Məhkəmə qərarları › İş №2(103)-6126/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6126/2025

19.12.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6126/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “10 nömrəli X1 Məktəbinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-5672/2025 nömrəli qətnaməsindən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək tələb edib ki, 10 nömrəli X1 Məktəbinin Dövlət Sosial Müdafiə Fonduna olan 7.380,87 manat, İşsizlikdən Sığorta Fonduna olan 185,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 195,57 manat borcunun ödənilməsinin təmin edilməsi üçün məktəbin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, ərizə təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin olunsun. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi sənədlərə görə 10 nömrəli X1 Məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 7.380,87 manat, İşsizlikdən Sığorta Fonduna 185,63 manat, İcbari Tibbi Sığorta Fonduna 195,57 manat ödənilməmiş borcu var. Həmin borcun qanuna uyğun olub-olmadığının yoxlanılması hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti deyil, əgər 10 nömrəli X1 Məktəbinin rəhbəri borcun hesablanmasını qanuna zidd hesab edirsə, bununla bağlı inzibati məhkəmə icraatı qaydasında vergi orqanına qarşı iddia qaldıra bilər. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “vergi üzrə borcun ödənilməsini təmin etmək üsulu” kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-2-ci fərlinin normalarına görə, məhdudlaşdırmanı tətbiq etmək hüququ məhkəməyə, məhdudlaşdırmanın tətbiqi üçün məhkəməyə müraciət etmək huququ isə vergi orqanına aiddir. Hazırda 10 nömrəli X1 Məktəbinin rəhbərinə münasibətdə məhdudlaşdırmanın tətbiqi üçün əsas mövcuddur. Beləliklə, qətnamə ləğv edilməli və ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-5672/2025 nömrəli qətnaməsi ləğv olunsun. Ərizə təmin olunsun. 10 nömrəli X1 Məktəbinin rəhbəri, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar