Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6096/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X12 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “fərdi yaşayış evinə köçürülmə” hakimlər X10 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mirzəağa oğluna qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3546/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər X11 bacısı, Cavabdeh Mirzağa oğlu isə qardaşıdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda 212 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 yaşayış otağından, 1 mətbəxdən, sanitar qovşaqdan, bir açıq eyvandan ibarət yaşayış evini o, sahibindən almışdır. Həmin evin hesabat cədvəlini bacısı X3 adına tərtib etdirmişdir. Evin tikintiyə aid göstəriciləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən tərtib edilmiş, evin sxemi Biləcəri qəsəbə inzibati Ərazi dairəsinin nümayəndəsi İ.İ.İbrahimov tərəfindən təsdiq edilmişdir. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar. O, isə ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olduğu mənzil sabiq arvadı X2 mülkiyyətindədir. Nənəbacı Həsənova ilə aralarında olan nikah xx.xx.2010-cu il tarixdə pozulmuşdur. Ailə münasibətləri pozulduğundan aralarında narazılıqlar yaranmış, Nənəbacı Həsənova mənzildə yaşamağına dözülməz şərait yaratmışdır. Ona görə də, o, yuxarıda qeyd etdiyi, öz puluna aldığı evdə yaşamağa başlamış, həmçinin o, hesab edir ki, həmin ev onun yaşayış yeri sayılır. Evə və torpaq sahəsinə görə vergiləri o, ödəyir və bu barədə Biləcəri Bələdiyyəsi tərəfindən ona 04181 nömrəli 15 mart 2024-cü il tarixli arayış verilmişdir. Son vaxtlar cavabdehlər onu evə buraxmır, bu səbəbdən də, o, evə köçürülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Köçmək istədiyi ev onun yaşayış yeridir, cavabdehlər onu yaşayış yerindən qanunsuz məhrum etmişlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3546/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 180.1, 180.2, 1133.1,1133.2, 1151.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 81-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Beləliklə, iddiaçı bacısı X3 vəsiyyətnamə üzrə vərəsəsi olduğuna əsaslanaraq, H.Qasımovanın mülkiyyətində olan və ona vəsiyyət edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsini tələb etsə də, mülki işdə olan sübutlarla, tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, həmin evlə bağlı X11 ilə X13 arasında alqı-satqı müqaviləsi sadə yazılı formada bağlansa da, notarial qaydada təsdiq edilməmiş, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı mübahisəli tikilinin onun tərəfindən alındığını iddia etsə də, onun tərəfindən alınması sübut olunmamış, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq etməmişdir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - satıcı X13 ilə alıcı X14 arasında bağlanmış 27 may 2015-ci il tarixli evlərin alqı-satqı müqaviləsinə əsasən, X1 rayonu, DYPB-nin altı, İİ məhəllədə yerləşən mənzili X8 X4 vasitəsilə 44.000 manata satmışdır. Verilən behin məbləği 5.000 manat təşkil etmişdir; - Təcili və X22 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 iyun 2024-cü il tarixdə X14 üçün çağırış edilmiş, həmin gün saat 15:30-da həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur; - Vüsal - 98” Firması tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli 441855 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, X7 cənazəsinin yuyulması və maşınla aparılması üçün ümumilikdə 300 manat məbləğində ödəniş həyata keçirilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı verilmiş 12 iyun 2024-cü il tarixli arayışdan görünür ki, AZ – İİ seriyalı 430460 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən “durğunluq ürək çatmamazlığından” X14 vəfat etmiş, dəfn xərcini İddiaçı çəkmişdir; - Qusar rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli, 165 nömrəli arayışdan görünür ki, mərhum X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Qusar rayonu Aşağı Ləgər kənd qəbiristanlığında dəfn edilmiş, onun dəfn və hüzn xərci qardaşı Cavabdeh Mirzağa oğlu tərəfindən verilmişdir; - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X20 tərəfindən 27 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatda olan X14 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. “1. Hazırda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edilib. Onlardan biri notariat ofisində saxlanılır, ikinci nüsxə vəsiyyət edənə verilir.”; - 18 may 2024-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə onun qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir; - 18 may 2024-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində X14 tərəfindən verilmiş ərizədən görünür ki, H.Qasımova ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata alınmasına razıdır, etiraz etmir; - İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, 30 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh Mirzəağa oğlu iddianı qəbul etmədiyini, iddiaçının köçmək istədiyi evi özü aldığını, mərhum X3 dəfninin özü tərəfindən təşkil edildiyini və s. bildirmişdir. İddiaçı isə cavabdehin mülahizələrinin həqiqətə uyğun olmadığını bildirir və o, qeyd etmişdir ki, həmin evi o, yəni iddiaçı almış, evin hesabat cədvəlini bacısı X3 adına tərtib etdirmişdir. Evin tikintiyə aid göstəriciləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən tərtib edilmiş, evin sxemi Biləcəri qəsəbə inzibati Ərazi dairəsi nümayəndəsi İ.İ.İbrahimov tərəfindən təsdiq edilmişdir. Cavabdeh onu və xəstə bacısı Həmiyyə Qasımovanı da evə buraxmamışdır. O, çıxılmaz vəziyyətdə qaldığına görə sabiq arvadı X5 müraciət edərək bacısı X9 mülkiyyətində olan ünvan 5 ünvanına aparmasına razılığını almış, həmin mənzildə Həmiyyə bir müddət qalmış və 09 iyun 2024-cü il tarixdə orada ölmüşdür. Bu fakt "Təcili və X19 Stansiyasının verdiyi ölüm haqqında Xəbərdarlıq vərəqəsi" ilə sübuta yetir. (Xəbərdarlıq vərəqəsi əlavə olunur) Həmiyyə Qasımovanın cənazəsini iddiaçı yudurtmuş, yuyulmağa görə 80 manat, Qusar rayonuna aparılması üçün maşına 220 manat ödəmişdir. Bu fakt "xxxx" Firmasının verdiyi 08 iyun 2024-cü il tarixli 441855 nömrəli qəbzlə sübuta yetir. Həmiyyə Qasımovanın dəfn xərcini də iddiaçı çəkmişdir. Bu fakt Biləcəri Bələdiyyəsinin 01/149 saylı 12 iyun 2024-cü il tarixli arayışı ilə sübuta yetir. Cavabdeh məhkəməyə təqdim etdiyi “2024-cü il üçün yerli (bələdiyyə üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi" vergilərin onun tərəfindən ödənildiyini sübut etmir. Evə və torpaq sahəsinə görə vergiləri iddiaçı ödəyir. Ödəniş barədə Biləcəri Bələdiyyəsinin 04181 nömrəli 15 mart 2024-cü il tarixli arayışı iş materiallarında vardır. İddiaçının bacısı Həmiyyə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş 27 yanvar 2024-cü il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ev alqı-satqısı ilə məşğul olduğunu bildirməklə yanaşı, mərhum H.Qasımova tək qadın olduğu üçün marketə yaxın ev axtarıldığını, mübahisəli fərdi yaşayış evinin onun tərəfindən göstərildiyini, lakin ödənişlərin həyata keçirilməsində iştirak etmədiyini bildirmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 torpağın əvvəlki sahibi olduğunu bildirməklə yanaşı, mübahisəli fərdi yaşayış evinin tikintisinin onun tərəfindən həyata keçirildiyini, kommunalların onun adına olduğunu, Cavabdeh və H.Qasımovanın birlikdə evə gəlib baxdıqlarını, iki gün sonra beh verdiklərini, sonra tam alqı-satqı olduğunu və evi 44000 manata Cavabdeh Mirzağa oğlunun aldığını bildirmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 mərhum H.Qasımovanın qonşusu olmaqla yanaşı, mərhum H.Qasımova ilə çox yaxın olduğunu, Cavabdeh ona baxdığını və şifahi olaraq yanında hər nəyi varsa Cavabdeh bağışladığını dediyini bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 123, 152.6, 158, 159, 560, 1166, 1178, 1154, 1193; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını mübahisənin həllinə düzgun tətbiq etməmiş, məhkəmə iddiaçının belə bir tələb irəli sürməyə subyektiv hüququnun olması faktını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməmiş ,öz qənaətini maddi-huquq normaları baxımından əsaslandırmamışdır. Vəsiyyətnamə üzrə vərəsə olan şəxsin vəsiyyət qoyanın əmlakı ilə bağlı məhkəmədə iddiaçı və ya maraqlı şəxs kimi iddia qaldırma kimi subyektiv huququnun olmamasına dair məhkəmənin gəldiyi nəticə əsaslı fakt kimi qəbul edilə bilməz. Çünki Mülki məcəllənin 1154-cu maddəsi müəyyən edir ki, miras qoyanın mirasa daxil olmayan qeyri əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. Mənzilə iddiaçının qeydiyyata alınmasına razılığının notariat qaydasında əmlak sahibi olan H.Qasımova tərəfindən veilməsi muqabilində iddiaçının həmin əsasla “mənzilə köçurmə” barədə iddia verməyə subyektiv huququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə maddi huquq normalarının mubahisənin həllinə tətbiqi baxımından əsaslı sayıla bilməz. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla verilir. Sahiblik əşyanın özünun verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş verir. Qanunvericiliklə sahiblik huququnun həyata keçirilməsi bu hüquqdan istifadə etmə yolu mulkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs,o cumlədən mulkiyyətçi tərəfindən pozulmaqdan mudafiə edilir. Mulkiyyət huququ ilə yanaşı əmlakdan istifadə huququ və əmlak hüquqları əmlakın mulkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunanlar ilə əlaqədar məhkəmə nəzərə almamışdır ki, mubahisəli mənzil H.Qasımovanın mulkiyyətində olmasa da, həmin mənzilə onun sahiblik və istifadə hüquqları olmuş, həmin hüquqlar isə onun ölumundən sonra vəsiyyət verdiyi iddiaçıya keçmişdir. Vəsiyyətnamənin məzmununda isə birbaşa qeyd olunur ki,” 1.”.Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm”. MM-nin1151 – ci maddəsi ilə əlaqədar “Mirasa miras qoyanın öldüyu anadək malik olduğu əmlak huquqlarının və vəzifələrin toplusu daxildir. Bu baxımdan iddiaçı miras qoyan şəxsin istər həmin mənzil, istərsə də qeyd olunan 1154-cu maddə üzrə qeyri əmlak huquqlarının varisi kimi subyektiv hüquqa malikdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək həm evə qeydiyyata düşmək, həm də orada köçüb yaşamaq istədiyini, həmin evin bütün kommunal xərclərinin onun tərəfindən qarşılandığını, qardaşının onunla prinsip apararaq orada yaşamasına mane olduğunu, ondan həmin evə köçüb yaşamasına qarşılıq 10000-15000 manat pul istədiyini, hazırda həmin evin boş olduğunu, qardaşının 2 evinin olduğunu, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evin özbaşına tikili hesab edilməsi ilə bağlı mövqeyi ilə razı olmadığını, həmin ərazidə yerləşən bütün mənzillərin alqı-satqısının sadə yazılı əqd bağlamaq yolu ilə əldə edildiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh Mirzəağa oğlunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
7. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin imtina məktubunda qeyd edilmişdir ki;- yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən, Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd : ( mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikasının Qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim edilməlidir. Əks təqdirdə müraciətinizdə adları qeyd edilən vətəndaşların qeydiyyata alınması tərəfimizdən mümkün deyil. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X17 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 11.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən:12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər.12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir:13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi;13.1.2. mənzil, mənzilin hissəsi;13.1.3. otaq;13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir.13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 12.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. 110.Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 112.Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 14.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır iddiaçı iddia tələbi kimi fərdi yaşayış evinə köçürülməni qoysa da, həm iş materiallarından, həm də məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o ilk növbədə həmin evə qeydiyyata düşmək istəmişdir. İddiaçının bacısı ölümündən öncə ona məxsus olan bütün əmlakların iddiaçıya vərəsəlik qaydasında keçməsinə vəsiyyətnamə versə də, iddiaçının mərhum bacısının həmin evə dair mülkiyyət (əmlak) hüququnu təsdiq edən sənədlər də müəyyən edilmir. Apellyasiya şikayətin dəlillərinə münasibətdə iddiaçının qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, əmlak kütləsi müəyyən edilməyən vəsiyyətnamədə müzakirə edilən tikili üzrə vərəsəlik hüquqları müəyyən edilmir, lakin qanunvericiliklə müəyyən edilmiş qaydada mərhum bacısına mənsub ola bilən hüquqlar müstəvisində iddiaçı vərəsəlik hüquqların həyata keçirə bilər. 15.Qeyd edildiyi kimi, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3546/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.