Məhkəmə qərarları › İş №2(103)-606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-606/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-606/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(010)-179/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC iddiaçı “xxxx” ASC-nin adından Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13960,97 ABŞ dolları məbləğində əsas borc, 2932,59 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16893,56 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx’ QSC-nin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA Sorento” markalı minik avtomobili (buraxılış ili 2012, Ban - KNAKU811DC5338167, rəngi – ağ mirvari) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “Aqrarkredif’ QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-179/20) iddia təmin edilməmiş, Cavabdeh 07.11.2013-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 13960.97 ABŞ dolları (on üç min doqquz yüz altmış dollar doxsan yeddi sent) məbləğində əsas borc, 2932.59 ABŞ dolları (iki min doqquz yüz otuz iki dollar əlli doqquz sent) məbləğində faiz borcu, ümumilikdə 16893.56 ABŞ dolları (on min altı yüz səkkiz yüz doxsan üç dollar əlli altı sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan "KİA Sorento" markalı, 90- SP-237 dövlət qeydiyyat nişanlı minik avtomobilə (buraxılış ili 2012, BANKNAKU811DC5338167, rəngi- ağ mirvari) yönəldilməsi, minik avtomobilinin ilkin satış qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh apellyasiya şikayəti verərək məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını və nəticəsindən asılı olaraq qətnamənin qismən – borcun tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Qaradağ filialı ilə borclu şəxs Cavabdeh arasında 07.11.2013-ci il tarixdə, 288 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07.11.2013-cü il kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehnın mükiyyətində olan **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” markalı minik avtomobili (buraxılış ili 2012, Ban - KNAKU811DC5338167, rəngi – ağ mirvari) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 08.11.2013-cü il tarixli, AA seriyalı, 109184 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 22000 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. 5.4-cü bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır və kreditin vəsaitnin istifadə müddəti 07 noyabr 2016-cı il tarixdə bitir.Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 (on doqquz) faiz ödəyir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə etirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 13960,97 ABŞ dolları məbləğində əsas borc, üzrə 2932,59 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16893,56 ABŞ dolları məbləği təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 269.1, 295, 296.1, 297-ci maddələrinə istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqavilə»yə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə “X3 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx” QSCyə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh hazırki vaxta kimi 13.960,97 ABŞ dolları əsas, 2932,59 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2020-ci il tarixli, 5574 saylı ekspert rəyindən görünür ki, KİA SORENTO markalı, 2012-ci il buraxılışlı aftomobil normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 24000 manat müəyyən olunur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, krediti götürdüyü tarixdən məhkəməyə müraciət olunanadək olan müddət ərzində onun banka ödədiyi məbləğlər nəzərə alınmamışdır. Kredit müqaviləsinin müddətinin 28 noyabr 2016-cı il tarixdə bitməsinə baxmayaraq bank tərəfindən 28 noyabr 2016-cı il tarixdən sonra faizlər hesablanmış və onun vəziyyətini bir qədər də ağırlaşdırmışdır. Lakin məhkəmə bunu nəzərə almamış və borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Qətnamənin qismən – borcun tutulması hissəsində ləğv edilməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi N.Əliyev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız borcun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında imzalanmış 07 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 19 faiz ödəmək şərtilə 36 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus “KİA SORENTO” markalı, ** SP *** dövlət nömrə nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən 13960,97 ABŞ dolları məbləğində əsas borc, 2932,59 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16893,56 ABŞ dolları məbləğində kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi alınmalı olduğu halda, bunu etməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallara əsasən məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 9/4536 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 14 avqust 2019-cu il tarixinə iddiaçıya olan borcu 18489,24 ABŞ dolları, o cümlədən: əsas borc üzrə 14006,7 ABŞ dolları, faiz borcu üzrə 4482,53 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə cavabdehdən iddia tələbi həcmində 13960.97 ABŞ dolları məbləğində əsas borc, 2932.59 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16 893,56 ABŞ dolları kredit borcu tutulmuşdur ki, bu da ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu məbləğindən azdır. Bu baxımdan birinci instansiya məhkəməsi borcun tutulmasını iddia tələbi həcmində təmin etməkdə haqlı olmuşdur və hazırda ekspert rəyini əsas götürməklə borcun yenidən hesablanması cavabdehin mənafeyinə zidd olardı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar