Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6128/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əmlakda olan payın dəyərinin ödənilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-46/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, iddiaçının 1/2 payının açıq hərrac vasitəsi ilə satılaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə məxsus 1/2 payının naturada bölünməsi, bu mümkün olmadıqda, ona məxsus 1/2 payın açıq hərrac yolu ilə satılaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin dəyəri olan 27.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissəsi onun adına keçirilmiş və 1/2 hissəsi mərhum həyat yoldaşı X2 məxsusdur. X7 ilə 1993-cü ildə nikahları pozulmuşdur. Birgə nikah dövründə əldə edilən mülkiyyətin bölünməsi ilə bağlı aralarında müxtəlif instansiya məhkəmələrində mülki işə baxılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli, 2(002)-929/2012 saylı qətnaməsi ilə mübahisəli ünvana köçürmə tələbi təmin olunmuşdur. Lakin Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraçısı Səbuhi müəllim dəfələrlə köçürülmə üzrə məhkəmə qərarının icra edilməsinə dair tədbirlər görülsə də, cavabdehlər buna maneə yaradırlar. Onun həmin ünvanda yaşaması qeyrimümkündür. Cavabdehlər onu həmin ünvandakı mənzilinə buraxmadıqları üçün evin naturada bölgüsü, bu mümkün olmadıqda 1/2 payının hərraca çıxarılmaqla satılması və əldə edilən pul vəsaitinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə 27.10.2015-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçılar iddia ərizəsində mübahisəli mənzilinin paylara uyğun naturada ayrılması; bu, mümkün olmadıqda açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddianın dəqiqləşdirilməsi barədə müraciət edərək, mənzilin açıq hərracdan satılmasını və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi həmin ərizəni əsas götürərək iddiaçıların mənzilin naturada bölünməsi barədə tələbinə baxmamışdır. Nəticədə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Əslində isə, mülki işin materialları ilə müəyyən edilir ki, A.V. iddiaçıların hamısının deyil, yalnız X3 nümayəndəsi olmuş, ona verilmiş etibarnamə 16.12.2014-cü il tarixədək qüvvədə olmuş, sonuncu isə iddianın dəqiqləşdirilməsi barədə ərizəni 24.12.2014-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim etmişdir. Həmin vaxt onun nümayəndə kimi səlahiyyəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-46/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının payına düşən 1/2 hissəsinin dəyəri olan 27.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 300 manat qiymətləndirmə xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (sədirlik edən: Kamran Əsədov).
5. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-46/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin iddia tələbinin təmin olunması barəda əsaslandırıcı hissəsində işin faktiki hallarına qiymət verilməyib. Məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunması barəda əsaslandırıcı hissəsi işin faktiki hallarına uyğun deyil, həmçinin məhkəmə çəkişmə prinsiplərini pozub. Birinci İnstansiya məhkəməsi "fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, iddiaçının ½ payının açıq hərrac vasitəsi ilə satılaraq ödənilməsi barədə” iddia tələbinin dəyişdirilərək "pul tələbinə” iddia ərizəsi ilə əvəz etməklə maddi hüquq normasını pozmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıya məxsus payın pulunu nə üçün cavabdehlərdən alınması barədə gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Mübahisəli ev ½ hissədə İddiaçı, ½ hissədə mərhum X1 adına reyestrdə qeydiyyatdan keçib. İddiaçı öz payını sata, bağışlaya, qanunla müəyyən edilmiş digər formada istifadə edə bilər. Belə olan halda, İddiaçı payının bazar qiyməti olan 27 min manatın nə üçün cavabdehlərdən alınıb iddiaçıya ödənilməsinin qanuni əsasları qətnamədə göstərilməmişdir. Cavadehlərin İddiaçı pul borcu yoxdu. Cavadehlər İddiaçı heç vaxt borc pul almayıblar. Bunula bağlı notariat təsdiqli müqavilə mövcud deyil. Belə olan halda, hansı əsaslarla İddiaçı 27 min manat pul ödəməli olmaqları cavabdehlərə aydın deyil. Digər tərəfdən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4 və 220.6-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunverici paylı mülkiyyətin realizə edilməsinin ardıcıllığını müəyyən etmişdir. Qanunvericiliyin müəyyən etdiyi realizə ardıcıllığında mülkiyyətçi olmayan şəxslərdən nəğd pulun alınaraq paylı mülkiyyətin tərəfı olan şəxsə ödənilməsi nəzərdə tutulmayıb. Bundan başqa, məhkəmə iddiaçıya pul ödənildikdən sonra ona məxsus payın aqibətini müəyyən etməyib. Məhkəmənin qətnaməsi icra edilərsə, belə məlum olur ki, pul ödənildikdən sonra evin iddiaçıya məxsus hissəsinin mülkiyyət hüququ yenə də, iddiaçıda qalacaqdır. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, cavabdehlər paylı mülkiyyətçi olmadıqları üçün hər hansı öhdəlik və məsuliyyət daşımırlar. Tərəflərin izahatları:
7. Kollegiya iclasında iştirak edən iddiaçı cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya iclasında iştirak edən Cavabdeh1 vəkili A.Nurmımmədov apellyasiya şikayıtini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.
9. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
12. İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.01.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 249 saylı reyestr kitabının 23155 saylı vərəqində qeydiyyat aparılmışdır.
13. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2020-ci il tarixli 30585 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid 21 saylı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.
14. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, qeyd olunan fərdi yaşayış evinin ümumi orta bazar qiyməti 54.000 manat, iddiaçının payına düşən 1/2 hissənin orta bazar qiyməti 27.000 manat təşkil edir. Hüquqi dəyərləndirmə:
15. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlməmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
17. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
18. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
19. Mülki Məcəllənin 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası ilə bağlı münasibətləri tənzimləyir.
20. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
21. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
22. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin ünvana mülkiyyət hüququnun olması, həmçinin mülkiyyətin cavabdehlər arasında bölünməsi və ya pay hüquqularının müəyyən edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində cavabdehlərə qarşı həmin tələblə iddia qaldırması əsaslı deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının payına düşən 1/2 hissəsinin dəyəri olan 27.000 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə mövqeyi qanuni və əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin iş üzrə cavabdehlər olmadıqları halda, həmçinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqları müəyyən edilmədiyi halda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 27000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə mövqeyini əsaslandırmamışdır. Belə ki, iddia ərizəsində İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər kimi qeyd etsə də, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqları olmadığı üçün onlar həmin iddia tələbi üzrə cavabdeh deyillər.
24. Beləliklə də, kollegiya bu yuxarıda sadalanan xüsusatlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Həmin Məcəllənin 385.1.2 və 385.1.3-cü maddəsilərinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
28. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
29. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-46/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev