Məhkəmə qərarları › İş №2(103)-6034/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6034/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6034/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Ərizəçi (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlaka istifadə hüququnun tanınması hüquqi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(001)-5908/2024 saylı qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə və həyətində olan 0.572.6 ha torpaq sahəsinə dair, qayınanası X5 adına həmin daşınmaz əmlaka istifadə hüququnun tanınması ilə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun xx.xx.2024-cü il tarixdən vəfat etmiş əri X3, ona irsi transmissiya yolu ilə xx.xx.1982-ci il tarixində vəfat etmiş Valerinin anası X1, 1966cı ildən hazıradək, artıq 58 il istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə dair Bakı Texniki İnventarlaşdırma idarəsi tərəfindən 1989-cu ilin noyabr ayında verilən Texniki Pasportunda faktiki qeyd edilmişdir. X7, həmçinin, evin ərazisi olan 0.572,6 ha torpaq sahəsi göstərilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 24 saylı məktubu ilə, DƏDRK və Reyestri PHŞ 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, onun xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açıldığı, vərəsələrin dairəsinin müəyyən olunduğu bildirilmiş və ünvan 1(köhnə Dzerjinski) küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarışın və ya hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Eyni məzmunlu ərizə onun tərəfindən də maraqlı şəxsə göndərilsə də, sonuncu tərəfindən cavab verilməmişdir. Bundan əlavə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki,1980-ci ilə dair saxlama müddəti başa çatmış sənədlər məhv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin 20..04.1998-ci il tarixli məktubunda qeyd edilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi, 27 nömrəli evin sakini kimi onun mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz etməsələr də, özbaşına tikililərin qanuniləşdirilməsinin Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(001)- 5633/2023 saylı qərardadı ilə Ərizəçi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka istifadə hüququnun tanınması hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi əslində fərdi yaşayış evinə dair qayınanasının adına olan texniki pasportun əsasında özünün və ya vəfat etmiş qayınanasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına nail olmağa çalışır. Halbuki, iş materiallarından görünür ki, həm ərizəçi, həm də notarius sözügedən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması barədə müvafiq orqana müraciət etmişdir. Odur ki, sonuncu orqanın hərəkətsizliyi bu barədə faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi üçün yox, inzibati orqanın hərəkətsizliyindən (çıxarışın verilməsindən imtina etməsindən) inzibati qaydada inzibati məhkəməyə iddia ilə müraciət etmək üçün əsas ola bilər. Həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili Vəkil şikayət verərək ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin yoldaşı X3, ona irsi transmissiya (miras qoyanların ölümü ilə əlaqədar vərəsələk növbəsi) yolu ilə xx.xx.1982-ci il tarixində vəfat etmiş Valerinin anası X1, 1966-cı ildən hazırdadək, artıq 58 il istifadələrində olan, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə dair Bakı Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1989-cu ilin noyabr ayında verilən Texniki Pasportda faktiki qeyd edilmişdir. X7, həmçinin, evin ərazisi olan 0.572,6 hatorpaq sahəsi göstərilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 24 saylı məktubu ilə, DƏDRK və Reestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirir ki, “X5 adında qalmış miras əmlaka irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət olunmuşdur. X5 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə Ərizəçi ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.”. xx.xx.2024-cu il tarixində maraqlı şəxsin ünvanına ərizəçi tərəfindən qeyd edilən ünvana istifadə hüququnun tanınması ilə yanaşı müvafiq rəsmi sənədlərin verilməsi xahiş olunsa da, hazıradək cavab verilməmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həmin məsələ ilə bağlı xx.xx.2018-ci il tarixində ərizəçinin nümayəndəsinə verdiyi məktubdan görünür ki, “Məlumat üçün bildirirəm ki, 1980-ci ilə dair saxlama müddəti başa çatmış sənədlər məhv edildiyindən, qeyd edilən məsələ ilə bağlı Sizə köməklik göstərilməsi mümkün deyildir.”. Halbuki, xx.xx.1998-ciiltarixli 18/03-5/173 saylı, şəhərərazisinin tikintiplanlaşdırma idarəsinin rəisinin imzası ilə məktubda bildirilir ki, “...M.Ə.Rəsulzadə qəsəbəsiF.Qayıbov küçəsi 28 n-li evin sakini A.V.Popova yoldaşa mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz edilmir. Yuxarıda göstərilən özbaşına tikililərin qanuniləşdirilməsi Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilindədir.” Bundan sonra, maraqlı şəxs, DƏDRK və Reestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan bəlli olur ki, “..Sorğu ilə əlaqədar olaraq, Bakı şəhəri ünvan 2 fərdi yaşayış evinə dair 1989-cu ildə tərtib edilmiş texniki pasportu surətini təqdim edirik. Həmçinin bildiririk ki, sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.”. Həmçinin, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin Bələdiyyəsindən verilən, ərizəçidə qalan 2012-2014-cü illər üzrə qəbzlərdən və, xx.xx.2024-cü il tarixində şəxsi hesab vərəqəsindən bilinir ki, ərizəçi tərəfindən istifadə etdiyi torpaq sahəsinə görə, cari illər üzrə hər hansı borcu olmayaraq, bütün müddət üzrə torpaq vergisi ödənilmişdir. Mübahisəli, Bakı şəhəri ünvan 2 ünvanın ərizəçi tərəfinin 1966cı ildən istifadəsində olması Rəsulzadə qəsəbəsi üzrə Binəqədi RİH nümayəndəliyindən götürülən Yazılış (Прописка) kitabının qeydlərindən bilinir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-ciil tarixli Qərarı; Mülki Məcəllənin 157.1, 178.6-cı maddələri, vəsairə qanunvericiliyin dəlilləri ərizəçinin tələbinə əsas vermişdir. Əlavə olaraq, müəyyən edilmişdir ki, ərizəçi yaşadığı ərazinin, yəni M.Ə.Rəsulzadə qəsəbəsinin F.Qaibov küçəsində ətrafında yaşayan 17, 17a, 19-cu evlərin qonşularında ünvanlarına aid qeydiyyat vəsiqələri, yəni mülkiyyətlərini müəyyən edən sənədlər mövcuddur və ərizəçinin evi məhz onların ortasında yerləşir. Belə olan halda, ərizəçinin tələbi hansı haqla əsassız və qanunsuz sayıla bilər? Beləliklə, 1. Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə və həyətində olan 0.572,6 ha torpaq sahəsinə ərizəçi tərəfi 58 il müddətində fasiləsiz və etirazsız, həmçinin, heç kimin (o cümlədən, qonşuların) heç bir hüquqlarını, marağlarını pozmayaraq sahiblik etmişdir. Həmin zaman, ərizəçinin qayınanası olan Anna Popova və oğlu Popov Valeriy həmin ünvanda rəsmi qeydiyyatda olaraq, onların yaşamaq üçün heç bir digər yeri yox idi. 2. Həmin ünvana 1989-cu ildə maraqlı şəxs tərəfindən müvafiq texniki pasport verilmişdir. 3. X7 ünvanın həyətində 0.572,6 ha ölçüləri ilə torpaq sahəsi göstərilmişdir. 4. Bütün hazıradək istifadə müddətində ərizəçi torpaq verqisini və kommunal xərclərini ödəmişdir. 5. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi xx.xx.1998-ci il məktubu ilə bildirmişdir ki, A.B.Popovaya məxsus “mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz edilmir”. 6. Ərizəyə əlavə edilən ASAN Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından göründüyü kimi, həmin ünvan ərizəçilərin adına rəsmi qeydiyyatdadır. 7. Ərizəçinin yaşadığı ərazi avtomobil və dəmir yolları, magistral suvarma kanalları və kollektorlar, su, kanalizasiya, elektrik vərabitə xətləri, magistral neft və qaz kəmərləri, mədəni irs obyektləri və qoruqlar, eləcə də qorunan və mühafizə olunan digər qurğu və obyektlərinmühafizə, sanitariya, qorunma və digər zona və zolaqlarından, yəni dövlət marağlarından kənardadır. Ərizəçinin yaşadığı ərazinin, yəni M.Ə.Rəsulzadə qəsəbəsinin F.Qaibov küçəsində ətrafında yaşayan 17, 17a, 19-cu evlərin qonşularında ünvanlarına aid qeydiyyat vəsiqələri, yəni mülkiyyətlərini müəyyən edən sənədlər mövcuddur. 9. Azərbaycan Respublikasının mülkiyyətlə bağlı qanunvericiliyi, xüsusilə, Mülki Məcəllənin 178.6 və 179-cu maddələri, ərizəçi tələbinin təmin edilməsinə yol verir. Ayrıca qeyd edilməlidir ki, ərizəçinin tələblərinə aid, xx.xx.2015-ciil tarixli 439 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.4. bəndinə münasibətdə: 1. Maraqlı şəxs tərəfindən 1989-cu ildə həmin ünvana texniki pasportun verilməsi, 2. Həmin ünvana rəsmi qeydiyyata salınması, 3. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi xx.xx.1998-ci il məktubu ilə, A.B.Popovaya məxsus “mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz edilməməsi”, 4. Hesab edir ki, ərizəçi tərəfindən, həmin ünvana dair - 1966-2024-ci illər zamanı bütün kommunal və vərqi haqqının ödənilməsi - yuxarıda göstərilən, beynəlxalq və Azərbaycan Respublikasının toplam mülki qanunvericiliyinin bu kimi hallara müsbət münasibət bəsləməlidir. Binəqədi rayon məhkəməsi xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizənin icraata qəbul edilməsinə imtina edərək, ərizəçi tərəfindən qeyd edilən bütün faktları əhəmiyyətsiz hesab edərək, mövqeyini yalnız – “Hüquqi əhəmiyyəti olan faktları müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, “...məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurqular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərinə sahiblik faktının,...əmlak üzərinə sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxrıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.” Lakin, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli Plenumun Qərarının tələbləri ondan ötrü ərizəçiyə aid deyildir ki, yuxarıda qeyd edilən 9 əsasverici dəlillər ərizəçinin – nə özbaşına tikilinin, nə istismara qəbul olunmamış tikililərin, nə də başqasının adına qeydə alınmış tikililərin istifadəçi olduğunu göstərmir. Ərizəçi sadəcə olaraq, uzun illərlə bərkidilən, öz haqqını tələb edir. Beləliklə, hesab edir ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında, ərizəçi ərizəsinin icraata qəbul edilməsindən imtinaedilməsi üçün göstərilən Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli Plenum Qərarının - ərizəçinin halında əsas sayıla bilmədiyindən ləğv olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5633/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məhkəmədən xüsusi icraat qaydasında müəyyən edilməsi xahiş edilən hüquqi əhəmiyyəti olan fakta dair xüsusi icraat qaydasında daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsi yalnız o halda mümkün sayıla bilər ki, daşınmaz əmlakın mülkiyyətçisi hesab edilən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililər üzərində sahiblik, o cümlədən isitfadə faktının müəyyən edilməsi barədə ərizələrə isə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizəyə əlavə edilmiş materiallardan da görünür ki, ərizəçinin qayınanası X5 adına istifadə hüququnun tanınmasını xahiş etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakdır. Altındakı 0.572,6 ha torpaq sahəsinin isə hər hansı fiziki şəxsin adına ayrılması ilə əlaqədar hər hansı sənəd mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassız olduğundan hazırki şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçinin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(001)- 5908/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar