Məhkəmə qərarları › İş №2(103)-6112/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6112/2020

07.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6112/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2282/2020 saylı qətnaməsindən cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə) qarşı – iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 209 nömrəli əmək müqaviləsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2019-cu il il tarixli 8/X-KŞ nömrəli əmrinin ləğv edilməsi, “8/X-KŞ saylı, xx xxxx 2019-cu il tarixli xitam əmrinə düzəliş haqqında” xx.xx.2019-cu il il tarixli 8a/X-KŞ nömrəli əmrinin etibarsız hesab edilməsi, əsassız olaraq iddiaçıya işdən azad etməklə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2282/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2016-cı il tarixli 209 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmrin ləğv edilərək, 8/X-KŞ nömrəli xx.xx.2019-cu il xitam əmrinə düzəliş haqqında xx.xx.2019-cu tarixli 8a/X-KŞ nömrəli əmr etibarsız hesab edilməsi və İddiaçı “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı X1 Neft Mədənində rəis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx xxxx 2019-cu il tarixdən hesablanmaqla İddiaçı “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə ödənilməsinə qət edilmişdir. Qətnamədən cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbnin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişini təqdim etmişlər. Barışıq sazişlinin şərtlərinə görə cavabdeh dərhal apellyasiya şikayətini geri götürür və İddiaçını xx xxxx 2019-cu il tarixindən işə bərpa edilməsi və SOCAR-ın "Azneft" İB-nin struktur bölməsinə işə köçürülməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirir; X5 qüvvəyə mindiyi tarixdən sonra İddiaçı "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsindən imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və cavabdeh “X7 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X3 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2282/2020 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cəmi oğlu "X7 COMPANY LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı işə bərpa tələbinə dair mülki iş üzrə cavabdehin dərhal apellyasiya şikayətini geri götürməsi və iddiaçını xx xxxx 2019-cu il tarixindən işə bərpa edilməsi və SOCAR-ın "Azneft" İB-nin struktur bölməsinə işə köçürülməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirməsi, iddiaçının isə iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsindən imtina etməsi şərti ilə barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2282/2020 saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar