Məhkəmə qərarları › İş №2(103)-6102/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6102/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6102/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, 14 mart 2024cü il qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 112 nömrəli mənzildən (yeni qaydalarla: AZ 1070 ünvan 2 çıxarılması və həmin mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə qeyd olunan qətnamədə yol verilmiş yanlışlıqların düzəldilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, 14 mart 2024 cü il tarixli qətnaməsinin nəticə (Qət etdi) hissəsinin ikinci və üçüncü abzasındakı “Cavabdeh ünvan 1, mənzil 112 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1, mənzil 112 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsün. “ ifadələri müvafiq olaraq, “Cavabdeh ünvan 1 ünvanında yerləşən, 112 nömrəli mənzildən (yeni qaydalarla: AZ 1070 ünvan 2 çıxarılsın və həmin mənzil iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən, 112 nömrəli mənzildən (Yeni qaydalarla AZ 1070 ünvan 2 istifadə etmələrinə yaratdığı maneələr aradan qaldırılsın.” kimi oxunması və “Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.” ifadəsi qətnamənin nəticə (Qət etdi) hissəsinə dördüncü abzas olaraq əlavə edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını və Yasamal rayon məhkəməsində baxılan iş mahiyyəti üzrə baxılana qədər Xətai rayon məhkəməsinin e-16(011)- 4/2024, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, məhkəmə iddia tələbindən kənara çıxmışdır, tətbiq olunmalı prosessual normaları tətbiq etməmiş, əksinə tətbiq olunmamalı normaları tətbiq etməklə səhvə yol vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 1208/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıq texniki xarakter daşıyır və bu yanlışlığın düzəldilməsi barədə birinci instansiya məhkəməsi düzgün nıticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 1208/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi zamanı birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmamış, yol verilmiş texniki yanlışlıqlar aradan qaldırılmışdır. Eyni zamanda cavabdeh şikayətində qərardadın ləğv edilməsi ilə yanaşı Yasamal rayon məhkəməsində baxılan iş mahiyyəti üzrə baxılana qədər Xətai rayon məhkəməsinin e-16(011)-4/2024, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş etsə də, bu halı əsaslandırmamışdır. Halbki, hazırda mübahisə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1208/2024 saylı, 14 mart 2024-cü il qətnaməsində texniki səhvlə buraxılmış yanlışlıqların düzəldilməsi məsələsi ilə bağlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar