Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6113/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X11 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X11 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023cü il tarixli, e-2(001)-2717/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X11 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və iddiaçının X2 vəfat etdikdən sonra qanuni vərəsə olaraq atasından qalmış mirası faktiki sahiblik və onu idarə edərək mirası qəbul etməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2717/2023 nömrəli qərardadı ilə icraata qismən xitam verilmiş və icraatda yalnız mülki iddia icraatında baxılmalı olan məsələlər saxlanılmışdır.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2717/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 12, mənzil 22 barədə Cavabdeh2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iİddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
4. Qətnamə ilə razılaşmayan cavabdeh X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Mülki işin apellyasiya baxışı zamanı cavabdeh X5 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək verdikləri apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdilər. Belə ki, iddiaçı ilə aralarında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 12, mənzil 22-nin iddiaçı ilə aralarında 1/2 hissədə bölünməsinə, bu barədə notariat ofisində vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarış alınmasına dair razılıq əldə olunmuşdur. Əlavə olaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan “əşyaların geri qaytarılması” və “mənzilə kompenssasiya verilməklə istifadə hüququna xitam verilməsi” barədə iddiadan imtina edir. Gələcəkdə İddiaçı qarşı bu tələblər üzrə heç bir iddiası olmayacaqdır.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə da məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mübahisəli mənzilin ½ hissəsinin iddiaçıya və ½ hissəsinin cavabdehə düşməsi barədə razılıq əldə edilmişdir. X1 Elbəyi Bəşir oğluna qarşı “əşyaların geri qaytarılması” və “mənzilə kompenssasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələblərindən imtina edir və gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. Xahiş edir ki, ərizə qəbul edilməklə təmin edilsin.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1 İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina olunması barədə ərizəsi təmin edilməli və apellyasiya icraatına xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X11 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2717/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X11 Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: