Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6077/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər: podratın nəticəsinin vaxtında təhvil verilməməsi, maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(008)-3653/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsinin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən X7 and Residences adlı istirahət kompleksinin ərazisində Grant Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən, ətraflı təsviri və spesifikasyaları müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş 304 nömrəli mənzilin tikintisini, müqavilədə nəzərdə tutulan təminatını, onun istismara verilməsi və müqavilədə göstərlmiş vaxtda tam lahiyə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürmüşlər. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsinin 3.1-ci bəndindən görünür ki, tərəflər işlərin tamamlanması vaxtını 2023-cü ilin dekabr ayı üçün müəyyən etmişlər. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsinin 3.2-ci bəndindən görünür ki, iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətində dəyişiklik edilə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməlidir. "xxxx" İnvest MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsinə əsasən Cavabdeh MMC-yə olan ödənişləri tam şəkildə ödəmiş və Cavabdeh MMC-yə heç bir borcu qalmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış № 304GRH24 saylı 01 may 2024-cü il tarixli əmlakın etibarlı idarəedilməsi haqqında müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC 1 (bir) il müddətinə 18.000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqını İddiaçı ödəməyə dair üzərinə öhdəlik götürmüşdür. İcraçı Cavabdeh MMC ilə şifarişçi İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli müqavilə üzrə mənzilin təhvil-təslimi haqqında tərtib olunmaqla imzalanan xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, icraçı mənzilin tikintisini müqavilənin şərtlərinə müvafiq və razılaşdırılmış vaxtda tam başa çatdırmış və mənzili təhvil üçün sifarişçiyə təqdim etmiş, sifarişçi mənzilə baxış keçirib mənzilin tikinti işlərinin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə müvafiq və razılaşdırılmış vaxtda icra edilib başa çatdırılmasını, baxış zamanı qüsur, müqavilədən kənarlaşmanın aşkar olunmamasını, işlərin müqavilə tələblərinə cavab verməsini, müqavilənin 1 və 2 saylı əlavələri ilə nəzərdə tutulmuş vaxtda və qaydada icra edilməsini, bununla və görülmüş işlərlə bağlı sifarişçinin heç bir qeydi və pretenziyasının olmadığını təsdiq etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, AZ 1097, Bakı şəhəri ünvan 1 ünvan ünvan 2r Nardaran İnvest MMC-in xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. X5 MMC ilə alıcı X4 arasında bağlanmış xx.xx.2026-cı il tarixli tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan AZ 1097, Bakı şəhəri ünvan 1 ünvan ünvan 3zili alıcıya satmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16.500 (on altı min beş yüz) manatın və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında GH- 304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. GH-304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən 304 saylı mənzilin sifarişçiyə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. GH-304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilənin 2.1-ci bəndində göstərilən 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində pul məbləği cavabdehə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzil 2023-cü ilin dekabr ayında təhvil verilməli idi. Lakin mənzil 2024-cü ilin noyabr ayında təhvil verilmişdir. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən 11 (on bir) ay gecikdirilməklə təhvil verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, "xxxx" MMC ilə İddiaçı arasında № 304GRH24 saylı 01 may 2024-cü il tarixli əmlakın etibarlı idarəedilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 (bir) il müddətinə 18.000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı ödənilmişdir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilmədiyi üçün İddiaçı on bir aylıq gəlirdən, yəni 16.500 (on altı min beş yüz) manat pul məbləğindən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamanda cavabdeh tərəfindən mənzilin müqavilədən göstərilən vaxtdan gec təhvil verilməsi ilə bağlı iddiaçıya yazılı qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(008)- 3653/2025 nömrəli qətnaməsinə əsasən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməklə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanaraq 150.000 ABŞ dolları müqabildən, podratçı Cavabdeh MMC “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən 304 saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayınının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etmişdir. İş matariallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müqavilə üzrə tərəf olan sifarişçi öhləklərini tam olaraq yerinə yetirmişdir. Lakin iddiaçı məhkəməyə hazırda müraciət edərək müqavilə üzrə mənzilin ona müqavilədə nəzərdə tutulan vaxtda deyildə 11 ay sonra təhvil verdiyini, bununlada ona maddi ziyan dəymiş olduğunu bildirərək dəyilmiş ziyanın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həqiqətən də podratçının müqavilə üzrə öhdəliklərinin tam vaxtında icra etməmisinin yəni müqavilə üzrə nəzərdə tutulan müddətdə deyildə 11 ay sonra ona təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, əksinə ”T Service” MMC ilə onun arasında xx.xx.2024-cü il tarixli müqaviləni təqdim edərək sözügedən mənzilin xx.xx.2024-cü il tarixdən T-Service MMC-yə icarəyə verdiyini göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, hesab edilsə belə ki, podratçı müqavilə üzrə üzərinə düşən öhdəliyi zamanında icra etməmişdir, iddia tələbi belə olan halda belə təmin edilə bilməz. Belə ki, tərəflər iradə ifadəsinə uyğun olaraq bağlanmış podrat müqaviləsinin 3.2-ci maddəsindən görünür ki, tərəflər iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətində dəyişiklik edilə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməsi ilə bağlı razılaşmışlar. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış suala verilmiş cavabdan görünür ki, podratçı həqiqətəndə icra gecikdirməsi ilə bağlı sifarişçiyə əvvəldən məlumat vermişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 21.1, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 752, 753.1, 759.2, 760.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-3653/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3653/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3653/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, iddia tələbinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında GH-304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. GH-304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsinə əsasən, icraçı “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən 304 saylı mənzilin sifarişçiyə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. GH-304 saylı 24 may 2021-ci il tarixli podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən, mənzilin dəyəri 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilənin 2.1-ci bəndində göstərilən 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində pul məbləği cavabdehə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzil 2023-cü ilin dekabr ayında təhvil verilməli idi. Lakin mənzil 2024-cü ilin noyabr ayında təhvil verilib. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən 11 (on bir) ay gecikdirilməklə təhvil verilmişdir. Bundan sonra "xxxx" MMC ilə İddiaçı arasında № 304GRH24 saylı 01 may 2024-cü il tarixli əmlakın etibarlı idarə edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 (bir) il müddətinə 18.000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı ödənilmişdir. Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilmədiyi üçün İddiaçı on bir aylıq gəlirdən, yəni 16.500 (on altı min beş yüz) manat pul məbləğindən məhrum olmuşdur. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanaraq 150.000 ABŞ dolları müqabildən, podratçı Cavabdeh MMC “X8 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən 304 saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayınının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etmişdir. İş matariallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müqavilə üzrə tərəf olan sifarişçi öhləklərini tam olaraq yerinə yetirmişdir. Lakin iddiaçı məhkəməyə hazırda müraciət edərək müqavilə üzrə mənzilin ona müqavilədə nəzərdə tutulan vaxtda deyil, 11 ay sonra təhvil verdiyini, bununlada ona maddi ziyan dəymiş olduğunu bildirərək dəyilmiş ziyanın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həqiqətən də podratçının müqavilə üzrə öhdəliklərinin tam vaxtında icra etməməsinin yəni müqavilə üzrə nəzərdə tutulan müddətdə deyil, 11 ay sonra ona təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, əksinə ”T Service” MMC ilə onun arasında xx.xx.2024-cü il tarixli icra müqaviləsini təqdim edərək, sözügedən mənzilin xx.xx.2024-cü il tarixdən T-Service MMC-yə icarəyə verdiyini göstərmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hesab edilsə belə ki, podratçı müqavilə üzrə üzərinə düşən öhdəliyi zamanında icra etməmişdir, iddia tələbi belə olan halda, belə təmin edilə bilməz. Belə ki, tərəflər iradə ifadəsinə uyğun olaraq bağlanmış podrat müqaviləsinin 3.2-ci maddəsindən görünür ki, tərəflər iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətinə dəyişiklik edə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməsi ilə bağlı razılaşmışlar. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış suala verilmiş cavabdan görünür ki, podratçı həqiqətəndə icra gecikdirməsi ilə bağlı sifarişçiyə əvvəldən məlumat vermişdir. Beləliklə yuxardı qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İddiaçı məhkəmənin yuxarıda qeyd edilən mövqeyinin əsassız olduğunu qeyd edərək razılaşmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. İddia tələbinin əsas hissəsi ondan ibarət olmuşdur ki, cavabdeh Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən 304 saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayınının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etməsinə baxmayaraq, 2024-cü ilin noyabr ayında təhvil vermişdir. Bu səbəbdən də, iddiaçıya ziyan dəymişdir. İddiaçı ilə ”T Service” MMC arasında xx.xx.2024-cü il tarixli icra müqaviləsi 2024-cü ilin noyabr ayından icra edilmişdir. İddiaçı tərəfindən qeyd edilən halların sübut edilməsinə baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bununla bağlı hər hansı mövqe bildirməmişdir. Halbuki cavabdeh iddia tələbinin əksini sübut etməmişdir. Buna baxmayaraq məhkəmə əsassız olaraq, iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qət etmişdir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3653/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh MMC-in xx.xx.2026-cı il tarixdə İddiaçı apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2026-cı il tarixli razılaşmaya əsasən İddiaçı yazılı razılığı ilə 24 may 2021-ci il tarixli, GH-304 nömrəli müqaviləyə xitam verilmiş və həmin müqavilə üzrə hüquq və öhdəliklər X2 adına keçirilmişdir. Bundan sonra, "xxxx" MMC ilə X4 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2026-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən sözügedən mənzil X1 və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən hesab edilir ki, sözügedən mənzilə dair iddia tələbi irəli sürmək üçün İddiaçı subyektiv hüququ yoxdur. "xxxx" MMC tərəfindən müqavilədə qeyd olunan hər hansı öhdəlik pozulmamış və bununla əlaqədar hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının iddia tələbi və apellyasiya şikayəti tamamilə əsassızdır. Bu səbəbdən də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən gecikmə barədə iddiaçıya xəbərdarlığın edildiyini bildirməsi qeyd edilsədə, lakin belə bir hal olmamışdır. Mənzil iddiaçıya müqaviləyə əsasən 11 ay gecikdirilməklə təhvil verilmişdir. İddiaçı bu müddət ərzində mənzili kirayə verib, qazanc əldə edə bilərdi, lakin iddiaçı bu qazancından məhrum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli aktı imzalayarkən aktda yazılanları oxumamışdır. Mənzilin artıq özgəninkiləşdirilməsi iddiaçının hazırkı iddia tələbini irəli sürmək hüququnu məhdudlaşdırmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətini təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı tərəflər arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməyərək sifariş verdiyi mənzilin ona 2024-cü ilin noyabr ayında, yəni 11 ay gec təhvil verilməsini, müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən, işlərin görülməsi müddətində dəyişiklik edildiyi halda icraçı tərəfindən ona 1 ay əvvəlcədən yazılı bildiriş təqdim edilmədiyini, nəticədə ona 16.500 manat ziyan vurulmasını iddia etsə də, iddia tələbində və apellyasiya şikayətinin dəlillərində istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, tərəflər, yəni icraçı Cavabdeh MMC ilə şifarişçi İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, GH-304 nömrəli podrat müqaviləsi üzrə podratın nəticəsi olan mənzilin təhvil-təsliminə dair tərtib etdikləri xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı sifariş verdiyi mənzili qüsurlardan azad şəkildə, mənzilin tikinti işlərinin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə müvafiq və razılaşdırılmış vaxtda, işlərin müqavilə tələblərinə cavab verən şəkildə, müqavilənin 1 və 2 saylı əlavələri ilə nəzərdə tutulmuş vaxtda və qaydada icra edilərək ona təhvil verildiyini, görülmüş işlərlə bağlı onun heç bir qeydi və pretenziyasının olmadığını imzası ilə təsdiq etmişdir. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, hal-hazırda AZ 1097, Bakı şəhəri ünvan 1 ünvan ünvan 3zili X5 MMC tərəfindən alıcı X3 xx.xx.2026-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıldığından hal-hazırda iddiaçının həmin mənzillə dair hər hansı bir hüququ yoxdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sifariş verdiyi mənzili cavabdehdən təhvil alarkən imzaladığı aktla mənzilin müqavilə şərtlərinə uyğun, vaxtında ona təhvil verildiyini təsdiq etdiyindən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(008)- 3653/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6077/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6077/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver