Məhkəmə qərarları › İş №2(103)-6062/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6062/2020

28.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6062/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların Vəkil, üçüncü şəxs Vüsal Mehdiyevin nümayəndəsi, vəkil Taleh İbrahimovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab olunması tələbinə dair”, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı2 və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” 2(003)-2738/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindəncavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 verdiyi apelyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Cavabdeh2 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 ВТК 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh1 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh2 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 ВТК 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* nömrəli, 08.11,2017-ci il tarixli, ********** nömrəli çıxarış, Cavabdeh1 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarış etibarsız hesab edilmiş; iş üzrə müstəqil tələb irəli sürən X1 İddiaçı2, İddiaçı1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair tələbi təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçılar vəsatətlə məhkəməyə müraciət edərək bildirdilər ki, onlar cavabdehlər X2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 41 saylı notariat kontorunun 4Ə-19 nömrəli xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və 4Ə-20 nömrəli xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilələr əsasında X1 adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən onların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Hər iki iş bir-biri ilə əlaqəli olduğundan işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iddiaçılar və onların vəkili vəsatəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs Vüsal Mehdiyevin təmsilçisi işlərin bir-birilə əlaqəli olmadığını əsaslanaraq vəsatətə etiraz etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab olunması tələbinə dair, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı2 və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 2(103)- 6062/2020 saylı mülki iş iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X2 və qeyrilərinə qarşı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair 2(103)-361/2020 saylı (əvvəlki iş nömrəsi: 2(103)-10185/2019 saylı) mülki işlə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar