Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6062/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1394/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsindən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKRR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1394/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi Bələdiyyəsinə qarşı “torpaq sahəsinin və digər tikililərinin xüsusi mülkiyyətinə verilməsi, qeyd edilən tikililərə texniki pasport və yeni ünvan verilməsi” tələbinə dair iddiası təmin edilərək, iddiaçıya məxsus ünvan 4nda yerləşən və istifadəsində olan 300 kv.m torpaq sahəsinə, daş hasara və 4 kv.m sahəsi olan daşdan tikilmiş ayaq yoluna mülkiyyət hüququnun tanınması, qeyd edilən torpaq sahəsinə və tikiliyə texniki pasport, qeydiyyat vəsiqəsi və yeni ünvan - ünvan 1ı bir hissədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə, digər hissəsi isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Şikayət verilmədiyi üçün qətnamə müvafiq orqanlara göndərilməklə icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə apellyasiya şikayəti ünvanlanmış və şikayətdə qeyd edilmişdir ki, ünvan 4nda yerləşən və istifadəsində olan 300 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, məhkəmə tərəfindən isə həmin torpaq sahəsinə dair hissədə araşdırma aparılmamışdır. Qətnaməyə əsasən İddiaçı məxsus torpaq sahəsinə mülkiyyət hüququnun tanınması dair hissədə araşdırılması məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə sorğu ünvanlanmış, sözügedən qətnamə xx.xx.2023-cü ildə İdarəyə daxil olmuşdur və bundan sonra apellyasiya şikayəti vermişlər, hesab edirlər ki, qətnamə onların maraqlarına toxunur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1394/2004 xx.xx.2023-cü il qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi onun hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmış və şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətinə hazırda baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamənin surəti məlumat üçün xx.xx.2004 il tarixdə həm Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə, həm də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə göndərilmişdir, eyni zamanda qanunla müəyyən edilmiş müddət daxilində şikayət daxil olmadığı üçün qətnaməni surəti bu dəfə xx.xx.2004-cü il tarixdə icra edilməsi üçün həmin orqanlara göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, onun funksiyaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulmuşdur Nəsimi Rayon Məhkəməsi iddiaçının ərizəsinə əsasən sözügedən qətnamənin surətini təkrarən icra olunması üçün xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın BŞƏİ-nə göndərmişdir. Mülki iş materiallarında olan Bakı şəhər Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin mühəndisi N.Ə,Saqiyev tərəfindən İdarənin rəisi A.X.Qaraşova ünvanlanan xx.xx.2004-cü il tarixli məlumatdan görünür ki, məlum qətnamə İdarəyə xx.xx.2004-cü il tarixdə daxil olmuş və bundan sonra mübahisəli əraziyə baxış keçirilmişdir (iş/vər.66). Bundan başqa iş materiallarında olan İddiaçı özünə məxsus hazırki mübahisəli torpaq sahəsini Yılmaz Əbihəsənova bağışlaması barədə xx.xx.2018-ci il tarixli müqavilənin 2-ci bəndindən göründüyü kimi ƏMDK yanında DƏDRX-nın BŞƏİ tərəfindən iddiaçıya məxsus mübahisəli torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir (iş/vər.68). Birinci instansiya məhkəməsi isə qətnamənin surətini məlumat və icra üçün (bir neçə dəfə) müvafiq olaraq həm Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə, həm də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə göndərməsinə və yuxarıda qeyd olunan halların mövcudluğuna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsinin 20 ilə yaxın müddətdən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb edərək baxış keçirməmiş, qeyd edilən hallara diqqət yetirməmiş, sadəcə qətnamənin onun maraqlarına toxunması barədə qərardad qəbul etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1394/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-6062/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6062/2023
19.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver