Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6042/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Nikoyl” İKB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X14 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(011)-2426/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsi üzrə borcu yaranmışdır. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı “Nikoyl” X9 (bundan sonra yeni adı-"xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013- cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsindən irəli gələn 6647,25 manat əsas borc, 2112,17 manat faiz borcu və 2064,92 manat dəbbə pulu, ümumilikdə 10824,34 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus “DAEWOO Gentra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı "xxxx" ASC nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı cavabdehə illik 16% hesablanmaqla 48 aylıq müddətə 11450 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin təminatı olaraq “DAEWOO Gentra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623- 13 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Kredit və ipoteka müqaviləsinin tələblərinə əsasən Cavabdeh, kredit borcu tutulmalı, borcun təminatı kimi girov qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 mart 2018-ci il tarixli, 2(011)-2426/2018 saylı qətnaməsi ilə (sədrlik edən-Talıbova Leyla) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsi üzrə 6647,25 manat əsas borc, 2112,17 manat məbləğində faiz borcu və 100 manat dəbbə pulu, cəmi 8859,42 (səkkiz min səkkiz yüz əlli doqquz manat, qırx iki qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin BDYPİ-yə qeydiyyata alınması üçün ödənilmiş 10 (on) manat rüsumun “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus “DAEWOO Gentra" markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının “Nikoyl” İKB-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan:
6. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 16% hesablanmaqla 48 aylıq müddətə 11450 manat məbləğində kredit vermişdir.
7. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı ipoteka müqaviləsindən görünür ki, borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan “DAEWOO Gentra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. 8.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “DAEWOO Gentra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. 9.xx.xx.2018-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 6647,25 manat, 2112,17 manat məbləğində faiz borcu və 2064,92 manat dəbbə pulu təşkil edir. 10.Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 17-A-1-0-6623-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı cavabdehə illik 16% hesablanmaqla 48 aylıq müddətə 11450 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin təminatı olaraq “DAEWOO Gentra" markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli, 17-A-1-0-6623-13 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda cavabdehin "xxxx" ASC-yə olan əsas borcu 6647,25 manat, 2112,17 manat məbləğində faiz borcu və 2064,92 manat dəbbə pulu təşkil edir. 11."xxxx" ASC-nin iddiasının 2064,92 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində pul tutulmalıdır. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 319.1, 385.1, 433.1, 739.1, 739.2, 741, 462.1, 465.2, 467-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini ləğv edilməsini və işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, o, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-dən kredit müqaviləsi ilə “DAEWOO Gentra" markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtornobili adına götürüb, etibarnamə ilə qaynı X3 üçün vermişdir. 2015-ci ilə qədər, yəni iki il ərzində qaynı tərəfindən aylıq kredit ödənilmişdir. İki ildən sonra həmin maşını X5 mülki etibarnamə ilə satmışlar. Bankın kreditinidə Əliyev Nurəddin ödəməli idi, lakin o, bir ay ödəniş etdikdən sonra krediti ödəməkdən imtina etdi. Cavabdeh bunu bildikdən sonra Banka yaxınlaşdı orada ona məlum oldu ki, maşın Bakdadır. Cavabdeh xx.xx.2016-cı il tarixdə Əliyev Nurəddinə verdiyi etibarnaməni ləğv etdi. Nurəddin maşını Banka təhvil verən zaman maşının arxa və qabaq hissəsində əzilmə olmuşdur. Cavabdeh Bankdan tələb etdi ki,maşını onun adından çıxarsınlar.Bankın işçisi X8 ona bildirdi ki, Bankın kassasına 2000 manat pul ödə maşının üzərində 600 manat cərimə var, həmin ödənişləri qəbzlə etdi. Sonradan bidirdi ki, ona bir etibarnamə versin, krediti adından çıxaracaq, maşını da. xx.xx.2016-cı il tarixdə həmin şəxsə etibarnamə verdi. O vaxtdan 2024-cü ilə kimi cavabdehi narahat edən və axtaran olmamışdir. xx.xx.2024-cü il tarixdə onu Xətai rayon İcra Şöbəsinə çaxırıb bildiriş təqdim etdilər. Cavabdehə bildirdilər ki, 2(011)-2426/2018 saylı qətnaməsi var və xx.xx.2018-ci -ci il tarixli İcra vərəqini təqdim etdilər. Həmçinin İcrada ona məlum oldu ki, xx.xx.2023-cü il tarixdə hərrac keçirilib və 1000 manata maşın satılıb, 850 manat Bankın hesabına ödənilib.Cavabdehin nə məhkəmədən nə də hərracdan xəbəri olmamışdır. Cavabdeh yaşadığı ünvandan qeydiyyatdan çıxıb xx.xx.2017-ci il tarixdə yeni ünvana qeydiyyata düşmüşdür. Məhkəmə posessi 2018-ci il tarixdə olub, hərrac isə 2023-cü il tarixdə baş tutub. Nə məhkəmə nə də İcra Şöbəsi onun ünvanının və telefon nömrəsinin olmasına baxmayaraq onu nə məhkəməyə nə də hərraca dəvət etməmişdilər və məhkəmədə, həracda onun xəbəri olmadan keçirilmişdir. Məhkəmə qərar qəbul edərkən xüsusi mülkiyyətin toxunulmazlığı və dövlətə tərəfindən müdafiə olunması, qanun və məhkəmə qarşısında bərabərlik, hər kəsin bərabər hüquqlarının təmin olunması prinsipinə diqqət yetirməmişdir. Məhkəmə onun iştirakını təmin etmədən qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, artıq qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac keçirilmiş, hərracın qalibi kənar şəxsdir. Avtomobil əzilmiş vəziyyətdə tapılaraq hərraca çıxarılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 23.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 24.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 25.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 26.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. 28.Maddə 269.4.İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 29.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mübahisənin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun: 30.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, hazırki halda apellyasiya baxışının hədlərini onun dəlillərinə münasibətdə qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq öhdəliyini pozduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. 39.Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 40.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 41.Kollegiya məhkəmə tərəfindən tutulan borc məbləği ilə razılaşır. Həmçinin məhkəmə yüksək məbləğdə müəyyən edilmiş dəbbə pulunu azaldaraq 100 manat məbləğində müəyyən etmişdir. 42.Məhkəmə kollegiyası cavabdehin onun məhkəmə iclasları barədə məlumatlandırılmaması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının tarixi və yeri barədə bildirişlər cavabdehin məhkəməyə məlum olan, kredit müqaviləsində göstərilən ünvanına göndərilmiş, lakin zərflər “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Cavabdeh apellyasiya şikayətində qeydiyyat ünvanını dəyişdiyini bildirmiş, lakin bu barədə müqavilə tərəfi olaraq vicdanlılığın tələb etdiyi tərzdə Banka məlumat verməsi ilə bağlı sübut təqdim etməmişdir. 43.Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 44.Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunanlar borcalandan tələb edir ki, bankın ona çatmaq imkanını təmin etsin, yəni ünvan dəyişdirildikdə bu barədə məlumat verməmək bankın borcalanla ünsiyyət imkanlarını məhdudlaşdırır. 45.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin ünvanını dəyişməsi barədə kreditora məlumat verməməsinin riskini özü daşıdığından, məhkəmə tərəfindən cavabdehin məlum olan ünvanına gödnərilmiş bildirişlərin ona çatmaması məhkəmə tərəfindən cavabdehin iştirakının təmin edilməməsi kimi qiymətləndirilə bilməz. 46.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən kredit və ipoteka müqavilələri "xxxx" ASC ilə Cavabdeh arsında bağlanmış, müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələri məhz qeyd olunan tərəflər öz iradələri ilə üzərlərinə götürmüşlər. Buna görə də apellyatorun maşını etibarnamə ilə qaynı X12 verməsi, daha sonra isə etibarnamə ilə X2 və kreditin sonuncu tərəfindən ödənilməli olması ilə bağlı dəlili, işə baxılarkən müqavilə şərtlərinə uyğun olaraq, onu avtomobilin mülkiyyətçisi kimi öz üzərinə götürdüyü öhdəliyin icrasından azad etməməklə, bu hal qətnamənin ləğvi üçün əsas təşkil etmir. 47.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.Bundan əlavə kollegiya qeyd edir ki, qətnamə hərrac vasitəsilə icra olunmuş, xx.xx.2023-cü il tarixli “Hərracın yekunları barədə” 150 saylı protokola əsasən avtomobil fiziki şəxs X1. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(011)-2426/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov