Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6109/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş arayışa əsasən, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1 ünvanında yerləşən 3 otaqlı, 23 nömrəli mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə Sektorunun xx.xx.2018-ci il tarixli arayışa əsasən, Cavabdeh 1995-ci ildən etibarən məcburi köçkün kimi ailə tərkibi ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2355/2012 saylı, 11 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər X14 və X3 qarşı ünvan 3 ünvana köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3206/2013 saylı, 15 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiyia şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2355/2012 saylı, 11 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdehlər X14 və X3 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən iddiaçının (Həsənov İslam Sayiş oğlunun) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450.000 (dörd yüz əlli min) manat məbləğin bu günə olan manata indeksasiya edilərək dəyərinin cavabdeh İddiaçı alınaraq müştərək qaydada Həsənov İslam Sayiş oğluna və Cavabdeh ödənilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12313/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1999/2020 saylı qərarı ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12313/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. 8.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddiaçılar Həsənov İslam Sayiş oğlu və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Həsənov İslam Sayiş oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, (indiki Rüfət Abdullayev küçəsi) ev 1 ünvanında yerləşən 3 otaqlı, 23 nömrəli mənzil mülkiyyət hüququ əsasında X4 məxsusdur.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Cavabdeh qarşı ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanına cavabdehlər Cavabdeh və X8, 2005-ci ildə doğulmuş oğlu X10, 2009-cu ildə doğulmuş oğlu X11 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların əşyaları ilə birlikdə bu yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Leninqrad vilayəti, Priozersk şəhəri, Qoqol küçəsi ev 7, mənzil 30 ünvanında yaşayaraq burada işləyir. ünvan 5 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 71.5 kv.metr, yaşayış sahəsi 37,04 kv.metr olan mənzil xx.xx.1994-cü il tarixindən onun xüsusi mülkiyyətindədir. (DƏDRX-in xx.xx.2018-ci il tarixli arayışının əsli əlavə edilir.) Cavabdeh onun vəfat edən bacısının - X5 oğludur. Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğalından sonra onun valideynləri Bakı şəhərinə gəldilər və onlar əvvəlcə yataqxanada məskunlaşdılar. Onlarla birgə həm də bacısı Raisa və onun ailəsi də gəldilər. 1994-cü ildə o, ünvan 6 ünvanında yerləşən mənzili əldə etmişdir. 1997-ci ildə o, bacısı Raisanın oğlu Cavabdeh ona məxsus adı çəkilən mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Anası və atası Sank-Peterburq şəhərinə gedərək orada yaşayan bacısı Tamaranın yanına yaşamağa getmişlər. Atası xəstə idi və qaçqın kimi ona orada ssuda verdilər. Bu pula atası ünvan 7 ünvanında yerləşən bu mənzilinin qonşuluğunda 1-ci mərtəbədə bir mənzil aldı. Bundan sonra atası vəfat etdi və o, anasını öz yanına götürdü. Bacısı Raisanın əri İslam sonra bu mənzili satdı. O, anası və nənəsı kirayədə ev tutub yaşadılar. Sonra Azərbaycan Respublikası Qaçqınların və X13 Üzrə Dövlət Komitəsi onlara ünvan 8 ünvanında 6 sot torpaq sahəsi və üzərində bir otaqlı, kiçik mətbəxi olan ev tikib verdi. O, da orada əlavə bir otaq tikdi. 2005ci ildə bacısı Raisa xərçəng xəstəliyinə tutuldu, o və anası Raisanı müalicə üçün Sank- Peterburq şəhərinə aparmağa məcbur oldular. Onun xəstəliyinin müalicəsi üçün heç kim pul vermək istəmirdi. Ona görə də o, məcbur olub mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında yerləşən 3 otaqlı mənzili “Azərnəqliyyatbanka”- ipoteka qoyub kredit götürdü, onun müalicəsinə xərclədi. Eyni zamanda orada işləyərək bankın da kreditini göndərərək ödəyirdi. Bacısı Raisa vəfat edəndən sonra Səbuhinin qardaşı Rüfət və arvadı anasını dövlət tərəfindən ona verilən ünvan 8 ünvanında yerləşən həmin evdən qovmuşlar. Bu barədə ona qonşular zəng etdilər və o, Bakıya gəlsə də, lakin onu da bu evə buraxmamışlar. Hazırda onun xüsusi mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında bacısı Raisanın oğlu Cavabdeh və onun ailə üzvləri, dövlət tərəfindən anasına verilən ünvan 8 ünvanında yerləşən evdə isə bacısı Raisanın digər oğlu Rüfət Həsənov yaşayır. Cavabdeh onun ailə üzvlərinin sırasına aid deyildir, o, bacısı oğludur, mülkiyyətçi kimi onunla onun arasında yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmamışdır. Ona müvəqqəti olaraq burada yaşamağa icazə verilmiş, razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü bağlanmamışdır. Eyni zamanda ona yaşayış yeri üzrə qeydiyyata düşmək üçün də hər hansı razılıq verilməmiş və bu mənzilə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26 aprel 2018-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2005-ci il tarixindən "xxxx" -ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Aydınlıq üçün bildirir ki, 1989-cu ildə yaradılmış bu bank, 04 mart 2010-cu il tarixindən “Expressbank” adlanır. Beləliklə, cavabdeh və onun ailə üzvlərinin qanunsuz və özbaşına olaraq zəbt etdikləri onun xüsusi mülkiyyətində olan bu mənzildən könüllü çıxmadığı səbəbindən, o, “Expressbank”a olan borcunu bağlaya bilmir, belə ki, əgər cavabdehlər bu mənzili boşaltdıqları halda, o, mənzili hər hansı bir alıcıya təqdim edib beh götürə bilər, sonra bu behi banka verib borcu bağlayaraq mənzili yüklülükdən azad edə bilər, həm də digər borclarını da qarşılaya bilər. Cavabdehlərin belə özbaşına və qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozur, əmlakı üzərində sahiblik etmək, onun barəsində sərəncam vermək imkanından onu məhrum edir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsi (hakim Tural Məmmədov) ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh və X8 ailə üzvləri olan X16 və X17 olmaqla, onlara məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanından çıxarılması və iddia tələbinin qalan hisədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, (indiki Rüfət Abdullayev küçəsi) ev 1 ünvanında yerləşən 3 otaqlı, 23 nömrəli mənzil mülkiyyət hüququ əsasında X4 məxsusdur. Cavabdehlər 1994-cü ildən etibarən məcburi köçkün kimi öz ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə məskunlaşmışlar. Hazırkı iddia tələbində iddiaçı cavabdehə həmin mənzildə müvəqqəti məskunlaşmaq üçün icazə verdiyini və hazırda cavabdehlərin onun qeyd olunan mənzilə münasibətdə mülkiyyət hüquqularını həyata keçirməyə maneələr törətdiyindən həmin mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir. Cavabdehin isə etirazı ondan ibarətdir ki, qeyd olunan mənzil onun atasının şəxsi vəsaiti hesabına alındığına və 1994-cü ildən etibarən həmin mənzildə yaşadıqlarına görə iddia tələbi əsaslı ola bilməz.
15. Məhkəmə iddia tələbinə qiymət verərkən mübahisəli mənzilə iddiaçı və cavabdeh tərəfin hansı hüquqlarının olmasının müəyyənləşdirilməsini zəruri hesab etmişdir. Yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil 1994-cü ildən iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh tərəf bu halı mübahisələndirsə də, məhkəmə hesab edir ki, etiraz əsassızdır.
16. Əvvəlki məhkəmə aktları ilə Həsənov İslam Sayiş oğlu və Cavabdeh İddiaçı qarşı ünvan 4 ünvanında yerləşən iddiaçının (Həsənov İslam Sayiş oğlunun) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450.000 (dörd yüz əlli min) manat məbləğin bu günə olan AR manatına indeksasiya edilərək dəyərinin cavabdeh İddiaçı alınaraq müştərək qaydada Həsənov İslam Sayiş oğluna və Cavabdeh ödənilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
17. Göründüyü kimi, cavabdeh tərəf hazırda bildirdiyi etirazını daha əvvəl iddia tələbi şəklində E.C.Alıquliyevaya qarşı irəli sürmüş, mübahisəli mənzilə görə pulun onlar tərəfindən ödənildiyini bildirməklə, həmin pul məbləğini İddiaçı geri tələb etmiş, lakin iddia tələbi yuxarı instansiya məhkəmələri tərəfindən əsassız hesab edilmişdir.
18. Mübahisəli mənzilə cavabdehlərin sahiblik və istifadə (məhdud əşya) hüquqlarının olub-olmamasına gəlincə, məhkəmə qeyd edir ki, işdən göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzildə 1994-cü ildən məskunlaşmışlar. Elə həmin ildə də, mənzil iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh tərəfin mübahisəli mənzillə bağlı münasibətləri 1994-cü ildə yarandığından, cavabdehlərin həmin mənzilə məhdud əşya hüquqlarının olub-olmaması məsələsinə də həmin dövr qüvvədə olan qanunvericilik baxımından hüquqi qiymət verilməlidir.
20. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
21. Həmin Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
22. Cavabdeh İddiaçı bacısı oğludur, digər cavabdeh X12 isə Cavabdeh həyat yoldaşıdır və iddiaçı ilə yaxın qohumluğu müəyyən edilmir.
23. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaranmamışdır. Çünki, onlar iddiaçıya münasibətdə istifadə hüququnun yaranması üçün müəyyən edilmiş qohumlar kateqoriyasına aid deyillər.
24. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə qalmalarını şərtləndirən hüquqi əsaslar yoxdur. Ona görə də, onlar iddiaçıya məxsus mənzili yetkinlik yaşına çatmayan uşaqları - 2005-ci ildə doğulmuş X16 və 2009- cu ildə doğulmuş X17 və əşyaları ilə birgə tərk etməlidirlər.
25. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanına cavabdehlər Cavabdeh və X8, 2005-ci ildə doğulmuş oğlu X10, 2009-cu ildə doğulmuş oğlu X11 istifadə hüququna xitam verilməsi hissəsində əsassızdır. Çünki, artıq qeyd edildiyi kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır. Belə olan halda, olmayan hüquqa xitam verilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisə predmeti olan və ünvan 9 ünvanında yerləşən mənzil Həsənov İslam Sayiş oğlunun şəxsi vəsaiti hesabına əldə edilmişdir. Mənzili V.Sudarev adlı şəxsdən almışlar. Mənzilin əldə edilmə vaxtı Qarabağ müharibəsi dövrünə düşdüyündən və Bakı şəhərində qeydiyyatda olmayan şəxslərə satılmadığından mənzili formal olaraq İddiaçı adına rəsmiləşdirmişlər. Mənzil alındıqdan sonra sonra ailəsi ilə birlikdə mənzilə köçmüş və özü, həyat yoldaşı və uşaqları da olmaqla qeyd edilən mənzildə yaşayırlar. Artıq 26 ildir ki, həmin mənzilə sahiblik edirlər. Hamı, o cümlədən qohumlar və qonşular da mənzilin onlara məxsus olduğunu bilir. Cavabdeh isə bir gün belə olsa mənzillərində yaşamayıb. Nə qohumlar, nə də qonşular ümumiyyətlə cavabdehi onlara məxsus olan evdə yaşayan görməyib. Belə ki, ünvan 9 ünvanında yerləşən mənzilin cavabdehin adına olması ancaq formal olaraq sənədlər üzərindədir. Cavabdeh ümumiyyətlə nə evin içini görüb, nə də həmin mənzildə yaşamayıb. Evə quraşdırılmış elektrik sayğacı da mərhum X6 adına rəsmiləşdirilmişdir. Cavabdeh isə hətta mübahisəli mənzildə qeydiyyatda da deyil. Onlar isə 1994-cü ildən qeyd edilən mənzildə yaşayırlar və mənzil onlar tərəfindən dəfələrlə təmir olunub və təqribən 50-60 min manat pul xərclənib. Təbii ki, qeyd edilən mənzil cavabadehin olsaydı, onun tərəfindən bu qədər xərclər çəkilməzdi. Məhkəmənin əlavə olaraq nəzərinə çatdırır ki, Suraxanı Rayon Məhkəməsinin 2-151/07 saylı qətnaməsinə əsasən, 11871 ABŞ dollarının X2 alınaraq "xxxx" ASC-yə ödənilməsi, borcun əvəzi olan ipoteka predmeti olan ünvan 9 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin satılaraq tələb edilən məğləğin bankın hesabına ödənildikdən sonra qalan məbləğin X7 ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən, müəyyən olunmuşdur ki, X9 "xxxx" ASC-dən 8000 (səkkiz min) ABŞ dolları borc almışdır. Lakin heç bir ödəniş etməmişdir. "xxxx" ASC-yə 8000 (səkkiz min) ABŞ dolları borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuş, cavabeh isə məhkəmə prosesində iştirak edərək rahatlıqla borc məbləğindən qat-qat çox dəyəri olan mənzilin satılmasına razı olduğunu bildirmişdir. Görünən budur ki, iddiaçı üçün sənəd üzərində adına rəsmiləşdirilmiş mənzilin hansı qiymətə, necə satılacağı önəmli olmamışdır. O, bilmişdir ki, onsuz da mənzil onun deyil. Nəticə etibarilə iddia təmin edilmiş, cavabdeh ümumiyyətlə heç bir şikayət və ərizə ilə nə məhkəməyə, nə də başqa yerə müraciət etməmiş, qısa müddət ərzində isə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Hal-hazırda da azı 15 ildən çox müddətdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. Cavabdehin qeyd edilən ünvanda yaşamaması faktı eyni zamanda 11 saylı MKİS tərəfindən verilmiş 39 saylı xx.xx.2019-cu il tarxili arayışla da sübut olunur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
29. Cavabdeh məhkəməyə ünvanladığ teleqramda yaxın qohumunun vəfat etməsi ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəbli təsdiq edən sübut təqdim eməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh X12 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
30. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
32. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:
Maddə 53. icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
37. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
38. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
39. Əvvəla, təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuşdur.
40. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddianın təmin edilən hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılırdı.
41. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 1994-1995-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir.
42. Belə ki, cavabdehlər çıxmaq istəmədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə cavabdehlərin hər hansı bir aidiyyətinin olubolmaması ilə bağlıdır.
43. Cavabdehlərin mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla onlara məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə uzun müddət faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar cavabdehlərin həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
44. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə uzun müddətli olsa belə müvəqqəti yaşamaları iddianın əsaslı olmadığına dəlalət etmir. Belə ki, cavabdehlərin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehlərin bu istəyi iddiaçının razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. Cavabdehlərin iddiaçı ilə birlikdə yaşamaması və onunla ümumi təsərrüfat aparmaması da işin mübahisəsiz halıdır. Çünki, onlar bu halı ümumiyyətlə heç vaxt bəyan etməyiblər.
45. Cavabdehlərin şikayətində göstərdiyi dəlillərin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.
46. Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
47. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
48. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni mübahisəli mənzilin alınması üçün pul vəsaitinin Cavabdeh atası İslam Həsənovun verməsi heç bir hüquqi nəticə yaratmadığı, yəni bu halın təsdiq olunmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən və həmin məhkəmə qətnaməsinə əsasən pul tələbi rədd edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. 49.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Yəni, mübahisəli mənzilə dair pul vəsaiti həqiqətən cavabdehin atası tərəfindən verilmişdirsə bu faktı notarial qaydada təsdiq edilmiş hansısa müqavilədə göstərilməsinə hər hansı bir maneə olmamışdır.
50. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.