Məhkəmə qərarları › İş №2(103)-6061/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6061/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6061/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat Ofisi cəlb edilməklənə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat Ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5594/2021 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında 2009-cu il tarixdən hazırkı vaxtadək yaşaması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X8 məxsus həmin evin 2/4 hissəsinə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbini üzürlü sayıb müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5594/2021 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən evin X3na məxsus olmuş 2/4 hissəsində mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

3. Həmin qətnamədən Maraqlı şəxs2 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verərək göstərmişdir ki, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən yaşayış evinin ¼ hissəsi onun, ¼ hissəsi keçmiş əri X1, ½ hissəsi isə X13 mülkiyyətindədir. Lakin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5594/2021 nömrəli, xx.xx.2021-cü il tarixli qətnaməsi ilə Ərizəçi ünvan 2 ünvanında yerləşən evin X3na məxsus olmuş 2/4 hissəsində mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Halbuki, X10 mülkiyyətçi deyil. Məhkəmə Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərini pozmuş və bunun nəticəsində onun Mirsaad qızının paylı mülkiyyətində olan evindən öz mülahizəsinə əsasən istifadə etmək və sərəncam vermək hüququ pozulmuşdur. Belə ki, Ərizəçi mübahisə edilən qətnaməyə əsaslanaraq, ona paylı mülkiyyətində olan evindən istifadə etməsinə imkan vermir.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 5594/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Maraqlı şəxs2 oğlu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən yaşayış evinin ¼ hissəsi onun mülkiyyətindədir. Yaşayış evi 1997-ci ildə onun mülkiyyətinə ½ pay hüququ ilə alqı-satqı müqaviləsinə əsasən keçmişdir. Qalan ½ pay isə Mirzəbala Şəkər oğlunun mülkiyyətində olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs2 evdəki ½ payı onunla keçmiş əri X1 arasında bölünmüşdür, yəni evin ¼ hissəsi Maraqlı şəxs2, ¼ hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. (1/2pay= 1/4pay+1/4pay=2/4pay=1/2pay) Evin ½ hissəsi isə Mirzəbala Şəkər oğlundan X15 vərəsəlik qaydasında keçmişdir və hal-hazırda da onun mülkiyyətindədir. Mübahisəli yaşayış evinin 3 mülkiyyətçisi mövcuddur. Həmin 3 mülkiyyətçinin payı toplandıqda ev üzərində tam payı müəyyən edir. Çox maraqlıdır ki, əmlak üzərində (ev və torpaq) 3 nəfərin mülkiyyət hüququ qeydə alındığı halda və həmin qeydiyyatla əmlak üzərində paylar toplandıqda (1/2+1/4+1/4=ortaq məxrəcə gətirildikdə 2/4+1/4+1/4=4/4) bütöv pay müəyyən olunduğu halda məhkəmə 4-cü nəfərin – Ərizəçi varisi olduğu şəxsin payı hardadır? Hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata görə Ərizəçi qardaşı miras qoyan X7 mərhum atası X5 hüququ mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu halda məhkəmə hesab etməkdə davam edir ki, qəbul etdiyi qətnamə ilə Maraqlı şəxs2 hüquqları pozulmamışdır, halbuki qəbul edilən qətnamə ilə Maraqlı şəxs2 birbaşa hüquqları pozulur, mənafelərinə toxunur. Belə ki, Ərizəçi qətnaməni əlində rəhbər tutaraq Maraqlı şəxs2 paylı mülkiyyətində olan evi zəbt edərək əmlak hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçini – Maraqlı şəxs2 həmin evə buraxmır. Həmin qətnamə əsasında Maraqlı şəxs2 paylı mülkiyyətində olan evə dair 2/4 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. X7 mülkiyyətində o, ölən zaman ünvan 2, yeniqaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsi, giriş 49-da yerləşən yaşayış evi olmamışdır. Həmin evin cəmi 3 mülkiyyətçisi olmuşdur ki, onların heç biri X10 deyildir. xx.xx.2025-ci il tarixli qərardad qanunsuz və əsassızdır, Maraqlı şəxs2 məhkəmə müdafiəsi hüququnu açıq-aşkar pozur. Həmin qərardadda (3-cü vərəq 4-cü abzas) məhkəmə özü etiraf edir ki, Maraqlı şəxs2 ünvan 2 ünvanında yerləşən evin paylı mülkiyyətçisidir. Məhkəmə daha sonra isə qeyd edir ki, Ərizəçi qardaşı miras qoyan X7 mərhum atası X9 2/4 hissədə paylı mülkiyyət hüququ ilə mübahisəli evin mülkiyyətçisi olmuşdur. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində ev üzərində mülkiyyət hüququ olan şəxslər sırasında X9 yoxdur. Göründüyü kimi, hal-hazırda evlə bağlı hüquq mübahisəsi mövcuddur, hüquq mübahisəsinin mövcud olduğu ev barədə mübahisəyə xüsusi icraat qaydasında baxılaraq faktın müəyyən edilməsinə yol verilmir. Belə ki, hüquqi faktın müəyyən edilməsi məsələsinə yalnız hüquq barədə mübahisə olmadıqda baxılır.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Ərizəçi şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, maraqlı şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş hazırkı apellyasiya şikayətinə münasibətdə preyudisial hüquqi malik 1. Bakı Şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(010)-76/2012 nömrəli qətnaməsi, 2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-4593/2012 nömrəli qətnaməsi, 3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1425/2023 nömrəli qərarı ilə onun iddia etdiyi yaşayış evinin hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədinin və subyektiv hüququnun olmadığı müəyyən olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə “İddiaçılar Maraqlı şəxs2 və Seyidzadeh MirHashim MirMahmud oğlunun cavabdeh X8 qarşı cavabdehin Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi, 9 saylı evdən çıxarılması və 30 ay ərzində bu evdən qanunsuz istifadə etdiyinə görə 6.000 manat kirayə haqqı pulunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi və cavabdeh X7 Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb kuçəsı 9 saylı evə olan qeydiyyatının ləğv olunmasının Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddiaları təmin edilməsin qət edilmişdir (X3 hazırkı işdə Ərizəçi qardaşıdır). İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiva Məhkəməsinin Mülki Kollegiyası özünün mövqeyini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli ev bir həyəti olmaqla faktiki ayrı girişləri olan iki hissədən ibarətdir. Cavabdeh tərəfindən evin yalnız bir hissəsindən istifadə olunur. Cavabdehin istifadə etdiyi sahələri evin texniki pasportunda 36,7 kv.nı və 11,4 kv.m kimi göstərilən təmir olunmuş iki otaqdan və 15,2 kv.m sahədən ibarət olan bir mətbəxdən ibarətdir. Evin digər hissəsinin iki otağı (texniki pasportda sahələri 14,1 və 16,2 kv.m göstərilənlər) isə təmirsiz və yaşayış üçün yararsız olmaqla cavabdeh tərəfindən istifadə olunmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin məhz mübahisəli evdə iddiaçılara məxsus sahədə yaşadığı sübuta yetirilmir. Belə olan halda cavabdehin iddiaçılara məxsus sahədə yaşadığı sübuta yetirilmədiyindən iddiaçıların iddiasına əsasən onun həmin evin yaşadığı digər hissəsindən çıxarılması təmin edilə bilməz. Çünki məhz cavabdehin yaşadığı sahəyə dair iddiaçıların mülkiyyət hüquqlarına malik olduğu sübuta yetirilmir. Ona görə də iddiaçıların cavabdehin hazırda yaşadığı sahədən çıxarılmasını tələb etmək hüququna malik subyektiv hüququn sahibləri kimi qəbul edilə bilməzlər. 2023cü ildə iddiaçı Maraqlı şəxs2 Mirsaat qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı ona məxsus əmlaka dair qeydiyyat vəsiqəsini itirdiyi üçün təkrar sənəd alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi əmlakın 1/4 hissəsi üzərində onun mülkiyyət hüquqları qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışdır. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinə texniki baxış keçirmək mümkün olmamış, inventarlaşdırma işlərinin aparılması üçün tam şərait yaradılmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi əsasında pay hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış sahəsinə ona aid olan hissədə qeydiyyat vəsiqəsinin əvəzinə həmin hissəyə mülkiyyət hüququna dair yeni növ çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə özünün qərarında göstərmişdir ki, işin faktiki hallarından da görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış evi bir hissədə mülkiyyət hüquqları məhkəmə qətnaməsi əsasında Maraqlı şəxs2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı X6 cavabdeh Maraqlı şəxs2 qızma qarşı iddia ilə müraciət edərək 1/2 paydan ibarət ev və evdə olan əşyaların bərabər bölünməsi və payların müəyyən edilməsi barədə iddia irəli sürmüş, həmçinin iddiaçı Maraqlı şəxs2 qarşılıqlı iddia verərək fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bağışlanma müqaviləsi əsasında yaranmasına, qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə 1/2 paydan ibarət ev və əmlaklar iddiaçı və cavabdeh arasında bölünmüş, 1/2 paydan ibarət həmin əmlaka Maraqlı şəxs2 1/2 pay hüququ tanınmışdır, digər hissələrdə iddia üzrə bir hissədə iddia rədd, digər hissədə icraata xitam verilmişdir. Əsli iddiaçının qeyd etdiyinə görə itmiş, iş materiallarında surəti olan qeydiyyat vəsiqəsindən görünür ki, fərdi yaşayış sahəsinə bir hissədə həmin qətnamədə nəzərə alınmaqla mülkiyyət hüquqları iddiaçının adma dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi hazırkı halda iddia fərdi yaşayış sahəsinə hüquqlarına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə yox, əsli itirilmiş sənəd nəzərə alınmaqla həmin hüquqların dövlət qeydiyyatına alınması barədə yeni formalı sənədin verilməsi ilə bağlıdır. Yəni iddiaçı, onsuz da mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış əmlaka dair yeni növ çıxarışın verilməsinə iddia edir. Cavabdeh isə onun hüquqi marağının nədən ibarət olmasını düzgün qiymətləndirməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı icraat aparmış, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmaması əsası ilə müraciətin təminindən imtina etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının adına əmlaka dair verilmiş qeydiyyat vəsiqəsi və onun verilməsinə əsas olmuş məhkəmə qətnaməsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir, yəni onun qanuniliyi və mötəbərliliyi şübhə altına alına bilməz. Belə olduğu təqdirdə isə cavabdeh iddiaçının hüquqi marağına uyğun inzibati icraat aparmalı və əsli itmiş qeydiyyat vəsiqəsinin əvəzinə iddiaçıya həmin əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair yeni formalı sənəd verməli idi ki, cavabdehin həmin tədbirlərin yerinə yetirməməsi iş materialları ilə sübut olunur. Bundan əlavə, qeyd edilməlidir ki. cavabdeh fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar mütəxəssisə şərait yaradılmadığına istinad etsə də məhkəmə araşdırması zamanı da həmin halların mövcud olmadığı, iddiaçının adıçəkilən fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün şərait yaratdığı, lakin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən texniki baxışın keçirilmədiyi də təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinə texniki baxış zamanı iddiaçı Maraqlı şəxs2 istifadəsində olan sahədən, həmçinin X1 istifadəsində olan sahədən əlavə digər 1/2 sahəyə baxış keçirilməsinə çalışılmışdır. Halbuki, mübahisəli əmlak üzrə iş materialları ilə aydın olur ki. məhkəmə qətnaməsi qəbul edilən, qeydiyyat vəsiqəsi verilən əmlak 1/2 hissədən ibarət olan əmlaka dairdir. Yəni, predmet 1/2 hissədə olan əmlakla bağlı olmuşdur ki, digər 1/2 hissəyə toxunmadan, yerdə qalan 1/2 hissə iddiaçı və X1 mülkiyyətində olmuş, qətnamə həmin hissədə əmlakın bölgüsü ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki. hətta mülkiyyət hüququnun tanıdılması ilə bağlı icraat zamanı həmin məlumatlar müraciətin təmini üçün kifayət etməsinə baxmayaraq, cavabdeh hətta yeni növ çıxarışın verilməsi ilə bağlı müraciət zamanı belə vəzifəsi olmasına baxmayaraq mütəxəssislərə tam şərait yaradılması, texniki baxışın keçirilməməsi kimi iddiaçının iradəsindən asılı olmayan formal əsaslara istinad etmişdir. Halbuki, əslində hazırkı növ iddia qeydiyyat vəsiqəsinə dublikatın verilməsi mahiyyətindədir. Aydındır ki, dublikatın verilməsi zamanı əvvəllər həmin əmlaka dair aparılmış inventarlaşdırma işləri üzrə materialların yenidən tərtib edilməsi zərurəti mövcud olmur. Cavabdeh isə əvvəlki inventarlaşdırma materialları, texniki sənədlər nəzərə alınmadan qüvvədə olan mülkiyyət hüququna dair qeyd üzrə yeni növ sənədin verilməsi əvəzinə, zərurəti müəyyən edilməmiş inzibati icraat aparmış, formal əsaslar müəyyən edərək müraciəti təmin etməmiş, mülkiyyət hüququna dair qeydin mötəbərliyini şübhə altına almışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi əsasında iddiaçı Maraqlı şəxs2 pay hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış sahəsinə iddiaçı Maraqlı şəxs2 aid olan hissədə ona verilmiş FM seriyalı 017960 nömrəli qeydiyyat vəsiqəsinin əvəzinə həmin hissəyə mülkiyyət hüququna dair yeni növ elektron çıxarışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin qərara alınmışdır. Sonuncu qəbul edilmiş məhkəmə aktından və hazırkı verilmiş apellyasiya şikayətinə əsasən müəyyən edilir ki, 2012-ci ildən başlayaraq davamlı olaraq iddiaçı Maraqlı şəxs2 mülkiyyət hüququ ilə özünə məxsus evə onun hissəsinə deyil, heç bir hüququ olmadan digər şəxslərə məxsus evə onun hissəsinə müdaxilə etmək, sənədləşdirmə işləri aparmağa cəhd edir, çalışır və özününküləşdirmək istəyir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədə Maraqlı şəxs2, ½ hissədə X2 və 2/4 hissədə isə X5 mülkiyyət hüquqları qeydə alınmışdır.

13. Sözügedən fərdi yaşayış evinin əvvəllər X5 adına qeydə olunmuş 2/4 hissəsinin mülkiyyət hüququ ilə Maraqlı şəxs2 hər hansı şəkildə keçməsi müəyyən olunmur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-cü il tarixli, 2(103)-4593/2012 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də təsdiq olunur ki, X7 mərhum atası X9 evin 2/4 hissədə paylı mülkiyyətçisidir.

15. Hazırda Maraqlı şəxs2 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onun hüquqlarına toxunduğunu iddia edir.

16. Halbuki, şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

17. Kollegiya qeyd edir ki, həmin fərdi yaşayış evinin Maraqlı şəxs2 mülkiyyətində olan ¼ hissəsi hazırki iş üzrə mübahisə predmetini təşkil etmir. Beləliklə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 qanunla qorunan hüquqlarının pozulması müəyyən olunmur.

18. Maraqlı şəxs2 şikayətində həmçinin Ərizəçi tərəfindən onun mülkiyyətində olan evin zəbt edildiyini, onun evinə buraxılmadığını bildirir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin halların mövcudluğu Maraqlı şəxs2 paylı mülkiyyətçi kimi hüquqlarının müdafiəsi ilə bağlı iddianın verilməsinə əsas ola bilər.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5594/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar