Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6045/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxx” İnşaat MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “artıq sahənin əvəzinin ödənilməsi“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxx” MTK-nin sədri İddiaçı2 Cavabdeh qarşı “artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə rəhbərlik etdiyi kooperativ arasında xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 1 -ci giriş 12-ci mərtəbəsində yerləşən 4 otaqlı 83 saylı faktiki sahəsi 139,75 kv metr olan mənzil satışüzrə menecer tərəfindən səhvən 19,38 kv metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120,37 kv metr göstərilməklə həmin sahənin yəni 120,37 kv metrinin dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 19,38 kv metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nə də ki, qanunsuz istifadə etdiyi 19,38 kv metr sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o, sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki həmin sahənin əvəzi olan 7558,2 ABŞ dollarını ödəməkdən bu günədək imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri,Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxxxxxxxxxxxxxx İnşaat” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Cavabdeh rəhbərlik etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 12-ci mərtəbəsində yerləşən 4 otaqlı 83 saylı mənzilin qanunsuz istifadəsində olan 19,38 kv metr hissəsinin dəyəri olan 7558,2 ABŞ dollarının ondan tutulub iddiaçıya ödənilməsi zəruridir. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh rəhbərlik etdiyi “xxxxxxxxxxxxxxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 12-ci mərtəbəsində yerləşən 4 otaqlı 83 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 7558,2 ABŞ dollarının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi Ş.Kərimov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh “xxxxxxxxxxxxxxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81- ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 12-ci mərtəbəsində yerləşən 4 otaqlı 83 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv metr hissəsinin əvəzi olan 7558,2 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1990/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3168/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində iddia ərizəsində istinad edilən dəlillərə əsaslanmaqla göstərilmişdir ki, qanuni və əsaslı olmadığına,maddi və prosessual hüquq normaları pozulduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə (satıcı) “xxxxxxxxxxxxxxxx” MTK ilə (alıcı) Cavabdeh arasında bağlanılmış 85 nömrəli “Kooperativ Mənzil Tikintisi haqqında” müqavilənin surətindən görünür ki, satıcı inşa ediləcək binanın 1-ci giriş, 12-ci mərtəbə, 4 otaqdan ibarət, 120,37 kv m. olan, 83 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin bir kv.m. görə, habeləümumi dəyəri göstərilməmişdir. Həmin müqavilənin 5.6-cı maddəsinə qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və mənzil “Payçıya” təhvil verilənə qədər qüvvədədir. İş materiallarında olan İddiaçı1-nın tərtib etdiyi “mənzil almış payçıların zəbt etdikləri sahənin ölçüsü və qiyməti barədə” siyahıdan görünür ki, siyahıda Cavabdeh 19,38 kv m. artıq kv.m ayrıldığı qey edilmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən verilmiş maliyyə arayışından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə ünvanında inşa edilən binanın 1 giriş 12 mərtəbə, tikinti sahəsi 120,37 kv.m olan 4 otaqlı, 83 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyinin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırki iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı “xxxxxxxxxxxxxxxx” MTK ilə Cavabdeh arasında 85 nömrəli “Kooperativ Mənzil Tikintisi haqqında” müqavilə bağlanaraq, Bakı şəhəri,Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa ediləcək binanın 1-ci giriş, 12-ci mərtəbə, 4 otaqdan ibarət, 120,37 kv m. olan, 83 saylı mənzilin tikilməsi razılaşdırılmışdır. Müqavilədə mənzilin qiyməti, o cümlədən hər kv. metrinə görə qiymət müəyyən edilməmişdir. Müqavilənin şərtinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və mənzil “Payçıya” təhvil verilənə qədər qüvvədədir.İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil cavabdehə təhvil verilmişdir və onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçı hazırda qüvvədə olmayan müqaviləyə əsaslanaraq, cavabdehə müqavilədə müəyyən edilməmiş qiymətlə artıq verilmiş yaşayış sahəsinin pulunu tələb etsə də, müqavilənin artıq qüvvədə olmadığı, müqavilədə mənzilin dəyərinin, o cümlədən hər kv.m. görə dəyərinin müəyyən edilmədiyi təsdiq edilir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3168/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6045/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6045/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver