Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6091/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndələri Vəkil2 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 2(009)-901/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı cavabdeh Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən İddiaçı haqqında verilmiş intizam tənbehinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01.09.2008-ci il tarixdən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəqs Ansamblında 10-cu dərəcəli rəqqasə peşəsinə işə qəbul edilmişdir. Qeyd edilən müddət ərzində heç bir intizam tənbehi almamış, Azərbaycan rəqs sənətini müxtəlif yerli və beynəlxalq tədbirlərdə uğurla təmsil etmişdir. Pandemiya səbəbi ilə elan edilmiş xüsusi karantin qaydalarına əsasən Azərbaycanda müxtəlif sahələrin fəaliyyətinə, o cümlədən Azərbaycan X3, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının fəaliyyətinə qadağa qoyulmuşdur. Rəsmi olaraq işə gəlmələrinə icazə verilməməsinə baxmayaraq, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov İddiaçı Azərbaycan X3 inzibati binasına çağırıb, qeyri-qanuni olaraq, İddiaçı məxsus olan pasportu təqdim etməsini tələb etmişdir. İddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmayan sənədləri təqdim etmək öhdəliyinin olmadığını bildirmişdir (Əmək Məcəlləsinin 48-ci maddəsi). Belə olan halda Elçin Qasımov izahat yazılmasını İddiaçı tələb etmişdir. İddiaçı haqlı olaraq qanunsuz tələblə bağlı izahat yazmaqdan imtina etmişdir.İddiaçı izahat yazmaqdan imtina etməsini öz təkəbbürünə sığışdırmayan E.Qədimov mütəmadi İddiaçı heç bir əsas olmadan Filarmoniyaya çağırıb, guya Filarmoniyanın direktor müavini Afət Mikayılovun onunla görüşmək istədiyini bildirmişdir. İddiaçı bir neçə dəfə Filarmoniya binasına gəlib saatlarla Filarmoniya rəhbərliyinin onu qəbul etməsini gözləmiş, lakin sonra görüşə bilmədən geri qayıtmışdır. Sonuncu dəfə E.Qədimova xəbər vermədən birbaşa Afət Mikayılovun yanına yaxınlaşmış və məlum olmuşdur ki, A.Mikayılov İddiaçı çağırmamışdır. İddiaçı ona qarşı olan bu qəbuledilməz hərəkətlərdən bezdiyini E.Qədimova bildirmişdir. E.Qədimov İddiaçı haqlı narazılığını ifadə etməsindən daha da hiddətlənmiş və 01.02.2021-ci il tarixdə İddiaçı Filarmoniyaya çağıraraq ona töhmət elan edildiyini bildirmişdir. İddiaçı töhmət əmrinin surətini ona verilməsini tələb etsə də, töhmət əmrinin surəti ona verilməmişdir. İntizam tənbehinin verilməsi tələbi ilə cavabdehə rəsmi olaraq vəkil sorğusu ilə müraciət edilsə də, vəkil sorğusunda qeyd edilən sənəd təqdim edilməmişdir. Mübahisələndirilən intizam tənbehinin surəti nə iddiaçıya, nə də onun vəkilinin rəsmi sorğusu əsasında vəkilinə təqdim edilməmişdir. Bu səbəbdən həmin əmrin verilməsinin əsasları onlara məlum deyil. Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 2(009)-901/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsiilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin 188-k nömrəli, 24 oktyabr 2014-cü il tarixli əmrində qeyd edilmişdir ki, "... əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri (zamanı) tərk edərək getməsi qəti olaraq qadağan edilir”. Cavabdehin 16 yanvar 2019-cu il tarixli, 26-k nömrəli əmrində artıq nəinki iş günlərində ümumiyyətlə “əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini tərk edərək getməsi qəti olaraq qadağan edilir”. Cavabeh tərəfindən verilmiş əmr işçilərin konstitusyon hüquqlarına zidd olaraq qəbul edildiyi üçün qəbul edildiyi andan etibarsız olmasına ilə yanaşı, cavabdeh tərəfindən həmin əmrlərin iddiaçıya təqdim edilməsi sübut edilməmişdir. İddiaçı həmin əmrlərlə tanış olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsi ilə bağlı müvafiq ərizəni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında məlum olmuşdur ki, iddiaçı xaricdə olmuşdur. Cavabdehin nümayəndəsi və vəkilinin sentyabr ayından iddiaçının Türkiyədə olmasını etiraf etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin 10-cu səhifəsində (3-cü abzas) qeyd etmişdir ki, “Belə olan halda məhkəmə hesab edir ki, 25.01.2021-ci il tarixdə iddiaçı yazılı izahat verməkdən imtina etdiyi vaxt onun həmin pozuntunun işəgötürən tərəfindən aşkar etdiyi vaxt kimi qəbul edilməlidir”. Cavabdeh intizam tənbehinin verilməsi barədə əmrdə iddiaçının ölkə ərazisini tərk etməsi faktını sübut edən hər hansı dəlili əmrə əlavə etməmişdir. Bundan əlavə, guya iddiaçı tərəfindən mədəniyyət işçisinə yaraşmayan tərzdə davranmasının nədə ifadə olunduğu əmrdə göstərilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Vəkil2 və Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət Filarmoniyasının müdiriyyəti ilə İddiaçı arasında bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Rəqs ansamblına müvəqqəti, analıq məzuniyyətində olan S.Əhmədovanın yerinə, 10-cu dərəcəli rəqqasə vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Dövlət Filarmoniyasının 188-k saylı, 24.10.2014-cü il tarixli Filarmoniyada nizam-intizam haqqında əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "b” bəndini əldə rəhbər tutaraq Filarmoniyada çalışan bütün kollektivlərin direktorlarına (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin direktoru Ş.Səmədov; F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru E.Abbasov; Azərbaycan Dövlət Xor Kapellasının direktoru X.Abdullayeva; Azərbaycan Dövlət Rəqs ansamblının direktoru Z.Qasımov; Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin direktoru N.Yaqubova; Fortepiano triosunun rəhbəri TBabayeva) müəssisənin daxili nizam-intizam qaydalarına kollektivin əməkdaşları tərəfindən ciddi nəzarət olunmasını (Əməkdaşların davamiyyəti və işə vaxtında 09:45-də gəlmələri) tapşırmışdır. Əks halda isə heç bir üzürlü səbəb olmadan səbəbsiz yerə gəlməyənlər (gecikənlər) və ümumiyyətlə davamiyyəti pozanlar haqqında ciddi inzibati ölçü götürülməlidir. Eyni zamanda Filarmoniyanın daxili nizam-intizam qaydalarına əsasən kollektivlərin direktorlarına əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri (zamanı) tərk edərək getməsi qəti olaraq qadağan olunmasını tapşırmışdır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilməsi, əmrin icrasına nəzarət direktor müavini A.Mikayılova həvalə olunması əmr edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan X3 2c saylı, 02.03.2018-ci il tarixli cəza tənbehi verilməsi haqqında əmri ilə, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq 2018-ci il fevral ayında (müxtəlif günlərdə) heç bir üzürlü səbəb olmadan işə gəlmədiklərinə görə Azərbaycan Dövlət Rəqs ansamblının rəqqasları X8 (22.02.2018), X5 (03.02.2018, 16.02.2018), X2 (19.02.2018), Babaşı Ülvi Nizami oğluna (13.02.2018), İddiaçı (12.02.2018), X9 (20.02.2018), X4 (19.02.2018), X6 (12.02.2018) töhmət verilmiş, 01.03.2018-ci il tarixdə ansamblın məşqi zamanı heç kimi xəbərdar etmədən özbaşına məşq zalını tərk edərək işdən getdiyinə görə Azərbaycan Dövlət Rəqs ansamblının rəqqası X10 töhmət verilmiş, daxili nizam-intizam qaydalarının tələblərinə ansamblın əməkdaşları tərəfindən riayət edilməsinə nəzarətin gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət orkestrin direktoru X13 ciddi tapşırılmışdır. Əsas: şəxsi izahatlar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 26-k saylı, 16.01.2019-cu il tarixli Filarmoniyada nizam-intizamın gücləndirilməsi haqqında əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini əldə rəhbər tutaraq Filarmoniyada çalışan bütün kollektivlərin direktorlarına (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin direktoru Ş.Səmədov; F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru E.Abbasov; Azərbaycan Dövlət Xor Kapellasının direktoru X.Abdullayeva; Azərbaycan Dövlət Rəqs ansamblının direktoru E.Qədimov; Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin direktoru Vəkil1a; Fortepiano triosunun rəhbəri T.Babayeva) müəssisənin daxili nizam-intizam qaydalarına kollektivin əməkdaşları tərəfindən ciddi nəzarət olunmasını (Əməkdaşların davamiyyəti və işə vaxtında 09:45-də gəlmələri) bir daha tapşırmışdır. Əks halda isə heç bir üzürlü səbəb olmadan səbəbsiz yerə gəlməyənlər (gecikənlər) və ümumiyyətlə davamiyyəti pozanlar haqqında ciddi inzibati ölçü götürülməlidir. Eyni zamanda Filarmoniyanın daxili nizam-intizam qaydalarına əsasən kollektivlərin direktorlarına əməkdaşların Bakı şəhərini və eyni zamanda ölkə ərazisini iş günləri (zamanı) tərk edərək getməsi qəti olaraq qadağan olunmasını tapşırmışdır. Yalnız rəsmi icazə (ərizə və əmr) aldıqdan sonra onların getməsinə rəhbərlik tərəfindən icazə verilməsi, əmrin icrasına nəzarət direktor müavini A.Mikayılova həvalə olunması əmr edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 29-c saylı, 19.11.2019-cu il tarixli cəza tənbehi haqqında əmrin surətindən görünür ki, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq öz işinə məsuliyyətsiz yanaşaraq 07 və 08 noyabr 2019-cu il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə gəlməməsinə görə Azərbaycan Dövlət Rəqs ansamblının rəqqasəsi İddiaçı töhmət verilmiş, daxili nizam-intizam qaydalarının tələblərinə kollektivin əməkdaşları tərəfindən riayət edilməsinə nəzarətin gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət ansamblın direktoru X13 ciddi tapşırılmışdır. Əsas: ansamblın direktoru E.Qədimovun 18.11.2019-cu il tarixli məlumatı və 19.11.2019-cu il tarixli şəxsi izahat. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 108-k saylı, 07.05.2020-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının ən çoxu 30%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı müvafiq qərar və tapşırıqlarının icrasının təmin edilməsi barədə 292-k saylı, 10.08.2020-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum işçi sayının 50%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin əmrin 3.4-cü bəndində ev şəraitində işləyən işçilərin iş vaxtı evdən çıxmaları qadağan edilməsi və bu tələbin pozulmasının intizam məsuliyyətinə səbəb olacağı onların diqqətinə çatdırılması qeyd olunmuşdur. Qeyd olunan əmrlərdə aylıq əmək haqqı və ya dövlət məvacibi tam saxlanılan əməkdaşların həftəlik əsasla növbəlilik qaydasında işləməsinin təmin edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı müvafiq qərar və tapşırıqlarının icrasının təmin edilməsi barədə 388-k saylı, 16.10.2020-ci il tarixli əmrin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum işçi sayının 30%-ə qədərinin işə cəlb edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan X3 1-c saylı, 28.01.2021-ci il tarixli cəza tənbehi haqqında əmrin surətindən görünür ki, Filarmoniyanın və kollektivin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq, kollektiv daxili keçirilmiş iclaslarda dəfələrlə rəhbərlik tərəfindən nəzərə çatdırılmasına baxmayaraq heç kimə məlumat vermədən ölkəni icazəsiz tərk etdiyinə və 26.01.2021-ci il tarixdə bununla əlaqədar olaraq keçirilmiş iclasda mədəniyyət işçisinə yaraşmayan tərzdə davrandığına görə Azərbaycan Dövlət Rəqs ansamblının rəqqasəsi İddiaçı, bu hadisənin pandemiya dövründə təsadüf etməsinə görə mövcud dürüm ilə əlaqədar güzəşt edilərək töhmət verilməsi, daxili intizam qaydalarının tələblərinə kollektivin əməkdaşları tərəfindən riayət edilməsinə nəzarəti gücləndirilməsi işi və gələcəkdə belə hallara yol verilməməsinə nəzarət ansamblın direktoru X14 ciddi tapşırılması əmr edilmişdir. Əsas: ansamblın direktoru E.Qədimovun 26.01.2021-ci il və 27.01.2021-ci il tarixli məlumatları. Kadrlar şöbəsinin mütəxəssisi Nümayəndə, Rəqs ansamblının direktoru E.Qədimov tərəfindən tərtib edilmiş və Azərbaycan X3 direktoru tərəfindən təsdiq edilmiş 25.01.2021-ci il tarixli aktın kserosurətindən görünür ki, Filarmoniya rəhbərliyinin göstərişi ilə Rəqs ansamblının direktoru və kadrlar şöbəsinin mütəxəssisi tərəfindən Azərbaycan Dövlət Rəqs ansamblının rəqqasəsi İddiaçı zəng edilərək 25.01.2021-ci il tarixdə kadrlar şöbəsinə gəlməsi və rəhbərliyə məlumat vermədən icazəsiz olaraq ölkə ərazisini tərk etdiyinə görə izahat yazması üçün çağırılmışdır, lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir. Kadrlar şöbəsinin mütəxəssisi Nümayəndə, Rəqs ansamblının direktoru E.Qədimov, mühafizə hissəsinin gözətçisi C.Cabarov tərəfindən tərtib edilmiş və Azərbaycan X3 direktoru tərəfindən təsdiq edilmiş 01.02.2021-ci il tarixli aktın kserosurətindən görünür ki, Filarmoniya rəhbərliyinin göstərişi ilə Azərbaycan Dövlət Rəqs ansamblının rəqqasəsi İddiaçı 01.02.2021-ci il tarixdə intizam tənbehi (töhmət) əmri ilə tanış olmaq üçün Filarmoniyaya şəxsən dəvət olunmuşdur. Amma buna baxmayaraq o, öz anası ilə və daha sonra isə özünü vəkil adlandıran şəxslə icazəsiz olaraq kadrlar şöbəsinə qeyri-etik formada, icazə almadan və heç bir sənəd təqdim etmədən daxil olmuş və kobud formada özünə aid olmayan tələblərlə İddiaçı aid olan intizam tənbehi əmrinin surətini tələb etmiş və əks təqdirdə verməyəcəkləri halda "məhkəmədə bunalara görə cavab verəcəksiniz və şahid qismində iştirak edəcəksiniz” kimi ifadələr işlədərək kadrlar şöbəsinin əməkdaşını təhdid etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı heç kimə məlumat vermədən ölkəni icazəsiz tərk etməsinə görə 25.01.2021-ci il tarixdə kadrlar şöbəsinə izahat verməsi üçün dəvət edilmiş və eyni zamanda gələrkən xarici pasportunu gətirməsi bildirilmişdir. 25.01.2021-ci il tarixdə iddiaçı Filarmoniyaya gələrək kobud şəkildə izahat yazmayacağını və pasportunu verməyəcəyini, rəhbərliyin ondan xarici pasportunu tələb etməsinin qeyri-qanuni olduğunu və ehtiyac olarsa yalnız hüquq-mühafizə orqanlarına təqdim edəcəyini kəskin formada bildirmişdir. Halbuki İddiaçı xarici pasportu tələb olunarkən o, əvvəlcə yaşayış yerini dəyişdiyinə görə əşyalarının dağınıq olduğunu və yaxın zaman ərzində pasportu taparaq gətirəcəyini və rəhbərliyə təqdim edəcəyini bildirmişdir. İddiaçıya ölkədən getməklə bağlı icazənin alınmasını daxili qaydalarla tənzimlənməsini, onun həmin qaydalarla tanış olması və bu barədə dəfələrlə iclasda qeyd olunması bildirilsə də, iddiaçı kobud formada izahat yazmaqdan imtina etmişdir. Eyni zamanda iddiaçıya növbəti gün işə gəlməsi və bu məsələnin araşdırılması barəsində deyilsə də, o həkimə gedəcəyini əsas gətirərək gələ bilməyəcəyini bildirmişdir. İddiaçının bu davranışını nəzərə alaraq Azərbaycan Dövlət Rəqs Ansamblın direktoru Elçin Qədimov iddiaçı barəsində müvafiq tədbir görülməsi ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasına müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin məcəllənin 96-cı maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin iş vaxtı müəyyən edilməsə də, əmək müqaviləsində həmin vaxtın işəgötürənin daxili əmri ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin müqavilənin 4.7-ci bəndindən görünür ki, işçinin iş saatı daxili nizam-intizam qaydasına əsasən, tənzimlənir. İşin mübahisə olunmayan hallarına görə, iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş iş vaxtının rejimini və qaydaların tələblərini pozaraq, 2020-ci ildə əmək məzuniyyətinə çıxmış və əmək məzuniyyəti senytabr ayında bitmişdir. İddiaçı əmək məzuniyyətinə çıxdığı vaxtdan Türkiyə Respublikasına getmiş və oradan 2020-ci ilin noyabr ayında qayıtmışdır. Göründüyü kimi iddiaçının məzuniyyətinin bitməsinə baxmayaraq, o, cavabdeh tərəfindən müəyyən edilmiş iş vaxtı işə çıxmamış, sonradan isə bununla bağlı izahat verilməsi tələb edilsə də, izahat verməkdən imtina etmişdir. Əksinə iddiaçı kadrlar şöbəsində kollektivin direktoru və kadrlar şöbəsinin digər əməkdaşlarına mədəniyyət işçisinə layiq olmayan tərzdə çox kobud formada davranmışdır. Bunun nəticəsi olaraq, cavabdehin 28.01.2021-ci il tarixli 1-C saylı əmr ilə iddiaçıya töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin məcəllənin 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi cavabdeh tərəfindən 28.01.2021-ci il tarixli 1-C saylı əmr qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-187.3-cü maddələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İş materiallarından göründüyü kimi 25.01.2021-ci il tarixdə iddiaçı yazılı izahat verməkdən imtina etdiyindən həmin tarix işəgötürən tərəfindən pozuntunun aşkar edildiyi və iddia müddəti axımının başlandığı tarix kimi qəbul edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sərbəst hərəkət etmək hər kəsin konstitusion hüququ olsa da, bu iddiaçıya əmək qanunvericiliyində nəzərdə tutulmuş tələbləri pozmaq hüququ vermir. Tərəflər arasında əmək müqaviləsi bağlandığından və iddiaçı həmin müqavilənin şərtlərini qəbul etdiyindən müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələri və öhdəlikləri icra etməlidir. Azərbaycan Respublikası Konstitusiyasına bu tərzdə istinad edilməsi hüquqdan suiistfadəyə yol açır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyaraq, iddiaçının subyektiv mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 2(009)-901/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6091/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6091/2021
29.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver