Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6087/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ya və Cavabdeh2 qarşı “maliyyə arayışının və orderin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2338/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-ya və Cavabdeh2 qarşı “maliyyə arayışının və orderin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsimə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80,0 kv.m olan 1 otaqlı 53 nömrəli mənzilə dair Cavabdeh1 tərəfindən tərtib edilərək Cavabdeh2 xeyrinə verilmiş maliyyə arayışının və xx.xx.2006-cı il tarixli, 010304 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması, cavabdehlərdən qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə eyni zamanda iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80,0 kv.m olan 1 otaqlı 53 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2338/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsCavabdeh1dırılmışdır ki, Cavabdeh2 adına mənzilə aid Çıxarışın ləğv ediləcəyi halında gələcəkdə qətnamənn icrasının qeyri-mümkünlüyünün aradan Qaldırılması üçün edilmişdir. İddia tələbinin bu hissəsindən cavabdeh xəbər tutarsa mənzilin başqa bir üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsi qaçılmazdır və nəticədə başqa bir şəxs də aldadıla bilər. Həmçinin, iddiaçının mənzilə olan bütün hüquqlarının məhdudlaşdınlması daha da genişlənəcəkdir. İkinci bir tərəfdən, mənzil hal-hazırda iddiaçının sahiblik və istifadəsindədir ki, bu da hansısa üçüncü şəxsin hüquqlarının pozulmasına şərait yarada bilməz. Baxmayaraq ki, işə baxmış məhkəmə qərardadda digər şəxslərin hüquqlarının məhdudlaşdırılmasına istinad edir. Ancaq qeyd edildiyi kimi, cavabdehlərdən Cavabdeh2 qanunsuz və qeyri-hüquqi yolla iddiaçıya məxsus olan mənzili öz adına rəsmiləşdirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2338/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddianın təmini tədbiri barədə ərizəni mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsCavabdeh1n prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmetinə uyğun olaraq iddaçının ərizəsi qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericilik iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsini rədd edərkən, nəzərə almamamışdır ki, iddianı təmin etmə tədbirinin predmeti, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80,0 kv.m olan 1 otaqlı 53 saylı mənzil eyni zamanda hazırkı iddia tələbinin predmetidir və həmin əmlak cavabdehin mülkiyyətində olduğundan onun qorunub saxlanması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 2338/2020 nömrəli qərardadı ləğv olunmalı, ərizə qismən təmin edilməklə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80,0 kv.m olan 1 otaqlı 53 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Göstərilənlərə əsCavabdeh1raq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 263, 264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2338/2020 nömrəli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748ci məhəllə ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80,0 kv.m olan 1 otaqlı 53 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-6087/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6087/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver