeynəb, Aslanova Esmira və Quliyeva Cavahirin adları qeyd edilmişdir. Müəyyən edilmişdir ki, X5 Kamal, Ramiz, Camal, Elmira, Esmira və Zenfira adlı uşaqları olmuşdur. Hazırki iş üzrə cavabdeh X32 iddiaçının bacısı Zenfiranın oğludur. xx xxxxxx 2001-ci ildə atası X8 vəfat etmişdir. Onun vəfatından sonra 3 saylı “Asan Xidmət” X20na müraciət əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsələrin sırasında o, qardaşı X25 və bacısı X13 olmuşdur. Bacısı və qardaşı mirasdan onun xeyrinə notarial qaydada imtina etmişlər. Digər bacıları Zenfira. Elmira və qardaşı Ramiz vərəsələrin dairəsinə daxil olmamışlar. İş materiallarında olan 3 saylı “Asan Xidmət” X20 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2001-ci ildə vəfat etmiş X5 vərəsəsi ünvan 7 mənzil 42 ünvanında qeydiyyatda olan İddiaçıdur və miras əmlakdan tam hissədə irs almalıdır. İddiaçı tələbində və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağa dair çıxarış verilməsi xahiş olunmasına dair 3 saylı “Asan xidmət” X20nun notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli, 443 saylı məktuba istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1998-ci ildən X5 adında bağ sahəsi olmamışdır. Birləşdirilmiş birinci iddia tələbi üzrə araşdərmadan müəyyən edilmişdir ki, keçmiş X9 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış 2537 nömrəli, xx.xx.1987-ci il tarixli müqaviləyə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi 10 il müddətinə X6 icarəyə verilmişdir. Daha sonra xx xxxxx 1998-ci ildə X8 istifadəsində olan 665 nömrəli bağ sahəsinin ev yerləşən 0.12 ha hissəsini ailəvi dostu X10, qalan 0.12.ha hissəsinin X12 adına sənədləşdirilməsinə razılıq vermiş və bu razılıq əsasında qeyd olunan bağ sahəsi X9 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1998-ci il tarixli müqavilə əsasında X14 icarəyə verilmişdir. Həmin müqavilə əsasında Nardaran ərazisində yerləşən 665 nömrəli bağ evi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi və ümumi sahəsi 48.3 kv.m olan bağ evi xx.xx.2017-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 665 nömrəli bağ evi yararsız olması səbəbindən söküldüyü üçün X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ evinin qeydiyyatı ləğv edilərək, xx.xx.2018-ci ildə 665 nömrəli bağ sahəsi ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 665 nömrəli bağ sahəsi Abşeron rayonu 2 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 2V-3 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci ildə X10 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 32 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-91 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 665 nömrəli bağ sahəsi 4Ə-91 nömrəli alqı-satqı müqaviləsinə əsasən 665 A nömrəli bağ sahəsi 665 nömrəli bağ sahəsi kimi (0.24 ha) xx.xx.2018-ci ildə X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilə X10 adınadır və bu müqavilədə X9 və İstismarı Birliyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha olan 665 saylı bağ sahəsini X16 xx xxx 2008-ci il tarixədək icarəyə vermişdir. İşin materiallarından görünür ki, 665 saylı bağ sahəsinə dair X5 adına olan 2537 saylı, xx xxxxxx 1987-ci il tarixli müqavilədə bağ sahəsinin 0,12 ha deyil, 0,24 ha olması qeyd edilmişdir. Həmin bağın 0,12 ha hissəsi xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilə X10 adına, qalan 0,12 ha hissəsi isə xx xxx 1998-ci il tarixli, 21384 saylı müqavilə X12 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 665 saylı bağ sahəsinin xx xxx 1998-ci il tarixli, 21384 saylı müqavilə X12 adına rəsmiləşdirilməsi hissəsi iddia predmetinə daxil deyildir. Məhkəmə kollegiyası iddia predmeti olan X10 adına olan bağın İcarəyə verilməsi haqqında xx xxx 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia dəlilləri ilə əlaqədar qeyd edir ki, iddiaçı tələbində bağın satılmasına onun və qardaşı Ramiz heç vaxt razılıq verməməsini göstərsə də, iş materiallarında bu barədə yalnız X11 xx.xx.1998-ci il tarixli ərizəsi mövcuddur ki, məhkəmə də haqlı olaraq bu ərizəni ciddi əhəmiyyətli sübut növü kimi qiymətləndirməmişdir. Belə ki, əvvəla işin materiallarından görünür ki, X24 1998-ci ildə buna etirazı olmasına baxmayaraq hazırki vaxta kimi atasının adından bağın digər şəxslərin adına sonrakı rəsmiləşdirilmələrini heç vaxt mübahisələndirməmiş, hazırki iş üzrə də iddiaçı deyildir. Həmçinin də, X9 və İstismarı Birliyinin X15 ünvanladığı xx.xx.1998-ci il tarixli 663 saylı məktubla atası X5 adında olan Nardaran ərazisindəki 665 №li bağ sahəsi xx.xx.1998-ci ildə onun və ailə üzvlərinin imzaları notariat kontorunda təsdiq edilmiş rəsmi ərizələri əsasında Z.Ə.Mustafayevin və M.S.Zamanovanın adına keçirilməsi bildirilmişdir. Bundan əlavə, işin araşdırılmış hallarından görünür ki, cavabdeh X26 izahatında 1998-ci ildə iddiaçı digər iki nəfər şəxslə birlikdə bağa gəlib «Sən nə qədər pul vermisənsə biz onu geri qaytaraq sən bu bağı bizə təhvil ver.» demələrini göstərmiş, sonradan mərhum Cəbrayıl Cəfərovun da iştirakı ilə aralarında olan razılığa əsasən verdiyi pulu 1 ay müddətinə qaytarılmalı olmasını, sonradan o, Cəbrayıl və onun oğlu Kamala 1 ay yox, hətta 1 il də gözləyə bilməsini, həmin vaxtan 1 il keçdikdən sonra onun verdiyi pulu geri qaytarmadıqlarından bir neçə müddət də gözlədikdən sonra artıq pulun verilmədiyini görüb bağ sahəsini bir hissəsini öz adına, digər hissəsini isə mərhum həyat yoldaşı Mətanətin adına xüsusi mülkiyyət kimi rəsmiləşdirməsini göstərmişdir. Nə birinci instansiya məhkəməsində nə də apellyasiya icraatı zamanı iddiaçı tərəf işin bu halını təsdiq etməsə də, təkzib etməmişdir. Məhkəmə haqlı olaraq cavabdeh X10 iddiaya olan mövqeyinə qiymət verərək göstərdiklərini inandırıcı saymış və qeyd etmişdir ki, iddiaçı mübahisəli bağın atası tərəfindən başqa şəxsin, konkret olaraq cavabdehin adına sənədləşdirməsinə razılıq verməsini qardaşı Ramiz Cəfərov kimi tam məlumatlı idi. Məhkəmə həmçinin haqlı olaraq iddia tələbinin iddiaçının şəxsən özü bağın satılması üçün verilmiş pulu bağı almaq istəyən şəxsə - Zülfüyə geri qaytarması və həmin müddətdən sonra bağa gedib-gəlməklə istifadə etməsinə dair dəlillərinə də qiymət verərək onları heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqini tapmadığı üçün əsassız saymışdır. Belə bir faktın mövcudluğu nə iş materialları ilə nə də cavabdeh X26 tərəfindən təsdiq olunmur. Məhkəmə haqlı olaraq iddiaçı tərəfin həmin dəlilini həm də ona görə inandırıcı saymamışdır ki, iddiaçının şəxsən özü bağın satılması üçün verilmiş pulu bağı almaq istəyən şəxsə - Zülfüyə geri qaytarması faktı olsa idi, iddiaçı atasının ya sağlığında, ya da ki, 2001-ci ildə vəfatından sonra bağın sənədləşmə işləri ilə maraqlanaraq onun hüquqi taleyini də həll edərdi. Məhkəmə kollegiyası iddiaçı tərəfin bağ sahəsini zəbt edilməsi ilə bağlı 2018-ci ildə polis orqanlarına etdikləri müraciətləri və onun əsasında alınan izahatları da əhəmiyyətsiz sayır. Belə ki, polisə verilən ərizə və izahatlarda göstərilənlər heç bir sübut növləri öz təsdiqini tapmamış, əksinə istər hazırki tələbin araşdırılmış halları, istərsə də, birləşdirilmiş birinci iş üzrə müəyyən edilmiş hallar ilə tam təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə həmçinin iddiaçının mübahisələndirdiyi müqavilənin 1998-ci ildə bağlanmasını və onun bu barədə qardaşı Cəfərov Ramiz kimi tam məlumatlı olmasını bilməsi halı ilə bağlı haqlı olaraq hesab etmişdir ki, mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə olunmasına dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Qeyd olunan Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə haqlı olaraq cavabdeh tərəfin iddia müddətinin tətbiq olunması haqqında ərizəsinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı “Asan xidmət” X20nun bağın digər şəxsin mülkiyyətində olmasına dair məlumatından sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə oradan ona X8 ilə keçmiş X27 arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsinin onun və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən digər şəxslərin adına keçirilməsi və rəsmiləşdirilməsi barədə tam xəbərdar olduğu an nəzərə alınarsa, belə olan halda o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi ilə əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş kəsici müddəti də keçirmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət olmadığından məhkəmə həmin normanın hazırki mübahisəyə tətbiq edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5889/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5889/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6029/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6029/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver