Məhkəmə qərarları › İş №2(103)-6106/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6106/2025

22.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6106/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3197/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə (iddia tələbinin həcminin artırılmışdır) məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun “Baku Electronics" MMC-də tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməyinə, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlərin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, 50 (əlli) manat mediasiya haqqının və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3197/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0008 nömrəli əmrinin ləğv edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlər, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş edilməklə İddiaçı Cavabdeh MMC-də məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcı vəzifəsinə bərpa edilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı tərəflər kollegiyaya barışıq sazişini təqdim edərək bildirmişdirlər ki, mübahisə ilə əlaqədar aralarında olan məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni sülh yolu ilə həll etmək məqsədi ilə barışıq sazişi bağlamışdırlar. Bununla bağlı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdirlər. Məhkəmə Kollegiyası izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 384, 400, və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3197/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Bu barışıq müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı barəsində verilmiş 2025/xx/xx-0008 saylı 18 fevral 2025-ci il tarixli əmrinə əsasən o, məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə əmr ləğv edilir.

2. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə işdən azad edilməsi barədə əmr verilir və elektron hökümət portalına müvafiq qeydlər aparılır.

3. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məcburi iş buraxmaya görə 5000 (beş min) manat ödəniş edilir.

4. Yuxarıda qeyd edilən şərtlər icra edildikdən sonra İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı iddia və tələbi olmayacaqdır.

5. Tərəflər barışıq sazişinin icrasından könüllü boyun qaçırdıqda bu barışıq sazişi əsasında məhkəmə tərəfindən müvafiq icra sənədinin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar