Məhkəmə qərarları › İş №2(103)-6131/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6131/2020

06.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6131/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” X6 nümayəndəsi Məmmədov Sahib Hökümət oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5027/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin İddiaçı işdən azad edilməsi barədə xx xxx 2019-cu il tarixli 324/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə "xxxxxxxxxxxxxxxxxxxxxxx" QSCnin "Azəraeronaviqasiya" X11 işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2015-ci il tarixdən isə "xxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin prezidenti cənab X tərəfindən imzalanmış əmək müqaviləsinə əsasən "Azəraeronaviqasiya" X9 direktor köməkçisi vəzifəsinə keçirilmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İstər əvvəllər, istərsə də əmək müqaviləsi bağlandıqdan sonra işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır. Lakin 2017-ci ilin noyabr ayında "Azəraeronaviqasiya" X11 yeni direktor təyin edildikdən sonra müntəzəm olaraq onun işçi hüquqları pozulmağa başlamış, əmək funksiyalarının icra edilməsinə maneəçilik göstərilməyə başlanmış, qanunsuz formada əməkfunksiyalarının icrasına müdaxilələr edilməyə başlanmışdır. Bundan sonra, əvvəlcə ona təklif olunmuşdur ki, aşağı vəzifəyə keçməsi üçün ərizə yazmalıdır, o imtina etsə də, ona bildirilmişdir ki, bu halda onu maddə ilə işdən çıxaracaqlar və əmək kitabçası korlanacaqdır. Daha sonraxx.xx.2019-cu il tarixdə ona xəbərdarlığa imza etdirildikdən sonra həmin xəbərdarlığın bir nüsxəsi verildikdə, o başa düşmüşdür ki, artıq onlar hədələrini həyata keçirmişlər, belə ki, həmin xəbərdarlıqdan görünürdü ki, tutduğu vəzifə ümumiyyətlə ixtisara salınmışdır. Buna baxmayaraq ixtisar haqqında məlumat müəssisənin rəsmi blankında olmamış, ixtisarın səbəbləri qeyd olunmamış, əsaslandırma aparılmamışdır. Daha sonra, xx xxxxx 2019-cu il tarixdə "Azəraeronaviqasiya" X9 Həmkarlar komitəsinin iclası keçirilmiş və onun tutduğu vəzifənin ixtisara salınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifədən azad olunmağına razılıq verilmiş və "xxxxxxxxxxxxxxxxxxxxxxx" QSC üzrə xx xxx 2019-cu il tarixli 324/ş saylı əmrə əsasən işdən azad edilmişdir.Müəssisənin Həmkarlar komitəsinin qeyd olunan qərarında ixtisarın aparılmasının zəruri olduğu araşdırılmamış, bu barədə işə götürənin müvafiq sənədləri tələb olunmamış, məsələyə çox səthi qiymət verilmişdir. Bundan başqa, ona elan edilmiş həmkarların iclasında qeyd olunmuşdur ki, guya tutduğu vəzifə ixtisara salındığına görəişçinin orta əmək haqqı saxlanılmaqla "xxxx" QSC-nin tərkibində, yəni digər idarədə başqa vəzifəyə-"NOTAM-ofis mühəndisi" vəzifəsi üzrə vakant yerə keçirilməsi təklif olunmuş, lakin guya o bu vəzifədən imtina etmişdir. Müəssisənin Həmkarlar komitəsinin qeyd olunan iclasında ona ümumiyyətlə heç bir vəzifə təklif olunmamış, yalnız bildirilmişdir ki, "xxxx" QSC-nin tərkibində, yəni digər idarədə başqa işə keçirilsin, konkret olaraq başqa bir vəzifə təklif olunmamışdır. Lakin sonradan iclasın qərarı saxtalaşdırılmış və guya təklif olunmuş vakant vəzifədən o “imtina etmişdir” müddəası daxil edilmişdir. Hətta saxta bir akt da tərtib edilmişdir. Həmin aktın saxta olduğuna dəlalət edən hallar odur ki, o, belə bir aktı imzalamamış, belə bir aktın olduğunu bilməmişdir. İddiaçının aktı imzalamaqdan imtina etməsi isə tamamilə uydurmadır, necə olur ki, iclasın qərarından çıxarışı qəbul edib, imzasıyla təsdiq etmiş, aktı isə imzalamaqdan imtina etmişdir? Buradan belə qənaətə gəlmək olur ki, həmin akt saxtadır, sonradan tərtib olunub, odur ki, aktın ona təqdim olunması mümkün olmamışdır. Onun işlədiyi müəssisədə vakant iş yerləri vardır, lakin həmin, vakant iş yerlərinin ixtisar edilməsi əvəzinə, ali təhsilli, uzun müddət eyni idarədə işləyən mütəxəssisi hansısa çirkin əməllər nəticəsində ixtisara salmışlar. Başqa sözlə, ixtisarın aparılması üçün lazımi araşdırmalar aparılmamışdır.Belə ki, işçilərin sayı və ya ştatları ixtisar edilərkən bu əsas işçinin şəxsiyyəti ilə bağlı olmamalıdır. Ümumi qaydaya görə, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Buna görə də ştat cədvəli kifayət qədər tez-tez dəyişə bilər. Təcrübədə işçilərin sayının və ya ştatının ixtisarı tez-tez tətbiq olunmasına baxmayaraq, bu günə kimi əmək qanunvericiliyi «işçilərin ştat ixtisarı» anlayışının leqal tərifini təsbit etməmişdir. Təcrübədə ştat ixtisarı dedikdə müəyyən olunmuş qaydada müvafiq vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin xxxxdılması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. İşçilərin sayının və ya ştatının ixtisarı iş həcmi faktiki surətdə xxxxdıqda və bununla əlaqədar işçilərin sayı xxxxdıqda, həm də işlərin ümumi həcmi saxlanmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işlərin sayı xxxxdıqda mümkündür. İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, bir qayda olaraq, əvvəlcə müəssisədə boş (vakant) vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilməlidir. İşçilərin sayının və ya ştatının ixtisarı müəssisədə həqiqətən işçilərin sayı və ya ştatının ixtisar olunması zərurəti mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi hüquqauyğun əsas qismində çıxış edə bilər: İşçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalı, işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Əgər ştat ixtisarı aparılarkən bu tələblərdən hər hansı birinə işəgötürən tərəfindən əməl olunmadığı müəyyən olunarsa, deməli aparılmış ştat ixtisarı qanunsuzdur. İşçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçi ilə əmək müqaviləsi AR ƏM-nin 70-ci madəsinin «b» bəndi ilə ləğv olunduqda və bununla əlaqədar mübahisə yarandıqda əmək mübahisəsinə baxan məhkəmə ixtisarın məqsədəuyğunluğu məsələsini müzakirə etmədən işçilərin sayının və ya ştatının ixtisar edilib-edilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun nəzərə alınıb- alınmadığını, işçinin razılığı ilə onun peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi üçün işəgötürənin tədbirlər görüb-görmədiyini, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyi normalarına işəgötürənin əməl edib-etmədiyini yoxlamağa borcludur. Mübahisənin yaranması halında işçilərin sayının və ya ştatının ixtisarının həqiqətən aparıldığının təsdiqi kimi işəgötürənin müvafiq əmrləri (sərəncamları, qərarları), ştat cədvəllərindən çıxarışlar (işçilərlə əmək müqaviləsinin ləğv edilməsinə qədər və sonra), əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. çıxış edə bilər. İşçilərin sayı və ya ştatının ixtisarı ilə əlaqədar tədbirlər həyata keçirildikdə əmək müqaviləsi ləğv edilməli olan işçiləri- namizədləri işəgötürən müəyyən edir. Hər bir işçi-namizəd ayrı-ayrılıqda AR ƏM-si və digər normativ hüquqi aktlar, habelə kollektiv müqavilə ilə müəyyən olunmuş işçilərin hüquqları, təminatları və imtiyazları nəzərə alınmaqla nəzərdən keçirilir. AR ƏM-nin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə yalnız işçinin öz razılığı ilə başqa işə keçirmək mümkün olmadıqda yol verilir. İşçi əmək müqaviləsini işəgötürənlə bağladığından, ona iş yalnız azad olunan işçinin işlədiyi struktur bölmənin (filialın, nümayəndəliyin) hüdudunda deyil, bütün müəssisə hüdudunda təklif olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5027/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-5027/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, həmin qətnamə əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Odur ki, qətnamə ləğv edilməli, iş üzrə iddia tələbi təmin edilməlidir. Başqa sözlə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını tam aydınlaşdırmamış, təqdim olunmuş şahidlərin ifadələrinə, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökümət oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və cavabdehin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC, “Azəraeronaviqasiya” X9 direktor köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır və işçi xx.xx.2015-ci il tarixdən işə başlayır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 1000 manat əmək haqqı ödənilir. Personalla iş üzrə Baş İdarənin rəisi tərəfindən İddiaçı edilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı "Azəraeronaviqasiya" X9 işçilərinin ştat cədvəlindəki dəyişikliklə əlaqədar, İdarə direktorunun köməkçisi vəzifəsi vahidinin xx.xx.2019-cu il tarixdən ixtisar olunduğu və əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra, yəni xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b” bəndi ilə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Direktorun birinci müavini D.X.Ayutovun, direktorun personalla iş üzrə müavini R.A.Mehdiyevin, idarənin Həmkarlar Komitəsinin sədri V.V.Məmmədovun imzaları ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, “Azəraeronaviqasiya” X9 direktorunun köməkçisi İddiaçı ona təklif olunmuş X1 NOTAM-ofis mühəndisi vəzifəsindən imtina etmişdir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cu il tarixli, 175/m saylı əmrdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSCnin "Azəraeronaviqasiya" X9 direktorunun köməkçisinə Kirovoqrad milli texnika universitetinin 5 kurs qiyabi fakültənin tələbəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 17 təqvim günü əlavə ödənişli tədris məzuniyyəti verilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı adından Cahangir Əsgərova adına teleqram vululmuşdur. “Azəraeronaviqasiya” X9 Həmkarlar Komitəsinin xx xxxxx 2019-cu il tarixli, 01/03 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, “Azəraeronaviqasiya” X9 işçilərinin ştat cədvəlindəki dəyişikliklə əlaqədar “direktorun köməkçisi” vəzifəsinin ixtisara salınması, həmin vəzifədə çalışan İddiaçı təklif olunan digər vəzifədən imtina etməsini və həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində qeyd olunan “imtiyazlara” malik olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (maddə 70b) bəndinə müvafiq olaraq işdən azad edilməsinə Həmkarlar Komitəsinin razılığı verilmişdir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 324/ş saylı əmrdən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC “Azəraeronaviqasiya” X9 direktorunun köməkçisinin əmək müqaviləsinə ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilmiş, Maliyyə-İqtisad İdarəsi tərəfindən ona xx.xx.2017-xx.xx.2019-cu iş ilinə görə istifadə etmədiyi 41 məzuniyyət günü əvəzinə pul kompensasiyası və orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi dəyişilmiş ştat cədvəli, xəbərdarlıq və HİK-in xx.xx.2019-cu il tarixli No01/03-li protokolundan çıxarış göstərilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC “Azəraeronaviqasiya” X10 işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə direktorun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə isə əmək müqaviləsinə ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2019-cu il tarixli teleqramın surətindən görünür ki, İddiaçı xx xxx 2019-cu il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanladığı ərizəsi xx xxx 2019-cu il tarixində baxılması üçün X7 İttifaqı Respublika Komitəsinə daxil olmuşdur.Ərizəyə onun iştirakı ilə baxılması labüd olduğundan xx xxxx 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulmuş Rəyasət Heyətinin iclasına dəvət olunduğu haqqında ona dəfələrlə ərizədə göstərilmiş (***)******* nömrəli mobil telefonuna zənglər edilmiş lakin telefonu bağlı olduğundan əlaqə yaratmaq mümkün olmamışdır. Eyni zamanda vatsapp və e-mail vasitəsilə ona bu barədə məlumat göndərilmişdir, X7 İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin xx xxxx 2019-cu il tarixində saat 11-00 təyin olunmuş iclasında iştirak etməyə dəvət olunmuşdur. AZ1154/********** saylı qəbzin surətindən görünür ki, teleqram xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən alınmışdır. xx.xx.2019-cu il tarixli teleqramın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanladığı teleqram xx.xx.2019-cu il tarixdə baxılması üçün X7 İttifaqı Respublika Komitəsinə daxil olmuşdur. O, teleqramla bağlı X7 İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifovun qəbuluna dəvət olunmuşdur. AZ1154/********** saylı qəbzin surətindən görünür ki, teleqram xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən alınmışdır. xx.xx.2019-cu il tarixli teleqramın surətindən görünür ki, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanladığı teleqramlara baxılması üçün xx.xx.2019-cu il tarixdə saat 11:00-da X7 İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclasında iştirakının vacib olduğu qeyd olunmuşdur. AZ1154/********** saylı qəbzin surətindən görünür ki, teleqram xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən alınmışdır. X7 İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvləri: «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin H.X2 HİK-in sədri Orucov Nurəddin Möhyəddin oğlunun, «Azəraeronaviqasiya» X9 HİK-nin sədri X4, Milli Aviasiya Akademiyasının HİKnin sədri X3, Aviasiya Təhlükəsizlik Baş idarəsinin HİK-nin sədri X5 imzaları ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, iyunun 21-də saat 11-00 da Respublika Komitəsində Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda, gündəlikdə duran birinci məsələ «Azəraeronaviqasiya» X9 sabiq işçisi İddiaçı işdən çıxması ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) xx xxx 2019-cu il tarixində ünvanlandırdığı ərizəsi və xx.xx.2019-cu il tarixli teleqramı olmuşdur. Ərizə və teleqrama baxılması üçün ərizə müəllifinin 04, 12 və xx xxxx 2019-cu il tarixlərinə təyin olunmuş Rəyasət Heyətinin iclaslarına, həmçinin Respublika Komitəsinin sədri Bəkir Yusifovun qəbuluna dəvət olunması barədə yaşadığı ünvana teleqramlar vurulmuş, dəfələrlə ərizədə göstərilmiş (***)******* nömrəli mobil telefonuna zənglər edilmişdir. Lakin telefonu bağlı olduğundan onunla əlaqə yaratmaq mümkün olmamışdır. Eyni zamanda vatsapp və e-mail vasitəsilə ərizəçiyə bu barədə məlumat göndərilmişdir. Teleqramların alınması barədə cavab teleqramı RK-ya daxil olmasına baxmayaraq İddiaçı ilə şəxsi əlaqə yaratmaq mümkün olmamışdır. xx xxxx 2019-cu il tarixində saat 11-00 təyin olunmuş X7 İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin iclasında onun şəxsi iştirakı olmadan məsələsinə baxılmasına qərar vermişdir. X7 İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti, «Azəraeronaviqasiya» Hava Hərəkəti idarəsi HİK- nin İdarənin ştat cədvəlində edilən dəyişikliklərlə əlaqədar İddiaçı tutduğu vəzifənin ixtisarı, ona təklif olunan iş yerindən imtinası, işdən azad olunmasına veridiyi razılıq və bu haqda həmkarlar komitəsinin qərarında heç bir hüquq pozuntusu olmadığı haqqında qənaətə gəlmişdir. «Azəraeronaviqasiya» Hava Hərəkəti idarəsi Həmkarlar İttifaqı Komitəsinin çıxardığı qərar qanunauyğundur. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 12/4672 saylı rəydən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X12 “Azəraeronaviqasiya” X9 təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar ümumi məsələlər üzrə direktor köməkçisi vəzifəsi daxil olmaqla bir sıra ştat ixtisar olunmuşdur.Bu zaman ixtisara düşmüş bütün işçilərə, o cümlədən iddiaçıya, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77ci maddəsində nəzərdə tutulmuş bütün təminatlar təqdim edilmiş və əmək müqaviləsinə xitam verilmə qaydasına ciddi riayət olunmuşdur.İddiaçıya tutduğu vəzifənin gözlənilən ixtisarı ilə bağlı bildirişin təqdim edilməsi ilə yanaşı "Azəraeronaviqasiya" X9 Məlumat Mərkəzində NOTAM ofisinin mühəndisi vəzifəsi təklif olunmuşdur. İddiaçının bildirişi qəbul etməkdən və başqa işə keçməkdən imtina etməsi faktı müvafiq aktla rəsmiləşdirilmişdir. İddiaçının təklif olunmuş vəzifədən imtina etməsini və işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin və ya əmək müqaviləsinin (kontraktın) ləğv olunması qadağan edilən işçilərin siyahısına daxil olmadığını (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci, 79-cu maddələri) nəzərə alaraq əmək müqaviləsinin (kontraktın) ləğv edilməsinə dair razılığın əldə edilməsi üçün Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış təqdimatla müraciət göndərilmişdir.Əmək müqaviləsinin (kontraktın) ləğv edilməsi işəgötürən (“xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC) tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinə dair rəyin mülki işin materiallarına əlavə edilməsi və İddiaçı işə bərpa barədə iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2017-ci il tarixindən etibarən ona 26 t/g məzuniyyətə çıxmağına icazə verilməsi xahiş edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən “Azəraeronaviqasiya” X9 direktor köməkçisi vəzifəsinə işə qəbul edilmişdir.“Azəraeronaviqasiya” X9 təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar ümumi məsələlər üzrə direktor köməkçisi vəzifəsi daxil olmaqla bir sıra ştatın ixtisar olunması qərara alınmış, iddiaçı X8 işlədiyi vəzifənin ixtisara düşməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş, xx xxxx 2019-cu il tarixdə müvafiq xəbərdarlığın təqdim edilməsi onun tərəfindən imzalanaraq təsdiq edilmişdir. xx.xx.2015- ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, iddiaçı ilə olan əmək müqaviləsinə xx xxx 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmiş və iddiaçı ilə son haqq-hesab edilmişdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı zamanı cavab-təşkilat tərəfindən ona vakant vəzifə təklif olunmamış, təklif edilmiş vəzifədən imtina etməsi haqqında tərtib edilmiş akt saxtadır, əmək münasibətlərinə xitam verilərkən onun işgüzar keyfiyyətləri yoxlanılmamış, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin qaydalarına zidd şəkildə aparılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı xxxxdıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78.1 və 78.2-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70- ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Beləliklə, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, başqa bir işdə işləməklə onunla olan əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, təklif edilmiş vəzifədən imtina etdiyindən iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmağa ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. İddiaçının eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olubolmaması yoxlanılmışdır. İş yeri üzrə ştatın ixtisar edilməsi artıq həmin ştatda işləyən şəxslərlə əmək münasibətlərinin eyni ştat üzrə davam etdirilməsi mümkünsüz olduğundan tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-ninxx.xx.2019-cu il tarixli əmrinə əsasən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı başqa vəzifəyə keçməklə əmək münasibətlərini davam etdirməkdən imtina etmiş, təklif edilmiş vəzifədən imtina etməsi barədə xx.xx.2019-cu il tarixli akt cavabdeh-təşkilatın müvafiq işçiləri tərəfindən tərtib edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı zamanı cavabdeh-təşkilat tərəfindən ona vakant vəzifənin təklif olunmadığını iddia ərizəsində qeyd etsə də iştirak etdiyi məhkəmə baxışı iclasında təklif edilmiş vakant vəzifənin onun peşəkarlıq səviyyəsinə uyğun olmadığını, vəzifənin icrası müqabilində veriləcək əmək haqqının onu qane etmədiyini qeyd etməklə öz-özünü təkzib etmişdir. İddiaçı təklif edilmiş vakant vəzifədən imtina etməsi haqqında tərtib edilmiş aktın saxta olduğunu iddia etsə də bunu da təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsinin ləğv ediləcəyi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlığın müəssisənin rəsmi blankında tərtib edilməməsi, xəbərdarlıqdakı imzanın orada adı göstərilən Personalla iş üzrə Baş İdarənin rəisi X məxsus olmamasına dair dəlillərlə bağlı məhkəmə qeyd edir ki, müəssisənin daxilində işçiləri arasında yazışmanın hansı qaydada həyata keçirilməsi hüquqi şəxsin öz müvafiq daxili qaydalarına əsasən müəyyən edilir və bu yazışmanın rəsmi blankda, qeydiyyata salınmadan aparılması onun etibarsız olmasına dəlalət etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, sözügedən sənədin etibarlığını mübahisələndirmək səlahiyyəti onu imzalayan şəxsə məxsusdur. Belə ki, məhkəmə iclasında iştirak etmiş Personalla iş üzrə Baş İdarənin rəisi X imzanın ona məxsus olmasını bildirərək, sənədin etibarlı olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının işdən çıxarılmasının yeni təyin edilmiş direktorun ona qarşı “qurulmuş oyunun” və idarənin işçiləri tərəfindən ona qarşı göstərilən qərəzli münasibətin nəticəsi olmasına dair irəli sürdüyü dəlilləri isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının aid olduğu ştat vahidi artıq mövcud olmadığından, ona təklif edilmiş vakant vəzifəyə keçməkdən imtina etdiyindən və beləliklə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından, həmkarlar ittifaqının razılığı alınmaqla iddiaçının tərəf olduğu əmək müqaviləsi cavabdeh-işəgötürən tərəfindən ləğv edilmiş,əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilməyə, məcburi iş buraxma müddətinə görə əmək haqqıın tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5027/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar