Məhkəmə qərarları › İş №2(103)-6093/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6093/2022

15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6093/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o,17 avqust 1964-cü ildə Ermənistan SSR-nin Masis rayonu Həbil kəndində anadan olmuşdur. Ailəliklə 1988-ci ildə milli münaqişə zəminində Ermənistandan qaçqın düşərək ünvan 1 ünvanda məskunlaşmışlar. Həmin vaxt Bakı şəhərinə gələrkən heç bir sənədi və ya əmlakı özləri ilə götürmək mümkün olmamış, yalnız canlarını erməni vandallarının əlindən güclə qurtarmışlar. Qeyd olunan 79 saylı yaşayış binası söküldükdən sonra, əvəzində hazırda qeydiyyatda mənzil verilmişdir. Ailədə 4 bacı və 1 qardaş olmuşlar. Yəni o, bacıları X4, X5, X6 və qardaşı 1966-cı il təvəllüdlü X8. X2 xx.xx.2015-ci ildə, anası X3 isə 24 noyabr 2001ci ildə 65 yaşında vəfat etmişlər. Vərəsəlik məsələlərinin həlli ilə əlaqədar doğum haqqında şəhadətnamə lazım olduğu üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş və Ermənistanda olan akt qeydimin bərpa edilməklə, ona yeni şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin maraqlı şəxs 02 fevral 2019-cu il tarixli 20 saylı məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı Qərarının 16-cı bəndinə istinad edib ərizənin təmin olunmasından imtina edərək, akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlərin olmadığı üçün məhkəməvə müraciət etməyini tövsiyə etmişdir. Qeyd olunan faktın təsdiqini onun ailə üzvləri və onlarla birlikdə Ermənistandan qaçqın düşmüş qohumları və Bakı şəhərində vaşayan qonşuları da təsdiq edə bilərlər. Eləcə də, ona xx.xx.2018-ci ildə verilmiş şəxsiyyət vəsiqəsi də təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq, onun doğum haqqında akt qeydinin Maraqlı şəxsndə bərpa edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında onun 17 avqust 1964-cü ildə Ermanistan SSR-nin Masis rayonunda anadan olması, ata qrafasında X10, ana qrafasında X3, özünün və valideynlərinin milliyyətinin "Azərbaycanlı“ yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(005)- 1808/2019 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Masis rayonunda anadan olması barədə doğun akt qeydinin bərpa edilməsi, bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi, doğum haqqında şəhadətnamənin “аtа” qrafasında X9, “ana” qrafasında X1 qeyd edilməsi qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1808/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini və həmin qətnamə əsasında ona Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni ləğv edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi ərizə ilə müraciət edərək bildirdi ki, hazırda doğum haqqında şəhadətnaməsini tapdığından ərizəyə baxılması zərurəti aradan qalxmışdır, bu səbəbdən ərizəsindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(005)-1808/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Ərizəçi iddiadan imtina etməsi qəbul edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(005)- 1808/2019 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə icraata ərizəçinin iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar