Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6049/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Tofiq qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müşfiq oğluna qarşı pul tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müşfiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 Müşfiq oğlundan BMV 36 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına görə ilkin olaraq ödədiyi 2100 manat, atomobilin birinci ayının krediti kimi ödədiyi 350 manat, dövlət rüsumu kimi ödənilmiş 44.5 manat, cəmi isə 2494.5 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər X2 və Cavabdeh2 Müşfiq oğlunu Turbo.az saytında BMV 36 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, bəyəndikdən sonra 2021-ci İlin iyul ayında görüşdükdən sonra tanımışdır. Belə ki, o, həmin avtomobili almaq üçün cavabdehlərlə Qaraçuxur qəsəbəsində avtomobil təmiri emalatxanasında görüşmüş, bundan sonra o, onlara 2100 manat pul ödəmişdir, 9 ay müddətində isə hər ay 350 manat ödəməklə maşının alqı-satqısı barədə razılığa gəlmişdirlər. Bundan sonra, cavabdeh tərəf ona, avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. O, avtomobilin birinci ayının 350 manat ödənişini Müşfiq Abbasova yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan avtomobil təmir emalatxanasında 20 avqust 2021-ci il tarixdə ödəmişdir. BMV 36 markalı, 47-BD-45S dövlet qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu Hovsan qəsəbəsində idarə edərkən avtomobilin birinci sahibi onu saxlamış və ona Müşfiq Abbasov tərəfindən verilmiş etibarnaməni ləğv etdirdiyini bildirmiş, avtomobili əlindən almışdır. Bundan sonra o, cavabdehlərə müraciət edib, avtomobilə görə ödədiyini pulun qaytanimasmı tələb etmişdir, ancaq onlar pulu qaytarmamışdır. O, məcbur olub əvvəlcə Suraxanı rayon Pois idarəsinin 32-ci Polis Şöbəsinə müraciət etmiş, ancaq buradan ona bildirdilər ki, pulun verildiyi yer 32-ci Polis Bölməsinin ərazisinə düşdüyündən ora müraciət etsin. Bundan sonra o, məcbur olub. Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir, burada araşdırılma apanldıqdan sonra 32-ci PB-i özünün 24 dekabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasım rədd edilmişdir. Adı çəkilən qərarda cavabdehlər qeyd oluna avtomobilə görə ondan ilkin ödəniş kimi 2100 manat və birinci ayın isə kredit ödənişi kimi 350 manat pulunu aldıqlarını etiraf etmişlər.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müşfiq oğlundan birgə qaydada 2450 (iki min dörd yüz əlli ) manat məbləğində pul və 44.5 (qırx dört manat, əlli qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Nilufər Cəfərli).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Turbo.az” saytından özü üçün avtomaşın axtardığı zamanda BMV 36 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb bəyənmiş və əlaqə nömrəsinə zəng etmişdir. Ələddin adında şəxslə danışaraq avtomobilin olduğu yerə getmiş, maşının yanında 2100 manat ilkin ödənişlə və 9 ay müddətinə hər ay 350 manat pulun maşının mülkiyyətçisinə ödənilməsinə dair sövdələşmişdir. Alqı-satqı müqaviləsi bağlanmasa da, etibarnamə əsasında maşını idarə edən Ceyhun Nəbiyev razılaşmanı özü pozmuşdur. Belə ki, o izahatında qeyd etməsə də, avtomaşının aylıq ödənişlərini ödəmədən idarə etdiyi üçün maşını onun əlindən cavabdehlər yox başqa şəxslər almışdır. Yəni bu iş üzrə cavabdeh kimi tanınsa da, əsl olmayan tərəf kimi əvəz edilməlidir. Belə ki, məhkəmə zalında da bildirmişdir ki, cavabdeh avtomaşının mülkiyyətçisi olmamışdır. İlk öncə həmin avtomaşını oğlu Cavabdeh2 üçün almaq istəsə də, sonradan avtomaşına olan istifadə hüququndan Ceyhun Nəbiyevin xeyrinə imtina etmişdir. Nəticədə, Ceyhun Nəbiyev sövdələşməni pozduğu üçün və aylıq 350 manatı ödəmədiyi üçün maşının mülkiyyətçisi ona verilən etibarnaməni ləğv etdirmiş və avtomaşını əlindən almışdır. Faktiki olaraq Ceyhun Nəbiyevin hesabına əsassız varlanan şəxs avtomaşının qanuni mülkiyyətçisi olan Elmir adlı şəxsdir ki, Məhkəmə onu üçüncü şəxs kimi də işə cəlb etməmişdir. Belə ki, Məhkəmə bu mübahisənin həlli zamanı AR MM-nin əsassız varlanmaya dair maddələrini tətbiq etmişdirsə, o zaman maşının sahibini işə cəlb etməli və iddiaçıya izah etməli idi ki, onun hesabına əsassız varlanan şəxs cavabdeh deyil. Çünki o Nəbiyev Ceyhundan aldığını 2100 manat pulu və 350 manat bir ayın ödənişini maşının mülkiyyətçisi Elmirə vermişdir. Belə ki, cavabdeh ondan verdiyi 2200 manat ilkin ödənişi geri almayaraq, Ceyhun Nəbiyevdən aldığı 2100 manat ilkin ödənişlə əvəzləşdirmişdir. Belə olan halda AR MMnin 1092.3-cü maddəsi tətbiq edilir və varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Həmçinin qeyd etmişdir ki, Abbasov X3 mühasibəsi veteranıdır.
Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi vətəndaş Nümayəndə bildirilmişdir.
11. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Nümayəndə Tofiq qızı izahatında qeyd etmişdir ki, 2021-ci ilin iyul ayında oğlu İddiaçı avtomobil almaq üçün Turbo.az saytında BMV 36 markalı, **-BD-*** d.q.n avtomobili görüb bəyənmiş və elanda olan mobil telefonla İddiaçı əlaqə saxlamış və özünü Ələddin kimi təqdim edən şəxs avtomobil Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-də olan avtomobil təmiri emalatxanasında olmasını bildirmişdir. Vətəndaş İddiaçı avtomobilə baxıb bəyənmiş, səhəri günü anası Nümayəndə, dostu Elnur Məmmədov və Cəbrayıl Cəbrayılovla birlikdə avtomobili alması üçün Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-də avtomobil təmiri emalatxanasına gəlmişlər, avtomobili satan Ələddin adlı şəxs və onun atası X4 avtomobili ilkin olaraq 2100 manat pul ödəməsi və 9 ay müddətində hər ay 350 manat pul ödəmək şərti ilə öz aralarında kredit razılaşması yolu ilə Cavabdeh2 və atası Müşfiq Abbasov avtomobili İddiaçı satmışdırlar. İddiaçı avtomobilin birinci aylıq ödənişini Müşfiq Abbasova yaşadığı Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan avtomobil təmiri emalatxanasında 20 avqust 2021-ci il tarixdə ödəmişdir. İddiaçı İdarə etdiyi BMV 36 markalı, **-BD-*** d.q.n avtomobili Suraxanı rayonu Hövsan qəsəbəsində idarə edən zamanı avtomobilin birinci sahibi tərəfindən ona Müşfiq Abbasovun vermiş olduğu mülki etibarnamə ləğv edilərək avtomobil geri alınmışdır.
Apellyasiya baxışının həddləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam hissəsində yoxlayır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə uyğun olaraq, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı zamanı alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Hüquqi dəyərləndirmə:
22. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin məzmununa əsasən qeyd edir ki, tərəflər arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır. Beləki, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi notarial qaydada bağlanmalı olmalı, daşınar əşyalalrın resmi reystrində qeydiyyata alınmalı olduğu halda, tərəflərin qanunvericiliyin qeyd edilən imperaiv göstərişinə əməl etməmiş, avtomobilin idarə edilməsi hüququnu verən yalnız etibarnmə verilmişdir. Etibarnamələr isə hüquq müəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir.
23. Belə olan halda, kolllegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehlərin avtomobilin satışı adı altında iddiaçıdan pul almağa əsas verən müqavilə münasibətləri olmadığından tərəflər arasında münasibətlərə əsasız varlanmanın müddaları təltbiq edilməlidir.
24. Kollegiya qeyd edir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda (i.v. 13) verilmiş izahatlardan məlum olur ki, iddiaçı avtomobil almaq məsədi ilə cavabdehələrə 2100 manat məbləğində ilkin ödəniş, 350 manat məbləğində isə digər bir ödəniş etmiş olduğundan, qeyd edilən pul məbləği cavabdehərdən birgə tutularaq iddiaçıya ödənilməlidir.
25. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda X4 izahatında qeyd etmişdir ki, o BMW 36 markalı, **-BD-*** d.q.n avtomobili Cəlilabad şəhərində yaşayan Elmir adlı şəxsdən ilkin olaraq 2200 manat ödəmək şərti ilə 12 ay ərzində 350 manat ödəməsi müqabilində mülki etibarnamə əsasında alması və sonra avtomobili oğlu Cavabdeh2 Müşfiq oğlu tərəfindən “Turbo.az” saytına yerləşdirmiş və avtomobili İddiaçı Cavid oğlu bəyənərək avtomobilə baxması üçün Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan özünə məxsus avtomobil emalatxanasında baxaraq səhəri üçün Cəbrayıl və anası ilə birlikdə avtomobilə ilkin olaraq 2100 manat ödəyərək 9 ay ərzində 350 manat ödəməsi müqabilində avtomobili İddiaçı satmasını bildirmişdir. O, BMW 36 markalı, **-BD-*** d.q.n avtomobili İddiaçı ilkin olaraq 2100 manata ödəməklə 9 ay ərzində 350 manat ödəmək yolu ilə İddiaçı satmasını və Abbasov Cəbrayılovun vasitəsi ilə tanıdığı İddiaçı 2450 manat pulun almasını etiraf etmişdir.
26. Cavabdeh apellyasiya şikayətində Nəbiyev Ceyhundan aldığı 2100 manat pulu və 350 manat bir ayın ödənişini maşının mülkiyyətçisi Elmirə verdiyini, ondan verdiyi 2200 manat ilkin ödənişi geri almayaraq, Ceyhun Nəbiyevdən aldığı 2100 manat ilkin ödənişlə əvəzləşdirmişdir.
27. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd etdiyi dəlilləri - 2100 manat pulu və 350 manat bir ayın ödənişini maşının mülkiyyətçisi Elmirə verdiyini, ondan verdiyi 2200 manat ilkin ödənişi geri almayaraq, Ceyhun Nəbiyevdən aldığı 2100 manat ilkin ödənişlə əvəzləşdirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
28. Sadalanan xüsusatlara əsasən kolegiya hesab edir ki, iddia tələbinin təmin edilməindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
31. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin qiyməti 5000 manatdan aşağı olduğundan hazırki qətnamədən kasasiya şikayəti verilə bilməz.
32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev