Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-609/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə Müstəqil tələb irəli sürən üçüncü şəxs və eyni zamanda iddiaçı X1 və onun nümayəndə-vəkili Vəkil1, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2, iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-258/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tərəfindən və iddiaçı X4 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı 11 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-310/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: 2(009)-258/2020 saylı mülki iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və həmin əmlakların iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən üçüncü şəxs X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X12 Cavabdeh MMC-nin təsisçisidir və onu həmin cəmiyyətin nizamnamə kapitalında payı 50%-dır. Həmçinin, mövcud mülki iş üzrə iddiaçı X11, X9 oğludur. İş üzrə cavabdehi təmsil edən Cavabdeh MMC-nin direktoru X10 da X9 qohumudur və o, cəmiyyətdə təsis payı əldə etdikdən sonra M.S.Cəfərovu həmin cəmiyyətə direktor təyin etmişdir. Müvafiq qətnamədən göründüyü kimi cavabdeh hüquqi şəxsin direktoru iddianı etiraf edərək, məhkəməyə ərizə təqdim etmiş və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Belə olduğu halda hesab edirlər ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi formal bağlanmışdır və həmin müqavilənin bağlanmasında cəmiyyətin digər təsisçilərinin razılığı olmamışdır. Məhkəmə isə müvafiq işlə əlaqədar heç bir araşdırma aparmadan, cəmiyyətin diğər təsisçilərinin hüquqlarını pozmaqla formal bağlanılmış, mübahisələndirilən alqı-satqını öz qərarı ilə təsdiqləmişdir. Məhkəməni hətta cavabdeh olan cəmiyyətin direktorunun iddianı etiraf etməsi (müqavilədə göstərilən əmlak və inventarı 170.000 manata satmağı) barədə təqdim etmiş ərizəsi belə təəccübləndirməyib. Hesab edirlər ki, cəmiyyətin direktoru və mübahisələndirilən alqı-satqının rəsmiləşməsində iştirak edən şəxslər (X12 və İddiaçı-ata və bala) cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı X4 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı 11 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair 2(009)- 310/2022 saylı mülki iş üzrə yekun qərar qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılmışdır. e-2(009)-310/2022 saylı mülki iş üzrə iddiaçı X3 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı ilə xx.xx.2017-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsi bağlayaraq müqaviləyə əlavədə göstərilmiş 48 adda əmlakı İddiaçı 170.000 manata satılmışdır. xx.xx.2011-ci il tarixdə onun tərəfindən "xxxx" MMC təsis edilmiş və həmin MMC-nin yeganə təsisçi və direktoru o, özü olmuşdur. MMCnin yarandığı gündən nizamnamə kapitalı 100 manat müəyyən edilmiş və bu günə kimi dəyişilməz qalmışdır. Bundan sonra, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin adı dəyişilərək Cavabdeh MMC olmuş və həmin tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində dövlət qeydiyyatından (VÖEN **********) keçərək Dövlət reyestrindən çıxarış alınmışdır. Qeyd olunan çıxarışda Cəmiyyət təsisçiləri və onların nizamnamə kapitalında payı aşağıdakı kimi göstərilmişdir X3 (İran İslam Respublikası) - 18,5%, X13 (İran İslam Respublikası) - 5%, X5 (İran İslam Respublikası) - 8%, X7 (İran İslam Respublikası) - 2%. X8 (İran İslam Respublikası) - 3 %, X6 (İran İslam Respublikası) - 13% və X12 - 50%. Qeyd olunanlardan göründüyü kimi X12 Cavabdeh MMC-nin təsisçisidir və onun həmin cəmiyyətin nizamnamə kapitalında payı 50%-dir. Həmçinin mövcud mülki iş üzrə cavabdeh İddiaçı X9 oğludur. İş üzrə digər cavabdehi təmsil edən Cavabdeh MMC-nin direktoru X10 da X9 qohumudur və o, cəmiyyətdə təsis payı əldə etdikdən sonra M.S.Cəfərovu həmin cəmiyyətə direktor təyin edilmişdir Bu günlərdə ona məlum olmuşdur ki ona məxsus olan və onun şəxsi vəsaiti hesabına alınan avadanlıqlar MMC-nin direktoru tərəfindən 2017-ci ildə digər təsisçinin oğluna ağlasığmaz dərəcədə aşağı qiymətə satılmış cavabdeh İddiaçı isə xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında ona satılmış, əmlakın təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-258/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin direktoru həmin iş üzrə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir Həmin məhkəmədən bu yaxınlarda o xəbər tutmuş və maraqlı şəxs kimi apellyasiya şikayəti vermişdir Hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlandığından əhəmiyyətsiz əqdir və etibarsız hesab edilməlidir İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinə əlavə edilmiş təhvil-təslim aktından da görünür ki, alıcı 11 02 2017-ci il tarixdə müqavilədə göstərilmiş əmlakları təhvil almış, satıcı da təhvil vermişdir. Lakin bu alqı-satqı müqaviləsi əsasında MMC-nin hesabına 170 000 manat ödənilməmiş faktiki olaraq satılmış əmlaklar alıcıya təhvil verilməmiş və bundan sonra 2019-cu ildə alıcı məhkəməyə müraciət edərək əmlakların təhvil verilməsini tələb etmiş, satici da iddianı etiraf etmişdir Göründüyü kimi tərəflərin belə bir əqdi bağlamaq niyyəti olmamış sadəcə MMC-nin (cavabdehlərin zənnincə əmlaklar MMC-nin mülkiyyətidir) əmlakını mənimsəmək niyyəti olmuşdur Digər tərəfdən, MMC tibb fəaliyyəti ilə məşğul olduğu halda, direktor MMC-nin bütün tibb avadanlığını 10 qat ucuz qiymətə satmaqda hansı zərurətdən hərəkət etdiyini də heç kimə əsaslandırmamışdır Klinikanın avadanlıqları satıldıqdan sonra Klinika hansı avadanlıqlarla tibbi xidmət göstərəcəyi barədə direktor demək ki, düşünməmiş və ya düşünmək istəməmişdir. Digər tərəfdən o, ümumiyyətlə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin belə bir əqd bağlamaq səlahiyyəti olmamışdır Belə ki, alqı-satqının predmeti olan əmlaklar MMC-nin deyil, onun mülkiyyəti olmuş və həmin əmlakla bağlı sərəncam verməli olan şəxs o, olmuşdur Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsinin təmin edilməsi. cavabdehlər "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11.02 2017-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-310/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı X4 apellyasiya şikayəti verərək qətanmənin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətinin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə 2(103)-3801/2022 saylı mülki iş, onunla əlaqəli olan İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetiliməsi”nə dair 2(103)- 609/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərar alınmışdır. Apellyasiya məhkəmə iclasında iştirak edən üçüncü şəxs və eyni zamanda iddiaçı X1 və onun nümayəndə-vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Səbail Rayon Məhkəməsinin 2(009)-258/2020 saylı, 14 fevral 2020-ci il tarixli və e-2(009)-310/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnamələri ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə iddiaçı X4 təsisçi kimi iddia qaldırmış və təsisçisi olduğu Cavabdeh MMC-nin ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsızlığın tələb etmişdir. İş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə kommersiya fəaliyyətindən irəli gəlməkdədir. Baxılan işdə tərəflərin subyektiv tərkibi, eyni zamanda tələbin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması işin mübahisələndirilməyən halıdır. Çünki mülki işdə cavabdeh MMC-nin kommersiya fəaliyyəti nəticəsində təsisçilərdən biri olan iddiaçı X2 hüquqların pozulması mübahisələndirilir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Kollegiya hesab edir ki, mübahisə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya hesab edir ki, bir icraatda birləşdirilən mülki işlərdən e-2(009)-310/2022 saylı mülki iş üzrə tələb kommersiya məhkəməsinə aid olduğundan həmin işlə bir icraatda birləşdirilən 2(009)-258/2020 saylı mülki iş də baxılması üçün aidiyyətı kommersiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 387.2.1, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-258/2020 saylı, 14 fevral 2020-ci il tarixli və e-2(009)-310/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnamələri ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-609/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-609/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver