Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6097/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin, iltizam tənbeh tədbirinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdehn nümayəndəsi X12 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsindən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X4 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. 2.xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni xx.xx.2020-ci il tarixindən 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. 3.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədr müavini Ramiz Rzayevin 27 iyul 2022-ci il tarixli əmri ilə İddiaçı öz razılığı ilə 2022-ci il 26 iyul tarixindən X1 Orta və kiçik tibb heyətinə təlimatçı vəzifəsinə keçirilmişdir. 4.X1 direktoru Səidə Babazadə tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramova ünvanlandırılmış xidməti məruzədə göstərilmişdir ki, İddiaçı noyabr və dekabr aylarında nizam-intizam qaydalarını pozmuşdur, dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Bu səbəbdən tərtib edilən aktlar təqdim olunur. 5.24 iyun 2022-ci ildə cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanlanan məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmrə edilmiş düzəlişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasında köməklik göstərilməsi xahiş olunmuşdur. 6.Tərtib edilmiş birinci aktda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlanmışdır. Yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91-ci səhidədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92-ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:00-15:00-dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zamanı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.” Akt həkim fizioterapevt Səbunər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır. 7.Tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, “... İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunmuşdur. Sonradan nöqsanları aradan qaldırmaq istiqamətində üzərində işləməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında iclas keçirilmişdir, lakin iclas zamanı emosional danışaraq işçilərin ona qarşı qərəzli mövqedə olduğunu bildirərək otaqda konfliktli vəziyyət yaratmışdır, subordinasiya qaydalarını pozmuşdur, etik qaydalar mövzusunda təlim keçdiyini və direktorun məlumatsız olduğunu bildirərək hörmətsizlik etmişdir. İclasın sonunda münaqişənin həlli üçün kompromisə gəlməmişdir.” X17, Sənubər Əliyeva, Zamir Əsgərov, Aliyeva Nərmin və Fərəcova Çinarə tərəfindən imzalanmışdır. 8.Tərtib edilmiş üçüncü aktda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva 2217 və 2231 saylı kartlarının təyinat vərəqləri prosedur jurnalları ilə müayisə edilib, yoxlanılan zaman müəyyən edilmişdir ki, X14 mütəxəssislərinin iş jurnalında müvafiq qeydlər aparılmamışdır, hər iki pasiyent MBT aktiv və passiv zalında prosedurda olmuşdur. Bu barədə İddiaçı məlumat verildikdə pasiyenti aktiv zalda görmədiyini və bu səbəbdən qeyd aparılmadığını bildirmişdir, lakin qeyd olunan pasiyentlərdən biri həm aktiv həm passiv zalda iştirak etdiyini digər əməkdaşlar görmüşdür. Bu barədə pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir, İddiaçı izahat yazması bildirilmişdir. Sonuncuya izahat yazması bildirildikdə imtina etmişdir və Daxili Nəzarətin araşdırmasından sonra yazacağını bildirmişdir.” 9.Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlandırlmış dördüncü aktda göstərilmişdir ki, “Bu akt İddiaçı adına tərtib olunur. İş saatı 09:00 başlamasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə səhər saat 09:16- da təlimçi İddiaçı MBT otağına daxil olmuşdur. Xəstə qəbulu isə artıq başlamışdır və təlimçi Seydul bəy 7 xəstə qəbul etmişdir. Mən isə zalda əyləşib xəstələrin MBT jurnalını yoxlayırdım. Gümira xanım zala daxil olub əyləşdi və telefona bir qədər baxdıqdan sonra mənə yüksək tonla, xəstələrin qarşısında “Siz aranı qızışdırırsınız, mən Anar Bayramova məktub yazıb siz, Çinarə xanımdan, Səidə xanımdan şikayət edəcəm deyərək hədə-qorxu gəldi. Mən isə sakit şəkildə niyə belə danışdığını və nə baş verdiyini soruşdum, yenidən xəstələrin qarşısında qışqıraraq “sən işə neçədə gəlirsən ki..” deməkdə davam etdi. Subordinasiya qaydalarını xəstələrin qarşısında pozduğuna görə problem yaranmasın deyə mən otaqdan çıxdım. Nəzərə alın ki, dəfələrlə Gülmira xanıma işə gecikdiyi, hətta işdə olduğu zamanlarda iş saatında belə işdən yayındığı və zalda çox xəstə olmasına baxmayaraq işdən nahar vaxtından 15-20 dəqiqə tez nahara çıxmasına görə xəbərdarlıq olunub. Bütün bunlara baxmayaraq, mənə işdə subordinasiya qaydasından kənara çıxaraq cavablar verir və eyni qaydada davam edir...” X18, təlimçi Kaya Seydul, baş tibb bacısı Çinarə Fərəcova tərəfindən imzalanmışdır. 10.Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 3-17-413-206/0/2023 saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilsin.” 11.Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir. 12.Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-896-2023 saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla 2020-ci il 28 sentyabr tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 28 mart tarixində xitam verilsin. 13.“Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı ilə Cavabdeh İddiaçı ilə bağladığı əmək müqaviləsinə 28 mart 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.b (əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 14.İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17- 4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun X3 X14 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X4 X14 üzrə təlimatçı vəzifəsində çalışmışdır. 2022-ci ilin sentyabr ayından X3 rotasiya olunmuşdur. Bundan sonra ilk gündən X1 direktoru Səidə Babazadə tərəfindən böyük aqressiya ilə qarşılanmışdır. S.Babazadə iddiaçını tanımadığı halda ilk görüşdən ona xoşagəlməz sözlər demiş, hər dəfə bir bəhanə ilə onu qəbuluna çağırıb danlamışdır. Müəssisədə fizioterapevt Sənubər Əliyeva və Fizioterapiya Şöbəsində böyük tibb bacısı işləyən Yeganə Şahbazova iddiaçının işlədiyi idman zalına gələrək pasientlərin gözü önündə ona yüksək tonla iradlarını bildirib, iddiaçının hüquqlarını pozmuşlar. İddiaçı onlara cavab olaraq səs tonlarına diqqət etmələrini bildirmişdir. xx.xx.2022-ci il tarixdə müəssisənin direktoru iddiaçını yenidən iş otağına çağıraraq ona qarşı yazılan 4 aktı təqdim etmiş və bu aktları artıq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyini bildirmişdir.İddiaçının həmin aktların tərtib olunmasından məlumatı olmamış, aktlar tərtib olunarkən ondan izahat alınmamış, iddiaçı aktlarla tanış edilməmişdir. Həmin aktlar qərəzli şəkildə tərtib olunmuşdur, heç bir hüquqi əsası, sübutu yoxdur. Həmin aktlardan 2-si idman zalında olan jurnalla əlaqəlidir (hər iki aktın düzgünlüyünə Sənubər Əliyeva və Yeganə Şahbazova imza etmişlər). Aktın birində iddiaçının işləmədiyi, digər 2 kolleqasının işləyib jurnalda qeydiyyatlarını aparmadıqları pasientlər haqqında iddiaçının adına akt tərtib edilmiş, digər aktda isə sıra rəqəminin 2 dəfə ardıcıl düşməyi və səliqəsiz formada yazılması göstərilmişdir. Həmin ərəfədə iddiaçı aktiv idman zalında tək xidmət etmiş, zala pasientlər kütləvi formada gəldiyindən o təkbaşına həm pasiensləri qəbul etmiş, həm hansı müayinə metadu tətbiq edəcəklərinə dair təlimatlar verməli, zalda olan əlil pasientlərin qurğulardan yıxılmaqlarına nəzarət etməli və hər bir pasienti vaxtında idman zalından jurnalına qeyd etməli olduğundan sıra nömrəsində bu kimi problemlər yaranmış, rəhbərliyin də bu müvəqqəti narahatçılıqdan məlumatı olmuşdur. Halbuki, iddiaçı jurnalı incələdikdə sıra nömrələrində ardıcıllığın pozulması halının daha öncə də təkrarlandığını görmüşdür. Lakin, iddiaçı həmin jurnalı məhkəməyə təqdim edə bilmir. Aktın birində Yeganə Şahbazova iddia etmişdir ki, iddiaçının dəfələrlə işə gecikmə halları baş vermiş, iş vaxtı nahardan öndə və nahardan çox vaxt keçdikdən sonra iş yerinə gəlmişdir. Lakin, buna dair heç bir sübut yoxdur. Müəssisənin kadrlar üzrə mütəxəssisi hər gecikən işçidən izahat tələb edir, iddiaçının isə belə bir izahatı yoxdur, çünki o işə gecikmir. Aktın düzgünlüyünə Yeganə Şahbazova, türk vətəndaşı Səydul Kaya (Azərbaycan dilində bir o qədər səlis başa düşməyən), baş tibb bacısı otaqda olmadığı halda imza etmişlər və 1 aktı psixoloq Pərvin Süleymanova iclasda heç bir hadisə baş vermədiyi halda əsassız olaraq iclasın aktını tərtib etmişdir. İddiaçı düşünür ki, iclasın protokolunu tərtib etmək əvəzinə aktını tərtib etmişdir. Aktda iddiaçının direktorla ikilidə olan danışığını qeyd etmiş, aktın düzgünlüyünə əməkdaşlar imza etmişlər. Sual yaranır ki, iddiaçının direktorla təklikdə dialoqundan Pərvin Süleymanovanın və 5 əməkdaşın necə məlumatı ola bilər?! 13 fevral 2023-cü il tarixdə iddiaçının adına Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun təsdiq etdiyi töhmət gəlmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud surətdə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək edilməməsi, bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlərə, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin mənafeyinə ciddi xələl gətirilməsinə görə töhmət verilmişdir. Halbuki, iddiaçıya töhmət verilməzdən öncə ondan izahat alınmamışdır. İddiaçının əleyhinə aktlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yazılmışdır. Lakin nədənsə töhmət xx.xx.2023-cü il tarixdə, yəni 2 aya yaxın müddət sonra verilmişdir. 28 mart 2023-cü il tarixdə səhər saatlarında əmək müqaviləsinin həmin tarixdə xitam olunması haqqında xəbərdarlıq, ardınca iş vaxtının bitməsinə yaxın əmək müqaviləsinin xitamı haqqında əmr gəlmişdir. İddiası ən son əmək müqaviləsini 22 fevral 2023-cü il tarixdə “Emas” elektron portalında ASAN imza vasitəsilə imzalamışdır. Əmək müqaviləsinin müddəti haqqında hissədə qeyd olunmuşdur ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 il 1 gün müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. Lakin, qanunsuz olaraq müqavilə müddətinin bitməsi ilə xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir. 16.Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Agentliyin Şağan X8 və kiçik tibb heyətində təlimatçı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci il müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci ildə Agentliyin X1 orta və kiçik tibb heyətində təlimatçı vəzifəsinə keçirilmişdir. Daha sonra Məcəllənin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilə xx.xx.2023-cü il tarixə qədər uzadılmış və xx.xx.2023cü il tarixdə Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bununla bağlı Agentlik tərəfindən iddiaçıya məxsus əmək kitabçası onunla əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə X11 Kitabına şəxsən imza etdirilməklə təhvil verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl əmək fəaliyyəti zamanı öz vəzifə öhdəliklərini noyabr və dekabr aylarında ardıcıllıq pozduğuna görə barəsində aktlar tərtib olunmuş və 13 fevral 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2.a bəndinə uyğun olaraq töhmət verilmişdir. 17.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsiilə (hakim-Mustafayev Etibar) iddia tələbi təmin edilərək, İddiaçı barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3- 17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, İddiaçı X3 X14 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdehn üzərinə həvalə edilməsi, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh publik hüquqi şəxsdən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: 18.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 fevral 2023-cü il tarixli, 3-17- 413-206/0/2023 saylı əmrində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilsin.” 19.Cavabdeh iddiaçı barəsində tətbiq edilən intizam məsuliyyətinə səbəb olan halların baş verməsini xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixi aktlarla əsaslandıraraq onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b”, 72-ci maddəsinin “e” və 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndlərini tətbiq etmişdir. 20.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın: - 77-ci bəndinə əsasən, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. - 78-ci bəndinə əsasən, aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: “Məktəblərin yeni dərs ilinə hazırlanması haqqında”). - 79-cu bəndinə əsasən, aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. - 80-cı bəndinə əsasən, akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. - 81-ci bəndinə əsasən, akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. - 82-ci bəndinə əsasən, aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır. 21.İş materiallarında olan xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, “xx.xx.2022ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlamış, yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91-ci səhidədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92-ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:00- 15:00dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zamanı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.”Akt həkim fizioterapevt Səbunər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır.” 22.Göründüyü kimi aktın tərtib edildiyi tarix 24 noyabr 2022-ci il göstərilsə də, orada xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclasın keçirilməsi əks olunmuş. Bu da öz növbəsində aktın 24 noyabr 2022-ci il tarixdə tərtib olunmasının mümkünsüzlüyünə dəlalət edir.
23. xx.xx.2022-ci il tarixli aktda İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunması və xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında keçirilmiş iclas zamanı onun tərəfindən etik qaydaların pozulması ilə bağlı olsada həmin iclasın protokolu iş materiaalrına əlavə edilməmişdir.
24. xx.xx.2022-ci il tarixli akt yalnız bir nəfər fizioterapevti Sənubər Əliyeva tərəfindən tərtib olunaraq orada qeyd olunan iş jurnalları məhkəməyə təqdim olunmamışdır. 25.Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli aktda İddiaçı iş yerinə saat 09:16-da gəlməsi, ona dəfələrlə işə gecikdiyinə görə xəbərdarlıq olunması qeyd olunsa da bunu təsdiq edən hər hansı rəsmi sənəd işə əlavə olunmamışıdır. 26.Məhkəmənin qənaətinə görə iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. 27.Belə ki, həmin aktların lazımi qaydada tərtib olunmamaqla (akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri göstərilməmişdir) yanaşı, aktda qeyd olunan hallarla bağlı keyfiyyətli araşdırmanın da aparılması iş üzrə müəyyən edilmir. Ümumiyyətlə iddiaçının hüquqlarının müdafiəsi üçün işəgötürən tərəfindən lazımi şəraitin yaradılması təsdiq olunmur. 28.Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarı”nda qeyd olunmuşdur ki, “Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.”. 29.Bununla yanaşı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187ci maddəsinin 1-ci bəndinin tələbidə pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirməmişdir. İş materiallarında olan iddiaçının izahatı isəintizam tənbehinin verilməsi ilə bağlı deyil, xx.xx.2022-ci il tarixdə keçirilən iclasla bağlı olmuşdur. 30.Göründüyü kimi iddiaçı barəsində intizam tənbehinin verilməsi qaydaları pozulduğndan iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv edilməlidir. 31.İddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əsaslı hesab edilə bilməz. 32.Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 33.Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X4 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmış, digər iş materiallarında olan “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. 34.Bununla yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir.” 35.Qeyd olunmalıdır ki, xəbərdarlıqda tarix göstərilməmiş, habelə “Tanış oldum” hissəsində iddiaçının imzası mövcud deyildir. 36.Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlədi faktiki olaraq 28 mart 2023-cü il tarixədək davam etmişdir. Yəni, 28 sentyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda cavabdeh tərəfindən müqavilənin müddətinin məhz 28 mart 2023-cü il tarixində bitmiş hesab olunması əsaslı hesab edilə bilməz. 37.Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 38.Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 3 il müddətdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi. 39.Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. 40.Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt- işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47- ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 3 il ərzində işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. 41.Bununla yanaşı Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. 42.Göründüyü kimi işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun ləğv etməsini sübuta yetirə bilməmişdir. Odurki, iddia tələbinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsidə əsaslı olduğundan təmin edilməlidir. 43.Tələbin “iddiaçının onun X3 X14 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mübahisələndirilən 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə bağlı olduğundan məhkəmə hesab edir ki, sözügedən əmr əsassız olduğundan iddiaçının X14 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə həvalə olunmalıdır. 44.Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896- 2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv olunmalı, onun X3 X14 üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir. 45.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. 46.Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 47.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 48.Hazırki halda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə, ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. 49.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 10-cu maddəsinin a) və b) bəndlərinə, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 68.1, 68.2, 71.1, 71.2, 71.3, 72, 73.2, 186.1, 186.2, 186.3, 186.4, 187.1, 187.2, 187.3, 187.4, 188.1, 188.2, 188.3, 189.2, 189.2, 189.3, 189.4, 300.1-ci: Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 77, 78Ş 79, 80, 81, 82-ci bəndlərinə:“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarına: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1, 9.1.1-ci: Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.2, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
50.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 51.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya töhmət verilməzdən öncə ondan izahat alınmamışdır. Qeyd edilən halda işçidən izahat alınması imperativ norma kimi nəzərdə tutulmamış, dispozitiv norma kimi özünü biruzə verir. Bir növ inzibati orqanın hüququ kimi başa düşüləndir. İddiaçı tərəfindən inztizam xətası törədildiyi gündən altı ay keçməmiş cavabdeh tərəfindən müvafiq intizam tənbehi verilərək hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Cavabdeh də müddətli əmək müqaviləsini, o cümlədən müddətsiz əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əgər edilmiş olardısa onda hüquq bərabərliyi prinsipi də pozulmuş olur. Bundan əlavə, iddiaçı özü də əvvəldən onunla müddətli əmək müqavilələri bağlamağa razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. İddiaçı, barəsində qəbul edilmiş töhmət növündə intizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə isə qeyd edilən əmrin ləğv edilməsi barədə qətnamə qəbul etməklə müvafiq prosessual normanın tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
53.Məhkmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, mülki iş materiallarında i/v 20-27-də olan elektron qaydadakı əmək müqaviləsi həqiqətən bağlanmışdır. Həmin əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək bağlanmışdır. xx.xx.2022-ci il tarixdən sonra avtomatik olaraq 2 il müddətinə xx.xx.2024-cü il tarixədək uzadılma hesab olunur. 54.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin: 55.Maddə 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; 56.Maddə 45.1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 57.Maddə 45.2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 58.Maddə 45.3.Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 59.Maddə 45.4.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 60.Maddə 45.5.Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 61.Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 62.Maddə 68.2. b) bəndinə əsasən əmək müqavidəsinin müddətinin qurmarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 63.Maddə 73.1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 64.Maddə 73.2.İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 65.Maddə 186.1.İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 66.Maddə 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 67.Maddə 186.3.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 68.Maddə 186.4.İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 69.Maddə 187.1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 70.Maddə 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 71.Maddə 187.3-cü maddəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 72.Maddə 188.1.İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 73.Maddə 188.2.Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 74.Maddə 188.3.Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyətiolmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. 75.Maddə 189.1.Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 76.Maddə 189.2.İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 77.Maddə 189.3.İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 78.Maddə 189.4.İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 79.Maddə 300.1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 80.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.Maddə 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 83.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 84.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 85.Maddə 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 86.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
87.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 88.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
89.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)- 3063/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 90.Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 fevral 2023-cü il tarixli, 3-17-413-206/0/2023 saylı əmrində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilsin.” 91.Cavabdeh iddiaçı barəsində tətbiq edilən intizam məsuliyyətinə səbəb olan halların baş verməsini xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixi aktlarla əsaslandıraraq onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b”, 72-ci maddəsinin “e” və 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndlərini tətbiq etmişdir. 92.İş materiallarında olan xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlamış, yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91-ci səhidədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92-ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:00- 15:00-dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zamanı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.” Akt həkim fizioterapevt Səbunər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır.” 93.Məhkəmə kollegiyası qeyd edir ki, aktın tərtib edildiyi tarix 24 noyabr 2022-ci il göstərilsə də, orada xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclasın keçirilməsi əks olunmuşdur. Bu da öz növbəsində aktın 24 noyabr 2022-ci il tarixdə tərtib olunmasının mümkünsüzlüyünə dəlalət etməklə aktın mötəbərliyinə birmənalı yanaşmanı inkar edir. 94.Bundan başqa xx.xx.2022-ci il tarixli aktda İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunması və xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında keçirilmiş iclas zamanı onun tərəfindən etik qaydaların pozulması ilə bağlı olsa da həmin iclasın protokolu iş materiallarına əlavə edilməmiş, xx.xx.2022-ci il tarixli akt yalnız bir nəfər fizioterapevti Sənubər Əliyeva tərəfindən tərtib olunaraq orada qeyd olunan iş jurnalları məhkəməyə təqdim olunmamış, Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlanmış xx.xx.2022ci il tarixli aktda İddiaçı iş yerinə saat 09:16-da gəlməsi, ona dəfələrlə işə gecikdiyinə görə xəbərdarlıq olunması qeyd olunsa da bunu təsdiq edən hər hansı rəsmi sənəd işə əlavə olunmamışıdır. 95.Qeyd olunanlara əsasən Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. 96.Belə ki, həmin aktların lazımi qaydada tərtib olunmamaqla (akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri göstərilməmişdir) yanaşı, aktda qeyd olunan hallarla bağlı keyfiyyətli araşdırmanın da aparılması iş üzrə müəyyən edilmir. Ümumiyyətlə iddiaçının hüquqlarının müdafiəsi üçün işəgötürən tərəfindən lazımi şəraitin yaradılması təsdiq olunmur. 97.Kollegiya intizam tənbehi verilərkən iddiaçıdan izahat alınmaması ilə bağlı cavabdeh tərəfin dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbidə pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirməmişdir. İş materiallarında olan iddiaçının izahatı isə intizam tənbehinin verilməsi ilə bağlı deyil, xx.xx.2022-ci il tarixdə keçirilən iclasla bağlı olmuşdur. 98.Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17- 4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi üzrə iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 99.Kollegiya həmçinin, iddianın əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896- 2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 100.Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X4 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan digər “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır (mülki iş materialları i/v 20-27). 101.Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir.” 102.Xəbərdarlıqda tarix göstərilməmiş, habelə “Tanış oldum” hissəsində iddiaçının imzası mövcud deyildir. 103.Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlədi faktiki olaraq 28 mart 2023-cü il tarixədək davam etmişdir. Yəni, 28 sentyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda cavabdehin müqavilənin müddətinin məhz 28 mart 2023-cü il tarixində bitmiş hesab olunması barədə mövqeyi əsaslı hesab edilə bilməz. 104.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi də qeyd etdi ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək bağlanmışdır. xx.xx.2022-ci il tarixdən sonra avtomatik olaraq 2 il müddətinə xx.xx.2024-cü il tarixədək uzadılma hesab olunur. 105.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. Cavabdehin isə əmək müqaviləsinin müddətinin 28 mart 2023-cü il tarixində bitmiş hesab olunması və buna görə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı gəldiyi nəticə Əmək Qanunvericiliyinin tələblərinə zidd hesab olunmalıdır. 106.Məhkəmə həmçinin əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğu halda, müddətli bağlanmasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olmaması məsələsinə də qiymət vermişdir. 107.Göründüyü kimi işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun ləğv etməsini sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi ilə bağlı iddia qeyd olunan hissədə düzgün olaraq təmin edilmişdir. 108.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 109.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 110.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 111.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 112.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov