Məhkəmə qərarları › İş №2(103)-6047/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6047/2024

10.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6047/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Respublika Təcili və X5 Mərkəzi” X15inə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə3, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh “Respublika Təcili və X5 Mərkəzi”nin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15inin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X5 Mərkəzi” X15inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2002-ci il tarixdə “Respublika Təcili və X5 Mərkəzi” X15ində işə qəbul edilmiş, Azərbaycan Respulikası “TƏBİB” X15 “Respublika Təcili və X5 Mərkəzi” X15in xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2168/2024 əmri ilə onunla bağlanmış 3119 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas Azırbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş kobud pozuntuyayol verdiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmuşdur.

2. “Respublika Təcili və X5 Mərkəzi” PHŞ HİK-nin xx.xx.2024-cü il tarixli 645 nömrəli protokolunda göstərilir ki, əmək fəaliyyəti zamanı vəzifə öhdəliklərinin icrası ilə əlaqədar yol verdiyi kobud səhvləri nəticəsində RTTTYM PHŞ-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X8 başın təpə nahiyyəsindən zədə almış azyaşlı övladına ilkin tibbi yardım göstərilməsi üçün birbaşa 5 saylı bölməyə müraciət etmiş, lakin övladına ilkin tibbi yardım göstərilməmişdir. Nəticədə uşaq köməksiz vəziyətdə qaldığı üçün valideyni tərəfindən heç bir tibbi müdaxilə olunmadan bölmədən aparılmışdır. Beləliklə bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarət düzgün həyata keçirilməmiş və tibbi xidmət düzgün təşkil olunmamışdır. Facebook sosial şəbəkəsində qeyd olunan məsələ geniş ictimaiyyətə yayılmış, nəticədə vətəndaşlar tərəfindən RTTTYM PHŞ və TƏBİB tənqid edilmiş, ictimai qınağa səbəb olmuş, RTTTYM PHŞ-nin qanuni mənafeyinə giddi xələl gəlmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, işəgötürən “Respublika Təcili və X5 Mərkəzi” X15inin xx.xx.2024-cü il tarixli 18-1- 88/3-1-2168/2024 əmri ilə “Respublika Təcili və X5 Mərkəzi” X15inin 5 saylı bölmənin böyük həkimi İddiaçı ilə bağlanmış xx.xx.2002-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Respublika Təcili və X5 Mərkəzi” X15inə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “Respublika Təcili və X5 Mərkəzi” X15inin “İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmrinin ləğv edilməsi, onun “Respublika Təcili və X5 Mərkəzi” X15inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, “Respublika Təcili və X5 Mərkəzi” X15indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.380 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci ildə Təcili və X5 Mərkəzində işə qəbul olunmuşdur. Daha sonra isə həmin müəssisədə böyük həkim vəzifəsində işləmişdir. xx.xx.2024-ci il tarixdə növbəti iş günü iş yerinə gələrkən əmək müqaviləsinə xitam verildiyi və son haqq-hesabın gün ərzində bank hesabına köçürüləcəyi bildirilmişdir. O, əmək müqaviləsinə necə, hansı səbəbdən xitam verilməsi ilə bağlı soruşanda, onun bu məsələnin səbəbi barədə məlumatları olmadığını, yalnız rəhbərliyin tapşırığına əsasən əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Həmin gün ona təqdim edilmiş xx.xx.2024-ci il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmrin surətindən məlum olmuşdur ki, onun ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “Respublika Təcili və X5 Mərkəzi” X15in iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-ci il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, əmək müqaviləsinə xitam verilərkən ona heç bir məlumat verilməmişdir. Heç bir araşdırma aparılmadan, şər və böhtan xarakterli məlumatlar əsasında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, həmin əmrin Əmək Məcəlləsinin imperativ tələblərinin pozulması ilə tərtib edildiyi, yəni həmin əmrdə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin zəruriliyi barədə heç bir əsaslandırma aparılmadığı, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, cavabdehin xx.xx.2024-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən hər hansı birinin baş verdiyi göstərilməmiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məlum olduğu kimi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün qanunverici həmin Məcəllənin 71-ci maddəsinə əsasən müəyyən etdiyi dispozitiv hallardan ən azı birinin baş verməli olduğunu şərtləndirmişdir. Həmiçinin cavabdehin xx.xx.2024-ci il tarixli əmri Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair imperativ tələblərə də cavab vermir. Belə ki, əmrdə müəssisənin adı tam, hüquqi ünvanı, imzalayan şəxsin ata adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyd edilməyib. Qeyd olunanlarala yanaşı cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri ona mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Belə ki, cavabdehin qanunsuz olaraq onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini özünün işgüzar nüfuzuna ciddi xələl gətirdiyi qənaətinə gəlmiş və bu hal onun şuurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bunun da nəticəsində onun səhhətində kəskin baş ağrıları ona fiziki iztirab verməyə başlamışdır. Hesab edir ki, cavabdehin vurduğu mənəvi zərərə görə də 1000 manat tutularaq ona ödənilməlidir. İddiaçının həyat yoldaşı Rüstəmov X3 muharibəsi və X7 iştirakçısıdır, həmiçinin İkinci Qarabağ muharibəsində əsgərlərə təlim keçmış və hazırda Azərbaycan Əfqanistan Veteranları X6 rayon filialının sədridir. Oğlu isə 2-ci qrup hərbi əlildir. İdidaçının işdən çıxarılmağı ailənin çətin maddi vəziyyətə düşməsinə də səbəb olmuşdur.

6. Cavabdeh “Respublika Təcili və X5 Mərkəzi" X15inin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı qanuni əsaslarla işdən çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində stansiyaya əmisi və babası vasitəsilə 2 yaşlı uşaq gətirilmişdir. Uşağın təpə nahiyyəsində zədə olmuş və qan axmışdır. Həmin vaxt xəstəyə tibbi yardım göstərilməmişdir, həmin şəxslər başqa xəstəxanaya müraciət etməyə məcbur qalmışlar. Onların yaxınlaşdığı tibb bacısı da işdən çıxarılmışdır. Daha sonra isə bu hadisə ilə bağlı facebook sosial şəbəkəsində məlumat yayılmış, xəstəxanalar tənqid atəşinə tutulmuşdur. Hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, Həmkarlar İttifaqına təqdimat verilmişdir. Qeyd edir ki, iddiaçı iş yerində böyük həkim kimi təcili tibbi yardımın işini düzgün təşkil edilmədiyinə görə işdən azad edilmiş, hansı ki, böyük həkim olaraq bu, onun vəzifəsi idi. Ondan başqa dörd nəfər də həmin hadisəyə görə cəzalandırılmışdır. Belə ki, onlardan iki nəfər işdən azad edilmiş, digər ikisi isə şiddətli töhmət almışdır. xx.xx.2024-cü il tarixdə təcili yardıma müraciət edən şəxsə hansı xəstəxanada tibbi yardım göstərilməsinə və uşağın kimliyinə dair sənədləri və təcili yardım stansiyasında olan video görüntüləri məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, iddiaçı öz işini düzgün qurmadığına görə cavabdeh tərəfindən düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 nömrəli, 3 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq “Respublika Təcili və X5 Mərkəzi” X15inin İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli 18-1-88/3- 1-2168/2024 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı “Respublika Təcili və X5 Mərkəzi” X15inin 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi; xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; “Respublika Təcili və X5 Mərkəzi” X15indən vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçünvəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh (işəgötürən) tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hadisənin videogörüntüləri, müraciət edən uşağın və valideyni barədə rəsmi sənədlər, uşağa tibbi yardım göstərən tibb müəssisəsinin (həkimin) adı, göstərilən tibbi yardımın nədən ibarət olmasını və sair təsdiq edən sənədlər işəgötürən tərəfindən məhkəməyə təqdim edilməmiş, heç bir araşdırma aparılmadan, iddiaçının təqsiri müəyyən edilmədən, yalnız facebook sosial şəbəkəsində olan heç bir sübuta söykənməyən yazıları və orada olan şəxslərini tənqidi yazılarını əsas götürməklə, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. İddiaçının böyük həkim kimi öz əmək funksiyalarını yerinə yetirməməsi və əmək müqaviləsinin tələblərini pozması halı aşkar edilməmişdir. İşəgötürən bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarətin düzgün həyata keçirilmədiyini və tibbi xidmətin düzgün təşkil olunmadığını qeyd etsə də, nəzarətin düzgün həyata keçirilməsinin və tibbi xidmətin düzgün təşkilinin nədən ibarət olmasını məhkəmə iclasında işəgötürənin nümayəndəsi əsaslandıra bilməmiş və işəgötürənin əmrində bunun məhz nədən ibarət olması əsaslandırılmamışdır. İşçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin düzgünlüyünü və qanuniliyini əsaslandırmaq işəgötürənin vəzifəsidir.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq iddiaçıya mənəvi ziyan da vurulmuşdur. İddiaçı mənəvi iztirab və sarsıntılar keçirmiş, həkimə müraciət etmiş, müayinə və müalicə almışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 186.2 (ç), 70(ç)-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(004)-2876/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə məhz qeyd olunan maddələrə əsasən tam qanuni və əsaslı surətdə xitam verilsə də, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd edəcəkləri, həqiqətən də, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsininn 70-ci maddəsinin ç bəndi, eləcə də, 72-ci maddəsinin e bəndinə əsasən xitam verilməsi üçün əsaslar olduğunu göstərir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasında dayanan hadisədən də göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsindən bir neçə gün əvvəl, 15 mart 2024-cü il tarixdə azyaşlı uşaq yaxın qohumları tərəfindən təcili və X5 üçün müəssisəyə gətirilmiş, uşağın başı yarıldığına görə qan itirməsinin qarşısının alınması üçün ona təcili tibbi müdaxilənin edilməli olduğu bildirilmişdir. Bu zaman ona qanunsuz formada tibbi yardımın edilməsinin mümkünsüz olduğu bildirilmiş buna görə də azyaşlının ailə üzvləri onu başqa tibb müəssisəsinə aparmışlar. Bu barədə azyaşlının qohumu sosial media hesabı vasitəsilə paylaşım etmiş, təcili və X5 mərkəzi tərəfindən əsassız formada azyaşlı körpəyə tibbi müdaxilə olunmaması qeyd edilmişdir. Göründüyü kimi əsas fəaliyyət istiqaməti insanlara təcili tibbi müdaxilə tələb olunan hallarda ilkin tibbi yardımın təmin olunmasından ibarət olan müəssisədə azyaşlı körpəyə ilkin tibbi müdaxilə edilməmiş, qohumlarının müraciəti cavabsız saxlanılmışdır. Bu da müəssisənin təyinatına zidd davranışın nümayiş etdirildiyini, nəticədə müəssisənin fəaliyyətinin normal ahənginin pozulduğunu və mərkəzin mənafelərinə ciddi zərər vurulduğunu təsdiq edir. Müvafiq paylaşım sosial media istifadəçiləri tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı kəskin tənqidi təsəvvürün formalaşaraq işgüzar nüfuzlarının zədələnməsinə səbəbiyyət vermişdir. İddiaçı barədə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinə əsasən işə nəzarətin düzgün həyata keçirilməməsi, tibbi xidmətin düzgün təşkil edilməyərək kobud pozuntuya yol verilməsinə görə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi məqsədilə müəssisədəki Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət olunmuşdur. Həmin iclas barədə tərtib olunmuş protokolda da iddiaçı tərəfindən işə nəzarətin düzgün həyata keçirilmədiyi və tibbi xidmətin düzgün təşkil olunmadığı qeyd olunmuşdur. İş materiallarında olan və tərəflərindən təqdim olunmuş “Bölmənin böyük həkiminin vəzifə borcu”nun məzmunundan göründüyü kimi bölmənin böyük həkimi təcili tibbi yardım briqadalarının göstərdikləri tibbi yardımın keyfiyyətinə cavabdehdir. Bölmənin idarə edilməsində iştirak edir. Göründüyü kimi iddiaçı məhkəmədə verdiyi izahatda sənədlərlə işlədiyini, hesabatlar hazırlayaraq mərkəzə təqdim etdiyini bildirməklə əslində vəzifə təlimatından xəbərsiz olduğunu, tibbi xidmətin nəzarətindən məsuliyyət daşıdığından məlumatlı olmadığını, öz vəzifə səlahiyyətlərinə etinasızlıqla yanaşdığını, nəticədə baş verən xoşagəlməz hadisədə ən azından obyektiv məsuliyyət daşıdığını göstərir. Kamera görüntülərinin məhkəməyə təqdim olunmaması ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında kamera görüntülərinin təqdim olunması üçün məhkəmə iclasının 1 gün müddətə təxirə salınması tərəfindən xahiş olunsa da, məhkəmə vəsatəti təmin etməyərək işə mahiyyəti üzrə baxmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Vəsatətin təmin olunmaması iş üçün əhəmiyyətli halı təsdiq edən sübutun qiymətləndirilməməsinə, işin tam, hərtərəfli və obyektiv həll edilməməsinə səbəbiyyət vermişdir. Kamera görüntüləri hadisə baş verən gün azyaşlı uşağı gətirən yaxın qohumlarının müəssisəsinin daxilində ilkin tibbi müdaxilə üçün həkim axtardığını, onlara heç kim tərəfindən yardım göstərilmədiyini, bu mənada iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün sübut əhəmiyyəti daşıdığını təsdiq edir. Halbuki qeyd olunan maddənin məzmunundan da göründüyü kimin məhkəmə maksimum dərəcədə həqiqətə nail olmağa, bunun üçün işin tam, hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi. Vəsatətin təmin olunması məhkəmə baxışının müvafiq prinsipinə zidd yanaşmanın birinci instansiya məhkəməsi tərəfindən nümayiş etdirildiyini göstərir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə iclasında iştirak edən cavabdeh “Respublika Təcili və X5 Mərkəzi”nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təcili tibbi yardım stansiyası bir bölmədir və bu bölmənin funksiyası əhaliyə təcili tibbi yardım göstərilməsidir Bölmənin müdiri və böyük həkimi olur. Bölmənin müdiri bölmənin ümumi fəaliyyəti ilə məsuldur, bölmənin həkimi isə tibbi xidmət hissəsi ilə məsuldur. Müasir klinikalarda bölmənin baş həkimi, direktoru olur. Direktor ümumi idarəetməni, baş həkim isə tibbi idarəetməni həyata keçirdir. Eyni sistem burada da var. Müdir ümumi fəaliyyətə rəhbərlik edir, böyük həkimi isə tibbi xidmət hissəsini ümumi idarə edir. Şəxs qucağında uşaqla müraciət edir. Həmin CD diski təqdim etmişdir. Birinci instansiyada vəsatət qaldırdı. Məhkəmə iclasını bir günlük təxirə salmaqlarını və belə olan halda həmin sübutu təqdim edə biləcəyini bildirmişdi, lakin iclası təxirə salmadılar, ona görə də sübutu apellyasiya instansiya məhkəməsində təqdim etmək məcburiyyətində qaldı. Həmin sübut işin halları ilə bağlıdır. Videogörüntüdə qucaqlarında uşaq olan 2 şəxs klinikanın təcili tibbi yardım bölməsinə yaxınlaşırlar. 45 saniyə sonra isə oradan uzaqlaşırlar. Həmin 45 saniyədə tibb bacısının izahatına görə vətəndaşlara hazırda həkim olmadığını və başqa klinikaya yaxınlaşmaqlarını deyilmişdir. Bundan sonra vətəndaşlar başqa klinikaya gediblər və orada uşağın başına tikiş atılıb. Klinikanın təcili yardım bölməsində heç bir tibbi yardım göstərilməməsinə əsəbləşən vətəndaş bu barədə sosial şəbəkələrə məlumat paylaşmışdır. Vətəndaş ərizə ilə təcili tibbi yardım bölməsinə müraciət edir və həqiqətən də məlum olur ki, vətəndaş haqlıdır. Təcili tibbi yardım bölməsinə gələn vətəndaş heç bir halda “burada həkim yoxdur, başqa klinikaya yaxınlaşın” deyilərək göndərilə bilməz Vətəndaşlara deyilmişdir ki, burada həkim yoxdur. Xeyr, o, tibbi xidməti təşkil edən müavindir, böyük həkimdir. Amma ixtisasca o da həkimdir. Həmin sözügedən həkimlər çağırışlarda idilər. Tibb bacısının vəzifə təlimatlarında qeyd olunmuşdur ki, əgər vətəndaş birbaşa klinikanın təcili tibbi yardım bölməsinə müraciət edirsə və bölmədə briqada olmazsa, tibb bacısı öz ilkin biliklərindən istifadə edərək vətəndaşa yardım göstərməli, daha sonra isə digər bölmədən briqada çağırmalıdır. Briqada kənar bölmələrdən çağırılmalı idi. İddiaçının vəzifə funksiyası tibbi xidmətin keyfiyyətinə önəm verməkdir. Tibb bacısı da vəzifədən azad edilmişdi, onun da işi məhkəmədədir. Yasamal Rayon Məhkəməsi bizim iddiaları onlara qarşı təmin etmişdir. Respublika Təcili Tibbi Yardım TƏBİB-in tabeliyində olan bir qurumdur. Böyük həkim Tibbi xidməti təşkil etməlidir. Əgər vətəndaş təcili tibbi yardım bölməsinə daxil olursa və tibb bacısı onu geri göndərirsə, bu tibbi xidmətin təşkilinin pozulmasıdır. Məsul şəxs tibb bacısını vəzifə təlimatları ilə tanış etməli idi. Həmkarlar iclasında dindirilib. Xanım izahatında bildirmişdir ki, həmin vaxt o, otağında olub və heçnədən xəbəri olmamışdır. Sonradan tibb bacısı baş verən hadisə barədə ona məlumat verəndə artıq vətəndaşlar getmişdi. Hazırkı situasiyada tibb bacısı ümumiyyətlə belə olan halda nə etmək lazım idi bilmirdi. Tibb bacısının adı Validədir, soyadını xatırlamır. Səhv etmirsə, Cəfərovadır Bəli, biz tibb bacısının izahatını almışdılar. Tibb bacısı vətəndaşlar gedəndən sonra məlumat verdiyini bildirmişdir. Tibb bacısı birbaşa işəgötürənə tabedir. Həmin müəssisədə böyük tibb bacısı olmasından məlumatlı deyiləm, amma yəqin ki var. Bu məsələ ilə bağlı bir neçə şəxs barəsində tədbir görülüb. Bölmə müdiri özü işdən çıxıb, tibb bacısı və iddiaçı işdən çıxarılmışdır. Burada TƏBİB-in də maraqlarına toxunulur, çünkü yayılan məlumatlarda TƏBİB haqqında da ittihamedici məlumatlar var. Müdir özü ərizə yazıb çıxıb, ambulator tibb bacısı isə Validə xanım işdən çıxarılmışdır. Ambulator tibb bacısının vəzifə təlimatlarında qeyd olunub ki, xəstəyə tibbi yardım göstərərkən əgər briqada yoxdursa, tibb bacısı digər bölmədən briqada çağrmalıdır. Böyük həkim isə həm briqadaların tibbi xidmətinə və keyfiyyətinə nəzarət etməli, həm də bölmə müdiri ilə birlikdə ambulator tibb bacılarının, feldşerlərin fəaliyyətinə nəzarət etməlidir. Ambulator tibb bacıları əvvəlcədən xəstə daxil olanda nə etməli olduqları barədə məlumatlandırılmalıdırlar. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, həmin tibb bacısı böyük tibb bacısına tabedir və tibb bacısını məlumatlandırmaq böyük tibb bacısının, yeri gəlsə bölmə müdirinin səlahiyyətidir. Amma böyük tibb bacısı vəzifəsindən azad edilməyib və ona sadəcə xəbərdarlıq edilib. Bundan sonra qarşı tərəf müvəkkilimə bildirmişdir ki, ya könüllü olaraq işdən çıxmalısan, ya səyyar həkim vəzifəsinə təyin edəcəksən, ya da onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxardacaqlar. Müvəkkili isə günahsız olduğunu demişdir. Bundan sonra müvəkkilini qanunsuz şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxardıblar. Biz etiraz edirik, çünkü iş kifayət qədər uzanmışdır. Dövlət rüsumunun ödənilməməsi səbəbindən 2 aydır ki, iş geri qayıdıb. Tərəf hələ də bilmir ki, bu büdcə təşkilatıdır yoxsa yox. Müvəkkilimin konstitusion əmək hüquqları pozulmuşdur. Eyni əsaslarla işdən çıxarılan ambulator tibb bacısı məhkəmə qaydasında işə bərpa edildi və əmri ləğv olundu. Bilavasitə ünsiyyətdə olan şəxs o idi, onu belə işə bərpa etdilər. Müvəkkilimin heçnədən xəbəri olmayıb və heç bir kobud səhvə yol verməyib. Xəstə ilə bilavasitə ünsiyyətdə olan və qarşılayan ambulator tibb bacısı Validə Cabbarova izahatında bildirmişdir ki, nə böyük həkimə, nə müdirə məlumat verməmişdir. Tərəf bildirir ki, bu məsələdə maraqlarına toxunulduğu halda işə cəlb olunmayıblar. Bu artıq əmək mübahisəsidir, əmək mübahisəsinin tərəfləri işçi və işəgötürəndir. Ambulator tibb bacısını məlumatlandırmaq böyük tibb bacısının və müdirin səlahiyyətindədir. Bugün belə böyük tibb bacısı sadəcə xəbərdarlıq almaqla vəzifəsindədir. 16.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və qeyd etmişdir ki, şəxs qucağında uşaqla 30 saniyə ərzində müəssisəyə daxil olur və çıxır. O, baş verənlərin heç birini bilməmişdir. Ayın 15-i idi. O, otağında oturub 15 günlük hesabatını hazırlayırdm. Hesabatı hazırladı və mərkəzə təhvil verdi. Saat 5-də müdir ona zəng elədi və baş verənlərdən xəbəri olub-olmadığını, Facebook-da paylaşılan postu görüb-görmədiyimi soruşdu, daha sonra isə onu izahat yazmaq üçün yanına çağırdı. O da, Validə də, böyük tibb bacısı da, müdir də orda idi və hamısının hadisədən xəbərinin olmaması barədə izahat yazdılar. Baş verənlərdən xəbəri olmalı deyildi. O, qapının ağzında durası deyil. Onun öz şəxsi otağı var, müdirin öz şəxsi otağı var. Polisdən gəlib arayış istəyirlər, poliklinikalardan arayış istəyirlər, adi əhali gəlir. O, onların hamısını qapının ağzında qarşılamır. Ya ambulator feldşer, ya xadimələr kiminsə gəldiyini görəndə gəlib ona və ya müdirə xəbər verirlər. Belə olanda da ya mən, ya müdir gəlib məsələni həll edirik. Ambulator feldşer vətəndaşlara deymişdir ki, hazırda həkim yoxdur, gəlin ambulatoriyada gözləyin, mən indi müdiri çağıracam. Vətəndaşlar isə onlara müdirin lazım olmadığını deyib gediblər. Bütün bunlar 30 saniyə çəkmişdir. Bunu sonradan ambulator feldşer Validə xanım danışmışdır. Ambulator feldşer deymişdir ki, müdiri çağıracaq. Müdir özü 15 il reanimasiya həkimi olmuşdur. Onlar isə müdir lazım deyil deyib gediblər. 30 saniyə içində gəlirlər və gedirlər. Deyirlər bizə müdir yox, cərrah lazımdır ki, tikiş qoysun. Deməyə imkan belə olmur. 30 saniyənin içində gəldilər və getdilər. Bizim stansiya 4 yol ayrıcında yerləşir. Qapı düz maşın yoluna açılır, stansiyanın həyəti belə yoxdur. Stansiyanın yanında iki məktəb var. Biri dövlət məktəbidir, biri özəl məktəbdir. Bizim təcili tibbi yardım maşınlarının qabağından hər gün valideynlərlə uşaqlar keçir, uşaqlar dalaşır. Stansiya 5 nömrəli təcili tibbi yardım stansiyasıdır. Onun ümumiyyətlə feldşerlərlə işi yoxdur. Həm özünün, həm də böyük feldşerin vəzifə borclarını təqdim etmişdir. Ambulator feldşer birbaşa böyük feldşerə və müdirə tabedir. Onu o, işə götürməmiş, vəzifə borclarını yazmamış, gündəlik işini aparmır, ona hər hansı göstəriş verməyə ümumiyyətlə səlahiyyəti çatmır. Bunu yalnız böyük tibb bacısı və müdir edə bilər. Bir ara böyük həkimlər onlara gələn xəstələrə baxmaq üçün 0.5, 0.25 verirdilər. Sonradan bunu da ləğv etdilər, bildirdilər ki, böyük həkimin və müdirin tibbi xdməti göstərməyə səlahiyyətləri çatmır Uşaq evdə yıxılıb, alnı qapının tininə dəymişdir. 2 tikiş atılmışdır Həmin 30 saniyədə mən istəsə idim belə, onlara çata bilməzdim. Ya maşınla, ya da qaçaraq oradan uzaqlaşdılar. O, qapıçı deyil axı. Onun öz otağı var və qapısı bağlıdır, müdirin öz otağı var, böyük feldşerin öz otağı var. Heç kimin heçnədən xəbəri olmayıb. Orada bütün günü uşaqların səsi gəlir. Kim nə bilsin ki, ora vətəndaş gəlib? Xəstə gəlib otursun gözləsin, böyük feldşer də gəlib onlara məlumat versin. O, ancaq kartalara baxır. Hətta növbədə olan gün onun həkimlərin işinə, onların tibbi fəaliyyətinin təşkilinə müdaxilə etmək hüququ yoxdur, buna görə onu işdən atarlar. O, bir gün əvvəlin kartalarına baxır, seminarlar təşkil edir, polislərdən gələn arayışları götürür. Bu işi operativ şöbə təşkil edir. Operativ şöbənin dispetçerlərinin hər birinin stolunun üstündə 2 kompüter var. Biri gələn çağırışları baxıb yönləndirir, biri isə stansiyaya gələn, stansiyadan çıxan vətəndaşları, ambulatoriyanı göstərir. Yəni vətəndaş ora gələndə onlar həmin an müdaxilə edə bilərdilər. Hər gün ən az 50-100 nəfər stansiyaya girib-çıxır. Mamaşalar qucaqlarında uşaqla o yana- bu yana qaçırlar. Mən qapının ağzında durub hamıya nəzarət edəsi deyiləm ki. Mənim işim otağımda oturub öz sənədlərimi təşkil etməkdir. Tibb bacısının işinə nəzarəti müdir həyata keçirir. Onu da işdən çıxmağa məcbur etdilər. Üstünə çox getdilər. Müdir də 15 il reanimasiya həkimi, 10 il də müdir olduğunu dedi. Facebook-da paylaşılan postda heç onun adı çəkilməmişdir. Sadəcə yazılıb ki, stansiyaya gəldik, həkim yox idi. Böyük tibb bacısı hələ işləyir. Ambulator feldşer çağırışa gedən həkimlərin çantasını hazırlayır, dərmanlarını qoyur. Ambulatoriya bunun üçündür. Bölmədə müdir, böyük həkim (o onun müavini kimi gedir), böyük tibb bacısı (feldşerlərin üzərindədir, ambulatoriyanın işinə nəzarət edir. Tibb bacıları çağırışa gedən və ambulatoriyanın tibb bacıları olmaqla 2 yerə bölünür, ümumi 4 nəfərdirlər, növbə ilə işləyirlər). Xəstə gəlirsə, stansiyada briqadalar olur. Müdir öz otağında, böyük həkim öz otağındadır. Bizim səyyar həkimlərimiz var, bir də operativ şöbəmiz var. Şöbə yuxarıdadır və gələn çağırışlar nəzarət edir. Xəstə əgər çağırış vermədən özü gəlirsə, həmin zaman növbədə olan səyyar həkimlər gəlir. 3 həkim var idi, 3-ü də xəstəxanalara xəstə aparmışdı. Həkim olmayanda xəstə ambulatoriyada gözləyir, ambulator tibb bacısı operativ şöbəyə briqada çağırmaqları üçün məlumat verəcəyini bildirir. Boşda qalan briqada varsa, gəlir, yoxdursa, xəstə oturub briqadanın gəlməyini gözləməlidir ki, səyyar briqada gəlsin. Səyyar briqada ya yerində kömək edəcək, ya da lazım olsa, xəstəxanaya aparacaq. Ambulator tibb bacısı nə ona, nə müdirə xəbər verməlidir. Onların vəzifə borcunda da göstərilib ki, ümumiyyətlə xəstələrlə işləmirik. Əgər operativ şöbə desə ki, böyük həkimi çağırın, mən insanlıq naminə gəlib yardım edərəm. Müdirlə böyük həkimin stansiyaya gələn xəstələrə baxmağı qadağandır. Əgər operativ şöbənin böyük həkimi desə ki, böyük həkim gəlsin, onda gəlib müayinələr apara bilər, məsələn təzyiqini ölçə bilər, qızdırmasını ölçə bilər. Qapıçı olanda xəstəni qapıçı qarşılayır. Bunları ambulator tibb bacısı görüb. Deyib ki, oturun gözləyin, müdiri çağıracam. Vətəndaşlar isə onlara müdir yox, cərrah lazım olduğunu deyib. Ambulator feldşerin vəzifə borcu operativ şöbəyə məlumat verməkdir. Onlar saat 2-yə kimi işləyirik. Xəstə saat 2-dən sonra gəlibsə, onda nə etməlidir? Müdirə və ya böyük həkimə məlumat vermir ki. O, mütləq operativ şöbəyə məlumat verir. Bəlkə elə ağır xəstədir, xəstəxanaya getməlidir? Mənim kardioqramım və ya başqa vasitələrim yoxdur, mən nə edə bilərəm? Belə olanda mütləq operativ şöbəyə məlumat verilməlidir. Vətəndaşlar 30 saniyə oturdular, sonra da getdilər. Tibb bacısı kimə məlumat verə bilərdi ki? Sonradan aldığımız məlumata görə onlar heç kömək edə bilməzdik. Uşağın başına tikiş atılıb, bizim cərrahi kabinetimiz yoxdur, steril şəraitimiz yoxdur. Vətəndaşlar gözləsə idi və uşağın həqiqətən qanaxması var idisə, ən yaxşı halda sarğı qoya bilərdilər. Çünkü qanaxmanın olub-olmaması da sual altındadır. Bunu da tibb bacısı edə bilərdi. Belə olan halda tibb bacısı nə edə bilərdi? Vətəndaşlara getməmələri üçün yalvarmalı idi, yoxsa uşağı əllərindən almalı idi? Gələnlərin uşağın nəyi olduğu bilinmir, uşağın başına nə iş gəldiyi bilinmir. Tibb bacısı nə edə bilər? Əgər bu uşağın qanaxması var idisə, buna görə poliklinikaya müraciət ediblərsə, başına tikiş atılıbsa, bu uşağa sistem köçürülməli idi, bu uşaq rentgenə salınmalı idi, MRT çəkilməli idi, karta açılmalı idi. Uşağın nə kartası var, nə polisə məlumat verilib, nə kompüterə salınıb. Nə anası-atası, nə əmisi ortaya çıxdı. Birinci instansiyada hakim İntiqam bəyə bu məsələni araşdırıb-araşdırmadıqlarını soruşanda İntiqam bəy dedi ki, bu bizə maraqlı deyil. Əsas Facebook-da yazı paylaşılıb. Onun heçnədən xəbəri yox idi. O, qapıda oturmur, otağın da oturmuşdur. Həmin gün saat 5-in yarısında müdir ona zəng etdi və işə geri çağırdı. Ondan nə baş verdiyini soruşanda şikayət olduğunu, sosial şəbəkədə yazı paylaşıldığını dedi. Həmin yazı hər yerdən silinib, bircə TƏBİB-in əlində var ki, onu günahlandıra bilsinlər. Onun vəzifə təlimatları işin materiallarında var. O, stansiyanın böyük həkimidir. Hal-hazırda 22 stansiya var. Bəzi stansiyaların filialları var. Belə olanda 30-a yaxın böyük həkim olur. Əgər stansiyadakı bütün işlərin təşkilini böyük həkimə tapşırsa idilər, xaos olardı. 30 həkimin hər biri öz istəyinə uyğun iş qursa, xaos olmaz? İşin qurulması direktorun və operativ şöbənin səlahiyyətindədir. Hər birimizin öz vəzifə təlimatları var, ona uyğun hərəkət edirik. Mənim ambulator tibb bacısına təlimat vermirəm, mənim ümumiyyətlə tibb bacıları ilə işim yoxdur, mən həkimlərlə işləyirəm. Ambulator tibb bacısını mən işə götürməmişəm ki, ona təlimat verim. 40 illik iş təcrübəsi var, məndən qabaq işləyirdi, işini də, nə etməli olduğunu da çox gözəl bilir. Mən orada nə iş qura bilərəm? 3 həkim işləyir. Əgər bölmədə 5 həkim varsa, onun 3-ü işdədirsə, bu nə mənim, nə müdirin günahıdır, bu direktorun günahıdır. İşçiləri işdən çıxardırlar, sonra da işçi tapa bilmirlər deyə 3 həkimlə işləməli olurlar. Stansiyaya gələn xəstələrin, çağırışların mənə heç bir aidiyyatı yoxdur. O, dünənin işini görür. Dünənki növbənin həkimlərinin verdikləri kartalara, məlumatlara baxıram. Onun xəstəyə baxmağa səlahiyyəti yoxdur. Gələn xəstələrə baxmaq onun vəzifə təlimatımda qadağan olmuşdur. Vəzifə təlimatlarım “Elektron Sistem”ə yüklənmişdir. İxtisasım həkimdir. Amma o böyük həkimdir. Direktor tərəfindən mənim praktika etməyimə qadağa qoyulmuşdur. Onun xəstələrə baxmağa səlahiyyəti çatmır. Direktor qadağan edib. İlkin tibbi yardımı ambulator tibb bacısı göstərir. O, ancaq təzyiq ölçə bilər və təyinat göstərə bilər. Onun xəstələrə baxmağa səlahiyyəti çatmır, direktor qadağan edib. Vəzifə təlimatımda göstərilib. O, əgər xəstəyə tibbi yardım göstərsəm və sonra xəstə məndən şikayətçi olsa, mən cinayət məsuliyyəti daşıyacaq. Çünkü onun ixtiyarı yoxdur. 17.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmş və bildirmişdir ki, 30 ildir müharibə veteranıdır, əlillərin, qazilərin sədridir. 8 ay yarımdır ki, onların evinə 1 manat pul gəlmir, quru çörəyə möhtac olmuşlar. 18.Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15inin nümayəndəsi X4 bildirmişdir ki, birinci instansiya məhkəməsində tərəf kimi cəlb olunmamışdılar. Xanımın yol verdiyi əmək və icra pozuntuları təkcə işəgötürəni olan Respublika Təcili və X11 Yardım Mərkəzinin yox, eyni zamanda işəgötürənin tabe olduğu qurum olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin də maraqlarına toxunur. Bizim qurum bu hadisəni sosial şəbəkələrdən öyrəndi. Həmin gün bütün sosial şəbəkələr, xəbər saytları “təcili tibbi yardım stansiyası qanaxma ilə gələn azyaşlı uşağa yardım göstərməkdən imtina etdi” başlığı ilə xəbərlər paylaşırdı. Bu məsələ ilə bağlı saytlarda videogörüntülər, şəkillər paylaşıldı. Beləliklə ajiotaj yarandı. Ona görə də qurum məsələ ilə bağlı açıqlama verməli oldu. Bu məsələ ictimaiyyətin gündəminə düşdüyünə görə həm bizim, həm də işəgötürənin maraqlarına toxunur. Lakin birinci instansiyanın qətnaməsində əsas toxunulan məsələ cavabdehin hansı maraqlarının pozulduğunu əsaslandıra bilməməsidir. Cavabdeh müxtəlif ekran görüntüləri, saytlardan xəbərlər və insanların rəylərini əlavə edib. Bütün bunlar cəmiyyətin səhiyyə sisteminə və bu sahədə həyata keçirilən islahatlara olan aqressiyasını ifadə edir. Bütün bunları nəzərə aldıqda cavabdehin işgüzar nüfuzuna hansı səpkidə xələl gəldiyini görmək mümkündür. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində buna toxunulmamışdır. İkinci bir məsələ odur ki, xanımın işdən azad edilməzdən əvvəlki vəzifəsi böyük həkim vəzifəsidir. Böyük həkim kimi onun həm bölmənin işinin təşkili funksiyası, həm də nəzarət funksiyası olub. Xanım ifadəsində bildirir ki, uşaq stansiyaya gəlib gözləməli idi. Amma videogörüntülərə baxanda görünür ki, uşaq qanaxma ilə gəlib və azyaşlıdır, yəni gözləmək şansı yox idi. Belə olan halda “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə uşağa dərhal X5 göstərilməli idi. Qanunda da göstərilmişdir ki, vətəndaşın razılığı alınmadan ona təxirəsalınmaz təcili tibbi yardım göstərilə bilər. Bundan əlavə hər bir tibb işçisinin şəxsə birbaşa ilkin tibbi yardım göstərmək öhdəliyi var. İlkin tibbi yardım göstərməmək özü məsuliyyətə səbəb olur. Eyni zamanda xanım uşağa tibbi yardımın göstərilməmə səbəbi kimi uşağın kimliyinin müəyyənləşdirilməməsini bəhanə edir. Tibbi yardım şəxsiyyət müəyyənləşdirilməzdən qabaq da göstərilə bilər, çünkü uşaq təxirəsalınmaz vəziyyətdə daxil olmuşdu. Ən azından ilk olaraq qanaxması dayandırılmalı idi. Bundan sonra ixtisaslaşdırılmış tibbi müdaxilə tələb olunursa, operativ bölməyə məlumat verilməklə stasionar tibb müəssisəsinə ya da ambulator tibb müəssisəsinə aparılmalı idi. Amma görünən mənzərə odur ki, öhdəliklər icra olunmayıb, xanım nəzarət funksiyasını yerinə yetirməyib, uşağa tibbi yardım göstərilib-göstərilmədiyi ilə maraqlanmayıb, operativ bölməyə məlumat verməyib. Xanım öz ifadəsini “bəlkə”lər əsasında qurur və bildirir ki, bəlkə uşağı maşın vurub. Amma bütün bunları özlüyündə nəzarət funksiyasının mexanizmini çərçivəsində böyük həkim təşkil etməli idi, uşağa ilkin tibbi yardım göstərməli idi. Burada söhbət ixtisaslaşmış müdaxilədən getmir, hər bir tibb işçisinin öhdəliyi olan ilkin tibbi yardımın göstərilməsinə nəzarət edilməsindən söhbət gedir. Xanım ya özü tibbi yardım göstərməli idi, ya da nəzarətində olan işçilərin tibbi yardım göstərməsini təmin etməli idi. Lakin xanım bunların heç birinə reaksiya verməyib. Eyni zamanda ilkin tibbi yardım göstərilən şəxs ilkin tibbi yardım göstəriləndən sonra daşınmalı idi, lakin bununla da bağlı nəsə edilməyib. Xanım vətəndaşlar çıxandan sonra nəzarət etməli idi, belə bir xəstənin daxil olduğunu görəndə bölmə rəhbərinə məlumat verməli idi, bölmə rəhbəri stansiyaya məlumat verməli idi. Bu hadisə barədə məlumat verilməmişdir.Hadisə baş verən zaman, saat 2-nin yarısı o işdə idi. Tibb müəssisəsinə, bölməyə xəstə daxil olanda nə ediləcəyi əvvəlcədən işçilər arasında müəyyən edilməlidir. Stansiyaya xəstə daxil olursa və böyük həkimin bundan xəbəri olmursa, bu artıq vəzifə öhdəliklərinin icra olunmaması üçün əsasdır. Müəssisəyə xəstə daxil olursa, xəstəyə tibbi yardım göstərilmirsə, böyük həkimin bundan xəbəri olmursa, böyük həkim bu barədə bölmə müdirinə məlumat vermirsə, burada vəzifə öhdəliklərinin icra edilmədiyi qeyd oluna bilər.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismn təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 25.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 27.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 28.1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

29.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 30.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 31.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 32.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 33.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 34.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 35.80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 36.186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 37.191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 38.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 39.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 40.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 41.195-ci maddənin “b” bəndinə əsasən, işəgötürən əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 42.196.5-ci maddəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 43.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 44.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

45. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İş materiallarından göründüyü kimi, cavabdeh-işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsini sonuncunun işə nəzarəti düzgün həyata keçirmədiyi, tibbi xidməti düzgün təşkil etməyərək kobud pozuntuya yol verdiyi ilə əsaslandırmışdır. Qeyd olunan halların sübutu olaraq videogörüntünü, habelə sosial şəbəkədə yazılan rəyələri məhkəməyə təqdim etmişdir.

49. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Yəni əmək müqaviləsinin göstərilən maddə əsasında ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalı, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

50. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır.

51. Hadisənin baş verməsi işin mübahisələndirilməyən hallarına aid olsa da, iş materiallarına əsasən iddiaçının özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması, işə nəzarəti düzgün həyata keçirməməsi, tibbi xidməti düzgün təşkil etməməsi, həmçinin tibb bacısının ona birbaşa tabeçiliyi faktını müəyyən etmək mümkün olmamışdır. İşçi-iddiaçının hərəkətlərində əmək vəzifələrinin kobud pozulması halı aşkar edilməmiş, baş vermiş hadisə ilə onun hərəkətləri və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, yəni məhz onun göstərdiyi səhlənkarlığı nəticəsində əmələ gəlmiş olması halı öz təsdiqini tapmamışdır.

52. Halbuki bu halda, belə bir pozuntunun həqiqətən baş verdiyini və kobud xarakter daşıdığını, nəticəsində zərərə uğradığını sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

53. İşdən daha sonra görünür ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv olunması barədə işəgötürən-cavabdehin 9 yanvar 2023-cü il tarixli 28 nömrəli əmrində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, hadisənin obyektiv formada araşdırmasını (zərərçəkənin izahatı, müəssisəsini tərk etmə səbəbləri və s.), əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsini, bunun nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən materiallar göstərilməmişdir ki, bu da həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsaslarından biridir. Belə ki, qanuni əsaslar olmadan və ya işdən azad edilmənin müəyyən edilmiş qaydası pozulmaqla işdən çıxarılan işçi əvvəlki işinə bərpa edilməlidir.

54. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olduğu qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə uyğun olaraq iddiaçının digər tələbləri, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən təmin edilməldir.

55. Bundan başqa iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, qanunvericiliklə işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşıması ədalətli və məqsədəmüvafiq hesab edilmişdir. Hazırkı halda da iddiaçı işəgötürənin qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə pozulmuş əmək hüquqları ilə bağlı mənəvi zərərə görə təzminat tələb etmək hüququna malikdir. Belə ki, onun işdən çıxarılması yuxarıda qeyd edilənlərə əsasən qanunsuz hesab edilmişdir.

56. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

57. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 nömrəli, 3 iyul 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar