Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6058/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-869/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9450 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə birlikdə 1998-ci ildən istifadələrinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozunun yataqxanasda yaşamışdır. Bir il əvvəl qohumu X4 ona bildirmişdir ki, özü ilə xx xxxxxx 2014-cü il tarixdə bağladığı kredit müqaviləsinə əsasən olan borcunun əvəzi olaraq yaşadığı evi X2 bir il müddətinə kirayə versin. Onun X3 1800 manat pul borcu olmuşdur və bu Şamaxı Rayon Məhkəməsinini qətnaməsi ilə təsdiq olunmuşdur. O da, həmin borcu cavabdehə qaytarmaq imkanında olmadığı üçün cavabdehlə razılaşmışdır. Danışdıqları müddət 2015-ci ilin iyun ayında başa çatdıqdan sonra o cavabdehə bildirmişdir ki, evindən əşyalarını çıxartsın ki, gedib orada yaşasın. Lakin cavabdeh onu evə buraxmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmuş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu. Qala qəsəbəsi. 3 saylı Zeytun sovxozunun yataqxanasında (ünvanda) onun istifadəsində olmuş evə (mənzilə) köçürülməsi qət edilmişdir. Həmin evdə qohumu xalasıqızı- Cavabdeh yaşadığından həmin evə köçə bilmədiyindən, evdən çıxaırlma tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4002/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3286/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-5606/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 4002/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə cavabdehin könüllü icra edilmə ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə məktub göndərmişdir. Buna görə də, hesab edir ki, onun cavabdehdən hər ay 150 manat kirayə haqqı hesablanmalı (1800:12=150) 150 manatdan hesablanmalı, bu hesab 2014cü ilin avqust ayının əvvəlindən qətnamənin könüllü icrasına dair cavabdehə göndərilən məktuba qədər olan vaxtadək hesablanmalıdır. Həmin müddət 63 aydır (63x150=9450 manat) təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-869/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gələməmiş, bununla belə cavabdeh məhkəməyə teleqram ünvanlayaraq mübahisəli yataqxana ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-2572/2018 saylı qətnaməsindən görünür ki, məhkəmə qətnaməsi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunması İddiaçı Bakı şəhəri Qala qəsəbəsi 3 saylı Zeytun sovxozunun yataqxanasında (ünvanında) onun istifadəsində olmuş evə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qala qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli arayışda Bakı şəhəri, Qala qəsəbəsi 3 saylı Zeytun sovxozunun yataqxanasına məxsus olan evin İddiaçı verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 Mehriban Şəmsəddin qızına bir il müddətinə qaytarılması şərti ilə 1800 manat kredit vermişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, (074)- 1442/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 1800 manat pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-3286/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Qala qəsəbəsi, Sülh küçəsi, ev 0001, 0148 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhəkəməsinin xx.xx.2019-cu il tarixli. 2(103)-4002/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-3286/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti baçısının Qala qəsəbə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli. 26 nömrəli məktubunda qeyd edilmişdir ki, 3 saylı Zeytun sovxozu ləğv edildikdən sonra sözügedən ərazi (yataqxana daxil olmaqla) X10 Qoruğunun ərazisindədir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı mübahisənin halları baxımından iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı Cavabdeh 63 ay ərzində evdən istifadə etdiyini və bunun nəticəsində kirayə haqqı olaraq 150 manat olmaqla 9450 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmalı olduğunu iddia etsə də, mənzilin mülkiyyətçisi olduğu, cavabdehlə bununla bağlı aralarında hər hansı müqavilənin bağlanmasını və hazırda cavabdehin isitifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslarından biridir. Həmin məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər bağlanmalıdır. Daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki işin materiallarından göründüyü kimi iddiaçı kirayə verdiyini iddia etdiyi evə dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-869/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6058/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6058/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver