Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6128/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(003)-2903/2025 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2025-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X3 ilə birlikdə onun ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və həmin evdə onların yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı Cavabdeh2 ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində qeyd edilən evin Bakı şəhərinin, Suraxanı rayonun ərazisində yerləşəməsini nəzərə alınmasını və ərazi aidiyyəti üzrə baxılması üçün işin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə vəsatətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Xəzər rayonun ərazisində yerləşir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 da bundan bir müddət əvvəl hazırkı iş üzrə iddiaçıya qarşı sürdüyü “cehiz əşyaların evdən çıxarılması tələbi barədə” iddia ilə Suraxanı Rayon Məhkəməsinə deyil məhz Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir (iş № 2(003)-2502/2025). Cavabdeh2 həmin qərardadından Xəzər Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, mübahisəli evin yerləşdiyi ünvanın Bakı şəhərinin hansı rayonuna aid edilməsinin araşdırılması və bundan sonra aidiyyət məsələsinin həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Suraxanı rayon Hövsan bələdiyyəsi ona bildiriş göndərərək, həmin evə görə əmlak vergisinin ödənilməsini tələb edir. Deməli ev Suraxanı rayonunun ərazisində yerləşir və buna görə də işə Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (maddə 39.1.). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (maddə 44.1.). Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (maddə 40.1.). Cavabdeh2 tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş, Suraxanı rayon Hövsan bələdiyyəsi tərəfindən ona ünvanlanmış “Tədiyyə bildirişdən” göndərərək, həmin Bələdiyyə Cavabdeh2 əmlak vergisinin ödənilməsini tələb etmişdir. Lakin nəzərə alınmalıdır ki, əmlakın nədən ibarət olması və harada yerləşməsi barədə bildirişdə heç bir məlumat qeyd edilməmişdir. Bildirişdə yalnız bir ünvan – Cavabdeh2 ünvanı kimi “Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südcülük sovxozu y/ş (H.B.1)” göstərilmişdir. Göründüyü kimi, həmin ünvanla iddia ərizəsində qeyd edilən ünvan fərqlidir. Odur ki, Məhkəmə həmin bildirişi “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” ərizənin təmin edilməsi üçün etibarlı sübut kimi qəbul etmir. İşdə olan digər sənədlərdən, o cümlədən “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” ərizənin təmin edilməsi zamanı Rayon Məhkəməsinin istinad etdiyi və 2(003)-2502/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il qətnamədən isə görünür ki, mübahisəli evin yerləşdiyi ünvan Bakı şəhərinin Xəzər rayonun ərazisinə aiddir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan verilmiş şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6128/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6128/2025
14.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver