Məhkəmə qərarları › İş №2(103)-6057/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6057/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6057/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərracda satılması və satış məbləğinin paylara mütənasib surətdə bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-72/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin naturada bölünməsi barədə, naturada bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-72/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “A” sektoru 4 saylı bağ sahəsi onların arasında İddiaçı 1/7 hissədə və Cavabdeh 6/7 hissədə olmaqla naturada bölünməsi, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilin açıq hərracdan satılması, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilin satılmasından əldə edilən vəsaitin 1/7 hissəsi İddiaçı, 6/7 hissəsi isə Cavabdeh verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və “X7” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən qiymətləndirmənin həyata keçirilməsi üçün ödənilmiş 200 manat xidmət haqqının cavabdehin özünə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək, iddia tələbinin - ünvan 1-yə aid hissəsində imtina etdiyini bildirməklə əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzilin özünə aid hissəsin cavabdehə bağışlama müqaviləsi ilə bağışlamışdır. İmtinanın hüquqi nəticələri ona aydındır və qeyd olunan hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili X3 iddia tələbinin - ünvan 1-yə aid hissəsində iddiaçının iddiasından imtinasına etiraz etməyərək izahatında bildirdi ki, həmin hissədə tərəflər razılığa gəlmişlər. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən hissəvi imtina barədə ərizəsi qəbul edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflər arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 87.42 kv. m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh verir. Göründüyü kimi iddiaçı iddia tələbinin ünvan 1-yə aid hissəsindən imtina edir, həmçinin cavabdeh tərəf də həmin imtinaya etiraz etməyərək, o da öz növbəsində mübahisəyə dair iddiaçı ilə razılığa gəldiyini bildirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi-vəkili X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-72/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmuş və apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin ünvan 1-yə aid hissəsindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin ünvan 1-yə aid hissəsində ləğv edilməklə mülki işin icraatına həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-72/2023 saylı qətnaməsi Cavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, 72 saylı mənzilin naturada bölünməsi barədə, naturada bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsi” hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbinin - “Cavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, 72 saylı mənzilin naturada bölünməsi barədə, naturada bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsi” hissəsindən imtinası qəbul edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar