Məhkəmə qərarları › İş №2(103)-6069/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6069/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6069/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dairı iş üzrə Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Ərizəçi Maraqlı şəxs İmamverdi oğlunun və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs İmamverdi oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin evə köçürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. 24 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayan Maraqlı şəxs İmamverdi oğlu sözügedən mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmiş, ərizəsini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Barəsində mübahisə olan mənzil atası İmamverdiyə məxsus olmuşdur. Həmin ev qanunsuz tikilidir, heç bir hüquqmüəyyənedici sənədi yoxdur, ev 1953-cü il tarixində tikilmişdir. Evin ünvanı ilə bağlı qeyri-müəyyənlik vardır və İddiaçı bundan məharətlə öz xeyrinə istifadə edir. Belə ki, həmin evin yerləşdiyi həyətin ünvanı əvvəldən Maqsud Əlizadə küçəsi ev 46 kimi gedirdi. Daha sonra onun, bacı və qardaşlarının sənədlərində ev 46 kimi yox, 48 kimi qeydə alındı. Ata və anasının sənədlərində əvvəl 46 olsa da, onlar yaşla əlaqədar sənədlərin dəyişəndə onların sənədlərində 46/48 kimi qeyd olunub. Ancaq rəqəmlər müxtəlif qeydə alınsa da, onlar eyni ünvanı ifadə edir. 1987-ci ildə qardaşı İddiaçı ilə evlənmişdir. 2010-cu ildə İrdə Yusifova qardaşından rəsmi qaydada boşanır və məhkəmədə həmin mübahisəli 48 saylı mənzilə köçürülmə ilə bağlı iddia qaldırır. Birinci instansiya məhkəməsi iddiaçının 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi ilə bağlı qətnamə çıxarır. Daha sonra həmin ildə İddiaçı saxta yolla həmin mənzilə qeydiyyata düşmüşdür. 2020-ci ildə İddiaçı yaşayış sahəsinə daxil olmaqla bağlı yaranmış maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Həmin ev ata mülküdür, evdə qeydiyyatdadır və evlə bağlı aparılan bütün mübahisələrdə iştirak etmək hüququ var. Ev qanunsuz tikili olduğu üçün heç kəsin həmin ev üzərində hüquqmüəyyneici sənədi yoxdur. Mülki iş üzrə maraqlı şəxs qismində tanınmışdır, lakin prosessual müddəti ötürdüyündən tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün olmamışdır.Qətnamə onun da birbaşa maraqlarına toxunur”. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və onun mübahisəli əmlakla bağlı heç bir hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin ərizəçini mülki işə cəlb etməyə əsas da görməsi qeyri-mümkün olmuşdur. Bundan əlavə, sözügedən mənzil ümumi olaraq bir görünsə də, faktiki olaraq (fiziki cəhətdən) ayrı olması müəyyən edilmiş, həmçinin onlara ayrı-ayrılıqda reyestr ünvanı verilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, Bakı şəhəri, ünvan 3 ünvan üzrə reyestr qeydiyyatı aparılmışdır. Bu halda ərizəçinin həmin məhkəmə qətnaməsi ilə mübahisə edilməsi nəzərdə tutduğu ünvan üzrə heç bir subyektiv hüququ mövcud olmamışdır. Həmin qərardaddan Maraqlı şəxs verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4931/2024 saylı qərardadına əsasən, şikayət qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-058/2024 saylı iş üzrə 03 iyul 2024-cü il tarixli qərardadı ləğv olunaraq iş, Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadına əsasən, Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsi təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır və ərizəçinin mübahisəli əmlakla bağlı heç bir hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin ərizəçini mülki işə cəlb etməyə əsas da görməsi qeyri-mümkün olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, sözügedən mənzil ümumi olaraq bir görünsə də, faktiki olaraq (fiziki cəhətdən) ayrı olması müəyyən edilmiş, həmçinin onlara ayrı-ayrılıqda reyestr ünvanı verilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, Bakı şəhəri, ünvan 5 ünvan üzrə reyestr qeydiyyatı aparılmışdır. Bu halda ərizəçinin həmin məhkəmə qətnaməsi ilə mübahisə edilməsi nəzərdə tutduğu ünvan üzrə heç bir subyektiv hüququ mövcud olmamışdır. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, yekun məhkəmə aktı üzrə mülki işin iddiasının predmetini iddiaçının mübahisəli sahəyə köçürülməsi təşkil etmişdir (bütün sahəyə mülkiyyət və ya istifadə hüququnun tanınması deyil). Yəni hazırki mülki işin materiallarından müəyyən edilir ki, köçürülmüş sahə fərqli sahə, reyestr nömrəsi fərqli nömrə olmuşdur. Bu isə bir daha onu deməyə əsas verir ki, ərizəçinin sözügedən məhkəmə aktı onun maraqlarına toxunmamışdır. Bu baxımdan məhkəmə şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxsin mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. (ərizəçinin mənzildə faktiki yaşaması hələ onun mənzillə bağlı hər hansı hüququnun olması demək deyildir) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsi təmin edilməməli və bu halda isə onunla birlikdə verilmiş apellyasiya şikayəti ona geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlu şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 3058/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyati üzrə yuxarı instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı ünvan 11 fərdi yaşayış evinin birinci mərtəbəsidə yerləşən, Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanına daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı ünvan 11 evə köçürülməsi dair iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin e2(006)-3058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Ərizəçi Yusifov X7 Rayon Məhkəməsinin e- 2(006)-3058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini rəsmi şəkildə aldıqdan sonra xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək e-2(006)-3058/2022 saylı iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmamverdi oğlu xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvalayaraq 2(006)-3058/2022 saylı iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmiş və apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3058/2022 saylı qərardadı ilə Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Maraqlı şəxs İmamverdi oğlu sözügedən qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv olunmasını və onun maraqlı şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3058/2022 saylə qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlu tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4931/2024 saylı qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3058/2024 saylı iş üzrə 03 iyul 2024-cü il tarixli qərardadının ləğv olunması və iş, Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Maraqlı şəxs İmamverdi oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və daha sonra iş üzrə maraqlı şəxs qismində tanınma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi Maraqlı şəxs İmamverdi oğlunun e-2(006)3058/2022 saylı iş üzrə maraqlı şəxs qismində cəlb olunmasına dair ərizəsinə baxaraq ərizənin təmin olunmaması Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair e-2(006)-3058/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hgüquqi müəyyənlik prinsipinə əsaslanan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanını tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənnlik prinsipi ilə dabandabana ziddiyyət təşkil etmiş olardı. Məhkəmə hesab emişdir ki, ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır və ərizəçinin mübahisəli əmlakla bağlı heç bir hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin ərizəçini mülki işə cəlb etməyə əsas da görməsi qeyri-mümkün olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, sözügedən mənzil ümumi olaraq bir görüşsə də, faktiki olaraq (fiziki cəhətdən) ayrı olması müəyyən edilmiş, həmçinin onlara ayrıayrılıqda reyestr ünvanı verilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, Bakı şəhəri, ünvan 3ün ünvan üzrə reyestr qeydiyyatı aparılmışdır. Bu halda ərizəçinin həmin məhkəmə qətnaməsi ilə mübahisə edilməsi nəzərdə tutduğu ünvan üzrə heç bir subyektiv hüququ mövcud olmamışdır. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, yekun məhkəm aktı üzrə mülki işin iddasının predmetini iddiaçının mübahisəli sahəyə köçürülməsi təşkil etmişdir (bütün sahəyə mülkiyyət və ya istifadə hüququnun tanınması deyil). Yəni hazırki mülki işin materiallarından müəyyən edilir ki, köçürülmüş sahə fərqli sahə, reyestr nömrəsi fərqli nömrə olmuşdur. Bu isə bir daha onu deməyə əsas verir ki, ərizəçiunin sözügedən məhkəmə aktı onun maraqlarına toxunmamışdır. Bu baxımdan məhkəmə şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxsin mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifəsinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (ərizəçinin mənzildə faktiki yaşaması hələ onun mənzillə bağlı hər hansı hüququnun olması demək deyildir). Məhkəmə hesab etmişdir ki, ərizəçi Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsi təmin edilməməsi və bu halda isə onunla birlikdə verilmiş apellyasiya şikayəti ona geri qaytarılmalıdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Ərizəçi onun hüquqlarını pozan Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixli, e- 2(006)-3058/2022 saylı qətnaməsi barədə məlumatı olduqdan sonra məhkəməyə müraciət etmiş,iş üzrə maraqlı şəxs qismində cəlb olunmasını xahış etmişdir. Məhkəmə əsassız və qanunsuz olaraq ərizəni təmin etməmiş, özünün qəbul etdiyi e-2(006)-3058/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadla ərizəçinin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Belə ki, ərizəçinin M.Əlizadə küçəsi 46 ünvanında qeydiyyatda olduğunu, əmlakın isə Maqsud Əlizadə küçəsi, ev 46/48 ünvanında yerləşdiyini əsas tutaraq hesab etmişdir ki,ərizəçinin mübahisəli əmlakla heç bir hüquqi bağlılığı yoxdur. Açıq aşkar görünən odur ki, məhkəmə işə tərəfin mövqeyindən yanaşmış,qərəzli qərar qəbul etmişdir. Belə ki, məhkəmə eyni predmet üzrə fərqli qərar qəbul edərək ,ərizəçinin qardaşı, hazırkı işdə isə nümayəndəsi olan X1 ərizəsinə baxaraq onu e-2(006)-3058/2022 saylı iş üzrə maraqlı şəxs kimi tanımış, Maraqlı şəxs İmamverdi oğlunun isə ərizəsinə baxaraq hesab etmişdir ki, ərizəçinin mübahisəli əmlakla heç bir hüquqi bağlılığı yoxdur. Məhkəmənin qərarının əsassız, qanunsuz , qərəzli və absurd olması aşağadakı dəlillərlə sübut olunur: Məhkəmə hazırkı iş üzrə ərizəçinin qardaşı Yusibov Aydının maraqlı şəxs kimi hüquqlarının tanınması əsası kimi hesab etmişdir ki, mübahisəli əmlak onun atasına məxsusdur və onun mübahisəli əmlakla hüquqi bağlılığı vardır, X8 maraqlı şəxsdir. Lakin hazırkı iş üzrə ərizəçinin eyni hüquqları olduğu halda maraqlı şəxs kimi tanınmamışdır. Əslində isə ərizəçi Maraqlı şəxs kimi tanınması üçün daha çox səbəbləri vardır. Belə ki, ərizəçi vərəsəliyi faktiki və qanun üzrə qəbul etmiş, miras əmlakla bağlı “məcburi paya vərəsəlik hüququ haqqında” şəhadətnaməsi vardır. xx.xx.2022-cü il tarixli “məcburi paya vərəsəlik hüququ haqqında” şəhadətnaməsindən görünür ərizəçinin atası Yusifov İmamverdi ünvan 6 ünvanında qeydiyyatda olan Maraqlı şəxsdu və onun miras əmlakdan 1/8 pay almalıdır. Daha bir əsas məsələni qeyd olunmalıdır ki, Yusifov İmamverdinin iş üzrə cavabdeh bacısıoğlu Cavabdeh vermiş olduğu vəsiyyətnamə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilərək 1 saylı Bakı ASAN xitmət notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab eduilməsi qət edilmişdir. Bundan başqa Nəsimi rayon 59 saylı MKİS-nin rəisi Ə.R.Rüstəmovun Nəsimi Rayon Məhkəməsinin hakimi E.Hümbətovun sorğusuna uyğun göndərdiyi arayışların surətindən görünür ki, Maqsud Əlizadə küçasi, ev 46/48 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, kirayəçi X6r və onun ailə üzvləri hazırkı iş üzrə ərizəçi də daxil olmaqla olmaqla 16 nəfərdən ibarətdir. Həmin arayışların surətindən göründüyü kimi X4 ailəsi eyni fərdi yaşayış evində yaşasalar da, bəzilərinin qeydiyyat ünvanı Maqsud Əlizadə küçasi, ev 46, bəzilərinin qeydiyyat ünvanı Maqsud Əlizadə küçasi, ev 48, kirayəçinin, X4 isə qeydiyyat ünvanı Maqsud Əlizadə küçəsi, ev 46/48-dir. Qeyd olunanların məntiqi nəticəsi budur ki, Maqsud Əlizadə küçasi, ev 46 , ev 48 və ev 46/48 eyni ünvan, eyni mənzillərdir. Bundan başqa İddiaçı eyni iddia tələbi ilə (“yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə tələbinə dair”) ona və qardaşı Yusifov Aydına qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)- 3039/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Nəsimi Rayon Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə aralarında baş vermiş çoxsaylı məhkəmə çəkişmələrinin nəticəsində münasibətlərinin münaqişəli və qərəzli olması baxımından hazırda qaldırılmış iddianın da süni surətdə, digər məqsədlərinə çatmaq üçün qaldırılmasına dair cavabdeh tərəfin izahatının dəlillərini daha inandırıcı sayır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri sayır ki, qanuni qüvvəsini almış və icrası həyata keçirilmiş məhkəmə aktları iddiaçının iddia etdiyi yaşayış sahəsinə təkrar köçürülməsinə dair iddiasının təmin edilməsini mümkünsüz edir. Apellyasiya Məhkəməsinin 2(103)-1025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3039/2023 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi bu iş üzrə İddiaçı Maraqlı şəxs mübahisəli əmlakla bağlı maraqlı şəxs kimi subyektiv hüququnu tanımışdır. Odur ki, Maraqlı şəxs cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. İddiaçı məhkəmə getdiyi dövr ərirzində onu nə də ki, qardaşı Yusifov Aydını maraqlı şəxs kimi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmədə maraqlarına toxunan şəxs kimi nə onu nədə ki qardaşını maraqlı şəxs qismində cəlb edilməmişlər. Halbuki, hər ikisi həmin ünvanda qeydiyyatda olmuş və onların maraq dairəsinə düşmüşdür. Bütün bunlar məhkəmə tərəfindən edilməli olduğu halda edilməmişdir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qeyd edir ki, onun məhkəmə qətnaməsini əldə etməsi mümkün olmamışdır. Hazırki məhkəmə prosessi getdiyi dövr ərizində o, mübahisəli evdə yaşamadığından qətnaməni əldə edə bilməmişdir. Qətnamənin əldə edilməsi üçün onun qeyd etdiyi maddədə göstərildiyi kimi apellyasiya şikayəti vermək hüququndan da məhrum olmuşdur. Başqa sözlə məhkəmə onu maraqlı şəxs kimi tanımaması qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, qardaşı Yusifov Aydın məhkəməyə maraqlı şəxs qismində tanınma barədə müraciət etmiş beləliklədə o, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3058/2022, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin işdə maraqlı şəxs qismində tanınmışdır. O, da həmin ünvanda qardaşı kimi qeydiyyatdadır. O, qardaşı Yusifov Aydın atalarından qalan mirası qəbul edərək vərəsəlik şəhadətnaməsi əldə etmişlər. Bundan əlavə hər ikisi uzun müddət həmin ünvanda yaşamış və mənzil onların istifadəsində olmuşdur. Belə olduğu halda onun maraqlı şəxs kimi tanımaması müəmma doğurur. Bir daha qeyd edir ki, ünvan 7 ünvanları eyni mənzildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlunun verdiyi şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6069/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 3058/2022 qərardadından Maraqlı şəxs İmamverdi oğlu tərəfindən verilmiş şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. İddiaçı şikayətə qarşı etirazını onunla əsaslandırmışdır ki, ilkin olaraq 2(103)- 6069/2024 saylı 10 oktyabr 2024-cü il tarixli Məhkəmə bildirişinə öz etirazını bildirərək diqqətinizə çatdırmaq istəyirəm ki, bildirişdə Maraqlı şəxs və Cavabdeh ünvanlarının M.Əlizadə küçəsi 46/48 nömrə altında qeyd olunmasının texniki səhv olmadığını düşünərək, mübahisəli ev nömrəsi altında təqdim edilməsinin yolverilməz olması qənaətindədir. Xüsusən də o vaxtki, Maraqlı şəxs bütün ərizə və sənədlərində ev nömrəsinin 46, bəzi yerlərdə isə 48 göstərdiyi halda, iddiasının 46/48 olduğunu tələb edərkən, belə “texniki” səhvin sıradan bir “texniki” səhv olmadığını güman etməklə bu halın sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilməsi kimi qiymətləndirir. Maraqlı şəxs apellyasiya şikayətində 1.5-ci bənddə həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın Ş.Əlizadə ev 46 kimi qeyd etmişdir. O cümlədən Maraqlı şəxs “maraqlı şəxs qismində” işə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsində özünün M.Əlizadə küç.ev 46 ünvanda yaşadığını bir daha qeyd etmişdir. Həmin ünvanda ümumi sayı qırxa yaxın olan on beş ailə yaşayır. Bunların müəyyən hissəsi 46, digər hissəsi 48, yalnız onun yaşadığı ev 46/48 nömrə altında qeydiyyatdan keçmişdir. Bu hal MAPS arayışında da öz əksini tapmışdır. Maraqlı şəxs iddiasından belə qənaətə gəlmək olar ki, o, onun bir otağın içində yaşayır. O, M.Əlizadə 46/48 ünvana Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/10 saylı qətnaməsi ilə köçürülmüşdür. Ondan daha əvvəl isə həmin ünvanda yaşamaqla, qaynatası Yusifov İmanverdi alt qatda, sabiq həyat yoldaşı X9 ilə o, övladları ilə birlikdə üst qatda yaşamışlar. O, 2010-cu ildə M.Əlizadə 46/48 ünvana iddia qaldıqdığı zaman nə Maraqlı şəxs, nə də ki, onun nümayəndəsi Aydın Yusifov, həmin M.Əlizadə 46/48 ünvanla bağlı hər hansı bir maraqlarını nümayiş etdirməmişlər. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(103)-364/10 saylı qətnaməsi ilə, daha sonra Ali Məhkəmənin MKın xx.xx.2011- ci il 2(102)-1902/11 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Sabiq həyat yoldaşı Qafar Yusifov və qaynatası İmanverdi Yusifov dünyalarını dəyişdikdən sonra baldızı oğlu Cavabdeh mövcud vəsiyyətnaməyə istinad edərək ünvan 11 ünvanın alt qatına soxularaq bu otağın babasından ona miras qaldığını iddia etməyə başlamışdır. Lakin hazırda Maraqlı şəxs nümayəndəsi Aydın Yusifov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə “vəsiyyətnamənin etibarslz hesab edilməsi” tələbinə dair iddiası ilə çıxış edərək iddia tələbini belə əsaslandırmışdır ki, atasına məxsus Bakı şəhərində heç bir əmlak olmadığından vəsiyyətnamə etibarsız hesab edilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (005)- 3809/22 saylı Qətnaməsi ilə iddia təmin edilmişdir. Onun Cavabdeh qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbi” xx.xx.2022-ci il tarixli, 2 (006)-3058/22 saylı qətnamə ilə təmin edildikdən sonra o, iki dəfə həmin yaşayış sahəsinə köçürülməli olmuş, ikinci dəfə köçürülərkən Cavabdeh dayısı Aydm Yusifov tərəfindən M.Əlizadə küçəsi 46/48 saylı ünvana tələbkarın daxil olmasına və köçürülməsinə imkan verməməsi icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda da öz əksini tapmışdır. Bundan daha öncə Aydın Yusifov və Maraqlı şəxs qarşı “cavabdehlər tərəfindən M.Əlizadə küçəsi 46/48 saylı ünvanda yerləşən yaşayış sahəsinin alt qatına daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası, qanuni qüvvəsini almış və icrası həyata keçirilmiş məhkəmə aktları olan iddiaçının iddia etdiyi yaşayış sahəsinə təkrar köçürülməsinə dair iddianın təmin edilməsinin mümkünsüz etməsi qənaəti ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (006)-3030/23 saylı qətnaməsi ilə təmin edilməmişdir”. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan 2(006)- 3030/23 saylı Qətnamədə (səh.5, 10-cu abzas) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2 (006)-3058/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qat) birinci mərtəbəsində yerləşən yaşayış sahəsinə maneənin aradan qaldırılması və həmin ünvana köçürülməyimə dair qətnamənin mövcudluğu öz əksini tapmışdır. Göründüyü kimi Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən belə bir qətnamənin mövcudluğundan xəbərdar olmaqla yanaşı onun M.Əlizadə küç.46/48 saylı ünvanın alt qatəna daxil olmasına maneə yaratmışdır. Bununla belə hazırda şikayət etdiyi qətnaməni “rəsmi” olaraq almağa cəhd etməyərək, qətnaməni almağı süni olaraq yubatmış və faktiki şikayət etmək müddətini ötürmüşdür. Bundan başqa Maraqlı şəxs və X21 rayon Prokurorluğuna müraciət edərək guya ki, sabiq həyat yoldaşı və onların qardaşları olan Qafar Yusifovun tərəfindən yandırılaraq öldürməsinə dair əsassız şikayət etmişlər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli (müstəntiq Mətləb Məmmədzadə) Nəsimi rayon Prokurorluğunun qərarında izahatı alınmış Maraqlı şəxs bildirmişdir ki, İddiaçı o, qardaşı Aydm və Rəhimə dair əmlak iddiası geri götürüldüyü halda heç bir şikayəti və tələbi olmayacaqdır. Göründüyü, kimi Maraqlı şəxs bu halda da mübahisələndirdiyi qətnamədən xəbərdar olmuş, iddiadan imtina edəcəyi halda qardaşının “qatilindən” heç bir şikayətinin, tələbinin olmayacağını bildirmişdir. Qeyd etdiyi kimi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli ərizəsində özünün M.Əlizadə küç.ev 46 ünvanda yaşadığını qeyd edir. Hazırki, apellyasiya şikayətində də ünvanı M.Əlizadə 46 olduğunu qeyd edir. Halbuki, xx.xx.2024-cü il tarixli apellyasiya şikayətində ünvanını M.Əlizadə 48 olduğunu göstərir. Maraqlı şəxs və onun nümayəndəsi Aydın Yusifov tərəfindən "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə” dair verilmiş iddia ərizəsinə əsasən çıxarılmış 2(006)-4243/22 saylı, xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilir ki, iddia tələbi onunla əsaslandırılmışdır l-ci, iddiaçı hal-hazırda ünvan 4 ünvanda yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs İmamverdi oğlu ünvan 12 ünvanda qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, iddiaçı (Maraqlı şəxs) M.Əlizadə küçəsi, ev 4B ünvanın sahibi olduğundan iddia təmin edilməlidir. Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 13-19/2/158 saylı, xx.xx.2020- ci il tarixli arayışına əsasən həqiqətən İddiaçı əraziyə xidmət göstərən 59 saylı MKİS-nin təqdim etdiyi arayışa və faktiki sxemə görə istifadəsində olan M.Əlizadə küçəsi 46/48 saylı evdə yaşaması və həmin ünvanda qeydiyyatda olması qeyd olunur. Apellyator hesab edir ki, ev özbaşına tikili olduğundan, yaranmış mübahisənin həllində hüququn analogiyası tətbiq olunmalı idi. Halbuki, Maraqlı şəxs 2(006)-3058/2022 saylı xx.xx.2024-cü il tarixli Qərardadla əlaqədar aparılmış məhkəmə iddiasında heç kəsin həmin ev üzərində hüquqmüəyyənedici sənədinin olmadığını qeyd etsədə həmin evə (ünvana) dair onun iki qanuni qüvvəsini almış qətnaməsi mövcuddur ki, həmin məhkəmə aktları qeyd olunan evdə onun yaşaya biləcəyini təsbit edir. Apellyator prosessual hüquq normasının pozulmasını və ya düzgün tətbiq edilməməsinə dair dəlilində vərəsəliyin faktiki və qanun üzrə qəbul etməsini, miras əmlaka dair “məcburi paya vərəsəlik hüququ haqqında” şəhadətnamənin olduğunu, atası Yusifov İmanverdinin ünvan 1 ünvanda qeydiyyatda olan Maraqlı şəxs onun oğlu olduğunu və onun miras əmlakdan 1/8 pay almalı olduğunu vurğulayır. Eyni zamanda bacısı oğlu Cavabdeh, Maraqlı şəxs atası tərəfindən verilmş vəsiyyətnamənin etibarsız hesab edildiyini də qeyd edir. Bununla Maraqlı şəxs qeyd oluan yaşayış sahəsinə məhz vərəsə olduğunu iddia edir. Halbuki, Nərimanov Rayon Məhkəməsinin Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı qətnaməsində Maraqlı şəxs atası İmanverdi Yusifovun adına heç bir daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Maraqlı şəxs israrla 16 nəfər bacı qardaşının çoxsaylı ailə üzvləri ilə cəmi 10 kvm. sahəsi olan M.Əlizadə 46/48 ünvanda yerləşən otaqda yaşadıqlarını bildirməklə məhkəməni yanıltmağa cəhd edir. Bir daha qeyd etmək istəyir ki, mübahisəli ev uzunluğu 52 metr həyətdə yerləşib 40 nəfərə yaxın ailə üzvləri olan 16 ailə başçısının yaşadığı çoxsaylı özbaşına tikililərdən ibarətdir. Maraqlı şəxs da belə otaqlardan birində yaşamaqla, məskunlaşdığı mənzil M.Əlizadə 46 nömrə ilə qeydiyyata alınmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi 2(006)-3058/22 saylı, xx.xx.2024-cü il tarixli qərardadın qüvvədə axlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Maraqlı şəxs İmamverdi oğlunun nümayəndəsi X8 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Maraqlı şəxs İmamverdi oğlu nümayəndəsi X1 izahatını təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin və ona qarşı iddiaçının etirazının dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3058/2024 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin aparılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, şikayətin dəlillərindən görünür ki, ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsinin mirasqoyan X5 birinci dərəcəli vərəsəsi olaraq onun maraqlarına toxunmasını bildirsə də, bu əsasla məhkəmə aktının ərizəçinin maraqlarına toxunub-toxunmaması halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə ərizəni təmin etməyərkən, yalnız ərizəçinin iddiaçının köçürüldüyü evdə yaşamaması, ərizəçi ilə iddiaçının yaşadıqları evlərin ayrı-ayrı evlər olduqları üçün qətnamənin ərizəçinin maraqlarına toxunmasının mümkün olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası ərizəçinin ərizəsinin bütün dəlillərini araşdırmayan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, təkrar araşdırma zamanı ərizəçinin X5 vərəsəsi olub-olmaması, mübahisəli evin mirasqoyan İ.A. Yusifovdan qalan miras kütləsinə daxil olub-olmaması, maraqlarına toxunmasını hesab etdiyi məhkəmə aktı barədə ərizəçinin nə vaxt məlumatının olmasına dair hallar da araşdırıldıqdan sonra, mübahisəli əmlakla bağlı qəbul edilən məhkəmə aktının Maraqlı şəxs maraqlarına, yəni hüquq və vəzifələrinə toxunub-toxunmamasına dair sübutlara məcmu halında hüquqi qiymət verilməlidir. Belə ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb və bunun nəticəsinə dair qərardad qəbul etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadı ləğv olunsun və iş, Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar