Məhkəmə qərarları › İş №2(103)-6105/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6105/2025

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-6105/2025 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının, cavabdeh Şahin Mehmetin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı1 ASC-nin nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Şahin Mehmetə, cavabdeh3 və cavabdeh1 qarşı ( iddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı Bank “xxxx” ASC və cavabdeh Şahin Mehmet tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Şahin Mehmetə, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh Şahin Mehmet arasında ## #### 2022-ci il tarixdə DEN-*****-**/**A saylı əsas kredit müqaviləsindən irəli gələn DEN-B****-**/**A saylı ##.##.2022-ci il tarixli müqavilə üzrə cəmi 20470.85 manat məbləğində borcun cavabdehlər Şahin Mehmetdən və cavabdeh3 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ əsasında cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, DEN-C****-**/**A saylı ##.##.2022ci il tarixli müqavilə üzrə cəmi 96751.43 manat məbləğində borcun cavabdehlər Şahin Mehmetdən və cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulmasına, tutmanın cavabdeh1 məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Nobel PR 23 ünvanında yerləşən ** saylı qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin və iddia qaldırılması üçün ödənilmiş 408 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Şahin Mehmetdən və cavabdeh1 müştərək qaydada ## ######## 2022-ci il tarixli, DEN-C****-**/**A saylı kredit müqaviləsi üzrə 71628.81 manat əsas borc və 2381.35 manat dəbbə pulu olmaqla, cəmi 74010.16 (yetmiş dörd min on manat on altı qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanlı qeyri-yaşayış sahəsinə yönəldilməsi; həmin daşınmaz əmlakın likvid qiymətinin 440500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait cavabdehlərin Bank “xxxx” ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Bank “xxxx” ASC apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini kredit borcunun müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə kredit borcunu tam təmin etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, həmin qətnamədən cavabdeh Şahin Mehmet apellyasiya şikayəti verərək Bakı şəhəri cavabdeh cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında ** saylı qeyri yaşayış sahəsinin likvid dəyərinin müəyyən edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanındakı ** saylı qeyri yaşayış sahəsinin daxilində olmuş məişət, mebel avadanlıqlarının qanunsuz və cavabdehə xəbər verilmədən qiymətləndirilməsi səbəbindən Binəqədi rayon Məhkəməsinin ## ######## 2025ci il tarixli 2(001)-1458/2025 qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək baxılması üçün ## ###### 2025-ci il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı Bank “xxxx” ASC-nin ərizəsinə baxılması səbəbilə mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahin Mehmet və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı1 ASC-nin nümayəndəsi Vəkil/Nümayəndə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı Bank “xxxx” ASC-nin ərizəsinə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı Bank “xxxx” ASC və cavabdeh Şahin Mehmet tərəfindən verilmiş apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı Bank “xxxx” ASC-nin ərizəsinə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar