Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6056/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-6056/2026 (Açar sözlər: mənzilə köçürülmə, iddiaya cavab verməli olmayan şəxs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə və sair" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3141/2025 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2n, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları İddiaçı4, İddiaçı2 və gəlini X4 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 311 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin evə köçülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 1996-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikaha daxil olduğu vaxtdan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Cavabdeh Elmin Əsgərovla birgə nikahlarından 2 övladları- xx.xx.1998-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 dünyaya gəlmişdir. Bir müddət əvvəl cavabdeh Elmin Əsgərov tərəfindən ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və hazırda aralarında bununla məhkəmə mübahisəsi getməkdədir. Bildirmək istəyir ki, nikaha daxil olduqları gündən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 311 ünvanında yerləşən mənzildə yaşamış və övladlarını həmin mənzildə böyütmüşdür. Həmçinin həmin mənzilə köçüb yaşamağına notariat qaydasında yazılı razılıq vermişdir. Nəticədə isə həmin mənzildə daimi pasport qeydiyyatına alınaraq, həmin ünvanda daimi yaşamaq üçün icazə almışdır. Lakin artıq münasibətlərinin korlanması səbəbindən cavabdeh onu və övladlarını həmin evdən çıxarmış, sözügedən mənzildən istifadələrinə mane olmuşdur. Halbuki o, mübahisəli evdə yaşamış və oradan istifadə hüququ əldə etmişdir. Lakin cavabdeh həmin evdə onu övladları ilə birlikdə yaşamağına imkan vermir. Bu isə onun və övladlarının hüquqlarını kobud şəkildə pozmaqdadır. Qeyd edir ki, o, hazırda iki övladı və gəlini X11 ilə birlikdə başqa bir mənzildə yaşayırlar. Həmin ev olduqca darısqal olduğu üçün orada yaşamağa davam etməkləri qeyri-mümkündür. Yaşamağa isə başqa yaşayış yeri yoxdur və həmçinin kirayədə də yaşamaq üçün maddi imkanları olduqca aşağıdır. Həmçinin onu da bildirir ki, cavabdehlə birlikdə birgə ailə kimi hazırki mübahisəli mənzildə yaşadıqları dövrdə tərəfindən mənzilə onun dəyərini xeyli artıran vəsaitin qoyulmuş, xərc çəkilmişdir. Belə ki, yaşayış yeri ilə təmin olunmamağı həmçinin cavabdeh tərəfindən yaşayış yerindən məhrum olunmağı təkcə onun deyil, həmçinin övladlarının da hüquqlarını pozur. Bu səbəbdən də hesab edir ki, onun, övladlarının və gəlinin X4 ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququmun müəyyən edilməsi və həmin evə köçürülməkləri olduqca zəruridir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3141/2025 saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin xx.xx.2009-cu ilədək qüvvədə olan redaksiyasının 53, 54, 60, 87 və 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında nikahın pozulması hal-hazırda baş vermədiyindən İddiaçı1 “Keçmiş ailə üzvü” sayılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə isə bu halı araşdırmadan əsassız şəkildə bir qətnamə qəbul edərək iddiçıların hüquqlarını pozmuşdur. Məhkəmə şahid ifadələrinə də qərəzli şəkildə birtərəfli qiymət vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, Rima xanım onun qonşusu olmuşdur və təxminən 2-3 iləvvəl həmin ünvandan köçüb getmişdir. Lakin mənzildən öz istəyilə gedib, yoxsa Elmin tərəfindən çıxarılıb, bu barədə məlumata malik deyil. Rima xanım həmin evin təmirinə çoxlu vəsait sərf etmişdir. İddiaçı1 dayısı tərəfindən bildirilmiş ifadələr düzgün olmaqla həqiqəti əks etdirir. Cavabdeh və onun ailəsi İddiaçı1 anasının adına rəsmiləşdirilmiş mənzil üçün heç bir vəsait sərf etməmişdir. Həmçinin məhkəmə zamanı tərəflər arasında olan dialoqlarlardan da bəlli olmuşdur ki, Cavabdeh az maaşlı bir işdə işləmişdir. Onun maddi imkanı çox zəif olmuşdur. Belə olduğu təqdirdə Cavabdeh mənzil alması, mənzilə pul xərcləməsi mümkünsüzdür. Bir məsələyə xüsusilə diqqət etmək lazımdır ki, Cavabdeh həmin mübahisəli mənzildən iddiaçını və övladlarını cavabdeh zorla çıxarmışdır. Könüllü şəkildə mənzildən çıxarılma halı olmamışdır. İddiaçı 1996-cı ildən həmin mənzilə gəlin köçmüş, övladları da həmin mənzildə yaşamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı İddiaçı1 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 29 il əvvəl mübahisəli mənzilə köçmüşdür və mənzilin sahibi qayınatası olmuşdur. Uzun illər o evdə yaşamışlar.
9. Apellyasiya baxışı zamanı cavabdeh verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçının adına mənzil var və mübahisəli mənzilə ehtiyacı yoxdur. Məcburi evdən çıxarılmalarına dair dəlil yoxdur. Həmçinin iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmayıb, özü də qeyd edir ki, qayınatasının evinə gəlin köçüb
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan redaksiya)
12. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
13. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
16. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin yenidən təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, iddianın təmin edilməmə əsasını düzgün müəyyənləşdirməmişdir və buna görə də onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edilmir.
26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 582 nömrəli arayışdan görünür ki, X10 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilində ev sahibidir, 7 nəfər ailə tərkibi ilə qeydiyyatdadır.
28. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən verilən xx.xx.2025-ci il tarixli 35 nömrəli arayışdan görünür ki, X10 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilində qeydiyyatdadır, ev sahibidir.
29. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən 16 saylı Vəkil Bürosuna verilən xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, X10 3cü Alatava küçəsindəki 311 №-li evin 1 mərtəbəli evin 1-ci mərtəbəsində 68.9 kv.m sahəsi olan 3 otaqlı özbaşına tikili mənzildə yaşayır. X1r. Ailəsi 7 nəfərdən ibarətdir. Onlardan, X10, Cavabdeh, İddiaçı1, İddiaçı4, X12, X14 və X8 evdə daimi qeydiyyatdadırlar.
30. İş materiallarından göründüyü kimi hazırki iş üzrə iddiaçılar, o cümlədən Cavabdeh 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilində qeydiyyatda olsalar da, MKİS tərəfindən aparılan qeydiyyatlarda özbaşına tikilinin faktiki ev sahibi kimi X10 qeyd olunmuşdur. Bundan əlavə İddiaçı1 da apellyasiya baxışı zamanı verdiyi izahatında mübahisəli evin əvvəllər qaynatasına və sonradan qayınanasına, yəni hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunan X6 məxsus olduğunu, özünün ora gəlin köçdüyünü bildirmişdir.
31. Lakin buna baxmayaraq iddiaçılar 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilə köçürülmə ilə bağlı tələbini Cavabdeh yönəltmişdir. Halbuki sözügedən mənzil cavabdehin deyil, işə apellyasiya baxışında üçüncü şəxs qismində cəlb olunmuş X6 məxsus olmuşdur. Nəzərə aldıqda ki, mübahisəli fərdi yaşayış evi üzərində hazırki iş üzrə tərəflər bərabər hüquq və mənafelərə malikdir və evə köçürülmə məsələsi ilə bağlı qərarın nəticəsi nə olursa olsun, evin məxsus olduğu şəxs cəlb olunmadan işə baxılması mümkün olmadığından iddia tələbi X10 adlı şəxsə qarşı irəli sürülməli idi.
32. İşə birinci instansiya məhkəməsində baxılarkən isə iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya əsl cavabdehin hazırki cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
33. Buna görə də mübahisəli əmlakın mülkiyyətçisinin iddiaçı tərəfindən cavabdeh kimi işə cəlb olunmadığından, iddiaçılar İddiaçı1, İddiaçı2n, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları İddiaçı4, İddiaçı2 və gəlini X4 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 311 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin evə köçülmələri tələbinə dair iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz.
34. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olan şəxsin cəlb edilmədiyi iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Halbuki nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinə müvafiq olaraq, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunur.
35. O cümlədən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddianın dairəsi düzgün müəyyənləşdirilməyən cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olub-olmadığı barədə məsələyə məhz həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddia ona cavab verməli olan şəxs cavabdeh kimi cəlb edilmədən verildiyi üçün rədd edilməlidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
40. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3141/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2n, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) mənzilə köçürülmə və sair tələbinə dair iddia ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev