Məhkəmə qərarları › İş №2(103)-6089/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6089/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6089/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, xxxxxxx ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-859/2020 saylı qərardadından iş üzrə iddiaçı “xxxxxxx” KB ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-859/2020 saylı qərardadı ilə iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanı ipoteka predmetinə yönəldilməsi” tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “xxxxxxx” KB ASC xx xxxx 2020-ci il tarixdə şikayət ərizəsi ünvanlayaraq Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-859/2020 saylı qərardadının ləğv edilməsini və məhkəmə iclasının təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmalı olması barədə müddəa nəzərdə tutulmamışdır. Kredit müqaviləsinin 8.4-cü bəndində isə tərəflər arasında yaranmış mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilməli olması nəzərdə tutulmuşdur. Buııdan əlavə, hazırki iddia tələbi üzrə mübahisə kateqoriyasına görə də qanunla məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmalı mübahisə deyil. Göründüyü kimi, məhkəmə, müqavilədə nəzərdə tutulmasa belə, cavabdehlərin qeydiyyat ünvanları üzrə (AR DİN MAPS arayışlarına əsasən) bankın rəsmi qaydada göndərdiyi pretenziya məktubunun müəyyən səbəblərdən cavabdehlərə çatdırılmamasını qanuna zidd olaraq mülki prosessual pozuntu hesab etmiş və bunu AR MPM-nin 259.0.1-ci maddəsi ilə əsaslandırmağa çalışaraq, əsassız olaraq iddia ərizəsi üzrə mülki işi baxılmamış saxlamışdır. Bundan əlavə, məhkəmənin "şəxsin ölmüş şəxsin vərəsəsi olması vərəsəlik şəhadətnaməsi ilə təsdiq olunur ki, bu sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir'' mövqeyi ilə bağlı bildirirlər ki, əvvəla ölmüş şəxsin vərəsəlik şəhadətnaməsini onun vərəsələri əldə edir və həmin sənədi onlar məhkəməyə təqdim edə bilər ki, "xxxxxxx" KB ASC-nin üçüncü şəxs qismində başqa şəxslərə məxsus vərəsəlik şəhadətnaməsini müstəqil əldə etməsi mümkün deyil. Lakin, ‘'xxxxxxx” KB ASC-nin vəkil sorğusu əsasında əldə edərək iş materiallarına əlavə etdiyi və iddia ərizəsində də göstərdiyi "Sumqayıt Regional "Asan Xidmət" X5 xx.xx.2019-cu il tarixli 6701 saylı məktubundan da görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X3 notariat ofisinə müraciət edən vərəsələri aşağıda adları qeyd olunan şəxslərdir. Bundan əlavə, "xxxxxxx" KB ASC-nin vəkil sorğusu əsasında əldə edərək iş materiallarına əlavə etdiyi digər sənəd olan AR ƏMDK yanında DƏDRX-nin 15.11,2019-cu il tarixli **********10 saylı məktubunda isə qeyd olunur ki, "X3 adına 10.11,2018-ci il tarixdə qeydiyyata alınmış Qax rayonu, Əmbərçay kəndindəki fərdi yaşayış evi Sumqayıt "Asan xidmət" mərkəzinin xx.xx.2016-cı il tarixli, 2V-1128 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 qızma, X2 və Cavabdeh3 keçmişdir. Sumqayıt "Asan xidmət" mərkəzinin xx.xx.2016-cı il tarixli, 3M- 1404 saylı miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 fərdi yaşayış evindən öziınə düşən payı X2 və Cavabdeh3 qızma bağışlamışdır. xx.xx.2017-ci il tarixdə X1 və Cavabdeh3 adına paylı mülkiyyət hüqüqıı üzrə qeydiyyata alınmışdır, və s. " Həmçinin mülki iş üzrə əvvəl işə baxan hakim Emin Mehdiyevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında da qarşı tərəfin vəkilinin vəsatəti üzrə bu məsələ ətraflı müzakirə olunduqdan sonra, məhkəmə hesab etmişdir ki. müqavilədə nəzərdə tutulmasa belə bank tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu onların rəsmi qeydiyyatda olduqları ünvan üzrə rəsmi qaydada poçt vasitəsilə göndərilmiş, bank tərəfindən prosessual qaydalara riayyət olunmuşdur və həmin tarixdə keçirilən məhkəmə iclasında bu məsələ müzakirə olunduqdan sonra iş üzrə borc məbləğinin müəyyən olunması üçün məhkəmə-mühasibatlıq, əmlakın qiymətinin müəyyən olunması məqsədilə isə məhkəmə- əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Məhkəmə tərəfindən mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımı hüquqi qiymət verilməmiş, iş materialları lazımınca araşdırılmamış, sanki cavabdeh tərəfin mövqeyindən çıxış edən məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, MPM-nin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)859/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrini səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)859/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki işə baxılmasının davam etdirilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.7). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.1) Baxılan iş üzrə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etmiş, iddiaçının iş materiallarına əlavə etdiyi digər sənəd olan AR ƏMDK yanında DƏDRX-nin 15.11,2019-cu il tarixli **********10 saylı məktubunda isə qeyd olunur ki, "X3 adına 10.11,2018-ci il tarixdə qeydiyyata alınmış Qax rayonu, Əmbərçay kəndindəki fərdi yaşayış evi Sumqayıt "Asan xidmət" mərkəzinin xx.xx.2016-cı il tarixli, 2V-1128 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 qızma, X2 və Cavabdeh3 keçmişdir. Sumqayıt "Asan xidmət" mərkəzinin xx.xx.2016-cı il tarixli, 3M-1404 saylı miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 fərdi yaşayış evindən öziınə düşən payı X2 və Cavabdeh3 qızma bağışlamışdır. xx.xx.2017-ci il tarixdə X1 və Cavabdeh3 adına paylı mülkiyyət hüqüqıı üzrə qeydiyyata alınmışdır,. Həmçinin mülki iş üzrə əvvəl işə baxan hakim Emin Mehdiyevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında da qarşı tərəfin vəkilinin vəsatəti üzrə bu məsələ ətraflı müzakirə olunduqdan sonra, məhkəmə hesab etmişdir ki, müqavilədə nəzərdə tutulmasa belə bank tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu onların rəsmi qeydiyyatda olduqları ünvan üzrə rəsmi qaydada poçt vasitəsilə göndərilmiş, bank tərəfindən prosessual qaydalara riayyət olunmuşdur və həmin tarixdə keçirilən məhkəmə iclasında bu məsələ müzakirə olunduqdan sonra iş üzrə borc məbləğinin müəyyən olunması üçün məhkəmə-mühasibatlıq, əmlakın qiymətinin müəyyən olunması məqsədilə isə məhkəmə- əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının pozuntusuna yol vermişdir. Odur ki, kollegiya hesab edir ki, şikayət əsaslı olmaqla təmin edilməli və qərardad ləğv edilərək, işə baxılmasının davam etdirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)859/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “xxxxxxx” KB ASC cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılmasının davam etdirilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar