Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6100/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xəzər Rayon Məhkəməsinin 2(003)-1453/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-yə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf cavabdehlə qarşılıqlı razılıq əldə etdiyini, buna görə də müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və 14* №-li, xx.xx.2022-ci il tarixli 08 №-li, 05-Ş №-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair» iddiasından imtina edir.
2. İddiaçı Cavabdeh-yə ərizə ilə müraciət edərək öz ərizəsi ilə işdən azad edilməsini xahiş edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08 №-li əmr ləğv edilir. Cavabdeh tərəfindən veriləcək yeni əmrlə İddiaçı Cavabdeh-nin xx.xx.2022-ci il tarixli 08 №-li əmri verilənədək tutduğu Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin Aparıcı auditoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən azad edilir.
3. Cavabdeh iddiaçı ilə cavabdeh arasındakı məhkəmə mübahisəsinin barışıq sazişi ilə yekunlaşdığına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq məktubla müraciət edir və yeni əmri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində yerləşdirir.
4. Barışıq sazişinin təsdiq edilməsi ilə İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14* №-li, xx.xx.2022-ci il tarixli 08 №-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair» iddiası ilə bağlı hər hansı iddiası, pul və sair tələbləri qalmamışdır. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə
Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC ilə bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və 14* №-li, xx.xx.2022-ci il tarixli 08 №-li, 05-Ş №-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair» iddiasından imtina edir.
2. İddiaçı Cavabdeh-yə ərizə ilə müraciət edərək öz ərizəsi ilə işdən azad edilməsini xahiş edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08 №-li əmr ləğv edilir. Cavabdeh tərəfindən veriləcək yeni əmrlə İddiaçı Cavabdeh-nin xx.xx.2022-ci il tarixli 08 №-li əmri verilənədək tutduğu Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin Aparıcı auditoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən azad edilir.
3. Cavabdeh iddiaçı ilə cavabdeh arasındakı məhkəmə mübahisəsinin barışıq sazişi ilə yekunlaşdığına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq məktubla müraciət edir və yeni əmri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində yerləşdirir.
4. Barışıq sazişinin təsdiq edilməsi ilə İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14* №-li, xx.xx.2022-ci il tarixli 08 №-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair» iddiası ilə bağlı hər hansı iddiası, pul və sair tələbləri qalmamışdır. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-1453/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov