Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6116/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1139 saylı bağ evi və 0.19 ha torpaq sahəsinin yanında yerləşən iddiaçının istifadəsində olan sahəsindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birləşdirilən 2(008)-6134/2023 nömrəli iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 1141 saylı bağ sahəsindən cavabdeh İddiaçı çıxarılmasına və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10990/2024 nömrəli inzibati iş üzrə yekun qərar çıxarılanadək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-377/2024 saylı mülki işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nəqədər ki, Bakı İnzibati Məhkəməsində İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı “sərəncamın və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2-1(112)-10990/2024 nömrəli iş mövcuddur və hazırıki iş Bakı İnzibati Məhkməsinin icraatında olan 2-1(112)- 10990/2024 nömrəli iş ilə əlaqədardır, hazırki mülki işin icraatı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10990/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə razılaşmayan Cavabdeh xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsini, əks halda şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1139 saylı bağ evi və 0.19 ha torpaq sahəsinin yanında yerləşən iddiaçının istifadəsində olan sahəsindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ evi və 0,12 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli Texniki Pasportuna əsasən torpaq sahəsinin və bağ evinin planı, iddiaçıya məxsus torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Lakin bununla yanaşı Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2004-cü il tarixli 23929 saylı müqaviləsinə əsasən qeyd olunan ünvandakı bağ sahəsi mərhum atası X3 istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin 0,12 ha üçün çıxarış alınsa da qalan sahə üçün çıxarış alınması barədə müraciətlər edilmişdir. Faktiki olaraq da həmin sahə iddiaçının istifadəsindədir. Lakin Cavabdeh heç bir hüquqmüəyyənedici sənəd olmadan, guya həmin sahəni almasına dair qeyri dəqiq sənədlər təqdim etməklə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini zəbt etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 1141 saylı bağ sahəsindən cavabdeh İddiaçı çıxarılmasına və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* N-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. X4 ilə onun arasında məhkəmə mübahisəsi olmuş X4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraci edərək, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(112)- 1394/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə X2 iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* N-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövls reyestrindən çıxarışla Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 sayl bağ sahəsinə dair Cavabdeh adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsünə dair sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(112)-1394/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, AAN 629535 nömrəli yeni torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd olunan torpaq sahəsi cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Mülki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10990/2024 saylı iş üzrə yekun qərar qəbul edilməyənədək hazırkı işə baxılmasının qeyri-mümkün olmasını nəzərə alaraq iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-377/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 21(112)-10990/2024 nömrəli mülki iş üzrə yekun qərar çıxarılanadək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-377/2024 saylı mülk işi üzrə icraat dayandırılmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 377/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş, 7 gün müddətində şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırmışdır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10990/2024 saylı sərəncamından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair mübahisə ilə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10990/2024 saylı qərardadından müəyyən olunur ki, vəsatət təmin edilərək İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.1994-cü il tarixli 1085 saylı sərəncamın və Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli PX ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Cavabdeh 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 10990/2024 saylı inzibati işdə mübahisələndirildiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-377/2024 saylı işə baxılması mümkün deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10990/2024 saylı inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-377/2024 saylı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilər. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, Cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6116/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver