Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6089/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa tələbi) X1 (sədrlik edən və məruzəçi), X6 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4087/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmək kitabçasına əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Əli Bayramlı şəhər Mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025ci il tarixli əmrinə əsasən Azərbacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
3. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 3-13-17/Ə63/2025 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən xx.xx.2025-ci il tarixdə xidməti geyim formasında Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin “Poz Qazan” lotereyasını oynamaqla DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11 və 3.1.15-ci bəndlərinin tələblərini pozduğuna görə X8 Şöbəsinin mülki mühafizəçisi X2 bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilmişdir.
4. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X8 Şöbəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3/ş/h304/2025 saylı əmrinin ləğv edilməsi, X8 şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2006-cı il tarixli ə11ş/h saylı əmri ilə Əli Bayramlı şəhər Mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3/ş/h304/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasının surəti ona xx.xx.2025-ci il tarixdə verilmişdir. Əmrin surətini isə tələb etsə də, verilməmişdir. İddiaçının işdən azad olunması barədə əmrdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə xidməti geyim formasında Şirvan şəhəri N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin “Poz Qazan” lotereyası oynamaqla DİN-in mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləəck hərəkətə yol verdiyi üçün işdən azad olunmuşdur. Guya iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış qaydalarının 2.1.11 və 3.1.15-ci bəndlərinin tələblərini pozmuşdur. Dövlətin qanunvericiliyinə uyğun qaydada "xxxx" ASC tərəfindən buraxılmış “Poz Qazan” lotereyasını alıb oynamaq nə vaxtdan etik davranış qaydalarının kobud şəkildə pozulmasına səbəb olmuş və bütün bu hallar ilk növbədə Konstitusiyaya ziddir, hüquqi dövlət prinsipinə ziddir, bərabərlik hüququ dövlətin əsas xüsusiyyətlərindən sayılır. İddiaçı xidmət etdiyi dövrdə intizamsızlığa yol verməmiş, cinayət, inzibati (intizam) və maddi məsuliyyətə cəlb edilməmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Heç bir intizam tənbehinə məruz qalmamışdır. Cəmiyyətdə işlədiyi dövrdə heç vaxt intizamı qanunazidd əməlləri olmamışdır. Əgər qanunazidd hərəkətlərə yol versəydi, rəhbərlik onun barəsində hüuqq mühafizə orqanlarına müraciət etməli idi və ya intizam tənbehinə məruz qalsaydı bu barədə əmrdən məlumatı olardı.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4087/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3/ş/h304/2025 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X8 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim X4)
8. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş xidməti formada "xxxx" ASCnin “Poz Qazan” lotereyasını oynaması nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Belə ki, 70-ci maddənin ç bəndinin tətbiqini şərtləndirən əsas amil işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə yuxarıda sadalanan halların baş vəzifə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olmamışdır. Məhkəmə əmrdə iddiaçı tərəfindən pozulması kimi istinad olunan «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11 və 3.1.15-ci bəndlərinə münasibətdə qeyd edir ki, 2.1.11-ci bəndin məzmunu ondan ibarətdir ki,mülki mühafizəçi xidmətin və başqa dövlət orqanının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Göstərilən bənd ümumi xarakterli olmaqla, əmrdə ona istinad olunmasının konkret əsası 3.1.15-ci bənddir. Həmin bəndə əsasən mülki mühafizəçi mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməldən çəkinməlidir. Göründüyü kimi cavabdeh təşkilat iddiaçının oynadığı Poz qazan lotereyasını mərc oyunu kimi qəbul edərək, müvafiq əmri vermişdir. Halbuki poz qazan tipli lotereyalar mərc (qumar) oyunu sayılmır. Belə ki, poz qazan lotereyası, iştirakçının bilet alaraq, həmin biletin üzərindəki sahəni pozub təsadüfi şəkildə qalib olub-olmadığını öyrəndiyi şans oyunudur. Mərc oyunu isə iştirakçının pul və ya digər dəyərli əşyanı riskə ataraq təxmin bildiyi və ya bacarıqla nəticəni proqnozlaşdırmağa çalışdığı oyundur. O da qeyd olunmalıdır ki, lotereyalar (poz qazan da daxil olmaqla) qanunla tənzimlənir və "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən yaradılmış şirkətdir. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarında mühafizəçinin lotereya, poz qazan və s. kimi fəaliyyətlərdə iştirakının qadağan edildiyi müəyyən edilmir. Digər tərəfdən cavabdeh İdarənin iddia etdiyi kimi iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları baş versə idi belə, əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuntuların-əgər pozuntu hesab edilsə belə-xarakterinə adekvat olmamışdır. Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam təhnehi tətbiq olunarkən iddiaçının törətdiyi “xəta”nın xarakterinin nəzərə alınmaması, bununla da işəgötürənin yanaşmasına görə pozuntu hesab edilən halın xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin düzgün tətbiq olunmaması deməkdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, 60cı, 125-ci, 129-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 70-ci, 71-ci, 80-cı, 186-cı, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 119-cu, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müəssisə daxili inzitam qaydalarını tənzimləyən “Azərbaycan RespublikasıDaxili Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11 (xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir) və 3.1.15-ci (mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir) bəndlərinin tələblərini kobud surətdə pozaraq DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq arvadı ilə nikahının pozulmadığını, qaynanası ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
22. İddiaçı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Əli Bayramlı şəhər Mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.15-ci bəndlərinin tələblərini pozaraq xidməti geyim formasında Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin “Poz Qazan” lotereyasını oynamaqla DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir və iddiasını, ona tətbiq olunmuş intizam tənbeh tədbirinin, törətdiyi xətanın xarakterinə uyğun olmaması, bu əsasla əmək müqaviləsinə xitam verilməsinin onun gəlcəkdə əmək fəaliyyətinə maneələr yaradacağı ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı mülki mühafizəçi adına və nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinin müəyyən edilməsini göstərərək iddianın rədd olunmasını xahiş edir.
23. Lakin əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş hər hansı öhdəliyin yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilməmişdir. Digər tərəfdən iddiaçının əməlinin iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini hər hansı formada pozması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması da müəyyən edilmir. Halbuki, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
24. Belə ki, əmrdə iddiaçı tərəfindən pozulması kimi istinad olunan «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11 və 3.1.15-ci bəndlərinə münasibətdə qeyd edir ki, 2.1.11-ci bəndin məzmunu ondan ibarətdir ki,mülki mühafizəçi xidmətin və başqa dövlət orqanının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göstərilən bənd ümumi xarakterli olmaqla, əmrdə ona istinad olunmasının konkret əsası 3.1.15-ci bənddir. Həmin bəndə əsasən mülki mühafizəçi mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir. Göründüyü kimi cavabdeh təşkilat iddiaçının oynadığı Poz qazan lotereyasını mərc oyunu kimi qəbul edərək, müvafiq əmri vermişdir. Halbuki poz qazan tipli lotereyalar mərc (qumar) oyunu sayılmır. Belə ki, poz qazan lotereyası, iştirakçının bilet alaraq, həmin biletin üzərindəki sahəni pozub təsadüfi şəkildə qalib olub-olmadığını öyrəndiyi şans oyunudur. Mərc oyunu isə iştirakçının pul və ya digər dəyərli əşyanı riskə ataraq təxmin bildiyi və ya bacarıqla nəticəni proqnozlaşdırmağa çalışdığı oyundur. O da qeyd olunmalıdır ki, lotereyalar (poz qazan da daxil olmaqla) qanunla tənzimlənir və "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən yaradılmış şirkətdir. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarında mühafizəçinin lotereya, poz qazan və s. kimi fəaliyyətlərdə iştirakının qadağan edildiyi müəyyən edilmir. İddiaçının belə bir hallara yol verdiyi, o cümlədən işlədiyi dövr ərzində onun barəsində ümumiyyətlə hər hansı intizam tənbehinin tətbiq edildiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində əmrin ləğv edilməsi üçün əsasdır.
25. Bununla belə, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2025-ci il tarixli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Əmrdə göstərilənlər ümumiyyətlə qeyd edilən maddələrin tərkibini yaratmır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4087/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.