Məhkəmə qərarları › İş №2(103)-6089/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6089/2022

01.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6089/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2378/2021 nömrəli qərardadından Cavabdeh1i tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2378/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “Azərbaycan Metrologiya İnstiutu” Publik Hüquqi şəxsinə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən xx.xx.2022-ci il tarixdə e-kabinet vasitəsilə Cavabdeh1in vəkili olduğu qeyd edilən Roman Qaraşov tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3608/2022 saylı qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından cavabdehin vəkili kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(102)-3674/2022 saylı qərardadı ilə kassasiya şikayəti qeyrimümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3608/2022 saylı qərardadı ilə Cavabdeh1inin vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2378/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(005)-2378/2021 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin vəkili X1 və Cavabdeh1 həmin qətnamədən xx.xx.2022-ci il tarixdə e-kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3608/2022 saylı qərardadı ilə şikayəti imzalayan şəxsin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənədin əlavə olunmadığı əsas gətirilməklə, appellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Halbuki, Cavabdeh1in vəkili olduğunu təsdiq edən vəkil orderi və etibarnamə şikayət məktubuna əlavə olunmuşdur. Lakin texniki səbəblərdən dolayı, Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətini müşayiət edən sənədlər əldə olunmamışdır kimi cavab məktublar gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2378/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh1in apellyasiya şikayətinə onu imzalamış şəxsin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənədin əlavə olunmadığı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə artıq müəyyən edilmiş və həmin qərardaddan verilmiş kassasiya şikayəti də qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini məhz xx.xx.2022-ci il tarixli həmi qərara istinad etməklə, yəni həmin qərardadla müəyyən edilmiş çatışmazlıqlar olduğuna görə geri qaytarmışdır. Lakin hazırda cavabdeh təşkilatın nümayəndəsi apellyasiya məhkəməsinin qərardadı ilə müəyyən edilmiş və artıq qiymət verilmiş eyni əsasa istinad etməklə birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirmişdir. Kollegiyanın qənaətinə görə, yaranmış vəziyyətdə cavabdeh təşkilat apellyasiya şikayətinin qaytarılmasına səbəb olmuş halları aradan qaldırmaqla, yenidən apellyasiya şikayəti ilə müraciət etməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh1inin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2378/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar