Məhkəmə qərarları › İş №2(103)-6102/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6102/2023

15.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6102/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (X12 və Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (X12 və Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “işdən çıxmaq barədə ərizəsinin, əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2471/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirinin K-05/2 nömrəli, xx.xx.2017-ci il tarixli əmrinə əsasən İddiaçı Bərdə rayonu, Gərənə kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 03 aprel 2017-ci il tarixdən ləğv edilmiş və o, həmin tarixdən şəhərin A.Mustafayev adına 5 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Qarabağ Regional Təhsil İdarəsinin müdiri X15 Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektoruna ünvanlanmış məktuba əsasən ümumtəhsil müəssisəsində daimi əsaslarla çalışan ingilis dili müəllimi işləyən X12 cari ildə imtahan verərək, 92,5 bal toplamış və iş yerini Bərdə şəhər 5 nömrəli tam orta məktəbə dəyişdirilməsini xahiş etmişdir. Ərizəyə baxılmış və tədrisin qanunamüvafiq təşkili məqsədi ilə 15 sentyabr 2022ci il tarixdən X7 8 saatlıq dərs yükü ilə həmin məktəbə daimi əsaslarla yerləşdirilməsi məqsədi müvafiq hesab edilmişdir. Həmin məktub üzərində aparılmış qeydlərə əsasən sektor müdiri Q.Məmmədov məktubda göstərilən məsələlərin icrası İddiaçı həvalə edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 01-527/10 saylı məktubuna əsasən X7 işlədiyi kəlbəcər rayon 38 nömrəli tam orta məktəbindən Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi köçürülməsinə baxılmış və məsləhət bilinmişdir. Bununla bağlı X8 xx.xx.2022-ci il tarixdən Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi köçürülməsi və əsas iş yeri təyin edilməsi tapşırılmışdır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin 3-29-38/3-2-04F/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qaradağ Regional İdarəsinə ezam olunmuşdur.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin 3-29-38/3-2-08F/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qaradağ Regional İdarəsinə ezam olunmuş Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı vaxtından əvvəl xx.xx.2023-cü il tarixdə geri çağrılması və işdə hesab olunması əmr edilmişdir.

6. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir;

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “əmək müqaviləsinə xitam verilməsi” barədə 3-29/3-1-222K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir;

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinə təqdim etmək üçün verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışına əsasən İddiaçı Zaur oğlu yararlıdır, kardioloji sağlamdır;

9. Şahid izahat və ərizənə əsasən o, Bərdə Təhsil sektorunun müdiri Qurban Məmmədov tərəfindən İddiaçı əleyhinə ifadə verməyə məcbur edilmiş, lakin ifadə verməkdən imtina etdiyini, bu halda işin prokurorluğa veriləcəyi və onu işdən çıxaracaqları ilə təhdid edildiyini bildirmişdir;

10. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan çıxarışa əsasən Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, İddiaçı işlədiyi müddətlərdə yol verdiyi qanunsuz hərəkətləri barədə Bərdə Rayon Prokurorluğuna müraciət etmişdir. 100c-23 saylı material üzrə İddiaçı əməlində Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayətlərin, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxltakarlığı cinayətlərinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir;

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-1789/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı X8 cavabdeh Qarabağ rayon Təhsil şöbəsinə qarşı “əvvəlki işinə geri qaytarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, məcbur qalaraq ona qarşı edilən təhdid və hədə-qorxu altında imzaladığı xx.xx.2023-cü il tarixli işdən çıxmasına dair ərizənin və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-29/-3-1-222K/2023 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə - Bərdə rayon şəhid Alı adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun işdən əsassız şəkildə çıxarılması düzgün deyildir və bunun hüquqlarını pozmaq məqsədi güdən bir addım olduğuna inanır. Onun xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər şəhid Alı adına 5 saylı tam orta məktəbdə məktəb direktoru kimi əmək fəaliyyəti olmuşdur və həmin iş vəzifəsində nailiyyətini isbat etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16.022023-cü il tarixli, 3-29/3-1-222K/2023 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin əmrə əsasən də o haqsız olaraq Bərdə rayon Şəhid Alı adına 5 saylı orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur. Onun işdən çıxarılma səbəbi Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovun və sektor müdiri X14 Regional Təhsil idarəsi müdiri Gündüz Əbdülov ilə əvvəlcədən əlbir olaraq saxta sənədlər əsasında ona qarşı qarayaxma kampaniyası başlatmaları olmuşdur ki, Qurban Məmmədov və Kənan X2 rəhbəri olduğu məktəbdə işə götürülməsi ilə bağlı, Şahid xx.xx.2022-ci il tarixdə 3 ədəd məktub vermiş və həmin məktubların arxa üzü möhürlənmişdir. Şahid həmin 3 ədəd məktubu gətirib o olmayanda onun stolunun üzərinə qoyub çıxıb getmişdir. Sonra xx.xx.2023-cü il tarixdə Şahid vasitəsi ilə ona göndərilən məktublardakı sənədlərin həqiqətə uyğun olmadığı məsələsi ortaya çıxmışdır. O zaman Şahid Bərdə təhsil idarəsinə (Qarabağ Regional Təhsil idarəsi) çağırılaraq, sektor müdiri Qurban Məmmədov ondan izahat alıb və onu məcbur edibdir ki, onun əleyhinə izahat verərək, ona göndərdikləri sənədin saxta olmasının və onun tərəfindən saxta yolla hazırlandığını təsdiq etsin. Ancaq Şahid onun əleyhinə şər və yalan dolu izahat verməkdən imtina etmişdir. Ona qarşı təhdid və böhtan olaraq irəli sürülmüş və saxta olduğu deyilən, Şahid ona göndərilmiş sənədlər elektron imzalıdır) QR əks olunub) Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmışdır. Lakin hansısa texniki səbəblərdən mövcüd QR kodu oxutmaq hazırda qeyri-mümkündür. Ehtimal ki, Gündüz Əbdülov, Kənan Rüstəmov və Qurban Məmmədov QR kod məsələsini də özlərinə məxsus şəkildə həll ediblər. Gündüz Əbdülov tərəfindən elektron imza ilə imzalanmış və xx.xx.2022-ci il tarixli Qurban Məmmədov tərəfindən dərkənar qoyulmuş həmin sənəddə X7 xx.xx.2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə 5 saylı orta məktəbdə ingilis dili müəlliməsi olaraq qəbul edilməsi öz əksini tapmışdır. Günel Nadirovanın işə qəbul sənədlərini Gündüz Əbdülov özü asan imza ilə imzalamışdır, ancaq yekunda ona qarşı AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri pozulmaqla (işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) onunla bağlanmış əmək müqaviləsinə 16.02.023-cü il tarixli 3-29/3-1- 222K/2023 saylı əmrlə əsassız olaraq xitam verilmişdir. Ona qarşı açıq-aşkar təxribat olan bu cür hərəkətin arxasında dayanan qərəz və düşmənçiliyin məram və mənasını anlamağa çətinlik çəkir. Bu qeyd edilənlərə əlavə olaraq bildirir ki, X11 tərəfindən Bərdə Rayon Məhkəməsinə verilmiş “işə bərpaya dair” iddia ərizəsində də açıq bəyan edilir ki, Təhsil şöbəsinin 26 sentybar 2022-ci il tarixli qərarı ilə X17 rayon 38 saylı tam orta məktəbdən Bərdə rayon şəhid Alı adına 5 saylı orta məkətəbə köçürülmüşdür. Günel Nadirova öz iddia ərizəsində həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Teymur müəllim işdən azad edildiyi zaman, o da işdən azad edilmişdir. Günel Nadirova iddia ərizəsinin mətnində yazır ki, onun anası Şahid Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovla əlaqə saxladıqdan sonra, Kənan Rüstəmov anasına sənədlər vermiş və həmin sənədləri 5 saylı məktəbə çatdırlmasını anasından Kənan Rüstəmov istəmişdir. Anası Şahid həmin sənədləri 5 saylı orta məktəbə çatdırmış, həmin sənədlərin Təshil şöbəsindən verildiyinə inandıqları üçün 5 saylı orta məktəbə çatdırılmasında problem görməmişdilər. Lakin sonra məktəbə yoxlama gəldikdə guya onun tərəfindən Günel Nadirovanın qanunsuz olaraq saxta sənədlər əsasında işə götürülməsi “aşkar edildiyi” üçün hər ikisini işdən azad etmişdilər. Günel Nadirovanın iddiası əsasında başladılmış mülki məhkəmə icraatında Bərdə Rayon Məhkəməsi onu işə cəlb etmişdir. O zaman o da məhkəməyə onda olan sənədləri təqdim etmişdir. Məhkəmə Q.Məmmədovdan münasibət bildirməsini soruşduqdan sonra bildirmişdir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edəcəkdir. Bundan sonra növbəti məhkəmə iclasında, yəni xx.xx.2023-cü il tarixində iddiaçı Günel Nadirova nümayəndəsi vasitəsi ilə ona məlum olmayan səbəblərdən iddiasının baxılmamış saxlanılması haqqında ərizə vermişdir. Bərdə Rayon Məhkəməsi iddiaçının ərizəsi əsasında işin baxılmamış saxlanmasına dair qərardad qəbul etmişdir. Onun məhkəməyə təqdim etdiyi sənədlər həmin mülki işin materiallarına əlavə edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, onun işdən azad olması tam qanunsuzdur və ona qarşı qəsdən, qərəzli olaraq başladılmış qarayaxma kampaniyasının tam ifadəsidir.

14. Məhkəmənin təşəbbüsü ilə X12 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2471/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 222K/2023 saylı əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim X13)

16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən, hazırki mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğunu) bir daha təsdiq etmişdir. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun.Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçının 15 fevral 2023-cü il tarixli işdən çıxma barədə ərizəsi, işəgötürənin əmri qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu “direktor” vəzifəsinə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci, maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 10-cu, 69-cu, 76-cı, 83cü, 300-cü, 310-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü, 339-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77ci, 106.1-ci, 217-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü, “N.Məmmədovanın şikayəti üzrə” xx.xx.2006-cı il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin məhkəmənin qənaətinə görə, iddiaçıya hədəqorxu gələrək onun ərizə verilməsinə nail olunmuşdur. Məhkəmə tədqiqatı zamanı iddiaçıya qarşı kim tərəfindən zor işlədilməsi və ya ona hədə qorxu gəlməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İşə baxan məhkəmə iddiaçının uzun müddət məktəb direktoru vəzifəsində işlədiyini, işəgötürən tərəfindən ona qarşı hər-hansı zor tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə almalı idi. Məhkəmə iddiaçının formal mülahizələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ona hədə-qorxu gələrək ərizə yazmağa məcbur edilmişdir. Belə ki, iddiaçı tərəfindən əmək funksiyalarını yerinə yetirərkən ciddi qanun pozuntularına yol verməsi aşkar edilmiş, hətta Regional Təhsil İdarəsinin və Təhsil sektorunun adından saxta məktublar tərtib etməsinin və həmin sənədlərlə qanunsuz işə qəbul aparmasının sübut olunması onun ərizəsi əsasında işdən ayrılmasına səbəb olmuşdur. Əks təqdirdə iddiaçıya daha ciddi intizam tənbehi verilə bilərdi. İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə qərarında qeyd etmişdir ki, işəgötürən xəbərdarlıq müddətini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Hesab edirik ki, iddiaçı öz ərizəsində işdən azad olunma tarixini göstərdiyindən ona xəbərdarlıq müddəti şamil oluna bilməz. Məhkəmə Şahid ərizəsinə qiymət verərkən cavabdehə qarşı öz qərəzini buruzə vermiş, ərizəni iddiaçının xeyrinə şərh etmişdir. Məhkəmə yalnız iddiaçının izahatlarına əsaslanmış və onun izahatlarını subut kimi qiymətləndirərək iddia tələbini təmin etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasları kimi hər hansı bir subut təqdim edilməmiş, eyni zamanda məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, formal əsaslarla iddia tələbini təmin etmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 69-cu maddəsinin müvafiq hissələrinə istinad etməklə kifayətlənmiş lakin, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən ƏM-nin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəmə iddiaçıdan ərizə alınarkən ona qarşı zor tətbiq edilməsini, ona hədə-qorxu gəlməsini təsdiq edən subutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini tələb etməmiş, iddiaçıya qarşı “qanunsuz əməllər törədilərkən” iddiaçı tərəfindən Əmək Müfəttişliyinə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilib-edilməməsi araşdırılmamış və qətnamədə bu məsələlərə hüquqi münasibət bildirməmişdir. Məhkəmə bu məsələləri araşdırmalı olsa idı, onda məlum olardı ki, iddiaçı məktəbdəki fəaliyyəti dövründə törətdiyi əməllərin ifşasının qarşısını almaq, habelə onun barəsində daha ciddi intizam tənbehinin verilməsindən yayınmaq məqsədilə könüllü olaraq ərizə yazması təsdiq ediləcəkdir. Məhkəməyə təqdim olunmuş Regional Təhsil İdarəsinin və Bərdə Təhsil sektorunun adından yazılan və saxtalaşdırılan məktublara məhkəmə həqiqi sənəd kimi qiymət vermişdir. Baxmayaraq ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də, həmin məktubların və “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” X5 adına saxtalaşdıraraq onu işə qəbul etməsi olmuşdur. Eyni zamanda, məhkəmə işəgötürən tərəfindən iddiaçıya zor tətbiq etmə, habelə hədə-qorxu gəlmək imkanının olub-olmamasını, habelə işəgötürən tərəfindən iddiaçıya qarşı hansı qaydada zor tətbiq edildiyini və ya ona kim tərəfindən hədə-qorxu gəlindiyini aydınlaşdırmamışdır. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən, əmək qanunvericiliyinin normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı işəgötürənə işdən azad olunması barədə ərizə ilə müraciət etmiş, ərizə nəzərə alınaraq, əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının mübahisələndirdiyi əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən pozuntuya yol verilməmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçıya qarşı hər hansı bir zor tətbiq edilməsinə dair subutlar təqdim edilməmişdir. Bu halın mövcud olmamasına baxmayaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində işçiyə qarşı zor tətbiq edilməsini əsaslandırmağa çalışmışdır. Məhkəmənin belə mövqedən çıxış etməsi onun cavabdehə qarşı qərəzliliyini bir daha təsdiq edir. İddia tələbinə qarşı zəruri sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin, işə baxan məhkəmə məktəbdə aparılan araşdırma materiallarını tələb etmədən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən saxta məktublara istinad etməklə iddiaçıya haqq qazandırması və iddiaçının mənafeyinə uyğun münasibət bildirmiş, digər sənədlərin araşdırılmasına zərurət görməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər.

23. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X12 və Qarabağ Regional Təhsil İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən X12 məhkəmə iclasına gəlməmiş, Qarabağ Regional Təhsil İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; 187-ci maddəsinin 1-ci hisssinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Bərdə şəhərin A.Mustafayev adına 5 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil nazirinə müraciət edərək, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Buna uyğun olaraq, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “əmək müqaviləsinə xitam verilməsi” barədə 3-29/3-1-222K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni Qarabağ Regional Təhsil İdarəsi tərəfindən göstərilən təhdid və hədə-qorxu altınada yazdığını, bu ərizəni yazmağa faktiki olaraq məcbur edildiyini, hər hansı xəstəlikdən əziyyət çəkmədiyini, işdən çıxmaq fikrində olmadığını bildirir və tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsini, barəsində qəbul edilmiş əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddiaçının mövqeyi qəbul etmir, ona hər hansı təsirin göstərilmədiyini, iddiaçının işdən çıxma barədə ərizəni hədəqorxu və təhdid altına yazmadığını, fəaliyyətində buraxdığı kobud nöqsanlara görə barəsində daha ciddi intizam tənbehinin verilməsindən yayınmaq məqsədi ilə yazdığını bildirir.

31. Məhkəmə kollegiyası vurğulayır ki, qanunvericilik işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsinə onu məcbur etməyə qadağan edir. Belə ki, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi onun öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. Lakin bir sıra hallarda əmək müqaviləsinin ləğv edilməsi barədə işçi tərəfindən yazılı ərizənin verilməsi heç də işçinin həqiqi iradə ifadəsinin nəticə olmur ki, belə bir halların reallıqda yer alması ciddi yoxlanılmalıdır.

32. Birinci instansiya məhkəməsi də mülbahisəyə səbəb olmuş hadisələrin xronoloji ardıcıllığını müəyyən etməklə aparılmış araşdırma nəticəsində iddiaçının işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu və məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalması qənaətinə gəlmişdir.

33. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi adi şəraitdə baş verməmiş, bu proses bir sıra hadisələrlə və tədbirlərlə müşaiyət olunmuşdur. Bu hadisələr sırasında ilk növbədə X7 ingilis dili müəllimi qismində 8 saatlıq dərs yükü ilə xx.xx.2022-ci il tarixdən iddiaçının direktor olduğu məktəbə köçürülməsi və onun əsas iş yeri kimi təyin edilməsi qeyd edilməlidir. Onlardan da belə qənaətə gəlmək olur ki, iddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli “tutduğu vəzifədən azad edilməsi barədə” ərizə onun tətəfindən yazılmasına və imzalanmasına baxmayaraq, onun öz iradə ifadəsinin deyil, kənar müdaxilə və təsirin nəticəsi olmuşdur.

34. Belə ki, qeyd edilən şəxsin məhz iddiaçı tərəfindən sənədlər saxtalaşdırılmaqla məktəbə işə qəbul edildiyi bildirilir. Apellyasiya şikayətində də bu mövqeyən çıxış edilir. Lakin araşdırma nəticəsində iddiaçının X7 məktəbə işə götürülməsi üçün hər hansı sənədin hazırlanmasında, ümumiyyətlə bu prosesdə hər hansı formada iştirak etməsi müəyyən edilmir. Digər tərəfdən qeyd edilən şəxslə bağlı sənədlərin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən göndərilmədiyi də bir mənalı şəkildə öz təsdiqini tapmır. Belə ki, bunun əksi İdarənin cari il verdiyi imtahandan 92,5 bal toplamış X7 iş yerinin iddiaçının direktor olduğu məktəbə dəyişməsi xahişi ilə bağlı ərizəsinə uyğun olaraq, onun tədrisin qanunamüvafiq təşkili məqsədi ilə xx.xx.2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə daimi əsaslarla məktəbə yerləşdirilməsinin məqsədəmüvafiq hesab edilməsi (1-ci məktub), habelə onun xx.xx.2022-ci il tarixdən qeyd edilən məktəbə ingilis dili müəllimi köçürülməsi və onun əsas iş yeri təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubları ilə təsdiq edilir (2-ci məktub).

35. Bu məktubların İdarə tərəfindən göndərilmədiyi və İdarənin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmadığı, o cümlədən birinci məktubda olan QR kodun ona hər hansı aidiyyətinin olmadığı iddia edilir. Halbuki, QR koddan başqa 1-ci məktubun üzərində “İddiaçı, icra edin. Sektor müdiri (imza) Q.Məmmədov” yazılıbdır. İkinci məktub isə İdarənin müdiri Gündüz Əbdülov tərəfindən sadə qaydada imzalanmış və idarənin möhürü ilə təsdiq edilmişdir. Məktublar da məktəbə idarə tərəfindən poçt vasitəsi ilə üzərində İdarənin və poçt xidmətinin xx.xx.2022-ci il tarixə aid möhürü olan zərfin içində daxil olmuşdur.

36. Digər tərəfdən idarənin bu mövqeyinin təsdiq edilməsi istiqamətində nəinki hər hansı sübut təqdim olunmamış, ümumiyyətlə hər hansı tədbir görülməmiş, o cümlədən məktubların üzərində olan həmin sadə imzaların və möhürlərin İdarəyə aid olmamasının müəyyən edilməsi üçün ötən dövrdə müvafiq ekspertizanın keçirilməsi tələb edilməmiş, habelə məktubların hansı qaydada İdarənin adından göndərilməsinin mümkünlüyü araşdırılmamışdır. Halbuki, hüquqi nəticə etibarı ilə söhbət cinayət əməlindən gedir və bu baxımdan İdarə bilavasitə bu məsələlərin araşdırılmasında, iddia etdiyi saxtakarlığa yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilməsində maraqlı olmalı idi.

37. Nəzərə alınmalıdır ki, X12 nəticədə tutduğu İngilis dili müəllimi vəzifəsindən azad edilmiş və bu barədə əmri Bərdə Rayon Məhkəməsində mübahisələndirərkən öz iddiasında anasının iki dəfə Qarabağ Regional Təhsil idarəsinə müraciət etdiyini və nəticədə idarənin Kənan Rüstəmov adlı əməkdaşının ona sənəd verərək, məktəbə təqdim edilməsini tapşırdığını və sonradan məhz həmin sənədin saxta olduğunun müəyyən edildiyini göstərmişdir. Lakin sonradan qeyd edilən iddia X7 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi olan X9 da ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Halbuki, iddianın məzmunundan, o cümlədən əməkdaşı olduğu İdarənin adının və İdarənin digər əməkdaşı Kənan Rüstəmovun adının hallanmasından tam məlumatlı idi. Lakin İdarənin adının belə bir formada hallanmasına baxmayaraq, həmin icraat çərçivəsində 36-cı bənddə göstərilən tədbirlərin hər hansı birinin həyata keçirilməsinə maraq göstərməmiş, o cümlədən məhkəmə qarşısında aidiyyəti vəsatətlərlə çıxış etməmişdir. Məsələ ilə bağlı iddiaçının direktor olduğu məktəbdə yoxlama aparılsa da, adı çəkilən Kənan Rüstəmovla bağlı hər hansı araşdırma aparılmamışdır.

38. İddiaçı isə onun da həmin işə cəlb edildiyini və məhz onun təqdim etdiyi sənədlər əsasında Bərdə Rayon Məhkəməsinin iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə mövqeyindən (həmin iş üzrə mübahisənin mahiyyəti, yəni X7 işdən çıxarılmasının qanuni olub-olmamasının yoxlanılması, birmənalı şəkildə xəttşünaslıq ekspertizasının keçirilməsini şərtləndirirdi) sonra X7 belə bir ərizə ilə məhkəməyə müraciət etdiyini bildirir. Başqa sözlə, İddiaçı həmin icraat çərçivəsində iddiaçının xəttşünaslıq ekspertizasının keçirilməsindən ehtiyatlandığını, cavabdehin isə marağında olmadığını vurğulayır ki, 36- 37-ci bənddə göstərilənlər də məhz İddiaçı mövqeyinin inandırıcı olduğunu göstərir.

39. Qeyd edilən proseslərin iştirakçısı olan X7 anası, eyni zamanda həmin məktəbin müəllimi olan Şahid hazırki işə şahid qismində cəlb edilməsi barədə verilmiş vəsatət təmin edilsə də, bu şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizələr göndərməklə kifayətlənmişdir. Belə ki, bu şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə həmin məktəbin direktoru olan iddiaçıya ərizə ilə müraciət edərək, qızı X12 ilə bağlı 3 ədəd sənədin ona İdarənin əməkdaşı Kənan Rüstəmov tərəfindən verildiyini, həmin sənədlərin məktəbə onun tərəfindən aparıldığını və direktor otaqda olmayanda onun stolunun üstünə qoyulduğunu, həmin məktubların həqiqətə uyğun olmadığı ona bildirildikdən sonra isə Qarabağ Regional Təhsil İdarəsinə dəvət edildiyini, orada sektor müdiri Qurban Məmmədov, habelə müdir müavini Anar Məcidov tərəfindən iddiaçının əleyhinə ifadə verməyə məcbur edildiyini, buna cavab olaraq onun həmin şəxslərə haqq adamı olduğunu, heç vaxt yalan məlumat verməyəcəyini bildirdiyini, sonra isə halının pisləşdiyini göstərmiş və ürəyinin dayandığı halda, bunun günahkarının Qurban Məmmədov, Anar Məcidov, Anar Şəfiyev və bir də bunlara tapşırıq verən Gündüz Əbdülov olduğunu qeyd edərək, İdarənin və Sektorun iddiaçıya qarşı ciddi haqsızlıqlar edəcəyi barədə xəbərdarlıq etmişdir.

40. Lakin işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman birinci instansiya məhkəməsinə ünvanladığı ərizələrdə bu “haqq adamı” həmin ərizələri artıq iddiaçının təsiri altında yazdığını, qızına aid sənədlərin saxta olaraq, hazırlanmasında Gündüz Əbilovun, Qurban Məmmədovun və Kənan Rüstəmovun heç bir əməlinin olmadığını, iddiaçının böyük rolunun olduğunu göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda isə iddiaçı ilə bağlı eyni mövqedən çıxış etməklə yanaşı, bu dəfə də qızının işə qəbulu ilə bağlı hazırlanmış saxta sənəddə Gündüz Əbilovun, Qurban Məmmədovun və Kənan Rüstəmovun boyük rolunun olduğunu bildirmişdir. Lakin nəticə etibarı ilə nə iş üzrə üçüncü şəxs olan X12, nədə ki, şahid kimi məhkəmə iclasında iştirakı mümkün hesab edilmiş onun anası Şahid məhkəmə iclaslarına gəlməmişdilər. Halbuki, onların məhkəmə iclasında iştirakını məhz iddiaçı israrla tələb edirdi. Hər bir halda, artıq mübahisənin məhkəmə müstəvisinə çıxdığı və qeyd edilən şəxslərin məhz iddiaçının təsiri altında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələri yazdığını bildirdiyi bir vəziyyətdə onların məhkəmə iclasında iştirak etməsində iddiaçı deyil, onların özləri israrlı olmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası mövcud vəziyyəti üçüncü şəxs X7 və Şahid məhkəmə iclasına gəlməkdən yayınması kimi qiymətləndirir.

41. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, saxta sənədlərlə məktəbə müəllim vəzifəsinə işə qəbul edilməkdə adı hallanan (günahlandırılan) və məhz bu əsasla tutduğu ingilis dili müəllimi vəzifəsindən azad edilən X12 bundan bir müddət sonra X19 Təhsil İdarəsinin yurisdiksiyasına daxil olan ümumi orta təhsil məktəblərindən birinə ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmiş və hazırda da işləyir. Bu da öz növbəsində artıq onun məhkəmə iclaslarında iştirak etməsinə, habelə Bərdə Rayon Məhkəməsində qaldırdığı iddiaya sonradan marağının itməsini izah edir.

42. Nəzər alınmalıdır ki, məhz bu kimi halların araşdırılması məqsədi ilə (əmrdə belə göstərilmişdir) idarənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarəyə ezam olunmuşdur. Həmin əmrin təsviri hissəsində də X12 ilə bağlı sənədlərin saxta olduğunun ilkin araşdırma zamanı aşkar edildiyi göstərilsə də, həmin ilkin araşdırmanın nədən ibarət olması, o cümlədən hansı qaydada həmin sənədlərin saxta olmasının və iddiaçının bu saxtakarlığa aidiyyətinin müəyyən edilməsi açıqlanmamışdır. Nə birinci, nədə ki, apellyasiya instansiya məhkəməsində bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki, əmrin qəbul edilməsi üçün əsas kimi idarənin sektor müdiri Qurban Məmmədovun təqdimatı və müvafiq izahatlar göstərilmişdir. Nəticədə həmin izahatların məzmunu da məhkəmə üçün qeyri-müəyyən qalmışdır.

43. Bundan başqa həmin əmrin “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşməsi Qaydaları”na zidd olaraq həyata keçirilən müəllim təyinatının araşdırılması barədə olmasına baxmayaraq, məktəbin ümumi fəaliyyəti, o cümlədən İX və Xİ siniflərdə 2020-2022-ci illərdə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrindən yerdəyişmə etmiş şagirdlərin davamiyyəti, habelə şagird qəbulu və yerdəyişməsi və məktəbdə dərnək məşğələlərinin təşkili və aparılması qaydası yoxlanılmışdır. Nəticə etibarı ilə məktəbdə 2022-ci il üzrə işə qəbula dair bütün rəsmiləşdirmə işlərinin araşdırılması barədə əsas tapşırıq arxa planda qalmışdır.

44. Digər tərəfdən həmin əmrə əsasən iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İdarəyə ezam olunmasının və həmin müddət ərzində direktor vəzifəsinin icrasının İdarənin əməkdaşına həvalə edilməsinin səbəbləri, buna olan zərurət aydın deyil (iddiaçının ezam olunmasının məqsədi, səbəbləri, həmin dövr ərzində hansı işlər görməsi barədə hər hansı məlumat və ya sənəd təqdim edilmir). Hər bir halda, iddiaçının bu prosesə hər hansı formada maneə ola bilməsi müəyyən edilmir. Əksinə məktəbin fəaliyyəti barədə tam məlumatlı olan 1 nömrəli şəxs olaraq, onun bu prosesdə iştirak etməsi yoxlamanın daha səmərəli aparılmasına, o cümlədən müxtəlif məsələlərə dərhal aydınlıq gətirilməsinə və yaranan sualların yerində cavablandırılmasına xidmət etmiş olardı. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda da onun ezam olunduğu müddətdə İdarəyə çağırış əsasında gəldiyi və vaxtaşırı olaraq yaranan sualları cavablandırdığı göstərilmişdir (Onun ezamiyyət dövründə iş vaxtı ərzində İdarədə olması da müəyyən edilmir. İddiaçının özü də ezamiyyə dövründə işə getmədiyini, evdə olduğunu bildirir. Halbuki, ezamiyyə iddiaçının evdə olmasını və yalnız çağırış əsasında İdarəyə getməsini özündə ehtiva etmir). Lakin yoxlama zamanı aşkar edilmiş hər hansı məsələ, o cümlədən pozuntu ilə bağlı ondan hər hansı izahat alınmamış (bu barədə hər hansı sənəd təqdim edilmir, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir) və məsələyə hər hansı aydınlıq gətirilmədən İdarənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ezamiyyə vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixində geri çağırılmaqla işdə hesab edilmişdir.

45. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli əmrin iddiaçının səhhətində yaranmış problemlərə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir. Lakin elə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Elm və Təhsil nazirinin adına ərizə yazaraq, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirir və xx.xx.2023cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş edir. Ərizəsinə uyğun olaraq da xx.xx.2023-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilir. Halbuki, baş-beyin insultu keçirlmiş şəxsin sərbəst şəkildə İdarəyə gəlməsi və ərizə yazması fiziki baxımından qeyrimümkündür. Bunu bilmək üçün tibb sahəsində xüsusi biliyə malik olmaq tələb edilmir. Bu hal ərizə yazılan tarixdə də məlum idi. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı rəsmi olaraq idarəyə ezam olunmuş hesab edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən idarəyə çağırış əsasında gəlib-getmişdir. Belə olan halda, həmin ərəfədə və ya bundan əvvəl onun insult keçirməsi barədə hər hansı məlumat, ən əsası da bu halı təsdiq edən tibbi sənədlər mövcud olmalı idi. Lakin buna aid hər hansı adi istinad belə olmadan, tam gözlənilməz bir vəziyyətdə iddiaçı baş-beyin insultu keçirdiyini bildirir və məzuniyyət, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müalicə olunmaq hüququndan belə istifadə etməyərək, 6 ilə yaxın müddətdir ki, tutduğu, habelə abadlaşdırılmasında və təmirində iştirak etdiyi məktəbin direktoru vəzifəsindən bir anda imtina edir. Onun bu barədə ərizə ilə müraciət etməsi də xx.xx.2023-cü il tarixli əmrlə müəyyən edilmiş vaxtdan 8 gün tez geri çağırılması barədə xx.xx.2023-cü il tarixli əmrlə üst-üstə düşür. Bu da belə qənaətə gəlməyə əsas verir ki, idarə iddiaçının səhhətində yaranmış hər hansı bir problemin olması barədə məlumatlı olmasa da, onun tutduğu vəzifədən azad edilməsi barədə ərizə verəcəyindən məlumatlı olmuşdur.

46. Məhkəmə kollegiyası iddiaçının bu ərizəni məsuliyyətdən yayınmaq məqsədi ilə yazması barədə mövqeyi də əsassız və reallığı əks etdirməyən bir mövqe kimi qiymətləndirir. Belə ki, onun barəsində əmr verildikdən 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı həkim müayinəsindən keçir, bu zaman onun yararlı, habelə kardioloji sağlam olması müəyyən edildiyindən ona bu halı təsdiq edən tibbi arayış verilir. Bundan bir neçə gün sonra isə mediasiya üçün müraciət edir və mediasiya prosedurunun nəticəsi olaraq, müvafiq ayarış aldıqdan sonra məhkəmədə hazırki iddianı qaldırır. Hər bir halda, həqiqətən də tutduğu vəzifədən azad olunmaq, habelə hər hansı məsuliyyətdən yayınmaq niyyətində olsa idi, ərizə yazdıqdan qısa müddət sonra bu tədbirləri görməzdi.

47. Onun tərəfindən əmək fəaliyyətində ciddi nöqsanlara yol verilməsi iddia edilsə də, bununla bağlı hər hansı tədbir görülməmişdir. Halbuki, onun əməllərində cinayətin əlamətlərinin olması onu öz ərizəsi ilə tutduğu vəzifədən azad olunduğu təqdirdə belə cinayət məsuliyyətindən azad etmir. Qarabağ Regional Təhsil İdarəsi bu barədə məlumatları, habelə sənədləri araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim etməyə borclu idi. İdarə isə yalnız iddiaçının mediasiya prosesinə cəlb olunması və onun həmin əmri mübahisələndirmək niyyətində olmasını bildikdən sonra iddiaçının məktəb direktoru işlədiyi müddət ərzində yol verdiyi qanunsuz hərəkətləri ilə bağlı Bərdə Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin bu müraciət çərçivəsində hüquqi qiymət verilməsi üçün X12 ilə bağlı məsələyə aid sənədlərin də təqdim edildiyi müəyyən edilmir. Hər bir halda, həmin müraciət üzrə Bərdə Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində də iddiaçının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixli qərarla onun barəsində AR CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, İdarənin müraciətində X10 aid məsələ də öz əksini tapmışdırsa da, Prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində belə bir hal öz təsdiqini tapmamışdır.

48. Bununla belə, X7 iddiaçının direktor olduğu Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbinə saxta sənədlər əsasında ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilməsi məsələsi üzrə hər hansı araşdırma aparılmamış, adları hallanan şəxslərin hər hansı birindən, o cümlədən iddiaçının özündən (belə bir sənədlər təqdim edilmir) izahat alınmamışdır. Bu kimi halların araşdırılması məqsədi ilə məktəbdə yoxlama təşkil edilsə də, iddiaçını ezam etməklə, faktiki olaraq isə həmin prosesdən kənarlaşdırmaqla nəticədə məktəbin bütün fəaliyyəti yoxlanılmışdır. Lakin nə bu yoxlama nəticəsində, nədə ki, İdarənin müraciəti əsasında Bərdə Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində qeyd edilən saxtakarlığa məhz iddiaçı tərəfindən yol verildiyi öz təsdiqini tapmamışdır. Hüquqi nəticə etibarı ilə hansı qaydada və hansı səbəblərdən yalnız 3 aydan sonra müəyyən edilməsi aydın olmayan bu məsələ İdarə tərəfindən qaldırılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi ilə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra bağlanmışdır. Bu günədək bu əmələ yol vermiş şəxslər müəyyən edilməmiş, X12 isə hazırda da başqa bir məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

49. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu əmələ iddiaçı tərəfindən yol verilməsi onun X12 və ya onun anası Şahid ilə sövdələşməsini, onlara bu məsələdə istiqamət verməsini, saxta sənədləri hazırlamasını, bu işə digər şəxsləri cəlb etməsini, həmin sənədləri hansı formada özünə göndərilməsini təşkil etməsini və bu kimi digər hərkətlərin edilməsini özündə ehtiva edir. Lakin belə bir halların mövcudluğu müəyyən edilmir. X12 və ya onun anası Şahid da bununla bağlı hər hansı məlumat verə bilmir, bu işdə nəyi, necə, harda, hansı qaydada iddiaçı tərəfindən görüldüyünü nəinki təsvir edə bilmir, ümumiyyətlə bu barədə hər hansı fikir söyləmirlər. Halbuki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrində və Bərdə Rayon Məhkəməsində qaldırılmış iddiada bu məsələ ilə bağlı İdarənin əməkdaşları tərəfindən görülən tədbirləri təsvir edirlər.

50. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən halları işin materialları ilə müqayisəli şəkildə təhlil edib, iddiaçı tərəfindən işdən çıxma barədə ərizənin yazılmasından öncə baş vermiş hadisələrə və görülmüş tədbirlərə hüquqi qiymət verib, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. İddiaçı işdən çıxma barədə xx.xx.2023-cü il tarixli ərizəni öz iradəsi əsasında deyil, baş vermiş hadisələrin, o cümlədən görülmüş tədbirlərin təsiri altında, iradəsi əleyhinə yazmağa məcbur qalmışdır. Başqa sözlə, iddiaçı ona qarşı istifadə edilmiş həmin üsullar nəticəsində faktiki olaraq iradəsinin əleyhinə, o cümlədən səhhəti ilə bağlı absurd bir mövqedən çıxış etməklə onunla bağlanmış əmək müqaviləsini ləğv etməyə məcbur edilmişdir. Bu da öz növbəsində həmin ərizənin etibarsız hesab edilməsini və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir. İddia tələbi bu hissədə əsaslı hesab edildiyindən, məhkəmə kollegiyası iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

51. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2471/2023 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar