Məhkəmə qərarları › İş №2(103)-6053/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6053/2020

27.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6053/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə xxxx şəhəri Yasamal Rayon Мəhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xxxx Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MK tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, “xxxx” MKnın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolunun, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolunun və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 1995-ci ildə xxxx şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı kiiçəsi 4 nömrəli evin 64-cü mənzilini almış, mənzilin ona məxsus olması ilə bağlı xxxx şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci il tarixli 022251 nömrəli order verilmiş, 2017-ci ilin fevral ayında qardaşı Rəhman Allahverdiyevin xəstələnməsi ilə əlaqədar Tərtər rayonuna getmiş və mənzilində ola biləcək hadisənin qarşısının alınması üçün açarları MTK-nin komendantı Eynur Xudiyevə vermiş, qardaşının vəziyyəti ağır olduğuna görə bir müddət orada qalmalı olmuş, qardaşı xx.xx.2017-ci ildə vəfat etmiş, xx.xx.2017-ci il tarixdə xxxx şəhərinə qayıtmış, mənzilinə qalxdıqda çöl qapısının dəyişdirildiyini görüb dərhal kooperativin sədri Emil Məhərrəmova zəng etmiş, ona zəng çatmadığına görə aşağı düşüb gözətçidən Emilin harada olmasını soruşmuş, gözətçi onun və digər şəxslərin mənzillərinin satıldığını, Emil Məhərrəmovun isə qaçdığını bildirdikdən dərhal sonra aidiyyətı orqanlara müraciət etmək üçün yaxınlıqda olan hüquq məsləhatxanasına gedib məsələhətləşmişdir. Saxta sənədlər əsasında mənzilin Orxan adlı şəxsə satıldığını və həmin şəxslərin telefon nömrələrini əlaqə saxlamaq üçün qoyduqlarını öyrənmiş, həmin nömrəyə zəng etmiş, telefon nömrəsinin sahibi mənzili tam dəyərini ödəməklə aldığını bildirmişdir. Halbuki, xxxx şəhəri, Yasamal rayonu, İ. Qurtqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzili ona məxsusdur, 2003-cü ildən mənzildə qeydiyyatda olmaqla 2017-ci ilə qədər mənzil onun istifadəsində olmuşdur. Kooperativin sədri Emil Məhərrəmovun və Cavabdeh3 qanunsuz əməlləri nəticəsində mənzilindən məhrum olmuş, ona məxsus mənzili Cavabdeh1 adına xx.xx.2017-ci il tarixli 01 saylı protokol və tam ödəniş etməsi barədə həmin tarixli maliyyə arayışı tərtib etməklə adı çəkilən şəxsə satmışlar. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, ona məxsus olan mənzilə dair Cavabdeh1 əvvəl Cavabdeh3 adına protokol tərtib edilərək maliyyə arayışı verilmişdir. Həmin sənədlər də saxtadır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, mənzilə dair ilkin olaraq onun adına order verilmişdir və order hazırda qüvvədədir. Alqı-satqı müqaviləsi saxta sənədlər əsasında aparıldığından bağlanmış əqd etibarsız hesab edilməlidir. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, qanuni qüvvədə olan hökmlə müəyyən edilən halları nəzərə almadığını, saxta olduğu cinayət işinə baxan məhkəmə tərəfindən təsbit edilən sənədlərə istinadla qanunsuz və qərəzli qərar çıxardığını irəli sürmüşdür. xxxx Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilərək iddia tələbləri təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, xxxx Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 vəkili isə şikayətin əsassız və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini yalnız o əsasla ləğv etmişdir ki, “...iddiaçı “xxxx” MK-nın maliyyə arayışlarının və protokollarının etibarsız hesab edilməsini istəsə də, “xxxx” MK-nı cavabdeh qismində göstərməmiş, ...apelyasiya instansiyası məhkəməsi də iddianı təmin edib “xxxx” MK tərəfindən verilmiş maliyyə arayışlarını və protokolları etibarsız hesab etsə də, həmin maliyyə arayışlarını və protokolları verən, başqa sözlə iddianın yönəldiyi "xxxx” MK-nı mübahisə üzrə hər hansı qisimdə işə cəlb etməmiş, "xxxx” MK-nın maraqlarına toxunan qətnamə çıxarmış, prosessual pozuntuya yol vermişdir”. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının mövqeyinə uyğun olaraq, “xxxx” MK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına görə, İddiaçı xxxx şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin (MKTİ) xx.xx.1993-cü il tarixli 08/109 nömrəli qərarı ilə 1 nəfər ailə tərkibində (özü) 2 otaqlı kooperativ mənzil növbəsinə götürülmüş, “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.1994-cü il tarixli 21 saylı protokolu ilə kooperativə üzv qəbul edilmiş, püşkatma nəticəsində ona ünvan 2 ünvanında yerləşən 2 otaqlı 64 saylı mənzil düşmüş, MKTİ-nin xx.xx.1995-ci il tarixli Sərəncamı ilə sözügedən protokol təsdiq olunaraq İddiaçı order verilməsi qərara alınmış və mənzil növbəsindən çıxarılmış, xx.xx.1995-ci il tarixdə ona 022254 saylı order verilmiş, xx xxxx 2003-cü il tarixdə isə həmin mənzilə pasport qeydiyyatına alınmışdır. İş materiallarından aydın olur ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olan “xxxx” Mənzil Kooperativinin (MK) üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli 09 saylı protokoluna əsasən X1 üzvlüyündən çıxarılması, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 3 ünvanında yerləşən 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi qərara alınmış, müvafiq maliyyə arayışında isə mənzilin razılaşdırılmış dəyərinin Cavabdeh3 tərəfindən ödənildiyi göstərilmişdir. İş materiallarından həmçinin aydın olur ki, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 01 saylı protokoluna əsasən Cavabdeh3 kooperativ üzvlüyündən çıxarılması, Cavabdeh1 kooperativə üzv qəbul edilməsi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi qərara alınmış, mənzilin razılaşdırılmış dəyərinin Cavabdeh1 tərəfindən ödənilmiş olmasına dair ona maliyyə arayışı verilmişdir. xxxx Ağır Cinayətlər Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixdən “xxxx” Mənzil Kooperativinin idarə heyətinin sədri vəzifəsində işləmiş X10 qulluq mövqeyindən istifadə etməklə tanışı Cavabdeh3 və qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 8 nömrəli binanın (İ. Qutqaşınlı küçəsi 4) 6-cı mərtəbəsində yerləşən, yaşayış sahəsi 30,99 m2 olan 64 saylı mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.1995-ci il tarixli 022254 nömrəli orderi əsasında İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin Cavabdeh3 məxsus olduğunu deyərək Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 01 nömrəli protokolu ilə Cavabdeh1 103 000 manata qanunsuz satmış, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Cavabdeh3 vasitəsilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 01 saylı protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş etməsi barədə eyni tarixli maliyyə arayışını imzası və kooperativin möhürü ilə təsdiq edərək Cavabdeh3 vasitəsilə Cavabdeh1 verib aldığı 103 000 manat pulu aralarında bölməklə ...kütləvi surətdə vətəndaşların əmlak hüquqlarını mütləq şəkildə pozmaqla ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Sözügedən hökmlə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına; Əsgərov X9 Məcəlləsinin 178.3.2-ci, 32.5, 308.2-ci, 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslərə, o cümlədən Cavabdeh1, dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olduğu izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi təmin olunmalıdır. Belə ki, işin qanuni qüvvədə olan hökmlə də müəyyən olunmuş hallarına görə, mübahisəli mənzil ilkin olaraq İddiaçı “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.1994-cü il tarixli 21 saylı protokolu və xxxx şəhər İcra Hakimiyyəti Başçısının Aparatının MKTİ-nin xx.xx.1995-ci il tarixli Sərəncamı əsasında verilmiş, sonradan onun razılığı alınmadan adına rəsmiləşdirilmiş mənzil saxta sənədlər əsasında – yəni, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli protokollarına əsasən müvafiq olaraq Cavabdeh3 və Cavabdeh1 adına keçirilməklə onlara bu barədə müvafiq sənədlər (kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışlar və maliyyə arayışları) verilmişdir. Həmçinin, mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair sənədlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Kollegiya onu da qeyd edir ki, həmin mənzilin kooperativ (əslində cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativinin İdarə heyətinin sədri X10 və xüsusilə X11) tərəfindən xx.xx.2017-cı il tarixdə Cavabdeh1 adına sənədləşdirilməsi (onun adına kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının verilməsi) və mənzilin sonradan adı çəkilən şəxsə təhvil verilərək onun, yaxud qohumlarının hazırda orada faktiki yaşaması da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; çünkü həmin mənzil Cavabdeh1 təhvil verildiyi zaman İddiaçı adına olan sənədlər qüvvədə olmuş, beləliklə də kooperativ (xüsusilə mənzilin əvvəlki sahibi olduğu göstərilən X11), mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda mənzili Cavabdeh1 adına saxta sənədlər əsasında rəsmiləşdirmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı adına olan daha əvvəlki tarixli sənədlərin ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, həmin mənzilin Məlahət Allahveriyeva təhvil verilməsini zəruri etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Bununla yanaşı kollegiya qeyd edir ki, Cavabdeh1 məruz qaldığı maddi və mənəvi ziyanla bağlı kooperativə (həmçinin ona qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə - Kooperativinin İdarə heyətinin sədri X7 və X8) qarşı müvafiq iddia irəli sürmək hüququna sahibdir. Yuxarıda şərh olunan qənaətinin məntiqi davamı olaraq kollegiya, İddiaçı mübahisəli mənzilə dair “xxxx” MK tərəfındən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolunun, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolunun və maliyyə arayışının etibarsız hesab edilməsi” tələblərini də əsaslı hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya, mübahisəsi gedən mənzillə bağlı İddiaçı adına olan sənədlərin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd edir ki, nə kooperativ, nə də mübahisəli mənzilin əvvəlki sahibi olduğu göstərilən X11 həmin mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik subyektlər olmamışlar. İddiaçının iddia müddətini ötürmüş olması barədə Cavabdeh1 nümayəndəsinin (vəkilinin) irəli sürdüyü arqumentə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından aydın olur ki, iddiaçı mənzilinə dair Cavabdeh1 adına sənədləşdirilməsindən 2017-ci ilin oktyabr ayında xəbər tutmuş, 2018-ci ilin avqust ayında isə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, onun iddia müddətini ötürmüş olmasından bəhs edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələblərinə dair iddiası təmin olunsun. “xxxx” MK tərəfındən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışı, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolu, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi barədə “xxxx” MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolu və maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh2 ailə üzvləri ilə birlikdə xxxx şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzilindən çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. İddiaçı ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 20,80 (iyirmi manat 80 qəpik) manat X5 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində xxxx Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar