Məhkəmə qərarları › İş №2(103)-6129/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6129/2021

01.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6129/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə olunmuş əmlaklara payın tanınması, mənzilə köçürülmə, mebel əşyalarının açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölüşdürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 16.10.2007-ci il tarixdə nikaha daxil olduğunu, nikahlarından 22.08.2008-ci il tarixdə Ömər, 27.11.2010-cu il tarixdə Əsmər adını verdikləri uşaqlarının dünyaya gəldiyini, nikahda olduqları dövrdə, yəni 2013-cü ildə ailənin ümumi vəsaitləri hesabına ünvan 1 ünvanında yerləşən 66 saylı mənzili alqı-satqı müqaviləsi əsasında əldə etdiklərini, aralarında yaranan söz-söhbətlər və münaqişələr nəticəsində 2018-ci ilin yanvar ayında boşandıqlarını, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmış olmasına baxmayaraq onun ümumi birgə mülkiyyətlərində olduğunu, mənzilin mülkiyyətçisi olduğu halda əmlakla bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilmədiyini və mənzildə yaşamasına cavabdeh tərəfindən maneələr yaradıldığını, nikahda olduqları dövrdə həmin ev üçün bəzi mebel əşyaları da aldıqlarını irəli sürmüş, ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin və mebel əşyalarının (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək - 900 x 1900 x 170 - maya) ½ hissəsinə özünün, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq həmin mənzilə köçürülməsi, mebellərin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin mənzilin alınması ilə əlaqədar Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.11.2013-cü il tarixli **********50013 saylı kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh aid olunması, İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi və Cavabdeh tərəfindən onun həmin mənzildən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, tərəflərin nikah dövründə birgə vəsait hesabına aldıqları mebel əşyalarının - 1 ədəd güzgülü kamod, 1 ədəd 3 + 1 yerlik künc divan, 1 ədəd şkaf və 1 ədəd çarpayının (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək - 900 x 1900 x 170 - maya) ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin tərəflərin paylarına mütənasib bölünməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun qismən - ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin mənzilin alınması ilə əlaqədar Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.11.2013-cü il tarixli **********50013 saylı kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh aid olunması, İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi və Cavabdeh tərəfindən onun həmin mənzildən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması hissəsində - ləğv olunmasını və iddia tələblərinin həmin hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, mənzilin ona işlədiyi Bakı Dərin Özüllər Zavodunda dayandığı mənzil növbəsi əsasında verildiyini, onun dəyərinin 28%-nin SOCAR tərəfindən, 72%-nin isə bankdan götürdüyü kredit hesabına ödənildiyini, banka olan kredit borcunun böyük hissəsinin bacısı tərəfindən qaytarıldığını, İddiaçı mənzil üçün heç bir ödəniş həyata keçirmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin mənzilin alınması ilə əlaqədar Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.11.2013-cü il tarixli **********50013 saylı kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh aid olunması, İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi və Cavabdeh tərəfindən onun həmin mənzildən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması” hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir; çünki cavabdeh qətnamənin yalnız həmin hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, “tərəflərin nikah dövründə birgə vəsait hesabına aldıqları mebel əşyalarının - 1 ədəd güzgülü kamod, 1 ədəd 3 + 1 yerlik künc divan, 1 ədəd şkaf və 1 ədəd çarpayının (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək - 900 x 1900 x 170 - maya) ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin tərəflərin paylarına mütənasib bölünməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, qətnamə “ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər 16.10.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 22.08.2008-ci il tarixdə Ömər, 27.11.2010-cu il tarixdə Əsmər adını verdikləri övladları dünyaya gəlmiş, 31 avqust 2017-ci il tarixdə Tura Məhərrəmova nikahın pozulması barədə iddia ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 15.01.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, onların saxlanılmaları üçün İddiaçı aliment tutulmuşdur. İşin müəyyən olunan və mübahisələndirilməyən digər halına görə, Tura Məhərrəmova nikaha daxil olanadək – 04.08.2004-cü il tarixdən – SOCAR üzrə mənzil uçotunda olmuş, SOCAR rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin 02.09.2013-cü il tarixli 09 nömrəli protokolu ilə Sahil qəsəbəsi, E.Quliyev prospektində “xxxx” MTK tərəfindən inşa edilən 1 girişli yaşayış binasından 4 nəfər (özü, h/y, oğlu, qızı) ailə tərkibi ilə ümumi sahəsi 88,44 kv.m olan 2 otaqlı kooperativ mənzillə təmin olunmuş, SOCAR-ın Şurasının 09.04.2010-cu il tarixli 25 nömrəli qərarına əsasən 04.08.2004-cü ildən mənzil uçotunda olduğu üçün mənzilin dəyərinin 72%-nin özü tərəfindən, 28%-nin isə SOCAR tərəfindən ödənilməsinə qərar verilmiş (mənzilin ümumi dəyəri 66 449,4 manat, 72%-i 47 843,57 manat, 28%-i 18 605,83 manat), mənzilin dəyərinin Tura Məhərrəmova tərəfindən ödənilməli olan 47 843,57 manat hissəsi onunla “xxxx” ASC arasında bağlanan 19.11.2013-cü il tarixli kredit xətti müqaviləsi əsasında adı çəkilən bank tərəfindən ödənilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, “xxxx” ASC ilə Məhərrəmova (Mehdiyeva) Tura Məhərrəm qızı arasında bağlanmış sözügedən kredit xətti müqaviləsi üzrə 2018-ci ilin mart ayınadək (mart ayı daxil olmaqla) 24 664,95 manat, 2018-ci ilin aprel ayından 19.11.2020-ci il tarixinədək 15 612,70 manat, ümumilikdə isə 40 277,65 manat ödəniş həyata keçirilmiş, 19.11.2020-ci il tarixinə 15 843,84 manat kredit borcu qalmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 178.8-ci, 213-cü və 225-ci, Ailə Məcəlləsinin 32-ci və 36-cı maddələrinə istinadla belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil tərəflərin nikahda olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına əvəzli qaydada əldə edildiyindən, mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə Tura Məhərrəmovanın pay hüquqları tanınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin tərəflərin nikahda olduqları dövrdə əldə edilmiş olduğu barədə düzgün nəticəyə gəlmiş, bununla belə, mənzilin dəyərinin 28% hissəsinin (18 605,83 manat) Tura Məhərrəmovanın işlədiyi müəssisə tərəfindən onun 2004-cü ildən mənzil növbəsində olması nəzərə alınmaqla əvəzsiz olaraq ödənildiyinə qiymət verməyərək tərəflərin mənzil üzərindəki pay hüquqlarının nisbətini müəyyənləşdirərkən ədalətli balansı pozmuşdur. Kollegiyanın qənaətinə görə, mübahisəsi gedən mənzilə İddiaçı 1/3, Cavabdeh 2/3 hissədə paylarının müəyyən edilməsi işin hallarına daha uyğundur və bu cür yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi və Cavabdeh tərəfindən onun həmin mənzildən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması” qənaəti ilə razılaşmamaq üçün əsas mövcud deyildir və bu hissə ilə bağlı əlavə əsaslandırma aparılmasına ehtiyac yoxdur. Kollegiya, məhkəmənin “mənzilin alınması ilə əlaqədar Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.11.2013-cü il tarixli **********50013 saylı kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh aid olunması” qənaətini də əsaslı hesab edir. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Ailə qanunvericiliyində ümumi borcun anlayışı olmasa da, kollegiya hesab edir ki, hüquqtətbiqetmə təcrübəsinə əsasən ər-arvadın ümumi borcunun meyarlarını (əlamətlərini) belə xarakterizə etmək olar: borcun ər-arvadın hər ikisinin təşəbbüsü ilə ailənin ümumi ehtiyacları üçün yaranması (ər-arvaddan biri tərəfindən müqavilənin bağlanması zamanı digərinin razılığının alınması və ya borclu sayıldıqları müqavilənin birgə bağlanması); ər-arvaddan biri tərəfindən bağlanmış müqavilə üzrə aldıqlarının hamısının ailənin ümumi ehtiycları üçün sərf olunması. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin dispoziyasından göründüyü kimi, ümumi əmlak bölünərkən ər-arvadın bütün, yəni onlardan hər hansı birinə şəxsən aid olan deyil, yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Kollegiyanın qənaətinə görə, Ailə Məcəlləsinin 41.2-ci maddəsi 37.3-cü maddəni tamamlayıcı xarakterdədir və qanunverici ər-arvaddan birinin nigah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsini zəruri hesab etmişdir. Əks təqdirdə, yəni ərarvaddan hər hansı birinə aid olan şəxsi borcun bölgüsü tərəflərdən birinin hüquqlarının əhəmiyyətli şəkildə pozulmasına və digər tərəfin əsassız fayda əldə etməsinə səbəb olar. Başqa sözlə, tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı və s. daxil edilir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən mənzilin dəyərinin Tura Məhərrəmova tərəfindən ödənilməli olan 47 843,57 manat hissəsi onunla “xxxx” ASC arasında bağlanan 19.11.2013-cü il tarixli kredit xətti müqaviləsi əsasında adı çəkilən bank tərəfindən ödənilmiş, tərəflərin nikahda olduqları dövrdə banka ümumilikdə 40 277,65 manat ödəniş həyata keçirilmiş, 19.11.2020-ci il tarixinə 15 843,84 manat kredit borcu qalmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan borc məbləğini tərəflər arasında bərabər nisbətdə bölməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, kollegiya, mənzil üzərində iddiaçının pay haqqını onun dəyərinin məhz bank tərəfindən ödənilən hissəsinin (72%-in) təxminən yarısı nisbətində müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-107/2021 saylı iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh pay hüququ tanınsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar