Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-609/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1991-ci il tarixli, 37 nömrəli orderin surətindən görünür ki, Ləhiş bağ massivində X2 0,12 ha olan 4437A saylı bağ sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2014-cü il tarixli arxiv arayışının surətindən məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1991-ci ilə dair sərəncamları arasında X9 “ДСК” N 60, Ləhiş ərazisində bağ sahəsinin ayrılmasına dair xx.xx.1991-ci il tarixli sərəncamı vardır.
3. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür.
4. Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli məktubunun surətindən məlum olur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün həmin kontor tərəfindən DƏDRX-nə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 518/1368 nömrəli qərarından və Kürdəxanı bələdiyyəsi və Cavabdeh2 arasında bağlanılmış eyni tarixli icarə müqaviləsindən görünür ki, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi 10 il müddətinə xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpaq sahəsinin planından görünür ki, Kürdəxanı bağlar massivi (Ləhiş) bağ sahəsində yerləşən, sahəsi 1200 kv.m olan 4437 nömrəli bağ sahəsinin 518/1368 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə sxemi tərtib edilmişdir.
6. Əhalidən vergilərin qəbulu üçün qəbzlərdən görünür ki, 2007-2021-ci illərdə Cavabdeh2 sözügedən torpaq sahəsi üzrə göstərilən təyinatlı vergiləri ödəmişdir.
7. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2015-ci il tarixli arayışından məlum olur ki, Musayev X10 qəsəbəsi, Ləhiş bağ massivində qeydiyyatsız yaşayır.
8. 4463 nömrəli bağın sahibi qismində X14, 4421 nömrəli bağın sahibi qismində X17 və 4437A nömrəli bağın sahibi qismində X12 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş ərizələrində bildirmişlər ki, 4437 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi və üzərində tikilmiş tikili 20 ildən artıqdır ki, Cavabdeh1 və ailəsinin istifadəsindədir. Həmin bağ sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsi və xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planına əsasən Cavabdeh2 icarəsindədir, həmin torpaq sahəsinə dair vergiləri və digər kommunal xərcləri o ödəyir.
9. Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Sabunçu RPİ-nin 15-ci PB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəldiyi, göstərilmiş sahənin və üzərindəki tikilinin kim tərəfindən istifadə edildiyi barədə elektron bazada məlumatın olmadığı bildirilmişdir. 10.Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 2010-cu ildə Kürdəxanı Bələdiyyəsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin kserosurəti əsasında 4437 nömrəli bağ sahəsinin xx.xx.2010-cu il tarixli plan-sxemi hazırlanmışdır. Bunun əsasında Cavabdeh2 qeydiyyata götürülərək 2018-ci ilə qədər vergiləri ödəmiş və bağ sahəsində yaranan mübahisə səbəbindən vergi ödənişləri dayandırılmışdır. 4437 nömrəli bağ sahəsinin yerləşdiyi Ləhiş bağları Kürdəxanı bələdiyyəsinin yalnız inzibati ərazisinə daxildir.
11. Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli, 941 nömrəli sərəncamından məlum olur ki, 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparmamışdır. İstifadə olunmayan bağlar barəsində tərtib edilmiş akt əsasında abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi barədə sərəncam verilmişdir. 12.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Abadlaşdırma və X4 və İstismarı Birliyinə uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə əlaqədar müraciətinə belə məzmunlu cavab verilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1.2 maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda 4-cü abzasa əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə 8-ci abzasa əsasən torpaq sahəsində 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. 13.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437a saylı bağ evi xx.xx.1994-cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan keçmiş X5 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yeni nömrəsi 5402 olmuşdur. Daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. 14.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X9 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. 15.Həmin qurumun xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsində digər fiziki şəxslər ev tikmiş və hazırda həmin evdə yaşayırlar. Yerli baxış zamanı şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlir. Şərti göstərilmiş sahənin və üzərindəki tikilinin istifadəçisi barədə elektron bazada məlumat yoxdur. 16.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2337 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli məktubuna əsasən ekspert tərəfindən müəyyən edilmişdir ki, X9 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlir. Şərti göstərilmiş sahənin və üzərindəki tikilinin istifadəsi barədə elektron bazada məlumat aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlarla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 4437A saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, mövcud tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, bağ sahəsinin yenidən əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və həmin tarixli 37 saylı order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsi onun mərhum həyat yoldaşı X9 ayrılmışdır. Həyat yoldaşının 2008-ci ildə vəfatından sonra həmin bağ sahəsinə mütəmadi gedib-gələ bilməmişdir. Bundan istifadə edən Kürdəxanı bələdiyyəsinin işçiləri onun qanuni mülkiyyətində olan bağ sahəsini Cavabdeh2 adlı şəxsə, onun ailə üzvlərinin bildirdiyinə görə 8.200 manata satmışlar. Araşdırma zamanı həmin şəxs bələdiyyənin Aslan adlı əməkdaşına ödəniş etməklə bağ sahəsi aldığını və 518/1368 saylı icarə müqaviləsi bağlandığını bildirmişdir. Həmin şəxs zəbt etdiyi torpaq sahəsində özünə bağ evi tikmişdir. Tərəflərindən onlara məxsus bağ sahəsinin qanunsuz zəbt olunması barədə Sabunçu RPİ-yə müraciət edilmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Zaur Quliyevin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq heç bir hüquqmüəyyənedici sənədləri olmadan ona vərəsəlik qaydasında məxsus olan bağ sahəsini zəbt etmişlər. Həmin bağ sahəsinin cavabdehlərin zəbt eldiyi bağ sahəsi olması keçirilmiş ekspert rəyi ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən miras əmlaka vərəsəlik qaydasında hüququn tanınması barədə notariat orqanına müraciət edilmiş, Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü ildə 845 saylı məktub verilmiş, həmçinin vərəsəlik işi açılmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını təmin etdikdən sonra, vərəsəlik qaydasında hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edəcəkdir.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ekspertin koordinatları dəqiq müəyyən edilmiş texniki sənədlər əsasında deyil, şərti koordinatlarla nəticəyə gəlməsi verilmiş rəy(lər)in həqiqiliyini şübhə altına qoyur. iddia olunan torpaq sahəsi Hüseyn Məmmədova 1991-ci ildə ayrılmış, o, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu müddət ərzində isə həmin torpaq sahəsindən istifadə edilməməsi tərəflərin izahatına, habelə işin hallarına görə aşkardır. Dolayısı ilə, iddiaçı torpaq sahəsinin ayrıldığı müddətdən sonra həmin torpaqdan istifadə etmələrinə dair, eləcə də, onlara ayrılmış torpaq sahəsinin sözügedən qurumun xx.xx.2005-ci il tarixli məktubunda şamil olunan torpaq qrupuna daxil olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Məhkəmə onu da vurğulamışdır ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437A saylı bağ sahəsidir. Həmin bağ sahəsinin hüquqi vəziyyəti ilə əlaqədar aidiyyəti üzrə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və hazırda iddia predmeti olan 4437A saylı bağ evi xx.xx.1994-cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X7 adına qeydiyyata alınmış, arxiv qovluğunda mövcud olan keçmiş X5 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yeni nömrəsi 5402 olmuşdur, daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə başqa bir şəxsin - X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı isə hazırda başqa şəxsin mülkiyyətində olan 4437A saylı bağ sahəsindən cavabdehlərin çıxarılmasını xahiş edir. Eyni zamanda, İddiaçı cavabdehlərin yerləşdiyi 4437 torpaq sahəsi üzərində onun mövcud olmuş, yaxud davam edən hüquqlarının mövcudluğuna dair sübut təqdim edə və ya keçirilmiş məhkəmə proseslərində sübuta yetirə bilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1, 742.2, 294.1.1, 1091.1,1095-ci maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 39.3, 47.2 və 48.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Sabunçu Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Bakı şəhər İcra Hakimiyyəti başçısınınxx.xx.1991-ci il tarixli 130 saylı sərəncamı və həmin sərəncama istinad edilməklə Bağlar İdarəsini nəzdində fəaliyyət göstərən 60 saylı Ləhiş bağ tikinti kooperaitivi tərəfindən verilmiş 37 saylı order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha. olan 4437A saylı bağ sahəsi onun mərhum həyat yoldaşı X9 4 nəfər ailə tərkibi (X13, həyat yoldaşı İddiaçı, oğlanları X18 və X16) ayrılmış, həyat yoldaşının xx.xx.2008-ci ildə uzun müddət xəstəliyi ilə əlaqədar vaxtsız vəfatından sonrakı müddətdə vərəsəliklə bağlı Bakı şəhəri 12 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, habelə notariat ofisi tərəfindən Daşınmaz Əimlakın Dövlət Reyestri Xidmətinə müraciət edilərək, həmin bağ sahəsinin vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. Qeyd olunan bağ sahəsinin onun vəfat etmiş həyat yoldaşına məxsus olması və cavabdehin zəbt etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi məhkəmənin qərardadı əsasında verilmiş mütəxəssis və ekspert rəyləri ilə tam təsdiq edildyi halda, habelə cavabdehə aid hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığı halda, Sabunçu Rayon Məhkəməsi onun mülkiyyət və vərəsəlik hüquqlarını kobudcasına pozaraq, iddia tələblərini rədd etmişdir. Vəfat etmiş həyat yoldaşına 4 nəfər ailə tərkibi ilə ayrılmış bağ torpaq sahəsinin faktiki olaraq bütöv hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin bələdiyyənin 10 illik icarə müqaviləsinin surətinə əsasən özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis və ekspertiza rəyləri ilə torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə onun istinad etdiyi 4437A saylı bağ torpaq sahəsi olduğu təsdiq edilmişdir. İddiaçı ilkin olaraq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, lakin cinayət işinin bağlanması rədd edilərək, mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, 2 ildən artıq gedən məhkəmə araşdırması müddətində tələbini əsası kimi istinad etdiyi sübutları təqdim etsə də, birinci instansiya məhkəməsi bu sübutlara birtərəfli qaydada hüquqi qiymət vermişdir. Halbuki, qanunverciliyin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O, məhz cavabdehləri məhkəmə qaydasında torpaq sahəsindən çıxartdıqdan sonra, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması üçün daşınamz əmlkaın dövlət reyestri xidmətinə müraciət edəcək. Qanunverciliyin tələblərindən də göründüyü kimi, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki vəziyyətdə qeyd olunan mübahisəli torpaq sahəsi bağlar xx.xx.2007-ci ildə ləğv edilmiş Bağlar idarəsinin ərazisi olmaqla, bələdiyyələrin, o cümlədən Kürdəxanı bələdiyyəsinin həmin torpaq sahəsinə heç bir aidiyyəti olmamış, həmin torpaq sahəsi bələdiyyəyə ayrılan sahənin ərazisi hüquqları daxilində yerləşmir. Cavabdehin istinad etdiyi icarə müqaviləsi də ümumiyyətlə Kürdəxanı bələdiyyəsinin arxivində mövcud deyil və həqiqətdə belə bir sənədləşmə aparılmamışdır. Yalnız Cavabdeh2 sonradan icarə müqaviləsinin kserosurətini həmin vaxt bələdiyyədə işləmiş Aslan adlı şəxs vasitəsilə təqdim edərək həmin sahənin onun icarəsində olmasını bildirmişdir. Lakin belə bir müqavilə əslində mövcud olmamış, habelə müddəti 11 aydan artıq icarə müqavilələrinin dövlət reyestrində qeydiyyatı aparılmalı olduğu halda, belə bir qeydiyyat aparılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı 1984-cü ildə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı dünyaya gəlmişdir. İddiaçı nikah dövründə olduğu müddətdə İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında torpaq sahəsi ayrılmış, bununla bağlı order verilmişdir. Göründüyü kimi xx.xx.1991-ci il tarixində verilmiş 37 saylı orderdə mərhum Hüseyn Məmmədovdan əlavə onun ailə üzvləri sırasında İddiaçı və iki övladı da qeyd olunmuşdur. Bağ sahəsi 1991-ci il tarixində alındıqdan sonra rəhmətliyin özü həmin bağ sahəsinin sənədləşməsi ilə müvafiq hərəkətlər etmiş, lakin 2008-ci il tarixində şəxsin vəfat etməsi ilə əlaqədar bir müddət gediş-gəliş azalmışdır. Bağ sahəsi hasara alınmış vəziyyətdə olmuşdur. Daha sonra məlum olub ki, bağ sahəsi Kürdəxanı Bələdiyyəsində işləyən Aslan adlı şəxsdən 8.200 manat ödəməklə saxta yollarla alınmışdır. Bununla bağlı Kürdəxanı Bələdiyyəsinə sorğu verilmişdir, sorğuya cavab məktubundan görünür ki, bu müqavilənin kökü yoxdur, müqavilənin müddəti başa çatmış və uzadılma yoxdur. Müqavilənin müddəti 2017-ci il tarixində başa çatmışdır. Məhkəmə iddianın rədd olunması əsası kimi göstərir ki, bağ sahəsi bir il müddətində istifadə olunmadığı halda vətəndaşlardan geri alınır. Geri alınmanın proseduru vardır, bir qayda olaraq onun hamısına şamil olunması qanunsuzdur. Əgər geri alınma varsa bununla bağlı iclas təyin olunmalı, qərar qəbul olunmalı, bağ sahəsi vətəndaşdan geri alınmalı, ehtiyacı olan digər şəxsə təqdim olunmalıdır. Bununla bağlı araşdırma aparılmadan birinci instansiya məhkəməsi şəxsin vərəsəlik hüquqlarına qanunsuz müdaxilə edərək torpaq sahəsi ilə bağlı iddianı rədd etmək qərarına gəlmişdir. Halbuki bağ sahəsi ilə iki dəfə ekspertiza keçirilmiş, ekspertizanın keçirilməsində şəxsən iştirak etmiş, DƏDRX-dən mütəxəssislər tərəfindən əraziyə baxış keçirilmiş, cavabdehin bağ sahəsi ilə iddiaçıya məxsus bağ sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin hakiminin digər bağ sahəsinə, hansıki mülkiyyətdə olan bağ sahəsinə istinad etməsi əsassız olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən orderi nəzərə almadan qərar qəbul etmişdir. Kürdəxanı Bələdiyyəsinin verdiyi məktubdan görünür ki, həmin sahə Kürdəxanı Bələdiyyəsinin inzibati ərazində yerləşsə də Kürdəxanı Bələdiyyəsi üçün ayrılmış torpaq sahəsi hüdudlarından kənarda yerləşir. Bu sahə Bağlar Təsərrüfatı İdarəsinə məxsus torpaq sahəsi ilə bağlı Bələdiyyənin hər-hansı torpaq ayırmaq səlahiyyəti olmamışdır. Torpaq qanunvericiliyi ilə bağlı Ali Məhkəmənin Plenum qərarı da mövcuddur. Həmin qərara əsasən torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmalıdır. Orada da qeyd olunur ki, həmin torpaq sahəsi Bağlar Təsərrüfatı İdarəsinin ərazisində yerləşən torpaq sahəsidir. Mübahisəli torpaq sahəsini iddiaçı 2014-cü il tarixindən özəlləşdirmək istəyir, lakin özəlləşdirmək mümkün deyildir. Çünki həmin torpaq sahəsi zəbt olunmadan azad olunmalıdır ki, həmin torpaq sahəsini özəlləşdirmək mümkün olsun. Bundan əvvəl onlar hüquq mühafizə orqanlarına müraciət edəndə rəhmətlik Cavabdeh1 təhqiqat orqanına izahat verdi ki, o, torpaq sahəsini Bələdiyyədə işləyən Aslan adlı şəxsdən 8.200 manat pul ödəyərək alıb. Order 4437A torpaq sahəsi ilə bağlı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssisləri həmin sahəyə baxış keçiriblər, konkret olaraq göstərilmişdir ki, mübahisəli torpaq sahəsi həmin torpaq sahəsidir. Burada iki yanaşı bağdır, biri özəlləşib, biri özəlləşdirilməmişdir. Həmin rəy 2022 və 2023-cü illərdə verilmişdir. Texniki planın olmaması vətəndaşın hüquqlarının pozulması üçün əsas deyildir. 27.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, yoldaşı rəhmətə getdikdən sonra bilib ki, həmin torpaq sahəsində tikinti işləri gedir. Yoldaşı rəhmətə gedən günə qədər həmin torpaq sahəsinə özü gedirdi, əvvəlcə torpaq sahəsi setkaya alınmışdı, daha sonra setka oğurlandıqdan sonra hasara alındı. Yoldaşı Bağlar İdarəsinin mühəndisi ilə gedərək torpağı daş hasara almışdı, 5 daş qaldırılmışdır. Daha sonra o, ora getməyib. Bağ qonşusu zəng vurub bildirdi ki, həmin torpaq sahəsində tikinti işləri gedir. O oğlu ilə gedərək torpaq sahəsinə baxmış və görmüşdür ki, orada tikinti işləri gedir. İddiaçı yenidən Bələdiyyəyə müraciət etdi, Bələdiyyə bildirdi ki, həmin sənədlər qanunsuzdur, elə sənəd təqdim etməmişlər. 2014-cü il tarixindən dəfələrlə müraciət etməyinə baxmayaraq bir nəticə əldə edə bilmirlər. Həmin torpaq sahəsi yoldaşından övladlarına qalan torpaq sahəsidir. O, mübahisəli torpaq sahəsinə getməmişdir. Yoldaşı 2008-ci il tarixində vəfat etmişdir. Yoldaşının sağlığında o, oraya getməmişdir. Qonşuların hamısı onu tanıyır. O, 2014-cü il tarixində mübahisəli torpaq sahəsinə getmişdir. Orada 7-8 nəfər qonşu var idi. Yoldaşı rəhmətə gedəndən sonra notariusa yaxınlaşmış, həm evin, həm də bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etmişdir. 2014-cü ildə qonşu ona deməsə idi, bəlkə o, yenə də həmin bağ sahəsinə getməzdi. Yoldaşından sonra anası xəstə idi, başı qarışmışdı. X13 həmin torpaq sahəsini bağlar idarəsindən pulla almışdır. Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin mütəxəssisləri və ekspert həmin yerə gələrək baxış keçirimiş və bildirmişlər ki, həmin torpaq sahəsi hazırkı Cavabdeh2 istifadəsində olan torpaq sahəsidir. Bələdiyyənin nümayəndəsi dedi ki, düzdür bu torpaq həmin orderdəki torpaqdır, Bələdiyyənin nümayəndəsi evin yiyəsinə orderə əsasən toppağın ona məxsus olduğunu dedi, həmçinin qeyd etdi ki, burada tikinti gedir, başqa torpaq sahəsi verər. Aslan adlı şəxs dedi ki, “sizə başqa torpaq sahəsi verərik, mənə təqdim edilən torpaq sahələrinin yiyələri çıxırdı”. Daha sonra o, bildi ki, Aslan onu aldadır, ona görə də məhkəməyə müraciət etdi. Məmmədov Yamilin torpaq sahəsinin ona aidiyyəti yoxdur, onun torpağı Cavabdeh2 olan torpaq sahəsidir. Onların orderin arxa hissəsində heç bir plan sxem yoxdur. 28.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının həmin yerə subyektiv hüququ yoxdur. Əgər həmin yer onlara məxsusdursa, belə olan halda İnzibati Məhkəməyə müraciət edərək order əldə edə bilərdi. Lakin hazırkı vəziyyətdə iddiaçı oraya çıxarış əldə edə bilməzdi, çünki sxematik xəritəyə də onların yeri uyğun gəlmir. xx.xx.2021-ci il tarixli Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin məktubunda qeyd olunur ki, həmin torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisinə aiddir. Cavabdeh2 2010-cu il tarixində Kürdəxanı Bələdiyyəsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin kserosurəti əsasında 4437 nömrəli bağ sahəsinin plan sxematik xəritəsinin hazırlanması barədə arayışı vardır. Ləhic bağları Nardaran və Kürdəxanı Bələdiyyəsinin inzibari Ərazisinə düşdüyünə görə Nardaran Bələdiyyəsi 2009-cu il tarixində mövcud deyildi. Ona görə də 2005-ci ildə ləğv vaxtında Sabunçu Rayon İcra Hakimiyyətinin özünün bütün torpaq sahələri ləğv olundu. Hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş sənədlər, qərar, protokol Bələdiyyə tərəfindən, Bələdiyyə üzvləri tərəfindən verilmişdir. 2007-ci ildə orada cəmi 3 ev var idi. Yamil torpaq sahəsini Nicad adlı şəxsdən almışdır. Qarşı tərəfin mübahisəsi 2016-cı il tarixindən başlamışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin məktubunu təqdim etmişdir. Ləhic bağ massivi dövlətin mülkiyyətindədir, əvvəlcə Bağlar İdarəsinə məxsus idi, daha sonra 2007-ci il may ayının 22-dən Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə verilmişdir. Kürdəxanı Bələdiyyəsi qanunvericilikdə dəyişiklik olana qədər bu tip icarə müqavilələləri bağlaya bilərdi. Qarşı tərəfin istinad etdiyi torpağın onların torpaq sahəsinə aidiyyəti yoxdur, oların istinad etdiyi torpaq sahəsi Məmmədov Yamilə məxsusdur. 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2007-ci ildə onlar həmin torpağa gələn zaman orada yol yox idi. Ora 2013-2014-cü il tarixində yol çəkilmişdir. Həyət pis gündə idi, 2-3 gün orada traktor işləyibdir. 2007-ci ildən 2010-cu ilə qədər onlar orada tikinti işləri aparıblar. Əgər iddiaçı 2008-ci ildə oraya gəlmişdirsə onların tikinti apardıqlarını görməli idi. Onlar oranı tikən zaman icradan, kənd sovetindən, bələdiyyədən gəliblər. Həmin torpaq sahəsinin üzərində ev tikilmişdir, qaz, işıq çəkilmişdir. O, hər il bələdiyyəyə vergi ödəyir. Tikinti ilə bağlı bələdiyyə sənədləri vardır, özəlləşdirilməyibdir. Bununla bağlı qəbzlər iş materiallarına əlavə edilibdir. İddiaçının həmin torpağa aidiyyəti yoxdur. İddiaçı onlara 2014-cü il tarixində müraciət etmişdir. Onlar evi 2007-ci ildən tikirdilər, 2010-cu ildən isə orada yaşayırlar. Torpaq sahəsi Bələdiyyədən alınmışdır. İcarə müqaviləsi Bələdiyyənin sədrindən alınmışdır. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi, X20, X17 və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “Cavabdeh1” aid hissədə müstəqil akt şəklində deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə icraata xitam verməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 36.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 37.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 39.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 41.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 42.163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi iləəldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 43.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 44.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 45.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
46. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 47.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 48.1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malikolduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 49.1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
50.27 fevral 2001-ci il tarixli 96-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32.4-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
51.50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur 52.73.1-ci maddəsinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir.
53.Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il 2186 nömrəli Sərəncamı ilə 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyi nəzərə alınaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi qərara alınmışdır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X19 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 aprel 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, mənzilin (evin) özəlləşdirilməsi ilə bağlı şəxsin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməsi də (zəruri sənədlərin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması) şəxsin hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olmaq məqsədi güdür. Lakin özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
56.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
57.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 58.Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-609/2024 saylı 13 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi qərara alınmışdır. 59.İş materiallarından görünür ki, Bakı şəhəri İHB-nin xx.xx.1991-ci il tarixli, 37 nömrəli orderə əsasən iddiaçının mərhum əri X9 Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 4437A saylı bağ sahəsi ayrılmışdır. X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İddiaçı 2014-cü il tarixində Bakı şəhəri 12 saylı Notariat kontoruna müraciət edərək ərinin 2008-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəlik işinin açılmasını və vərəsələrinin dairəsinin müəyyən edilməsini xahiş etmiş, vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi xahiş edilən əmlak – Bakı şəhəri, Sabunçu rayonu, Ləhişdə yerləşən 0,12 ha torpaq sahəsi olmuşdur. 60.Həmçinin müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi və Cavabdeh2 arasında bağlanılmış torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən, 4437 nömrəli, 1200 kv.m ölçüdə bağ sahəsi 10 il müddətinə xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Cavabdeh2 sahibliyinə aldığı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində son 17 il ərzində ailə üzvləri ilə birlikdə yaşayır. 61.Məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6831 nömrəli 24 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X8 adına 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdikləri bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq birmərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. 62.Həmçinin ekspert rəyinin “tədqiqaq prosesinin təsviri” hissəsində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən “GPS sistemli ölçmə (qlobal mövqe təyin etmə) aparatı vasitəsilə tədqiq olunan torpaq sahəsi üzrə yerində ölçmə işləri aparılaraq, torpaq sahəsinin koordinatları müəyyən edilmiş, ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortfoto, torpaq sahəsinin yerləşdiyi xəritə materiallarına və elektron baza məlumatlarına əsasən araşdırılmış və bu barədə xx.xx.2022-ci il tarixdə **********38 nömrəli mütəxəssis rəyi tərtib edilmişdir. 63.Göründüyü kimi, iddia ərizəsində cavabdehin məcburi qaydada çıxarılması, mövcud tikilinin onun öz vəsaiti hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması xahiş edilən bağ sahəsi Cavabdeh2 istifadə etdiyi bağ sahəsidir. Baxmayaraq ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və eyni tarixli 37 saylı orderdə bağ sahəsinin nömrəsi 4473A kimi göstərilmiş, cavabdehin istifadəsində olan bağ sahəsinin nömrəsi 4437 kimi müəyyən edilmiş, iddiaçının izahatına və məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6831 nömrəli 24 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən məhkəmə kollegiyası X8 adına 60 saylı BTK-nın 4437A saylı bağ sahəsinin mövcud vəziyyətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdikləri bağ sahəsinə uyğun gəldiyini qəbul edir. 64.Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və eyni tarixli 37 saylı order əsasında onun mərhum həyat yoldaşı X9 ayrıldığına, daha sonra mərhum ərinin bağ sahəsinə olan hüquqların ona vərəsəlik qaydasında keçdiyinə istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin bağ sahəsinə hüquqlarının olub-olmamasının araşdırılmasının zəruriliyi iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olub-olmamasına dair məsələ üzrə aparılacaq araşdırmanın nəticəsindən asılıdır. Belə ki, mübahisə predmeti olan bağ sahəsinə iddiaçının hər hansı hüquqa malik olması, onun mübahisə predmeti olan sahəyə qanuni gözlənti hüququnun olması halları öz təsdiqini tapmadığı təqdirdə, ikinci məsələyə keçilməsi zərurəti aradan qalxacaqdır. 65.Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 66.İşin mübahisələndirilməyən halları bundan ibarətdir ki, mübahisəli bağ sahəsi və onun üzərində cavabdeh tərəfindən tikilmiş birmərtəbəli yaşayış evi və həyət tikilisi (hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir) onun istifadəsində və sahibliyindədir. 67.Həmçinin müəyyən edilir ki, mübahisəli bağ sahəsi iddiaçının mərhum ərinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. O, həmin sahəyə sahiblik etməmiş, bu sahədən faktiki olaraq istifadə etməmişdir. İddiaçı ərinin həmin sahəni hasara aldığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mərhum X1 mübahisəli bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməmiş (zəruri sənədlərin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması), özəlləşdirmə hüququnu faktiki olaraq reallaşdırmamışdır. Belə olan halda onun bu hüququ subyektiv hüquqa transformasiya etməmiş, mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olaraq qalmış, onun ölümü ilə də xitam olunmuşdur. Beləliklə də bu əsasla mərhumun mübahisəli bağ sahəsinə olan hüquqların Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən vərəsəlik qaydasında vərəsəsinə (iddiaçıya) keçməsi, bu hüquq onun miras kütləsinə daxil olmadığından, istisna olunur.
68. Digər tərəfdən də orderdə adları qeyd edilən şəxslər, o cümlədən iddiaçı, vaxtında əvəzsiz qaydada bağ sahəsini öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, onlar qeyd olunan hüquqdan, sahənin bağ tikilməsi üçün ayrılmasına baxmayaraq tikinti işlərini aparmamaqla, səlahiyyətli orqanlara müraciət etməməklə, istifadə etməmiş, sahibliyinə keçirməmişlər. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və həmin tarixli 37 saylı order əsasında onun mərhum həyat yoldaşı X9 ayrılmasına, onun 2008-ci il tarixində vəfat etməsinə baxmayaraq, iddiaçının yalnız 2014-cü il tarixində Bakı şəhəri 12 saylı Notariat kontoruna müraciət edərək ərinin 2008-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəlik işinin açılmasını xahiş etdiyi müəyyən edilir.
69. Beləliklə iddiaçı özünə aid olması iddia etdiyi bağ sahəsinin cavabdeh tərəfindən boşaldılmasını və ona təhvil verilməsini, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşdür. Yuxarıda qeyd edilənlərdən isə göründüyü kimi iddia edənin əmlakın mülkiyyətçisi və ya titul sahibi olması vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərtdir. İddiaçının bu statusa malik olmasını sübuta yetirdiyi təqdirdə məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün nəzərdə tutulan digər şərtlərin mövcud olub-olmamasının yoxlanmasına keçməlidir. Yuxarıda qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq iddia tələbini məhkəmədə irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Belə olan halda cavabdehin həmin ev üzərində hər hansı hüquqa malik olub-olmamasının hazırki işin həlli üçün heç bir əhəmiyyəti yoxdur.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayətiüzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etməməsinə baxmayaraq kollegiya tərəfindən işə baxılarkən birinci instansiya məhkəməsinin prosessual pozuntuya yol verdiyi, bunun da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələndiyi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi “Cavabdeh1” aid hissədə müstəqil akt şəklində deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə icraata xitam verməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
72. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-609/2024 saylı 13 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verildiyi nəzərə alınmaqla, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir.
73. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-233/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova