Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6035/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7109/2017 nömrəli, xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 12678 (on iki min altı yüz yetmiş səkkiz) manat əsas borc, 3822 (üç min səkkiz yüz iyirmi iki) manat faiz borcu, cəmi 16500 (on altı min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus 2004-cü il buraxılışlı, «BMW-530» markalı, **- LK-*** i/o dövlət qeydiyyat nişanlı, WBANA71070B605113 ban, 36283181 mühərrik nömrəli, ağ rəngli avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 34,88 %-i, yəni 10 (on) manat 45 (qırx beş) qəpiyi iddiaçıya aid edilməsi, qalan 65,12 %-i, yəni 19 (on doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 7109/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ona qarşı iddia qaldırarkən iddia müddətini ötürmüşdür. Belə ki, kredit və girov müqaviləsi xx.xx.2012-ci il tarixdə, 24 ay müddətinə bağlanmışdır. Müqavilədən də görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci ildə bitmişdir, habelə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş olunmamışdır. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2017ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşüdür. Eyni zamanda qeyd edilməlidir ki, kredit müqaviləsindən irəli gələn əsas tələb üzrə iddia müddəti ötürüldüyündən, ondan irəli gələn girov müqaviləsi üzrə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticəni mübahisələndirməmiş, yalnız hazırkı iddianı qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin tətbiq edilməli olduğunu bildirmiş və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmiş, bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra da, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər davam etdirilmişdir. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlili əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, səhhətində yaranmış nasazlıqla bağlı iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin onun məhkəmə iclasına gəlməməsinin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-594/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş İddiaçı ASC-yə və «X11» ASC-yə təyin olunmuş ləğvedicilərin fəaliyyətinə xitam verilməsi və adları qeyd olunmuş banklara ləğvedici qismində X1 təyin olunması qərara alınmışdır. İş materiallarında olan 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Səbail filialı tərəfindən Cavabdeh avtomobil almaq məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) % olmaqla 14620 (on dörd min altı yüz iyirmi) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxx 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 01 nömrəli, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh məxsus 2004-cü il buraxılışlı, «BMW-530» markalı, **-LK-*** i/o dövlət qeydiyyat nişanlı, WBANA71070B605113 ban, 36283181 mühərrik nömrəli, ağ rəngli minik avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığı ilə ipoteka predmeti 14620 (on dörd min altı yüz iyirmi) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan xx xxxxx 2012-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin Səbail filialı tərəfindən Cavabdeh 14620 (on dörd min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti verilmişdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh apelyasiya şikayətini hazırkı iddianı qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi hesabdan çıxarışdan və xəzinə mədaxil orderlərindən görünür ki, Cavabdeh kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra xx xxxxxxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərdə banka müvafiq olaraq 300.00 manat və 600.00 manat ödənişlər etmişdir. İş materiallarından görünür ki, iddiaçı 2017-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdeh tərəfindən edilmiş sonuncu ödənişlərin tarixləri ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kollegiyası qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi başa çatdıqdan sonra həmin müqavilə öhdəlikləri əsasında ödənişlər həyata keçirməklə borcu etiraf etməsinə yönələn hərəkətlər etmişdir, bu səbəbdən iddia müddətinin axımı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin başa çatdığı xx.xx.2014-cü il tarixdən deyil, sonuncu ödənişlərin həyata keçirildiyi xx xxxxxxxx 2014-cü və xx xxxxxx 2014-cü il tarixlərdən hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2017-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdeh tərəfindən edilmiş sonuncu ödənişlərin tarixləri ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7109/2017 nömrəli, xx.xx.2017ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6035/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6035/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver