Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6034/2022 05.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-6034/2022 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 05 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, üçüncü şəxs AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsininin nümayəndələri X3 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli Əmrinə əsasən, əmək fəaliyyətində yol verdiyi nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdadıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-50 saylı əmrinə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli əmri ləğv edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 75-89 nömrəli Yoxlamanın nəticələrinə dair Əmrinə əsasən, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 12.2021-cı il tarixli F-300 nomrəli əmrin ləğv edilməsi nəzərə alınması, Bakı şəhəri 314 nomrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi nəzərə alınması, maliyyə və mühasibatlıq sektoru İddiaçı ilə son haqq hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən Şuşa şəhər 9 nömrəli tam orta məktəbdə tarix fənn müəllimi olaraq dövlət müəssəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2020-ci il tarixdən də Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Çalışdığı dövrdə əmək fəaliyyətində hər hansı pozuntuya yol verməmiş, vicdanla və layiqli şəkildə öz vəzifələrini icra etmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Əmək fəaliyyəti dövründə rəhbərlik etdiyi təhsil müəssisəsində şagird və müəllim kollektivi üçün tam şəffaf bir təhsil mühiti formalaşdırmışdır. Təəssiif ki. yaratmağa çalışdığı şəffaflıq bəzi şəxslərin maraqlarına toxunduğundan fəaliyyətinə kölgə salınmağa çalışılmış və nəticədə də əmək fəaliyyətinə qanunsuz olaraq son verilmşdir. Rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlər arasında yaranan anlaşılmazlığın tərəfindən düzgün araşdırılmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Azərbaycan Respublikası ləhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində F300 nömrəli intizam tənbehi barədə əmr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi fikrini dəyişdirərək Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli. K50 nömrəli əmrinin icrasını təqdim etmək məqsədilə xx.xx.2022-ci il tarixində 75-89 saylı yoxlama nəticələrinə dair yeni əmr vermiş və həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki. yəni Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Dəfələrlə müraciət etsə də, barəsində qəbul edilən əmrlərin surəti təqdim edilməmişdir. Bu əmr qanunsuz və qərəzli şəkildə qəbul edilmiş, ləğv edilməlidir və 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1740/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Kəmalə Əmirxanova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o xx.xx.2020-ci il tarixdən də Bakı şəhəri 314 nömrəli tam ortaməktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Çalışdığı dövrdə əmək fəaliyyətində hər hansı pozuntuya yol verməmiş, vicdanla və layiqli şəkildə öz vəzifələrini icra etmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Əmək fəaliyyəti dövründə rəhbərlik etdiyim təhsil müəssisəsində şagird və müəllim kollektivi üçün tam şəffaf bir təhsil mühiti formalaşdırmışdır. Rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlər arasında yaranan anlaşılmazlığın iddiaçı tərəfindən düzgün araşdırılmamasını əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində F300 nömrəli intizam tənbehi barədə əmr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi fikrini dəyişdirərək Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K50 nömrəli əmrinin icrasını təqdim etmək məqsədilə xx.xx.2022-ci il tarixində 75-89 saylı yoxlama nəticələrinə dair yeni əmr vermiş və həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan İddiaçı iləbağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. Dəfələrlə müraciət etsə də, barəsində qəbul edilən əmrlərin surəti iddiaçıya təqdim edilməmişdir. Bu əmr qanunsuz və qərəzli şəkildə qəbul edilmiş, ləğv edilməlidir və 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Məhz hansı intizam xətasını törətməyim əsaslanmdırılmasa da, F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin ləğv edilərək, xx.xx.2022-ci il tarixində işdən azad edilməyi barədə əmrin verilməsi onu deməyə tam olaraq əsas verir ki, o məhz eyni əsasla, yəni F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin verilməsinə əsas yaradan intizam xətasına görə işdən azad edilmişdir. Belə olan halda Əmək Məcəlləsinin 187 və 189-cu maddələrinin də tələbləri pozulmuşdur. ƏM-mım 189-cu maddəsinin tələblərini pozmamaq məqsədilə (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.) BŞTİ F300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmri ləğv etmişdir. Lakin bununla BŞTİ ƏM-nın 189-cu maddəsinin də tələblərini pozmuşdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2- ci hissəsində qeyd edilir ki, İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Törətdiyi iddia edilən intizam xətasını hətta xx.xx.2021ci il tarixində belə aşkar etmiş olsaydılar da yenə də ƏM-nın 187-ci maddəsinin tələbləri pozulmuş olacaqdı, çünkü xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 ay 11 günkeçmiş olur. Məhkəmə öz qətnaməsində hansı faktiki halları araşdırdığı barədə heç bir məlumat verməyib. Eyni zamanda qətnamənin müəyyən etdi hissəsinin 4-cü abzasında məhkəmə “Məhkəmə iclasının yeri və vaxtıbarədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.” cavabdehin məhkəmə iclasında iştirak etmədiyini bildirir. Daha sonra əsaslandırıcı hissədə məhkəmə (Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır.) cavabdehin nümayəndəsinin verdiyi izahata istinad edir. Görünür məhkəmə işin araşdırmaqdan çox heç bir məhkəmə iclasında iştirak etməyən cavabdeh nümayəndəsinin maraqlarına xidmət etməkdədədir. Cavabdehin nümayəndəsi 3 məhkəmə iclasından heç birinə gəlməmişdir. Məhz bu səbəbdən hakim hazırlıq iclasını bir dəfə təxirə salmışdır. Daha sonra hansı intizam xətasını törətməyim əsaslandırılmasa da, F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin hansı əsasla ləğv edilməyi və niyə yeni əmrin verilməsi barədə müddəalar məhkəmə tərəfindən araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri T.Quliyev və N.Bağırov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir;
11. 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
12. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər;
15. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir;
16. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
18. 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir;
19. 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;
20. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun;
21. 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
22. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir.
23. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli Əmrinə əsasən, əmək fəaliyyətində yol verdiyi nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdadıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-50 saylı əmrinə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli əmri ləğv edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 75-89 nömrəli Yoxlamanın nəticələrinə dair Əmrinə əsasən, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 12.2021-cı il tarixli F-300 nomrəli əmrin ləğv edilməsi nəzərə alınması, Bakı şəhəri 314 nomrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi nəzərə alınması, maliyyə və mühasibatlıq sektoru İddiaçı ilə son haqq hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli Əmrin surətindən görünür ki, əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdadıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.
29. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 75-89 nömrəli Yoxlamanın nəticələrinə dair Əmrin surətindən görünür ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktor İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X2 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 12.2021-cı il tarixli F-300 nomrəli əmrin ləğv edilməsi nəzərə alınması, Bakı şəhəri 314 nomrəi. tam orta məktəbm direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə gorə Azərbaycan Respublikasının ümək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi nəzərə alınması, maliyyə və mühasibatlıq sektoru İddiaçı ilə son haqq hesabın aparılmasını təmin edilməsi əmr edilmişdir.
30. xx.xx.2022-ci il tarixli X7 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi əmək müqaviləsi münasibətləri barədə təsvir edildiyi kimi, mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 15:00 – 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan X7 iştirak etməmişdir.
31. Azərbaycan Respublikasının Təhsil Nazirinin “Yoxlamanın nəticələrinə dair” xx.xx.2022-ci il tarixli, K-50 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun, “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsinin, Müəllimlərin etik davranış qaydaları”nın və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbiyə işləri üzrə direktor müavini X2 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021 -ci il tarixli, F- 300 nömrəli əmri ləğv edilməsi, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022- ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.
32. İddiaçı apellyasiya şikayətində eyni bir pozuntuya görə ona 2 intizam tənbehi tətbiq edildiyini, sonradan ilk intizam tənbehinin ləğv edilməsinin Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olduğunu bildirmişdir.
33. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya onun əmək fəaliyyətində yol verdiyi eyni pozuntuya görə iki intizam təbehi tətbiq edilməmişdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən ləğv edilməsinə dair Təhsil Nazirliyinin əmri verilərkən, iddiaçıya şiddətli töhmət verilməsinə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ləğv edilmişdir.
34. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə həmçinin qeyd edir ki, Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin ləğvinin qanuna uyğun olub-olmaması Əmək Məcəlləsinin tələbləri baxımından deyil, “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından dəyərləndirilməlidir ki, bu məsələ də mülki icraatın deyil, inzibati məhkəmə icraatının predmetinə aiddir. Bundan başqa, iddiaçı Təhsil Nazirliyinin əmrinin qanunsuz olması halına istinad etsə də, həmin əmrin inzibati qaydada mübahisələndirməsi iş materiallarından müəyyən edilmir.
35. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
36. İddiaçı apellyasiya şikayətində həmçinin Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, F-300 saylı, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, əmrin verilməsi üçün əsaslardan biri Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, 24-00-988 qeydiyyat nömrəli birgə xidməti məruzəsi olmuşdur. İddiaçının fəaliyyətində yol verdiyi nöqsanlar xx.xx.2021-ci il tarixində aşkar edildiyindən, əmrin xx.xx.2021-ci il tarixində verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, 1 aylıq müddətlə bağlı tələbə riayət edildiyinə dair nəticəyə gəlməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi həmin müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçıya şiddətli töhmətin verilməsinə dair əmr iddiaçının yol verdiyi nöqsanların aşkara çıxmasından sonra səlahiyyətli orqanın (Bakı şəhəri üzrə Təhsil idarəsinin) həmin pozuntu faktlarına münasibətdə tədbir görməsini, ölçü götürülməsini deməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi isə həmin əmrin verilməsinə səbəb olmuş pozuntu faktlarının olmaması və iddiaçıya ümumiyyətlə intizam təhbehinin tətbiq edilməli olmaması ilə bağlı olmamışdır. Bu səbəbdən də, iddiaçının fəaliyyətində yol verdiyi nöqsanlara müvafiq orqan tərəfindən münasibət bildirildiyindən, iddiaçıya qeyd edilən əmr ləğv edildikdən sonra, xx.xx.2021-ci il tarixində başqa intizam tənbehinin tətbiqinə dair əmrin verilməsi ona müddət ötdükdən sonra verilmiş intizam tənbehi kimi qiymətləndirilə bilməz.
37. Kollegiya mülki işin materiallarına əsasən qeyd edilməsini zəruri hesab edir ki, Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmanın nəticəsi üzrə toplanmış materialları prokurorluq orqanına əmək qanunvericiliyinin pozulub-pozulmamasının araşdırılması üçün deyil, işçinin əməllərinə korrupsiya cinayətlərinin əlamətlərinin olub-olmaması baxımından qiymət verilməsi üçün göndərilmişdir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş materiallar üzrə araşdırma aparılmış və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Həmçinin Bakı şəhəri 314 saylı tam orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir.
38. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət tərkibli əməllərin aşkar edilməməsi, iddiaçının əmək fəaliyyətində nöqsanlara yol verməməsinə və intizam təhbehinin tətbiq edilməsinə əsasın olmamasına dair nəticəyə gəlməyə əsas verə bilməz.
39. Kollegiya iş materiallarına və tərəflərin izahatlarına əsasən qeyd edir ki, iddiaçıya verilən intizam təbnehi onun məktəbdə müəllimlərdən pul yığması faktı ilə bağlı olmuşdur. Qeyd edilən halın həqiqiliyini kollegiya məhkəmə iclasında araşdırarkən iddiaçı izahatında bildirmişdir ki, o məktəbdə müəllimlərdən pul yığmışdır, lakin bunu öz şəxsi maraqları üçün deyil, məktəbdə lazımi təmir işlərinin aparılması üçün etmişdir. Qeyd edilənlərə münasibətdə kollegiya vurğulayır ki, iddiaçının öz şəxsi maraqları üçün deyil, məktəbin təmir işlərinin aparılması üçün pul yığması qanunla yol verilən hərəkət olmadığından, etik davranış qaydalarının tələblərini pozmuşdur.
40. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
43. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Səsrlik edən: Anar Tanrıverdiyev