Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6103/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13in nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1966/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin məzmunundan görünür ki, ******* saylı qrupun tələbələri xx.xx.2022-ci il tarixdə məktəbdə istehsalat təlimi zamanı qrup rəhbərləri olan İddiaçı tərəfindən oxuduqları ixtisasa uyğun heç bir bilik və bacarığa yiyələnməmişlər. 2-ci günlər keçirilən 8 saat dərs zamanı demək olar ki, boş oturmuşlar. xx.xx.2022-ci il tarixdən Biləcəri dəmir yolu stansiyasına təcrübə üçün müəssisəyə yollansalar da, ixtisasları ilə bağlı heç bir təlimat keçməmişlər. Dəfələrlə bu barədə özünə bildirilsə də, heç bir nəticə olmamışdır. Təlimə ancaq qol çəkərək, getmişlər.
2. xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin məzmunundan görünür ki, ******* saylı qrupun tələbələri istehsalat təlimi ustası İddiaçı qrup tələbələri ilə davranış qaydalarına düzgün riayət etmədiyinə görə, başqa müəllimlərin dərsinə girərək dərsə mane olur və buna görə də onu digər istehsalat təlimi ustası ilə əvəz edilməsinin nəzərdən keçirilməsini xahiş edirlər
3. 22.12.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ******* saylı qrupun tələbələri olan Məmmədov Fikrət, Vəlixanova Mariya, Pənahov Məhəmməd, Bəşirov Amil, Mirzəxanov Tariyer, Tarıverdiyev İlkin, Məmmədov Səid, Hüseynov Vüsal, Qasımov Elman, Əliyev Yusif, Əliyev Arif, Həsənov Mehman və s. şəxslər tərəfindən (ayrı-ayrılıqda) Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin ümumi məzmunu İddiaçı dərslərin gedişatına mane olması, tələbələri qiymət yazmamağla hədələməsi və digər müəllimlərin dərs prosesinin audiovideosun qeydə alıb yüksək qiymət yazmaq vədi ilə ona verilməsi barədə şikayətlər təşkil etmişdir.
4. 23.12.2022-ci il tarixli aktın məzmunundan görünür ki, ******* saylı qrupun tələbələrinin mərkəzin direktoruna təqdim etdikləri müraciətin araşdırılması məqsədi ilə həmin qrupun müəllimlərindən və istehsalat təlimi ustasından yazılı ifadə tələb edilmişdir. Lakin İddiaçı tələbələrinin şikayətinin tələblərinə və məzmununa uyğun heç bir yazılı ifadə bildirməyəcəyini deyərək, imtina etmişdir.
5. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasın protokolundan görünür ki, Mərkəzin istehsalat təlimi ustası İddiaçı ilə rəhbərlik etdiyi ******* saylı qrup tələbələri arasında yaranmış münaqişənin müzakirəsi aparılmışıdır.
6. xx.xx.2022-ci il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası İddiaçı izahat alınmışdır.
7. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov tərəfindən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5 saylı təqdimatdan görünür ki, Mərkəzin ******* saylı qrupunun tələbələrinin yazılı müraciətinə əsasən qrupun istehsalat təlimi ustası İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmir. Belə ki, İddiaçı tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin etirazına səbəb olmuşdur. Tələbələrin yazılı şikayəti əsasında onlar tək-tək dindirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhsil alan 14 tələbədən 13 tələbə İddiaçıla bağlı şikayəti şifahi şəkildə təsdiq etmişlər və qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər. Müəllim-tələbə konflikti xx.xx.2022-ci il tarixindən başlamışdır. Qrupla söhbətdən sonra istehsalat təlimi ustası İddiaçıla danışıqlar aparılmışdır. Belə ki, ona başqa qrupa istehsalat təlimi ustası keçirilməsi və əlavə dərs saatı ilə təmin olunması təklif olundu. Lakin Vahabov ona edilən təklifdən imtina etdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq istənilmişdir.
8. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X9nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan görünür ki, təqdimat təmin edilmiş, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad X3 Tahir Nəriman oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
9. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Əmək müqaviləsinə xitam verilməsi” barədə 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.
10. İddiaçı məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli əmri ilə “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş, 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
11. Son haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarının ödənişi həyata keçirilmişdir.
12. AR ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 02 mart 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik hüquqi şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə bu Məcəllənin 80-ci maddəsinin tələblərinə əməl edilərək, xitam verildiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş iş vaxtı uçotu tabellərində 2022-ci ilin 19 yanvar, 27 may 30 dekabr tarixlərində AR ƏM-nin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq, bayramqabağı 1 saat qısaldılma edilmədiyi də müəyyən olunmuşdur. Xidmətin Bakı Şəhər İdarəsinə təqdim edilmiş bank hesabı çıxarışından görünür ki, sonuncu ödənişin xx.xx.2022-ci il tarixində ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan pozuntularla əlaqədar olaraq, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” direktoru X2 AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
13. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 69 nömrəli məktubdan görünür ki, 9 yanvar 2023-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilmiş, ona çatası son əmək haqqı isə 31 yanvar 2023-cü il tarixdə hesablanaraq aidiyyəti üzrə göndərilmişdir. Hesabatın gecikdirilməsinə səbəb yeni ilin ilk ayında Dövlət büdcəsindən maliyyələşən digər idarə və təşkilatlarda olduğu kimi onlarda da maliyyə sənədlərinin işlənməsinin 7 saylı xəzinədarlıq idarəsi tərəfindən gecikdirilməsidir. İşə xitam verilməsi cari ilin yanvar ayına təsadüf etdiyindən Dövlət büdcəsindən maliyyələşmə 25-29 yanvar 2023-cü il tarixində açılmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı əmri ləğv edilməklə işə bərpa olunması, xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə istehsalat təlimi ustası vəzifəsində işləmişdir. İşlədiyi müddətdə dərs apardığı qruplarda heç bir neqativ hal aşkar edilməmişdir. Eyni zamanda o, 2013-cü ildən hazırki vaxtadək 9 saylı Binəqədi ikinci seçki dairəsində katib vəzifəsində işləmişdir. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinə Əsgərov Zülfüqar xx.xx.2021-ci il tarixində gətirildiyi gündən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, işçiləri formal əsaslarla işdən azad etmişdir. Həmçinin direktor 2021/2022-ci tədris ilində qanuni şəkildə dərs saatları ilə təmin olunmuş istehsalat təlimi ustalarından kütləvi şəkildə dərslərdən imtina ərizəsi alaraq, yeni dərs saatları tətbiq etmişdir. Mərkəzdə ******* saylı qrupda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərdə dərs saatlarının və sinif jurnalındakı qayıbların ağardıcı ilə düzəliş edilməsinə qarşı öz iradını bildirmişdir. X5 saxtakarlıqları ört-basdır etmək üçün tələbələr Mehman Həsənovun, Amil Bəşirovun, Vüsal Hüseynovun və Ozal Məmmədlinin vasitəsilə ona şər-böhtan ataraq, qrupun işinə qarışmaq ittihamı ilə qrupdan uzaqlaşdırılmışdır. Şikayət edən həmin tələbələr direktora müraciət edərək, bildirmişdir ki, onlara icazə verilsin. Direktor da öz növbəsində onlara icazə vermişdir. xx.xx.2023-cü il tarixində direktor X4 İttifaqının bütün üzvlərinin olmamasına baxmayaraq iclas keçirtmişdir. İclasda iştirakçılar onu digər qrupa keçirilməsini direktora təklif etsə də, direktor buna məhəl qoymamış və bildirmişdir ki, “başqa qrup yoxdur” deyərək bundan imtina etmişdir. Sonradan aydın olmuşdur ki, işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz xitam verilmişdir. Xitam verilməsinə əsas kimi, şagirdlərlə kobud davranması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə onlara bilik və bacarıqlarını düzgün aşılamamasını bildirmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə vəzifə borcunu tam yerinə yetirmədiyinə görə bir dəfə töhmətlə cəzalandırılmış, dəfələrlə şifahi xəbərdarlıq almışdır. Buna baxmayaraq, öz işində dönüş yaratmaq əvəzinə ciddi nöqsanlara yol verməkdə davam etmişdir. Belə ki, həm 2021-2022-ci, həm də 2022-2023-cü tədris illərində iddiaçı rəhbərlik etdiyi qrupların tələbələri ilə qarşılıqlı anlaşılmazlıq, qrupdaxili çəkişmələr müşahidə olunmuşdur ki, bunun da nəticəsində 2021-2022-ci tədris ilində töhmətlə cəzalandırılmışdır. Həmin tədris ilinin sonunda onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün gələcəkdə belə nöqsanlara yol verməyəcəyini bildirmiş və əmək müqaviləsini yeniləyərək, fəaliyyətinə davam etmək barədə ərizə ilə xahiş etmişdir. Xahişi nəzərə alaraq, diaqnostik qiymətləndirmədən keçmiş olduğu ixtisas üzrə 2022- 2023-cü tədris ilində təşkil edilmiş, ******* saylı, “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin dekabr ayında ******* saylı qrupun nümayəndəsi tərəfindən tələbələrin imzası ilə direktorun adına müraciət daxil olmuşdur. Müraciətdə istehsalat təlimi ustası İddiaçı başqası ilə əvəz edilməsi xahiş olunmuşdur. Məsələnin araşdırılması məqsədilə Təhsilalanlarla iş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva ilə birlikdə əvvəlcə Vahabovu, sonra işə qrup tələbələri dinlənilmişdir. Tələbələr Vahabovun dərslərin tədrisini düzgün aparmadığını və nəticədə tələbələrdə tədris müddəti ərzində mövzu üzrə bilik və bacarığlarının inkişafına yönələn heç bir irəlilləyiş olmadığını bildirmişlər. Həmçinin qrup nümayəndəsindən digər müəllimlərin tədris prosesi zamanı yaranmış problemləri audio-video qeydini ona göndərilməsini tələb etmiş, bunun müqabilində tələbələrə yüksək qiymət etmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmrində, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X9nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası kimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin İddiaçı barəsində şikayət məzmunlu izahatlarına istinad edilmişdir. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin İddiaçı barəsində şikayət məzmunlu izahatları təşkilatın rəhbərliyi tərəfindən formal mülahizələrlə, əsaslandırılmadan İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
19. Bundan başqa Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X9nın xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışdan görünür ki, İddiaçı digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. Göründüyü kimi, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitamına əsas olacaq, konkret hallar aşkar edilməmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərkən əmri əsaslandırmamış, tələbələrin müraciəti əsasında hər hansı xidməti araşdırma aparmamış, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və ya işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair konkret hallar aşkar olunmamışdır.
21. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən digər əsasla bağlı isə məhkəmə qeyd etmişdir ki, “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma” əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və bu hal konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Başqa sözlə, işçinin əvvəllər hər hansı bir səbəblə intizam tənbehi almış olması 6 ay ərzində onun əmək müqaviləsinə xitam verilməsinə o halda səbəb ola bilər ki, həmin dövr ərzində işçi əmək müqaviləsi ilə ona tapşırılmış əmək funksiyalarını pozmuş olsun. Cavabdeh məhkəmə iclasında idiaya etirazının əsası kimi İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, Azərbaycan Respublikası ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbi baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 3, 42.1, 45.4, 47, 56.2, 287, 288, 292 -ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iş üzrə toplanmış sübutların məcmusunu tədqiq edərkən belə nəticəyə gəlmişdir ki, guya İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş konkret hallar müəyyən edilməmişdir. İşçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün, işçinin əmək funksiyalarının yerinə yetirilməməsi nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmalı və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İş materiallarında mövcud olan ******* saylı qrupun adından “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13 rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kollektiv müraciətlərdən görünür ki, qrupda olan tələbələrə təlim keçirilən zaman iddiaçı tərəfindən mütəmadi olaraq cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına riayət edilmir, oxuduqları ixtisas üzrə onlara heç bir bilik verilmir, iddiaçı, başqa müəllimlərin dərslərinə müdaxilə etdiyi üçün əmək və icra intizamının normal ahəngini pozur və bəzi günlərdə tələbələr dərslərdə boş oturduqları üçün vaxtlarını səmərəsiz keçirirlər. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli 403 saylı Əmri ilə təsdiq edilmiş “Peşə məktəbi və peşə litseyinin istehsalat təlimi ustası haqqında Əsasnamə”yə əsasən, istehsalat təlimi ustası davranış və nizam-intizam qaydalarına riayət etməlidir, əməyə münasibətdə şagirdlərə nümumə olmalıdır, onlara müraciətdə pedaqoji nəzarəti gözləməlidir, şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmalıdır və onlara yüksək səviyyədə peşə təlimi keçməlidir. Beləliklə, iddiaçı tərəfindən əmək vəzifələrinin yetərincə yerinə yetirilməməsi nəticəsində, tələbələrin Azərbaycan Respublikası Konstitusiyasında və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş yüksək keyfiyyətli təhsil almaq hüquqları pozulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi tələbələrin müraciətlərini böhtan xarakterli məlumatlar kimi qəbul edərək formal mülahizələr siyahısına daxil etmişdir. Bununla bağlı bildirir ki, tələbələrin məlumatlarının böhtan xarakterli olduğu yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə sübut edilə bilər. Beləliklə, tələbələrin şikayətlərinin böhtan xarakterli olub-olmaması birinci instansiya məhkəməsində mübahisə predmeti olmamış və digər məhkəmə qətnaməsi ilə sübut edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi, işəgötürənin iqtisadi baxımdan daha güclü tərəf olduğunu qeyd edərək, işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsini əsassız hesab etmişdir. Məhkəmənin qeyd etdiyi dəlilinə münasibətdə bildirilməlidir ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi barəsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işəgötürənin mülahizəsinə buraxılmışdır. Belə ki, AR Əmək Məcəlləsinin 186.3-cü bəndinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əfsuslar olsun ki, iş materiallarında mövcud olan sübutların məcmusundan görünür ki, iddiaçının davranışı ilə bağlı şikayətlər, müxtəlif vaxtlarda həm tələbələr, həmçinin kollektivdə çalışan digər həmkarlar tərəfindən rəhbərliyin ünvanına daxil olmuşdurlar. Yuxarıda qeyd edilən işin hallarından müəyyən etmək olar ki, iddiaçı əmək kollektivi arasında böyük nüfuza malik olmamış və eyni zamanda peşakarlıq səviyəsi də aşağı olmuşdur. Eyni zamanda, tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməmişdən əvvəl, işəgötürən tərəfindən iddiaçı - İddiaçı barəsində əmək vəzifələrinin pozulması ilə bağlı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə intizam tənbehinin növləri olaraq töhmət və şiddətli töhmət verilmişdir. Beləliklə, iş materiallarında mövcud olan sübutların məcmusundan görünür ki, işəgötürən işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etmiş, lakin iddiaçı bundan nəticə çıxartmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13in nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə mühüm əhəmiyyətli halları araşdırmamış və eyni zamanda məhkəmə qətnaməsinin nəticə hissəsi işin hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarına olan sübutları tədqiq edərkən belə nəticəyə gəlmişdir ki, guya iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Faktiki olaraq qanunverici Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin 2 elementini nəzərdə tutur. Birincisi işçi tərəfindən əmək funksiyaları pozulmalıdır və eyni zamanda müəsisədaxili nitam-intizam qaydalarının ahəngi pozulmalıdır, mülkiyyətçininişəgötürənin əmək kollektivinin və onun ayrı-ayrı üzvlərinin hüquq və mənafelərinin pozulması aşkar edilməlidir. İş materiallarında mövcud olan sübutlarla müəyyən edilir ki, mütəmadi olaraq uşaqlar tərəfindən kollektiv qaydada barəsində şikayətlər edilmişdir. Birinci xx.xx.2022-ci il tarixində şagirdlər kollektiv qaydada şikayət edərək bildirmişlər ki, cəmiyyət tərəfindən təşəkkül tapmış davranış qaydalarına təlimçi tərəfindən riayət olunmur, onlarla nəzakətli davranış aparılmır, bundan başqa ixtisas üzrə normal təlim həyata keçirilmir və əksər vaxtlarda dərslər boş keçirilir. Kollektiv şikayətlər iki dəfə daxil olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 403 saylı, 2020-ci il tarixli əmri ilə Peşə-Təhsil müəssisələrində istehsalat təlimi ustası barədə əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamənin tələblərinə görə istehsalat təlimi ustası şagirdlərə peşakar təhsil verməli, davranışda onlarla nəzakətli olmalı, eyni zamanda şagirdlər üçün nümunə olmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, şagirdlər tərəfindən verilən şikayətlər böhtan xarakteri daşıyır və formal mülahizələrə əsaslanır. Əgər həmin məlumatlar böhtan xarakterli olsa idi, o zaman iddiaçı xüsusi ittiham qaydasında birbaşa məhkəməyə müraciət edərdi. Və əgər həqiqətən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunsa idi ki, bəli, bu məlumatlar böhtan xarakterlidir, o zaman məhkəmə həmin faktları faktları sübut kimi qəbul edə bilərdi. Digər müəllimlərin də şikayətləri vardır ki, iddiaçı onların da dərslərinə müdaxilə edərək işin ahəngini pozub. Birinci instansiya məhkəməsinin dəlillərindən biri də o olmuşdur ki, guya işəgötürən iqtisadi cəhətdən daha güclü tərəf olduğu üçün o ən ciddi, ağır intizam tənbeh növünü vermişdir. Əmək qanunvericiliyi burada hər hansı intizam tənbehi verilməsini işəgötürənin mülahizəsinə buraxır. İşçiyə intizam tənbehi verilərkən birincisi onun şəxsiyyəti, ikincisi onun əmək kollektivi arasında nüfuzu, peşəkarlıq səviyyəsi və xətanın xarakteri nəzərə alınmalıdır. İş materiallarında mövcud olan sübutlar tədqiq edilərkən görünür ki, istehsalat təlimi ustası faktiki olaraq elə də peşəkarlıq səviyyəsinə malik olmamış, eyni zamanda kollektiv arasında elədə nüfuzu olmamışdır. Belə ki, dəfələrlə onun barəsində həm müəllimlər tərəfindən, həm də şagirdlər tərəfindən şikayətlər olmuşdur. Əmək Müfəttişliyinin məktubu ilə bağlı bildirilir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müddəaları pozulmamışdır. İş materiallarında qərarın nəyə əsasən tərtib olunduğu qeyd olunmuşdur. Yəni bayramqabağı günlərə görə hər işçiyə icazə verilməlidir ki, 1 saat tez işdən çıxsın və uçot aparılarkən müəyyən olunmuşdur ki, həmin işçilərə tez çıxmağa icazə verilməmişdir. Ona görə də Əmək Müfəttişliyi direktor barəsində intizam tənbehi növü tətbiq etmişdir. Bütün sübutlardan görünür ki, əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçi tərəfindən əmək qanunvericiliyin müddəaları pozulmamış və ardıcıl olaraq bütün intizam tənbehləri tətbiq olunduqdan sonra əmək kollektivinin və ayrı-ayrı üzvlərinin mənafeyini nəzərə alaraq işçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verilmişdir. Əmək Müfəttişliyinin qərarından şikayət verilməmişdir. İntizam xətası barədə xx.xx.2022-ci il tarixində şikayət olunmuşdur və 1 ay müddətində, yəni xx.xx.2023-cü il tarixində tənbeh tətbiq olunmuşdur. İntizam tənbehi 6 ay ərzində qüvvədə olur. Tənbeh verilməmişdən əvvəl iddiaçının izahatı alınmışdır, lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Bundan başqa bildirmişdir ki, məqsədyönlü şəkildə nəsə edilsə idi, müəssisə rəhbəri iddiaçıya başqa qrup verilməsi ilə bağlı təklif verməzdi. Lakin iddiaçı başqa qrupdan imtina etmişdir. Barışıqla bağlı tərəfindən iddiaçıya dəfələrlə təklif olunmasına baxmayaraq buna razılıq vermədi. Göründüyü kimi tərəflərindən barışıqla bağlı addımlar atılmasına baxmayaraq razı deyildir. Birinci instansiya məhkəməsində işin faktiki halları ətraflı şəkildə araşdırılmamışdır. Məhkəmə qətnaməsinin əksər hissəsi işin hallarına uyğun deyildir. Sonuncu dəfə iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsinin əsası ondan ibarətdir ki, 21 dekabr tarixində iddiaçı barəsində rəhbərliyin adına şikayətlər ünvanlanmışdır. 27.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişir ki, qarşı tərəfin ona qarşı qərəzli mövqeyi olmuşdur. O, 2017-ci il tarixində Ələsgərov Zülfüqarla əvvəllər bir yerdə işləmişdir. Ələsgərov Zülfüqar tək onunla deyil, bütün işçilərlə qərəzli mövqedədir. Bununla bağlı sübutları yoxdur. O, bülletendə olduğu vaxt bunlar qərəzli şəkildə olmuşdur. Tələbələr və müəllimlər gəlib ifadə versələr həmin şikayətdə qeyd olunanları təsdiq etməyəcəklər. O, tələbələri dərsdən getməyə icazə vermədiyi üçün ondan şikayət etmişlər. Tələbələr müəssisədə işləyirdilər, ona görə də Ələsgərov Zülfüqar şəxsən onlara dərsdən icazə verirdi. Ona təklif olunan işdən imtina etməyinin səbəbi odur ki, o, başqa qrupa getmiş olsaydı belə, yenə həmin hadisə baş verəcəkdi. Onun bu işdə günahı yoxdur. Onun bu işdə günahı olmadığı üçün izahat verməkdən imtina etmişdir.Tələbələri ona qarşı öyrətmişlər, bu məsələni araşdırsınlar. O, qanunvericiliyi bilmədiyi üçün ərizədə qeyd olunanların şər və böhtan xarakterli olması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əmək Müfəttişliyinə müraciət etməzdən əvvəl Elm və Təhsil Nazirliyində Peşə Agentliyinə müraciət etmişdir. Barışığa razı deyil, öz işinə qayıtmaq istəyir. O, yalnız əmək kitabçasındakı maddənin dəyişməsi ilə razı deyil. O, yalnız işinə qayıtmaq şərtilə cavabdehlə barışar. Onda həmin müəllimlərin barəsində yazdığı iki ədəd böhtan xarakterli məktubları vardır. Tələbələr də müəllimlərlə eyni məzmunlu məktublar yazmışdır.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, cavabbdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
32.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 33.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 34.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 35.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 36.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 37.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 38.80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 39.186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 40.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 41.300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
42. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 45.Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. 46.Beləliklə İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası vəzifəsi üzrə işə qəbul olmuşdur. Mərkəzin xx.xx.2023-cü əmrinə əsasən İddiaçı əmək müqaviləsinə əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisədə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı tələbinin faktiki əsası kimi ona münasibətdə görülmüş “əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehinin ona atılmış böhtanın nəticəsi olmasına, əmək vəzifələrini kobud şəkildə pozmasının nədən ibarət olması, işəgötürənin mənafeyinin hər hansı şəkildə pozması hallarının əsaslandırılmadığına, işdən xaric edilməsinin əsassız olmasına istinad edir.
47. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. Belə ki, İddiaçı tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin və fənn müəllimlərinin etirazlarına səbəb olmuşdur. Qeyd olunan bu hallar Mərkəzin ******* saylı qrupunun tələbələrinin və müəllimlərin yazılı müraciətlərinə əsasən araşdırılmış, istinad olunan hallar öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhsil alan 14 tələbədən 13 tələbə iddiaçı ilə bağlı şikayətlərini şifahi şəkildə təsdiq etmişlər, onlar, qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər.
48. “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin X9 tərəfindən xx.xx.2023-cü il tarixində direktor, tədris şöbəsi, fənn müəllimləri və ******* saylı qrupun tələbələrinin iştirkaı ilə keçirilən iclasda Mərkəzin direktoru Zülfüqar Əsgərovun ünvanladığı xx.xx.2023-cü il tarixli 5 saylı təqdimat müzakirə edilmiş, araşdırmaya təqdim olunmuş sənədlərə baxış keçirələrkən əmək qanunvericiliyinin tələblərinin və müəssisədaxili qaydaların pozulması halı aşkar edildiyindən İddiaçı tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
49. Beləliklə iddiaçı iş yeri üzrə əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, həmçinin yol verdiyi kobud davranışı ilə əmək vəzifələrini ciddi şəkildə pozmuş, bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır. Belə ki, məhkəmə hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir.
50. Bundan başqa Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilən işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair dispozisiya şərti ilə əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, müəllim adı şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu adı daşıyan hər bir insan mənəviyyatını hər şeydən üstün tutmalı, Azərbaycan Respublikasının gələcəyi olan gəncləri də bu tərzdə yetişdirməli, davranışı ilə onlara nümunə olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, peşə fəaliyyəti zamanı müəllim adına xələl yetirən hərəkətə yol verən təhsil işçisi təhsil müəssisəsinin qanunla qorunan mənafelərinə ziyan dəymiş olur, o, bu cür hərəkətlə hətta gələcək nəslin savadlı, mədəni, tərbiyəli, mənəvi olaraq sağlam böyüməsini təhlükə altına qoymaqla dövlətin ümumi maraqlarına zərər vurur.
51. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmış olmasından başqa məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi aydınlaşdırılmalıdır. İş materiallarından göründüyü kimi, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatına qabaqcadan təqdimatla müraciət edilmiş, müvafiq əsaslandırma sənədləri təqdimata əlavə edilmiş və razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.
52. İddiaçının iddianın əsası kimi istinad etdiyi "Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13in vəzifəli şəxsi olan direktoru X2 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qeyd edilməlidir ki, sözügedən bu qərar əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi ilə bağlı olmamışdır. Həmçinin iddiaçının tələbələrin öyrədilmiş olmasına, əmək münasibətlərinə xitam verilməsinin Mərkəzin direktoru tərəfindən ona qarşı edilən ayrı-seçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.
53. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 54.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 55.Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. 56.Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 57.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. 58.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X13ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova