Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6046/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxxxxxx” MTK-nin sədri İddiaçı2 Cavabdeh qarşı “artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1996/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmişapellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əliheydər oğlunun rəhbərlik etdiyi “xxxxxxxxxxxxxxxx” MTK-na məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 13-ci mərtəbəsində yerləşən 3 otaqlı 94 saylı mənzilin qanunsuz sahibliyində olan 9,58 kv metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 3832 ABŞ dollarının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2018-ci il tarixdə (satıcı) “xxxxxxxxxxxxxxxx” MTK ilə (alıcı) Cavabdeh arasında bağlanılmış 79 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqavilə (iş.səh.7), İddiaçı1-nın tərtib etdiyi “mənzil almış payçıların zəbt etdikləri sahənin ölçüsü və qiyməti barədə” siyahı (səh.9), İddiaçı1 tərəfindən verilmiş maliyyə arayışı (səh.24), 04/160 inventar nömrəli, xx.xx.2020ci il tarixli Texniki Pasportun surəti (səh.21), Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reseytri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surəti (səh.23) sübut kimi tədqiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1996/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxxxxxxxxxxxxxx” MTK-nin sədri İddiaçı2 Cavabdeh qarşı "artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 218.3; Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 389.1, 390.1, 399, 407.2, 406, 425.1 və 425.2-ci maddələrinə istrinadən qeyd edilmişdir ki, İddiaçı "xxxxxxxxxxxxxxxx” MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kooperativ mənzil tikintisihaqqında 79 saylı müqavilə bağlanaraq, Bakı şəhəri,Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 1-ci giriş 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 94 saylı tikinti sahəsi 95,46 kv metr, yaşayış sahəsi 52,85 kv.m. olan mənzilin tikilməsi razılaşdırılmışdır. Müqavilədə mənzilin qiyməti, o cümlədən hər kv. metrinə görə qiymət müəyyən edilməmişdir. Müqavilənin şərtinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və mənzil "Payçıya” təhvil verilənə qədər qüvvədədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil cavabdehə təhvil verilmişdir və onun faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reseytri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla təsdiq edilir ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980- 81-ci məhəllə, 94 saylı mənzilin ümumi sahəsi 90.8 kv.m təşkil edir. İddiaçı hazırda qüvvədə olmayan müqaviləyə əsaslanaraq, cavabdehə müqavilədə müəyyən edilməmiş qiymətlə artıq verilmiş yaşayış sahəsinin pulunu tələb etsə də, faktiki cavabdehə müqavilədə qeyd edilmiş ümumi yaşayış sahəsindən daha az ölçüdə yaşayış sahəsinin təhvil verilməsi təsdiq edilir. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)4990/2020 saylı qətnaməsini ləğv edib, Cavabdeh rəhbərlik etdiyi “xxxxxxxxxxxxxxxxx” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 94 saylı mənzilin qanunsuz sahibliyində olan 9,58 kv metr hissəsinin əvəzi olan 3832 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 4.1; MM-nin 527, 157.5, 551, 1091.1, 1091.2, 1092.2, 1092.2, 1095 –ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh ilə rəhbərlik etdiyi kooperativ arasında xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 1-ci giriş 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 94 saylı faktiki sahəsi 105,04 kv metr olan mənzilin sahəsi satış üzrə menecer tərəfindən səhvən müqavilədə 9,58 kv metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilmiş və ondan müqavilədə göstərilmiş 95,46 kv metr sahənin dəyəri olan 48140 ABŞ dolları qəbul edilmiş buna görədə maliyyə arayışında 95,46 kv metr sahənin dəyərinin tam ödənilməsi göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,58 kv metr artıq sahəsi heç bir müqavilə və qanuni əsas olmadan payçı tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə edilir bu günədək həmin sahənin əvəzini ödəməsi tələb edilməsə də ödənilmir. Payçıdan qanunsuz istifadə etdiyi sahənin boşaldılması,bu mümkün olmadığı halda isə həmin sahənin əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya bu mümkün olmadıqda artıq istifadəsindəki sahənin əvəzi olan 3832 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına təqdim edilmişdir.Həmin vaxt da kooperativin mütəxəssisləri tərəfindən seçmə üsulu ilə payçılara təhvil verilməmiş,lakin istifadələrində olan mənzillərin faktiki sahəsi ölçülmüşdür. Mənzillərin faktiki sahəsinin müqavilədə göstərilən sahədən artıq olması müəyyən edildiyindən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Subyektiv hüquqlarının da həmin vaxt pozulduğunu yəni tikdiyi mənzillərin sahəsinin müqavilələrdə göstərilənlərdən artıq olması bildiyindən məhkəmədə iddia qaldırmışdır. Xətai rayon məhkəməsi guya iddia qaldırmağa subyektiv hüququ olmaması,müqavilədə mənzilin hər bir kv metrinə görə dəyərinin müəyyən edilməməsini, müqavilənin hazırda qüvvədə olmamasına, guya öhdəliyə artıq xitam verilməsi əsaslarına görə iddianı təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli 2 (011)- 1996/2020 saylı qətnamə çıxarılmışdur. xx.xx.2020-ci il tarixdə rəsmi qaydada alınmış həmin qətnamə qanuni və əsaslı olmadığına, maddi və prosessual hüquq normaları pozulduğuna görə ləğv edilməlidir. xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti,2980-2981 ci məhəllədə yerləşən “xxxxxxxxxxxxxxxx İnşaat” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir.Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsədə,iddia müddətinin başlanması (axımı) MM-nin 377.1 -ci maddəsinə əsasən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə və mənzildə seçmə üsulu ilə ölçmə aparanda bildiyimdə məhkəməyə müraciət edib.Şəxsin hüququ dedikdə həmin şəxsin subyektiv mülki hüquqları nəzərdə tutulur. Subyektiv mülki hüquqlar dedikdə mülki hüquq münasibətləri iştirakçılarının qanunla qadağan edilməyən davranış qaydaları faktiki və hüquqi əhəmiyyətli hərəkətlər etmək, başqalarından vəzifələrinin icrasını tələb etmək və öz hüquqlarının müdafiəsini tələb etmək başa düşülür. Göründüyü kimi mülki hüquq münasibətlərinin iştirakçısı kimi,iddia qaldırmağa hüququ olan “xxxxxxxxxxxxxxxx İnşaat” MTK payçı Cavabdeh istifadə etdiyi mənzilin ödənilməyən 9,58 kv metr sahəsinin əvəzi olan 3832 ABŞ dollarını tələb etmişdir. Tərəflər azad sürətdə xx.xx.2018-ci ildə müqavilə bağlayarkən həmin müqavilənin 5.6 bəndində müəyyənləşdirmişlər ki mənzil təhvil verilənədək müqavilə qüvvədə olur. Mənzil təhvil verilməsinə dair akt, mənzilin istismara verilməsinə dair akt almandan sonra tərtib edilir.Mənzil isə xx.xx.2019-cu ildə 212 saylı icazə ilə istismara verilmişdir.Cavabdeh rəhbərlik etdiyi “xxxxxxxxxxxxxxxx İnşaat” MTK-nə məxsus Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 1-ci giriş 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 94 saylı mənzilin qanunsuz istifadəsində olan 9,58 kv metr hissəsinin dəyəri olan 3832 ABŞ dollarının ondan tutulub iddiaçıya ödənilməsi zərurətindən və yuxarıda göstərilən maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-149, 152-154,157, 178-179, 324-336, 646-649; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin istinadları qanuni sayıla bilməz və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı MTK adından və ya özünün adından ünvanladığı tələbinin subyektiv hüquq nöqtəyi nəzərindən əsaslandırmamasından başqa, dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka dair müvafiq rəsmiləşdirməni mübahisələndirməldən öz risk dairəsinə və mülki vəzifələrinə aid həddində olan məsələlərə dair tələblər irəli sürmüşdür. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxx” MTK-nin sədri İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1996/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6046/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6046/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver