Məhkəmə qərarları › İş №2(103)-6040/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6040/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6040/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”-nə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2021 saylı, 16 mart 2021-cu il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(007)-810/2021 nömrəli qərardadı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılması və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatın təzələnməsini və yenidən baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2021 saylı, 16 mart 2021-cu il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş üzrə Ərizəçi tərəfindən verilmiş mülki işə yenidən baxılmasına dair ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, qərar tam obyektiv deyil və əsassıdır. Belə ki, ərizəçi olaraq, o, mülki iş üzrə icraatın təzələnməsini xahiş etsə də, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəblərdən baş verməsi barədə guya ki, ərizəsinə heç bir mötəbər sübut növü əlavə etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən, Ərizəçi şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 28.07.2016-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Qeyd etmək lazımdır ki, şərh olunan maddə ilə onların iştirakı olmadan baxmağı xahiş etməmiş hər iki tərəfin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsini ərizənin baxılmamış saxlanılmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 3 şərtin mövcud olması vacibdir: -Tərəflər işə onların iştirakı olmadan baxmağı xahiş etməməli; -hər iki tərəf məhkəməyə gəlməməli və bu üzrlü səbəblərlə bağlı olmamalı; -tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin 03.03.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişləri və SMS bildirişlər göndərilmişdir. 03.03.2021-ci il tarixli məhkəmə iclasında tərəflər iştirak etmədiyindən iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmamış saxlanılmışdır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, apelyator məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə şikayətinə hər-hansı sübut əlavə etməmişdir. Belə olan halda şikayətin dəlilləri formal xarakter daşıyır və apelyatorun subyektiv mülahizələrinə əsaslanır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2021 saylı, 16 mart 2021-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2021 saylı, 16 mart 2021-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar